S. M. SəIimov h e. d prof. C.İ. Süleymanov h e. n dos. İ. D. Səlimov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə161/165
tarix15.03.2018
ölçüsü3,65 Mb.
#32610
1   ...   157   158   159   160   161   162   163   164   165

Konqres  seçicilərin  seçiləcəyi  vaxtı  və  onların  səs  verəcəkləri  günü 

Birləşmiş Ştatların hər yerində vahid olmaqla müəyyən edə bilər. 

Doğulduğu  gündən  Birləşmiş  Ştatların  vətəndaşı  olmayan  və  ya  bu 

konstitusiyanın qəbulu tarixində Birləşmiş Ştatların vətəndaşı olmayan heç 

kim prezident vəzifəsinə seçilə bilmədiyi kimi, otuz beş yaşına çatmamış və 

Birləşmiş Ştatlarda on dörd il fasiləsiz yaşamamış şəxs də həmin vəzifəyə 

seçilə bilməz. 

Prezidentin vəzifədən kənarlaşdırılması, ölümü və ya istefası, yaxud öz 

səlahİ3'yət  və  vəzifələrini  həyata  keçirmək  iqtidarsızhğı  halında  bu 

səlahİ3q>^ət  və  vəzifələr  vitse-prezidentə  keçir,  həm  Prezidentin,  həm  də 

vitse-prezidentin  vəzifədən  kənarlaşdırılması,  ölümləri,  istefaları,  yaxud 

iqtidarsızhqlan  hallannda,  konqres,  prezident  sifətilə  fəaliyyət  göstərəcək 

vəzifəli şəxsi müəyyən edən qanun verir; həmin vəzifəli şəxs, iqtidarsızhq 

səbəbi aradan qalxmayınca və ya yeni bir prezident seçilməyincə, prezident 

vəzifəsini icra edir. 

Prezident,  müəyyən  olunmuş  müddətlərdə,  xidmətləri  müqabilində 

haqq alır ki, bu haqqın da miqdan, seçilmiş olduğu dövr ərzində nə azaldıla 

nə da artırıla bilər;yenə həmin dövr ərzində Prezident Birləşmiş Ştatlardan 

və ya başqa bir ştatdan heç bir təxsisat ala bilməz. 

Prezident, vəzifəsinə başlamazdan qabaq aşağıdakı məzmunda and içir 

və ya təntənəli söz vəd edir: “Mən, Birləşmiş Ştatlar Prezidenti  vəzifəsini 

vicdanla  yerinə  yetirəcəyimə  və  Birləşmiş  Ştatlar  Konstitusiyasını  var 

qüvvəmlə qoruyacağıma, müdafiə edəcəyimə və pozmayacağıma təntənəli 

and içirəm (söz verirəm)”. 



Bölmə  2.  Prezident,  Birləşmiş  Ştatlar  ordusu  və  hərbi  dəniz 

donanmasının  və  Birləşmiş  Ştatlarda  həqiqi  xidmətə  çağırılarsa,  bütün 

ştatların  milis  qüvvələrinin  Baş  komandanıdır;  prezident,  icra 

departamentlərindən hər birinin başında duran vəzifəli şəxsdən, hər hansı bir 

məsələ üzrə öz vəzifə borcu ilə bağlı yazılı rəy tələb edə bilər; prezidentin 

Birləşmiş Ştatlara qarşı törədilmiş cinayətlərinə görə, impiçment üzrə işlər 

istisna  olmaqla,  bağışlamaq  və  çıxarılan  hökmlərin  icrasını  təxirə  salmaq 

hüququ vardır. 

Prezidentin, Senatın tövsiyə və razılığı ilə və səsvermədə iştirak edən 

senatorların üçdə ikisi tərəfindən bəyənilməklə, beynəlxalq 



494 


müqavilələr  bağlamaq  hüququ  vardır.  Senatın  tövsiyə  və  razılığı  ilə 

prezident,  səfirləri,  səlahiyyətli  elçiləri  və  konsulları.  Ali  Məhkəmənin 

hakimlərini  və  təyinatları  barədə  bu  konstitusiya  ilə  başqa  qayda  nəzərdə 

tutulmamış  olan  və  vəzifələri  sonra  qanunla  müəyyən  ediləcək  Birləşmiş 

Ştatların bütün digər məmurlarını təyin edir. Ancaq konqres aşağı vəzifəli 

məmurlardan  lazım  bildiklərinin  təyin  olunmasım  qanunla  prezidentin 

şəxsən özünə, hakimlərə və ya departament başçılarına həvalə edə bilər. 

Senat tətildə  olduğu  zaman  boşalan  bütün  yerlərə  prezidentin  məmur 

təyin etmə hüququ vardır, ancaq bu məmurların səlahiyyət müddəti senatın 

tətildən sonrakı ilk sessiyası qurtarana qədərdir. 



Bölmə 3. Prezident, vaxtaşırı olaraq, ittifaqın ştatları haqqında konqresə 

məlumat verir, zəruri və faydalı saydığı tədbirləri ona təklif edir; prezident 

fövqəladə  hallarda,  hər  iki  palatanı  və  ya  birini  təcili  olaraq  toplantıya 

çağıra,  palatalar  arasında,  tətilə  getmə  müddətilə  bağlı  fikir  ayrılığı 

yarandıqda isə tətili özünün müvafiq sandığı tarixə keçirə bilər; o, səfirləri 

və  digər  səlahiyyətli  elçiləri  qəbul  edir,  qanunlara  düzgün  riayət 

olunub-olunmadığına  nəzarət  yetirir  və  Birləşmiş  Ştatların  bütün 

məmurlarını vəzifəyə təsdiq edir. 



Bölmə 4. Prezident, vitse-prezident və Birləşmiş Ştatların bütün rəsmi 

vəzifəli şəxsləri, vətənə xəyanət, rüşvətxorluq və ya digər ağır cinayətlər və 

xətalar səbəbiylə, impiçment qaydasında, məhkum edildikdə vəzifələrindən 

kənarlaşdırılır. 



III

 

Maddə 



(yudisial rover-məhkəmə hakimiyyəti) 



Bölmə 1. Birləşmiş Ştatların məhkəmə səlahiyyəti bir Ali Məhkəməyə 

və  konqresin  vaxtaşırı  təsis  edə  biləcəyi  aşağı  məhkəmələrə  verilmişdir. 

Həm  Ali  Məhkəmənin,  həm  də  aşağı  məhkəmələrin  hakimləri  təmiz 

işlədikləri müddətdə öz vəzifələrini saxlayırlar və xidmətləri müqabilində, 

müəyyən olunmuş müddətlərdə, vəzifədə olduqları dövrdə azaldılmayan bir 

haqq alırlar. 



495 


Bölmə  2.  Məhkəmə  səlahiyyəti  bu  konstitusiyanın,  Birləşmiş  Ştatlar 

qanunlarının,  bağlanmış  və  ya  bağlanılacaq  müqavilələrin  hökmləri 

əsasında  qaldırılacaq  bütün  hüquq  və  ədalət  işlərini,  səfirlər,  digər 

səlahiyyətli  elçilər  və  konsullarla bağlı  bütün işləri;  ad-  miralhq  və  dəniz 

hüququ ilə bağlı bütün işləri; Birləşmiş Ştatların tərəf olacağı mübahisələri; 

iki və ya daha artıq şatat arasında, bir ştat ilə başqa bir ştatın vətəndaşları 

arasında, müxtəlif ştatların vətəndaşları arasında, müxtəlif ştatların verdiyi 

torpaqların iddiasında olan eyni ştat vətəndaşları arasında, habelə bir ştat və 

ya bu ştatın vətəndaşları ilə xarici dövlətlər və bu dövlətlərin vətəndaşları, 

yaxud təbəələri arasında yaranacaq mübahisəli işləri əhatə edir. 

Səfirlər,  digər  səlahiyyətli  elçilər  və  konsullarla  bağlı  bütün  işlərdə, 

habelə bir ştatın tərəf olacağı bütün işlərdə Ali Məhkəmə birinci instansiya 

məhkəməsidir.  Yuxanda  sadalanan  bütün  digər  mübahisələrdə,  konqresin 

müəyyən  edəcəyi  qayda  və  istisnalar  müvafiq  surətdə,  Ali  Məhkəmə 

de-yure və de-fakto apelyasiya məhkəməsidir. 

İmpiçment  qaydasında  işlər  istisna  olmaqla,  bütün  cinayətlərin 

mühakiməsi  jüri'  tərəfindən  və  bu  cinayətlərin  törədilmiş  olduğu  ştatda 

həyata  keçirilir;  lakin  cinayət  ştatların  heç  birində  baş  verməmişsə,  işə, 

konqresin qanunla müəyyən edəcəyi yerdə və ya yerlərdə baxılır. 

Bölmə  3.  Birləşmiş  Ştatlara  qarşı  müharibəyə  çağırmaq,  ölkənin 

düşmənləri  tərəfmə  keçmək,  düşmənə  kömək  və  xidmət  etmək  vətənə 

xayanətdir.  Açıq  məhkəmə  iclasında  aşkar  bir  əməl  haqqında  iki  şəxsin 

şahidliyi və ya təqsirləndirilən şəxsin öz etirafı olmayınca, heç kim vətənə 

xəyanətdə günahlandırıla bilməz. 

Konqresin, vətənə xəyanətə görə cəza müəyyən etmək hüququ vardır, 

ancaq  vətənə  xəyanət  üstə  veriləcək  heç  bir  cəza,  məhkumun  nəslindən 

olanların mülki hüquqlarından məhrum edilməsinə və ya  onun sağlığında 

əmlakının müsadirəsinə səbəb ola bilməz. 

I .virvtriul-andhlar məhkaməsi 

496 



Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə