S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə159/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   155   156   157   158   159   160   161   162   ...   165

Senat  digər  vəzifəli  şəxslərini  seçməklə  yanaşı,  vitse-prezidentin 

olmadığı və ya vitse-prezidentin Birləşmiş Ştatlar Prezidenti vəzifəsini icra 

etdiyi hallarda müvəqqəti (rrotemrore) bir sədrini də seçir. 

İmpiçment qaydasında qaldırılan işlərə baxmaq hüququ yalnız Senata 

məxsusdur. Bu məqsədlə toplanarkən, senatorlar and içirlər və ya təntənəli 

vəd  verirlər.  Əgər  müttəhim.  Birləşmiş  Ştatlar  Pre-  zidentidirsə.  Ali 

Məhkəmənin sədri senata sədrlik edir. Heç kim, səs vermədə iştirak edən 

senatorlardan üçdə ikisinin razılığı olmadan məhkum edilə bilməz. 

İmpiçment  hallannda  cəza  vəzifədən  kənarlaşdırmayla  və  Birləşmiş 

Ştatlarda  xüsusi  imtiyaz  və  ya  etimad  tələb  edən,  yaxud  qazanc  gətirən 

işlərdən  məhrum  etmə  ilə  məhdudlaşdırılır.  Ancaq  Senat  tərəfindən 

məhkum olunan şəxs buna baxmayaraq, qanunla nəzərdə tutulan qaydada 

təqsirləndirilir, istintaqa cəlb edilir, məhkəmə tərəfindən cəzalandırılır. 

Bölmə 4. Senator və nümayəndələrin seçilmə vaxtı, yeri və qaydası hər 

ştatın qanunverici orqanı tərəfindən müəyyən edilir:ancaq konqres istənilən 

vaxt,  öz  verdiyi  qanunla  senatorların  seçilmə  yeri  istisna  olmaqla,  senata 

seçkilərin keçirilmə vaxtı və qaydasını müəyyən edə və dəyişdirə bilər. 

Konqres,  ən  azı  ildə  bir  dəfə,  qanunla  başqa  gün  göstərilməyin-  cə 

(dekabrın ilk bazar ertəsi)' toplanır. 



Bölmə 

5. 

Hər 


palata 

üzvlərinin 

seçilib-seçilmədiklərini, 

səlahiyyətlərini  və  seçilə  bilmə  xüsusiyyətlərini  özü  müəyyən  edir. 

Palataların işləməsi üçün tələb olunan əksəriyyət təmin edilə bilmədikdə, 

üzvlər, yetərsay olmadan da toplantını başqa bir günə keçirə və hər palata, 

gəlməyən üzvlərinin iştirakını təmin etmək üçün sanksiyalar müəyyən edə 

bilər. 


Hər palata, reqlamentini özü müəyyən edə, davranış qaydasını pozmuş 

üzvlərini  cəzalandıra  və  üçdə  iki  səs  çoxluğu  ilə  bir üzvü  öz  tərkibindən 

çıxara bilər. 

Hər palata öz iclaslannm protokollarını tutur və vaxtaşırı olaraq, gizli 

qalmasını münasib bildikləri bölmələr istisna olmaqla, dərc 

I. XXdəyişikliyə bax (bu dəyişikliyə görə yanvarın üçü toplanır) 

488 



edir;  Hər  iki  palata  üzvlərinin  bu  ya  digər  məsələ  ilə  bağlı  verdikləri 

“lehinə”  və  “əleyhinə”  səsləri,  səsvermədə  iştirak  edən  üzvlərin  beşdə 

birinin tələbi ilə protokola köçürülür. 

Konqresin  toplantısı  zamanı  palatalardan  heç  biri,  öz  iclaslarını 

digərinin razılığı olmadan üç gündən artıq təxirə sala və hər iki palatanın 

toplandığı yerdən başqa bir yerdə toplana bilməz. 



Bölmə 6. Senatorlar öz nümayəndələr, xidmətləri müqabilində, qanunla 

müəyyən ediləcək və Birləşmiş Ştatlar xəzinəsindən ödəniləcək bir təzminat 

alırlar. Onlar bütün halda üzvü olduqları palatanın toplantısı zamanı və ya 

iclaslara  gəlib-gedərkən  -  ictimai  qaydanı  pozma,  vətənə  xəyanət  və  ağır 

cinayətlər  istisna  olmaqla,  heç  bir  səbəbə  görə  həbs  edilə,  palatalarda 

çıxışlarına  və  debatlarda  iştirakına  görə  heç  bir  yerdə  sorğuya  çəkilə 

bilməzlər. 

Heç bir senator və nümayəndə, seçilmiş olduğu dövr ərzində Birləşmiş 

Ştatlar  Hakimiyyəti  hüdudlarmdakı  təsis  edilmiş  və  ya  məvacibləri  bu 

dövrdə artırılmış olan hər hansı bir dövlət vəzifəsinə təyin edilə bilməz; belə 

bir dövlət vəzifəsində olan heç bir şəxs də vəzifədə olduğu müddətdə palata 

üzvü ola bilməz. 



Bölmə  7.  Vergilərin  tutulmasına  dair  bütün  billər'.  Nümayəndələr 

Palatasından  çıxır.  Ancaq  senat,  digər  qanun  layihələrində  olduğu  kimi, 

dəyişikliklər təklif edə və ya billərlə razılaşa bilər. 

Hər bili. Senat və Nümayəndələr palatasından keçib qanun olmazdan 

öncə.  Birləşmiş  Ştatlar  Prezidentinə  təqdim  olunur;  əgər  prezident 

bəyənirsə, billi imzalayır, əks halda isə, öz etirazlarıyla birlikdə billi, onu 

təklif edən palataya geri göndərir, palata isə bu etirazlan bütün təfərrüatı ilə 

protokollara  köçürür.  Əgər  ikinci  baxılmadan  sonra  palatanın  üçdə  ikisi 

billin lehinə səs verərsə, bili prezidentin etirazlarıyla birlikdə digər palataya 

göndərilir. Bu palatada da bili üçdə iki səs çoxluğu ilə bəyənilirsə, qanun 

ofur. Bu kimi hallarda hər iki palatanın üzvləri yalnız “lehinə” və “əleyhinə” 

səs verir və billin lehinə olanlarla əleyhdarlarının adları, səsləri ilə birlikdə, 

üzvü  olduqları  palatanın  protokolunda  qeyd  edilir.  Əgər  bili  prezidentə 

təqdimindən sonrakı on gün ərzində (bazar günləri 



1. Bill-qanıtn layihəsi 

489 


nəzərə  alınmır)  prezident  tərəfindən  geri  qaytarılmazsa,  imzalanmış 

sayılaraq qanun qüvvəsinə minir. Yalnız konqresin tətilə getməsi üzündən 

bili geri göndərilməmişsə, o, qanun ola bilməz. 

Senatın və Nümayəndələr palatasının razılığını zənıri edən (tətilə getmə 

haqqında  qərarlar  istisna  olmaqla)  hər  bir  qərar,  qəmamə  və  ya  aktların 

qüvvəyə  minə  bilməsi  üçün  onlar  Birləşmiş  Ştatlar  Prezidentinə  təqdim 

olumnalı  və  prezident  tərəfindən  təsdiqlənməlidir;  əgər  prezident 

təsdiqləməzsə,  həmin  aktlar  bili  üçün  nəzərdə  tutulan  qayda  və 

məhdudiyyətlər çərçivəsində senat və nümayəndələr palatasının üçdə iki səs 

çoxluğu ilə yenidən qəbul edilə bilər. 



Bölmə 8. Konqresin aşağıdakı hüquqları vardır: 

Birləşmiş  Ştatların  birgə  müdafiəsini  və  ümumi  rifahını  təmin  etmək 

üçün vergilər, xəraclar; rüsumlar və aksizlər qoymaq və toplamaq; həm də 

bu  zaman  bütün  xəraclar,  rüsumlar  və  aksizlər  ölkənin  hər  yerində  vahid 

olmalıdır; 

Birləşmiş Ştatlar adından kredit almaq

Xarici dövlətlərlə, ştatların öz aralarında və hindu qəbilələrilə ticarəti 

tənzimləmək; 

Birləşmiş  Ştatların  hər  yerində  vətəndaşlığa  qəbul  etmənin  vahid 

normalarını müəyyən etmək və iflasla bağlı vahid qanun etmək

Sikkə kəsmək, xarici pula nisbətdə milli pulun dəyərini tənzimləmək və 

pulun çəki və ölçü standartlarını müəyyən etmək; 

Birləşmiş  Ştatların  tədavüldə  olan  pulunu  və  qiymətli  kağızlarını 

saxtalaşdırmağa görə cəza tədbirləri müəyyən etmək

Poçt xidməti və poçt yollanm təşkil etmək

Müəllif  və  ixtiraçılarm,  öz  əsər  və  kəşfləri  üzərində  müstəsna 

sahibliyini  müəyyən  müddətə  təmin  edərək  elmin  və  faydalı  sənətlərin 

inkişafını təşviq etmək; 

Ali Məhkəməyə tabe olan aşağı məhkəmələr təsis etmək; 

dəniz quldurluğunu, açıq dənizdə törədilən ağır cinayətləri və millətlər 

hüququna qarşı cinayətləri müəyyən etmək və cəzalandırmaq; 

Müharibə elan etmək, düşmən ticarət gəmilərinin təqib və zəb- tinə və 

təzyiqgöstərici tədbirlərə dair şəhadətnamə vermək və dənizdə ələ keçirilən 

qənimətlərlə bağlı normalar müəyyən etmək; 



490 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə