S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə164/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   157   158   159   160   161   162   163   164   165

prezident  seçkilərində  səslər  ştatların  sayına  görə  hesablanır  və  hər  ştat 

nümayəndəliyinin bir səs hüququ vardır. Bu halda yetərsayın olması üçün 

hərəsi bir, ya bir neçə nümayəndə ilə təmsil olunan ştatlardan üçdə ikisinin 

iştirakı və bütün ştatların səs əksəriyyəti zəruridir. Əgər prezident seçmək 

üçün çağırılan Nümayəndələr Palatası qabaqdan gələn mart ayının dördünə 

qədər prezident seçə bilməzsə, vitse-prezidentin ölümü və ya konstitusiya 

ilə  müəyyən  edilən  digər  iqtidarsızhq  hallannda  olduğu  kimi  prezident 

vəzifələrini icra edir'. Əgər vitse-prezidentlik üçün ən çox səs alan şəxsin 

topladığı səs miqdarı bütün təyinatlı seçicilərin yandan çoxunu təşkil edirsə, 

o, vitse-prezident olur^. Əgər heç kim belə bir səs əksəriyyəti əldə etməzsə, 

siyahıdakı  ən  çox  səs  toplayan  iki  şəxsdən  biri,  senat  tərəfindən 

vitse-prezident seçilir. Bu zaman yetərsayın olması üçün bütün senatorların 

üçdə  ikisinin  iştirakı,  vitse-prezident  seçilmək  üçünsə  bütün  senatorlann 

mütləq səs əksəriyyəti zəruridir. Ancaq Konstitusiya baxımından Birləşmiş 

Ştatlar  Prezidenti  vəzifəsinə  seçilə  bilməsi  mümkün  olmayan  heç  kəs, 

vitse-prezident də seçilə bilməz. 



XIII

 

dəyişiklik 

Bölmə 1. Birləşmiş Ştatlarda və ya onların yurisdiksiyasına daxil olan 

hər  hansı  bir  yerdə  nə  köləlik,  nə  də törədilmiş  cinayətə  görə  cəza  təşkil 

etməyincə - məcburi iş vardır. 

Bölmə  2.  Konqresin  müvafiq  qanun  çıxararaq  bu  maddənin  həyata 

keçirilməsini təmin etmək hüququ vardır. 



XIV

 

dəyişiklik 

Bölmə 1. Birləşmiş Ştatlarda doğulmuş, vətəndaşlığa girmiş və onların 

yurisdiksiyasına tabe olan hər bir şəxs Birləşmiş Ştatların və sakini olduğu 

ştatın vətəndaşıdır. Heç bir ştat. Birləşmiş Ştatlar və- 

1.1978-ci ildə qüvvəyə minmişdir 

2.1804-cü ildə qüvvəyə 

minmişdir 

503 



təndaşlannm imtiyaz və toxunulmazlıqlarını məhdudlaşdıran qanunlar verə 

və  ya  tətbiq  edə  bilməz;  heç  bir  ştat  qanuni  prosedurasız,  heç  kimi 

həyatından,  azadlığından  və  ya  xüsusi  mülkündən  məhrum  edə  və  öz 

yurisdiksiyasmda olan hər hansı bir şəxsin qanuni təminatlarından hamıyla 

bərabər şəkildə faydalanmasına mane ola bilməz. 

Bölmə  2.  Nümayəndələr, hər ştatın öz əhalisinin sayına proporsional 

olaraq, vergi tutulmayan hindulardan başqa, bütün sakinlərinin sayı nəzərə 

alınmaqla  bölünür.  Ancaq,  Birləşmiş  Ştatların  prezident  və 

vitse-prezidentini  seçəcək  nümayəndələrin,  konqres  təmsilçilərinin,  ştatın 

icra, məhkəmə, yaxud qanunverici orqanlan üzvlərinin seçkiləri zamanı, hər 

hansı bir ştatın kişi sakinlərindən 21 yaşına çatmış və Birləşmiş Ştatların 

vətəndaşı olan şəxsin səs hüququ tanınmazsa, yaxud üsyanda iştirakına və 

ya  başqa  cinayətinə,  yaxud  digər  səbəbə  görə  səsvermə  hüququ 

məhdudlaşdırılanlarm  sayı  həmin  ştatın  iyirmi  bir  yaşına  çatmış  bütün 

vətəndaşlarının  sayından  çıxarılır  və  bu  ştatın  konqresdə  təmsili,  qalan 

bütün əhalinin nisbətinə görə olur. 

Bölmə 3. Konqres üzvü, yaxud Birləşmiş Ştatların vəzifəli şəxsi və ya 

bir  ştatın  qanunverici  məclis  üzvü,  yaxud  vəzifəli  şəxsi  olaraq  Birləşmiş 

Ştatların  Konstitusiyasına  sadiq  qalacağına  and  içdiyi  halda  bu 

konstitusiyaya qarşı üsyan və ya qiyamda iştirak edən, Birləşmiş Ştatların 

düşmənlərini müdafiə və onlara yardım edən heç bir şəxs, konqresdə senator 

və  ya  nümayəndə  ola,  yaxud  prezident  və  ya  vitse-prezident  seçkilərində 

seçici seçilə ya da Birləşmiş Ştatlarda və ya ştatlardan birində hərbi və ya 

mülki vəzifə tuta bilməz. Ancaq konqres, özünün hər iki palatasının üçdə iki 

səs çoxluğu ilə bu məhdudiyyəti ləğv edə bilər. 

Bölmə 4. Birləşmiş Ştatların qanunda təsbit edilən dövlət borcunun, 0 

cümlədən  üsyan  və  ya  qiyamın  yatırılmasındakı  xidmətə  görə  ödənən 

pensiya və ya mükafatlar üzrə borcların hüquqiliyinə şübhə gətirilə bilməz. 

Ancaq nə Birləşmiş Ştatlar, nə də hər hansı 



1. XX və XXV dəyişikliklərə 

bax 

2.1865-

Cİ 

ildə qəbul 

edilmişdir 

504 


bir şatat Birləşmiş Ştatlara qarşı üsyan və ya qiyama ya yardım üçün alınmış 

borclara görə öhdəliklərini, ya da hər hansı bir qulun itirilməsi, yaxud azad 

edilməsi  ilə  bağlı  təzminat  tələblərini  yerinə  yetirməyə  borelu  deyildir; 

bütün bu borclar, öhdəliklər və tələblər qanuna zidd və etibarsızdır. 



Bölmə 5. Konqresin müvafiq qanunlar çıxararaq bu maddənin tətbiqini 

təmin etmək hüququ vardır. 



XV

 

dəyişiklik 

(3 fevral 1870-ci il) 

Bölmə 1. Birləşmiş Ştatlar və ya hər hansı bir ştat tərəfindən. Birləşmiş 

Ştatlar  vətəndaşlarının  səsvermə  hüququ,  irqinə,  dərisinin  rənginə  və  ya 

öncəki köləliyinin şərtlərinə görə ləğv edilə və ya məhdudlaşdırıla bilməz. 

Bölmə 2. Konqresin müvafiq qanunlar çıxararaq bu maddənin tətbiqini 

təmin etmək səlahiyyəti vardır. 



XVI

 

dəyişiklik 

(3 fevral 19I3-CÜ il) 

Konqresin, mənbəyindən ştatlar arasında bərabər olmasından, əhalinin 

nə  cür  siyahıya  alınması,  yaxud  hesablanmasından  asılı  olmayaraq  bütün 

gəlirlər üzrə vergi qoymaq və tutmaq hüququ vardır. 



XVII

 

dəyişiklik 

(8 aprel 1913-cü il) 

Birləşmiş  Ştatların  Senatı,  hər  ştatdan  iki  senator  olmaqla,  bu  ştatın 

vətəndaşları tərəfindən altı illik müddət üçün seçilir. Hər se- natonın bir səsi 

vardır.  Hər  ştatın  seçiciləri,  ştatın  qanunverici  məclisinin  daha  çoxsaylı 

palatasının seçiciləri üçün qoyulan tələblərə cavab verməlidir. 

Senatda hər hansı bir ştatın nümayəndəliyində boş yer yaranarsa, bu yeri 

doldurmaq üçün, həmin ştatın icra hakimiyyətini yeni 

505 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə