S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə160/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   157   158   159   160   161   162   163   164   165

ordu yaratmaq və maliyyələşdirmək, ancaq, bu məqsədlə iki ildən artıq 

bir müddətə pul təxsisası ayrıla bilməz; 

donanma yaratmaq və təchiz etmək

quru  və  dəniz  qüvvələrinin  təşkili  və  idarə  edilməsi  üçün  qaydalar 

müəyyən etmək; 

üsyanları yatırmaq, təcavüzləri dəf etmək və İttifaqın qanunlarını həyata 

keçirmək üçün milis qüvvələrini silah altına çağırmaq; 

Milisin  təlimi  və  zabitlərin  təyinatı,  konqres  tərəfindən  qoyulmuş 

intizam qaydalarına uyğun olaraq, hər ştatın öz ixtiyarına buraxılmaqla milis 

qüvvələrinin  təşkilatlandırılması,  təchiz  olunması,  intizamının  təmin 

edilməsi  və  bu  qüvvələrin  Birləşmiş  Ştatlar  xidmətində  istifadə  olunacaq 

qisminin idarə edilməsi üzrə tədbirlər gömıək; 

ştatlardan  birinin  güzəştə  getməsi  və  konqresin  qəbul  edilməsi 

nəticəsində Birləşmiş Ştatlar hökumətinin mərkəzi ola biləcək müəyyən bir 

bölgədə  (bu  bölgənin  sahəsi  10  kvadrat  mildən  çox  olmamalıdır),  bütün 

hallarda müstəsna qanunvericilik səlahiyyətlərindən istifadə etmək; müdafiə 

istehkamları, cəbbəxanalar, hərbi təchizat arsena^crı, tərsanə və digər zəruri 

təsisləri torpaqları üzərində quracağı ştatın qanunverici orqanının razılığı ilə 

bu  torpaqları  əldə  edərək,  onlar  üzərində  də  eyni  səlahiyyətləri  həyata 

keçirmək; 

Yuxanda  sadalanan  səlahiyyətlərin,  habelə  Birləşmiş  Ştatlar 

hökumətinə,  onun  departamentlərinə  və  ya  vəzifəli  şəxslərinə  bu 

konstitusiya ilə verilmiş olan bütün digər səlahiyyətlərin tətbiq edilə bilməsi 

üçün zəmri və məntiqi ola biləcək bütün qanunları vermək. 



Bölmə  9.  Konqres,  hazırda  mövcud  olan  ştatlardan  hər  hansı  birinin 

köçürülməsi  və  ya  qəbuluna'  icazə  verdiyi  şəxslər  üçün,  min  səkkiz  yüz 

səkkizinci  ilə  qədər  heç  bir  qadağa  qoyula  bilməz;  ancaq  bu  cür  qəbul 

edilənlərdən,  hər  adam  başına  on  dollardan  çox  olmamaqla,  vergi  və  ya 

rüsum tutula bilər. 

Üsyan və ya təcavüz hallarında, ictimai təhlükəsizlik tələb etməyincə 

habeas sorrus" ilə tanınan imtiyazlar doldurula bilməz. 

1.

 

Söhbət zənci qulların gətirilməsindən gedir. 

2.

 

Habeas  sornıs  Məhbusun  məhkəməyə  qədərki  hüquqi  vəziyyətini 

tənzimləyən məhkəmə əmridir. 

491 



Bili of attainder' və ex rost fasto- qanunu qəbul edilə bilməz. 

Yuxanda göstərilən qaydalar üzrə keçirilən əhali sayımma və ya vergi 

qoyma  üçün  aparılan  hesablamaya  proporsional  olmayınca,  heç  bir  can 

vergisi və ya vasitəsiz vergi qoyula bilməz. 

Digər bir ştatdan ixrac edilən mallar üzərinə vergi və ya rüsum qoyula 

bilməz. 


Hər hansı ticarət və ya maliyyə xarakterli aktla, bir ştatın limanı digər 

ştatın limanlarından üstün tutula bilməz; Bir ştatın limanına gedən və ya bu 

limandan gələn gəmilər digər ştatın İmanına girməyə, burda boşalmağa və 

ya rüsum ödəməyə məcbur edilə bilməz. 

Yalnız qanunla müəyyən edilən təxsisatlar üçün xəzinədən pul verilə 

bilər;  bütün  dövlət  mədaxil  və  məxariclərin  haqqında  məlumat  və 

hesabatlar vaxtaşırı dərc olunur. 

Birləşmiş Ştatlar tərəfindən hər hansı əsil-nəcabət bildirən titul verilə 

bilməz; Birləşmiş Ştatlarda qazandı və ya etimad tələb edən rəsmi vəzifə 

tutmuş  heç  bir  şəxs  konqresin  razılığı  olmadan  hər  hansı  bir  kraldan, 

şahzadədən  və  ya  xarici  dövlətdən  hədiyyə,  maaş,  vəzifə  və  ya  hər  cür 

titullar qəbul edə bilməz. 



Bölmə  10.  Heç  bir  ştat  hər  hansı  bir  müqaviləyə,  ittifaqa  və  ya 

konfederasiyaya qoşula bilməz; düşmən ticarət gəmilərinin təqib və zəbti 

üçün  şəhadətnamə  verə,  sikkə  kəsə,  tədavülə  kredit  biletləri  buraxa, 

borclarını qızıl və gümüşdən başqa hər hansı bir şeylə ödəyə, of attainder və 

ex rost fasto qanunları və ya müqavilə öhdəliklərini pozan qanunlar çıxara, 

yaxud zadəgən titullan verə bilməz. 

Heç  bir  ştat,  konqresin  icazəsi  olmadan,  ixracat  və  idxalat  üzərində, 

bunlara nəzarət edən qanunların tətbiq oluna bilməsi üçün son dərəcə zəruri 

ola  biləcək  hallar  istisna  edilməklə,  vergi  və  rüsum  qoya  bilməz;  ştatın 

qoyduğu bütün idxal-ixrac vergi və rüsumlarından əldə olunan xalis gəlir 

Birləşmiş  Ştatlar  xəzinəsinə  gedir;  bütün  bu  növ  qanunlara  konqres 

tərəfindən baxılır və nəzarət edilir. 

Heç  bir  ştat,  konqresin  razılığı  olmadan  tonnaj,  vergisi  qoya,  sülh 

dövründə qoşun və ya hərbi gəmilər saxlaya, habelə başqa bir 



I.oj attaindez -hər hansı şəxsin məhkəməsiz cəzalandırılması haqqında bili 

2. ex rost fasto-geriyə qüvvəsi olan qanun 

492 


ştatla  və  ya  xarici  bir  dövlətlə  müqavilə  bağlaya,  yaxud  hücuma  məruz 

qalmaymca və ya ləngiməyin mümkün olmadığı birbaşa təhlükə olmayınca 

müharibəyə girə bilməz. 

II Maddə 

(exesutiv rovr-icra hakimiyyəti) 

Bölmə  I.  İcra  Hakimiyyəti  Amerika  Birləşmiş  Ştatlar  Prezidentinə 

verilmişdir. Prezident dörd illik bir müddət ərzində  vəzifəsini icra edir və 

vitse-prezidentlə birgə eyni müddətdə, aşağıda göstərilən qaydada seçilir. 

Hər  ştat,  öz  qanunverici  orqanı  tərəfindən  müəyyən  edilən  qaydada, 

konqresə  göndərmək  hüququ  olduğu  senator  və  nümayəndələrin  cəminə 

bərabər sayda seçici təyin edir. Ancaq heç bir senator və nümayəndə, yaxud 

Birləşmiş Ştatlarda məsul və ya maaşh vəzifə tutan şəxslər seçici təyin edilə 

bilməzlər. 

Seçicilər  öz  yaşadıqları  ştatda  toplaşaraq,  ən  azı  biri  bu  ştatın  sakini 

olmayan  iki  şəxsi  gizli  səslə  seçirlər,  sonra  onlar  səs  verdikləri  şəxslərin 

adını  və  yığılan  səslərin  miqdarını  göstərən  siyahı  hazırlayır,  imzalayıb 

təsdiqləyərək möhürlü zərfin içində Birləşmiş Ştatlar hökumətinin olduğu 

yerə - Senat sədrinin adma göndərirlər Senatın sədri Senat və Nümayəndələr 

palatasının  önündə  bütün  zərfləri  açaraq  səsləri  sayır.  Əgər  ən  çox  səs 

toplamış  şəxs  bütün  seçicilərin  yarıdan  çoxunun  səsini  ala  bilmişsə, 

prezident  olur;  əgər  belə  bir  səs  çoxluğunu  bir  neçə  namizəd  almışsa  və 

bərabər sayda səslərə malikdirlərsə. Nümayəndələr palatası həmin şəxslərin 

arasından birini gizli səslə prezident seçir; əgər heç kim səs çoxluğu qazana 

bilməmişsə, siyahıdakı ən çox səs olan beş namizəd arasından eyni qaydada 

Prezidenti  seçir.  Lakin  prezident  seçkilərində  səslər  ştatların  sayma  görə 

bölünür və hər ştatın da bir səsi vardır. Bu halda yetərsay üçün ştatların üçdə 

ikisinin olması, prezident seçilmək üçünsə bütün ştatların səs çoxluğu tələb 

edilir. Hər bir halda, prezident seçilmiş şəxsdən sonra çox səs alan namizəd 

vitse- prezident olur; əgər iki və ya daha artıq bərabər səs toplayan namizəd 

qalmışsa, senat onların arasından gizli vitse-prezident seçir. 

493 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə