S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə162/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   157   158   159   160   161   162   163   164   165

IV

 

Maddə 

(Ştatlar və hökumət) 

Bölmə 1. Hər ştat, bütün digər ştatların rəsmi aktlarına, sənədlərinə və 

məhkəmə  aktlarına  tam  etimad  və  hörmət  göstərməlidir.  Konqres  bu 

aktlann, sənədlərin və məhkəmə qərarlarının nə şəkildə verilməli olduğunu 

və hüquqi qüvvəyə minə bilmə üsullarını ümumi qanunlarla müəyyən edə 

bilər. 

Bölmə 2. Hər ştatın vətəndaşları, digər ştatın vətəndaşlarının imtiyaz və 

toxunulmazlıqlarından istifadə edirlər. 

Hər  hansı  bir  ştatda  vətənə  xəyanətdə,  cinayətdə  və  ya  digər 

pozuntusunda günahlandınlaraq, ədalət mühakiməsindən gizlənən və başqa 

bir  ştatda  yaxalanan  şəxs,  qaçdığı  ştatın  icra  hakimiyyətinin  tələbi  ilə 

tutularaq,  həmin  cinayətin  mühakimə  edilməsində  səlahiyyəti  olan  ştata 

təhvil verilir. Bir ştatın qanunlan üzrə işləməyə və ya xidmət etməyə borclu 

olan heç bir şəxs başqa bir ştata qaçaraq onun qanun və ya qərarlanna sığına 

bilməz və həmin işi və ya xidməti gördürməyə hüququ olan tərəfin tələbi 

üzrə təhvil verilməlidir. 



Bölmə  3.  Konqres,  ittifaqa  yeni  ştatların  girməsinə  icazə  verə  bilər, 

ancaq marağı olan ştatın qanunverici orqanının razılığı olmadan bu ştatın 

ərazisində  yeni  bir  ştat  yarada  bilməz;  Habelə  marağı  olan  ştatların 

qanunverici orqanlarının və konqresin razılığı olmadan, iki və ya daha artıq 

ştatın və ya bu ştatların bölgələrinin birləşməsilə yeni bir ştat yaradılmasına 

yol verilmir. 

Konqresin Birləşmiş Ştatlara məxsus olan torpaqlar və ya digər hüquq 

mülklər üzərində sərəncam vermək və bununla bağlı bütün zəruri qanun və 

digər  normativ  aktlan  qəbul  etmək  hüququ  vardır;  ancaq  bu 

Konstitusiyadakı  bir  maddə.  Birləşmiş  Ştatların  və  ya  ştatların  birinin 

hüquqları əleyhinə yozula bilməz. 

Bölmə  4.  Birləşmiş  Ştatlar  bu  ittifaqa  daxil  olan  hər  ştat  üçün 

idarəetmənin  respublika  formasına  təminat  verir  və  hər  ştatı  xarici 

təcavüzdən, icra orqanının (qanunverici orqanın toplana bilməməsi halında) 

xahişi əsasında isə daxili zorakılıqdan qoruyur. 



497 


V

 

Maddə 

(Konstitusiya dəyişiklikləri haqqında) 

Hər  iki  palata  üçdə  iki  səs  çoxluğu  ilə  lazım  bildikdə  Konqres  bu 

Konstitusiyaya dəyişikliklər edilməsini təklif edir və ya bütün ştatların üçdə 

ikisinin  qanunverici  orqanları  müraciət  etdikdə  Konstitusiyaya  dəyişiklik 

təklif etmək məqsədilə bir konvent çağırır. Hər iki halda bu dəyişikliklər, 

konqresin təklif edəcəyi təsdiqləmə qaydası üzrə ştatlardan dörddə üçünün 

orqanlarının və ya hər ştatda bu məqsədlə toplanacaq konventlərin dörddə 

üçünün  təsdiq  et-  məsiylə,  bu  konstitusiyanın  bir  hissəsi  olaraq  hər 

baxımdan hüquqi qüvvəli olurlar. Ancaq 1808-ci ilə qədər. I maddənin 9-cu 

bölməsinin I və IV paraqrafları üzrə, heç bir dəyişiklik edilə bilməz və heç 

bir  ştat,  öz  razılığı  olmadan,  senatdakı  digər  ştatlarla  bərabər  səs 

hüququndan məhrum oluna bilməz. 



VI

 

Maddə 

(müxtəlif hökmlər) 

Bu  Konstitusiyanın  qəbuluna  qədər  mövcud  olan  bütün  borc  və 

öhdəliklər konfederasiya vaxtında olduğu kimi, bu konstitusiya dövıiində 

də Birləşmiş Ştatlar üçün öz hüquqi qüvvəsini saxlayır. 

Bu  Konstitusiya  və  onun  əsasında  qəbul  ediləcək  Birləşmiş  Ştatlar 

qanunları.  Birləşmiş  Ştatların  bağladığı  və  ya  bağlayacağı  bütün 

müqavilələr  ölkənin  ali  hüquq  normaları  olur  və  hər  hansı  bir  ştatın 

Konstitusiya  və  qanunlarına  zidd  olsalar  belə  həmin  ştatın  hakimləri 

tərəfindən yerinə yetirilməlidir. 

Yuxarıda xatırladılan senator və nümayəndələr, hər ştatın qanunverici 

orqanı  üzvləri,  habelə  Birləşmiş  Ştatların  və  ayrı-ayrı  ştatların  icra  və 

məhkəmə  orqanlarının  vəzifəli  şəxsləri  bu  Konstitusiyaya  sadiq 

qalacaqlarına and içirlər və ya söz verirlər; ancaq. Birləşmiş Ştatlarda bir 

vəzifə  və  ya  ictimai  post  tutmaq  üçün  şərt  olaraq,  dindar  olmaq  tələbi 

qoyula bilməz. 

498 



VII

 

Maddə 

(Konstitusiyanın təsdiqlənməsi) 

Bu Konstitusiyanın qüvvəyə minə bilməsi üçün,onu təsdiqləyən ştatlar 

arasından doqquzunun konventləri tərəfindən ratifikasiya olunması kifayət 

edir. 


Bu  Konstitusiya,  konventdə  təmsil  edilən  ştatların  yekdil  razılığı  ilə, 

miladi  və  min  yeddi  yüz  səksən  yeddinci il,  sentyabrın  on  yeddisində  və 

Birləşmiş Ştatların müstəqilliyinin on ikinci ilində təsdiq edilmişdir; buna 

sübut olaraq biz aşağıda imzalarımızı qoyduq. 

C.Vaşinqton 

-Prezident və Virciniyadan nümayəndə 

Nyu-Hempşir .......... Con Lqnqdon, Nikoloas Oilmen 

Massaçusets ............ Nataniel Torhem, Rufus Kinq 

Konnektikut ............ Uilyam Samyuel Conson, Rocer Şerman 

Nyu-York ................ Aleksandr Hamilton, Uilyam Livinqson 

Nyu Cersi ................ David Brerli, Uilyam Petreson

Conatan Deyton 

Pensilvaniya ............ Bencamin Franklin, Tomas Mifflin, 

Robert Morris, Corc Klaymer, 

Tomas Fizsimons, Carel İnqersol, 

Ceymus Uilson, Qov Morris 

Delaver.................... Corc Rid, Qanninq Bedford (kiçik), 

Con Dikinson, Riçard Basset

Ceykob Brum 

Merilend.................. Ceyms Miakhenri, 

Deniel of sent-Tomas Cenifer, 

Daniel Kerrol, 

Virciniya ................. Con Bler, Ceyms Medison (kiçik), 

Şim.Karolina ...........  Uilyam Blaunt, Dobbs Speyt Uilyamson 

Cənubi Karolina .... C.Rutlec, Çariz Kautsuori Pinkni, 

Çariz Pinkni, Pirs Batler 

Corciya.................... Uilyam Fyu, Avraam Bolduin 

17 sentyabr 1787-ci il 

499 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə