S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə163/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   157   158   159   160   161   162   163   164   165

AMERIKA BIRLƏŞMIŞ 

ŞTATLARI 

KONSTİTUSİYASINA

 

DƏYİŞİKLİKLƏR 

(sonstitiitional amendments) 

I

 

dəyişiklik 

Konqres hər hansı bir din yaradan və ya ona sərbəst etiqad olunmasını 

qadağan edən, söz və mətbuat azadlığını, habelə vətəndaşların dinc niyyətlə 

toplanma  və  öz  şikayətlərini  hökumətə  bildirmək  üçün  ərizə  vermə 

hüquqlarını məhdudlaşdıran heç bir qanun verə bilməz. 

II

 

dəyişiklik 

Azad  bir  dövlətin  təhlükəsizliyi  üçün  yaxşı  təşkilatlanmış  milisə 

ehtiyac  olduğundan,  xalqın  silah  saxlama  və  gəzdirmə  hüququ  pozula 

bilməz. 


III

 

dəyişiklik 

Heç bir əsgər, sülh dövründə heç vaxt, müharibədə isə qanunla nəzərdə 

tutulan  halları  çıxmaqla,  sahibinin  icazəsi  olmadan  hər  hansı  bir  evdə 

yerləşdirilə bilməz. 



IV

 

dəyişiklik 

Vətəndaşların  özlərinin,  mənzillərinin,  kağız  və  əşyalarının  əsassız 

axtarış  və  həbslərdən  mühafizə  hüququ  pozulmamalıdır.  Axtarış  və  həbs 

haqqında  order,  kifayət  qədər  əsas  olmadan,  and  və  ya  vədlə 

təsdiqlənmədən  verilə  bilməz;  bu  zaman,  orderdə  axtarışın  yeri,  həbs 

(müsadirə) olunacaq şəxs və əşyalar dəqiq təsvir edilməlidir. 



V

 

dəyişiklik 

Heç  kim  əsas  təsdiq  olmayınca  və  ya  böyük  jüri  tərəfindən  ittiham 

edilməyincə, ağır və ya ləkəgətirici bir cinayətə cəlb edilə bil- 

/. "Hüquqlar haqqında BiU” adı olan 10 dəyişiklik 15 dekabr 1791-ci ildə 



qüvvəyə niinınişdir 

500 


məz. Piyada qoşunlarında və ya hərbi donanmada, yaxud müharibə zamanı 

və  ya  cəmiyyət  üçün  təhlükə  anında  həqiqi  xidmətə  çağırılan  milis 

təşkilatlarında qaldırılan işlər bu hökmə daxil deyildir. Heç kimin həyatı və 

ya cismani toxunulmazlığı eyni bir cinayətə görə iki dəfə təhlükəyə məruz 

qala  bilməz;  heç  kim,  hər  hansı  bir  cinayət  işində,  öz  əleyhinə  şahidlik 

etməyə  məcbur  oluna  bilməz:  heç  kim  qanuni  bir  proseduraya  riayət 

edilmədən, həyatından, azadlığından və ya şəxsi əmlakından məhrum edilə 

bilməz. Xüsusi mülkiyyətdə olan heç bir əmlak tam qarşılığı ödənilmədən 

ictimai mənafe üçün alına bilməz. 

VI

 

dəyişiklik 

Bütün  cinayət  təqibi  hallarında,  təqsirləndirilən  şəxs  cinayətin 

törədilmiş  olduğu  ştatın  və  qanunla  öncədən  müəyyən  edilmiş  bölgənin 

bitərəf  jürisi  tərəfindən,  gecikmədən  və  açıq  olaraq  mühakimə  edilmək, 

ittihamın mahiyyət və səbəbini özünə bildirilməsini tələb etmək, əleyhinə 

ifadə verən şahidlərlə üzləşmək, lehinə olan öz şahidlərinin bütün qanuni 

yollarla  gətirilməsini  və  öz  müdafiəsi  üçün  vəkil  yardımını  tələb  etmək 

hüququna malikdir. 



VII

 

dəyişiklik 

Ümumi hüquq' (Sommon Law) normalarına əsaslanan və iddia məbləği 

iyirmi dolları aşan mübahisələrdə, jüri-tərəfindən mühaki- , mə olunmaq 

hüququ saxlanılır, lakin jürinin baxmış olduğu iş, ümumi hüquq normalarına 

əsaslanmırsa. Birləşmiş Ştatların heç bir məhkəməsi tərəfindən baxıla 

bilməz. 


VIII

 

dəyişiklik 

Qədərindən  artıq  girovlar  tələb  edilə  və  ya  həddən  çox  pul  cəriməsi 

qoyula, yaxud sərt və qeyri-adi cəzalar verilə bilməz. 

1.1978-ci ildə qüvvəyə minmişdir 

501 



IX

 

dəyişiklik 

Bu Konstitusiyada müəyyən hüquqlar sadalanışı, xalqın malik olduğu 

digər  hüquqların  inkar edilməsi  və  ya  az  əhəmiyyətli  olması  kimi  yozula 

bilməz. 


X

 

dəyişiklik 

Bu Konstitusiya ilə Birləşmiş Ştatlara verilməyən və ayrı-ayrı ştatlara 

qadağan olunmayan səlahiyyətlər müvafiq olaraq ştatların və ya xalqındır. 

XI

 

dəyişiklik 

Birləşmiş Ştatların məhkəmə səlahiyyəti, ştatlardan, birinə qarşı başqa 

bir  ştatın  vətəndaşlarının  və  ya  xarici  dövlətin  vətəndaşlarının,  yaxud 

təbəələrinin qaldırdığı və ya davam etdirdiyi hər cür hüquq və ədalət işlərini 

əhatə etməsi şəklində yozula bilməz. 

XII

 

dəyişiklik 

Seçicilər öz  yaşadıqları  ştatda toplanaraq,  ən  azı biri bu  ştatın  sakini 

olmayan prezident və vitse-prezidenti gizli səslə seçirlər. Seçicilər Prezident 

və  vitse-prezident  olaraq  səs  verdikləri  şəxslərin  adlarını  iki  bülletendə 

göstərir,  prezident  və  vitse-prezident  olaraq  səs  verdikləri  şəxsləri  və  bu 

şəxslərdən hər birinin toplamış olduğu şəxslərin miqdarını müəyyən edən 

ayrıca bir siyahı hazırlayaraq imzalayır və həmin siyahını möhürlü zərfin 

içində  Birləşmiş  Ştatların  hökumət  mərkəzinə  -  Senat  sədrinin  adma 

göndərirlər. 

Senatın  sədri  Senat  və  Nümayəndələr  palatası  üzvlərinin  iştirakı  ilə 

bütün möhürlü zərfləri açaraq səsləri sayır. Əgər prezidentlik üçün ən çox 

səs  alan  şəxsin  topladığı  səs  miqdan  bütün  təyinatlı  seçicilərin  yarıdan 

çoxunu təşkil edirsə, o, prezident olur. Əgər heç kim belə bir səs çoxluğu 

əldə  etməmişsə.  Nümayəndələr  Palatası  dərhal  toplanaraq,  prezident 

seçkilərindən  maksimum  üç  ən  çox  səs  alan  namizədlər  arasından  birini 

gizli səsvermə ilə prezident seçir. Ancaq 



502 


Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə