S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə157/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   153   154   155   156   157   158   159   160   ...   165

miB'HwjiWTwtM 

BURJUA HÜQUQU 

(xrestomatiya) 

İNGİLTƏRƏ BURJUA QANUNVERİCİLİYİ 

İcmalar  palatasının  özünün  İngiltərə  dövlətində  ali 

hakimiyyətə malik olması haqqında 4 yanvar 1649-cu il qərarı: 

Parlamentdə iclas edən İngiltərə icmaları 



qərara alır,

 

1)



 

elan edir ki, Allahın böyüklüyü altında gəzən xalq istənilən qanuni 

hakimiyyətin mənbəyidir. 

2)

 



Həmçinin  elan  edir  ki,  parlamentdə  iclas  edən,  xalq  tərfin-  dən 

seçilən  və  onu  təmsil  edən  İngiltərə  icmaları,  dövlətdə  ali  hakimiyyətə 

malikdir. 

3)

 



və  həmçinin  elan  edir  ki,  parlamentdə  iclas  edən  icmaçılar 

tərəfindən qəbul edilən qərar və ya elanlar qanuni qüvvəyə malik olmaqla 

bütün xalq üçün elan edilir və baxmayaraq ki, kral və ya perlər buna razılıq 

vermirlər. 



İNGİLTƏRƏDƏ KONSTİTUSİYALI 

MONARXİYANIN YARANMASI 

TƏBƏƏLƏRİN DAHA YAXŞI AZADLIQLARINI TƏMİN ETMƏK 

VƏ DƏNİZLƏRİN O TAYINA DUSTAQ EDİLNLƏRİN XƏBƏRDARLIQ 

EDİLMƏSİ BARƏDƏ 

26 

MAY 

1679-CU 

İL AKTI (HABEAS CORPUS) 

Habeas  corpus  akt  termini  dustaq  edilənlərin  hakimin  əmri  ilə 

məhkəməyə  gətirilməsi ilə  əlaqədardır. “Habeas corpus ad subjiciendum” 

(“Sən şəxsi məhkəməyə gətinnəlisən”) verildiyi dövrə qədərki müddətdən 

əvvəl bu növ əmrlər müstəsna olaraq hakimlərin səlahiyyətində olmuşdur. 

1679-CU 


il aktı isə dustaq edilən adamlann müəyyən hüquqlarım qorumaq, 

prosedur  qaydalann  pozulmasına  görə  hakimlərin,  həbsxana  və  polis 

içşilərinin məsuliyyətini müəyyən edirdi. 

482 



Bütövlükdə Habeas Corpus act kral hakimiyyətinin özbaşnalıq- larınm 

məhdudlaşdırılmasına 

yönəlmişdir. 

Akt 


insan 

şəxsij^ətinin 

toxunulmazlığının hüquqi təminatını müəyyən edirdi. 

II

 

... hər hansı bir cinayət və ya hesab edir ki, cinayət əməlinə görə həbs 

edilmiş şəxslərin daha tez azad edilməsi üçün ... aşağıdakıları təsdiq edirik: 

Əgər hər hansı bir şəxs hər hansı bir şerifə ... həbsxana rəisi və ya hər 

hansı  bir  məmura  ...  Habeas  corpusun  əmrinə  müvafiq  olaraq  müraciət 

edibsə ... üç gün ərzində (müstəsna kimi dövləti cinayətlər, xəyanət və ya 

ağır cinayətlər buraya daxil edilmir) əmrin tələbinə görə şübhəli adamı ya 

məhkəməyə və ya o şəxsə ki, o şəxs əmrin tələblərini (Habeas corpus actın) 

yerinə  yetirə  bilər  və  eyni zamanda  saxlanılan  şəxsin  saxlanılma  və  həbs 

olunma səbəbini müəyyən edə bilər. Əgər o vaxt ki, saxlanılan və ya həbs 

edilən  şəxsi  məhkəmə  aparmaq  dərhal  mümkün  deyil,  ona  görə  ki, 

məhkəmə bu yerdən 20 mil məsafədə yerləşir və ya 100 mil məsafədə, onda 

əmrin tələblərini 10 gün ərzində icra etməyə icazə verilir, əgər məsafə 10 

mildən artıqdırsa habeas corpusun əmri 20 gün ərzində icra olunmalıdır. 

V...  Əgər  hər  hansı  bir  vəzifəli  şəxs  habeas  corpusun  yuxarıda 

göstərildən  əmrinə  etinasızlıq  etsə  və  ya  icra  etməkdən  imtina  edərsə  və 

həbs  olunmuş  şəxsi,  ounun  tələbi  ilə  həbsi  barədə  6  saat  ərzində  yazh 

orderin  surətini  verməsə...  birinci  dəfə  buna  əməl  etməməyə  görə  həbs 

edilmiş və ya zərər çəkmiş şəxsin xeyrinə 100 funt, ikinci dəfə eyni vəzifəli 

şəxs  bunu  edibsə,  200  funt  ödəməli  və  onun  tutduğu  vəzifədə  qalması 

qeyri-mümkün hesab edilsin. 

X. Həbs olunanın qohumları və ya istənilən hər bir kəs... habeas corpus 

akta  görə  ərizə  ilə  müraciət  edə  bilər  və  öz  istədiyini  ala  bilər...  necə  ki, 

lord-kansler və ya hakim yuxarı instansiya olaraq şikayətə baxmalıdır, əks 

halda onlar 500 funt zərər çəkmişin xeyrinə cərimə verməlidir. 

XII.  İngiltərə  krallığının  heç  bir  təbbəəsi  dustaq  kimi  Şotlandiya, 

İrlandiya, Gersi, Qemsi, Tanjer və ya vilayət... qarnizon, adaya və ya qalaya 

dənizlərin  o  tayına  göndərilə  bilməz.  Əgər  hər  hansı  bir  göstərilən 

təbəələrdən hal-hazırda dustaq edilib və bundan 

483 



sonra dustaq edilsə, istənilən şəxs qanunsuz dustaq edildikləri barədə iddia 

qaldırmalıdırlar. 

XIV... Əgər hər hansı bir şəxs, qanuni olaraq hər hansı bir ağır cinayətə 

görə  məhkum  edilirsə,  və  açıq  məhkəmə  iclasında  özünün  dənizlərin  o 

tayına  sürgün  olunmalarını  xahiş  edirsə  və  hakimlər  onun  burada 

həbsxanada  saxlanılması  və  ya  dənizlərin  o  tayına  göndərilməsini 

məsələsini lazım bildikləri kimi həll edə bilərlər. 

XXL..Əgər  hər  kimsə  həbsə  məmz  qalırsa...  və  o,  ağır  cinayətlərdə 

iştirakçılıq görə ittiham edilirsə və ya ağır cinayət törətməkdə şübhəlidirsə, 

onda  belə  şəxslərə  habeas  corpusun  yuxarıda  göstərilən  əmrləri  şamil 

olunur. 

İNGİLTƏRƏDƏ HÜQUQLAR HAQQINDA BİLL 

1689-CU İL 

1689-cu ildə qəbul edilmiş hüquqlar haqqıiida bili, kral hakimiyyətini 

məhdudlaşdırmağa yönəlmiş bir aktdır. Bu sənədlə İngiltərədə konstitusiyah 

monarxiyanın  əsasları  möhkəmləndirilir  və  hakimiyyət  bölgüsü 

prmsiplərini, qanunverieilik sayəsində parlamentin üstünlüyü təsbit edilirdi. 

1688-ci ildə “Şanlı inqilab” baş tutur və kral II Ya- ko vun yerinə İngiltərə 

parlamenti, kralın qızı Mariyamn əri Vilhelm Oranhnı kral taxtacına dəvət 

edir. Burjuaziyanın maraqlannı ifadə edən leberallar partiyası, parlamentdə 

öz  mövqelərini  möhkəmləndirdikdən  sonra  kral  hakimiyyətinin 

məhdudaşdırılmasını sürətləndirməyə çalışır və beləliklə hüquqlar haqqında 

bili qəbul edilir. 

Dini və dünyavi lordlar və icmalar palatası., özlərinin keçmiş hüquq və 

azadlıqlarının bərpa və təsdiq edilməsi üçün aşağıdakıl- darı bəyan edirlər: 

1.

 



Necə ki, kralın hökmü ilə, parlamentin razılığı olmadan, hökumətə, 

qanunların  dondurulması  və  qanunların  icra  olunmasının  dayandırılması 

barədə təsir etmək qanunsuzluqdur. 

2.

 



Yeni yaranmış hökumətə, kralın iradəsi ilə qanunların dəyişdirilməsi 

və  ya  qanunların  icra  olunmasının  dayandırılması  barədə  təsir  etmək 

qanunsuzluqdur. 

484 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə