S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə8/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

32
öz məhəbbətindən ötrü nəinki Buenos Ayresə, heç Resis-
tenziya rayonuna da getməz. Mən onun xalası qızıyam və 
biz Rosario şəhərində eyni binada qalırdıq. Özü də mənim 
atam 12 yaşım olanda ölüb.
Pedro gülümsünərək, çaydan bir qurtum içib yanıqlı–
yanıqlı dedi: 
-Elə River Pleyt yaxşı oldu uduzdu!
Lusiya ətrafındakıların oxuduğu ad günü mahnısının 
sədaları altında tortun üstündəki şamı söndürüb kəsməyə 
başladı.  Venera  onu  təbrik  edib  qucaqladı.  Qustavo 
köynəyinin  cibindən  qolbağı  dəridən,  rəqəmləri  fosforlu 
olan qadın qol saatını çıxardıb Lusiyaya verərək təbrik etdi. 
Atası ilə anası da onu təbrik edəndən sonra Xose yaxınla-
şıb bacısının üzündən öpdü. Aldığı qızıl suyuna çəkilmiş 
kəpənək formalı baş sancağını ona verərək dedi:
-Doğum günün mübarək Lusi.
Çay içdikdən sonra Lusiya Veneranı yola salıb otağına 
gedərək çarpayısına bitişik kiçik yazı stolunun üstündəki 
Ernesto Sabatonun “Tunel” romanını qaldığı yerdən oxu-
mağa başladı. Qustavonu yola salandan sonra, Xosenin də 
həyətə çıxdığını görən Mariya divanda oturub televizora 
baxan Pedronun yanına gəlib Lusiyanın eşitməsindən qor-
xurmuş kimi yavaşca dedi:
-Bu gün un almaq üçün mağazaya gedəndə eşitdim. 
Deyirlər, uzağı iki–üç aya buraları söküb stadion tikəcəklər. 
Burada yaşayan 30 ailə hara gedəcək, bilinmir. Heç kimin 
gedəcək yeri yoxdur. Şəhər merinin nümayəndəsi iki gün 
əvvəl burada imiş. Soruşublar ki, – Bəs biz haraya gedək? – 
Cavab verib ki, – Bizə dəxli yoxdur. Onsuz da neçə illərdir 
burada  qeydiyyatsız  yaşayırsınız,  sizə  heç  nə  demirik. 
Deyiləndə ki, – heç olmasa, bizə yaşamaq üçün bir yer ve-
rin. Deyib ki, – onda elə hamı evini satıb, pulunu banka qo-


33
yub gecəqonduda yaşayar ki, dövlət onlara ev versin. Öz 
başınıza çarə qılın. 30 ailədən ötrü bu qədər ərazini məşğul 
edə bilmərik.
Pedro dərindən köks ötürdü: - O da haqlıdır.
Mariya əlindəki dəsmalla gözünün yaşını silə-silə dedi: 
-Axı biz Rosariodakı evimizi satanda pulu banka qoy-
madıq? O pulların çox hissəsi Xosemin həyatda qalmasına 
sərf olundu. Əgər o vaxt evi satıb buraya köçməsəydik, indi 
nəinki oğlumun bir qolu, heç özü də həyatda olmayacaqdı.
Pedro Mariyanın əlindən tutub dedi:
-Bilirəm, əzizim, bilirəm. O vaxta qədər çalışaram bir 
şey fikirləşim. Amma bir şeyi yadında saxla. Heç vaxt sizi 
çöldə qoymayacam. Hər nə olursa, olsun. İndiyə qədər bü-
tün problemlərin öhdəsindən birlikdə gəlmişik. Bunun da 
öhdəsindən gələrik.
Mariya başını onun çiyninə qoyub astadan dedi: Mü-
qəd dəs Məryəm bizə kömək olsun. Amin!
Moskva. Rusiya
Əynində  cins  şalvar  və  qara  gödəkcə  olan  bu  orta-
boylu, qısa saqqallı, əlinin üzərində lövbər döyməsi olan, 
zəhmli baxışı və amiranə səsinə baxmayaraq, zarafatı çox 
sevən 38 yaşlı Con Moskvanın Saykina küçəsində yaşayış 
yerindən uzaqda saxladığı köhnə Moskviçdən düşüb, ki-
çik “Cирота ивы” kafesinə girəndə öz–özünə mızıldandı:
-Oktyabr ayında belə soyuq olar? Rusiyanın soyuğun-
dan zəhləm gedir.
Onu qapıda qarşılayan kafe sahibi Dmitri cavab ver di:
-Oktyabr  ayı  Ərəbistan  səhrasındakı  40  dərəcə  isti 
necə, xoşuna gəlir?


34
Con gülümsünərək soruşdu: 
-Sən də ispan dilini bilirsən?
-Kim bilmir ki?
Con  içəri  girib  mətbəxə  keçərək,  ortada  qoyulmuş 
dəmir  stolun  qarşısında  dayandı.  Onun  arxasınca  gələn 
Dmitri  qaz  sobasına  yaxınlaşıb  ikinci  gözünü  yandırdı. 
Dmitri  qazı  yandırmaq  üçün  istifadə  olunan  vinti  buran 
kimi  Conun  qarşısındakı  stolun  böyrü  qalxmağa  başla-
dı. Stol birləşirilmiş qapı açıldıqda, Con nərdivanla aşağı 
düşdü  və  yarımqaranlıq  dəhlizlə  bir  az  getdikdən  sonra 
üzərində söyüd yarpağı şəkli olan digər qapıdan içəri gir-
di. Otaqda üstündə araq və sala qoyulmuş stolun ətrafında 
dörd nəfər oturmuşdu. Bunlar “Poler” quldur dəstəsinin 
müxtəlif ölkələrdən olan dəstə başçıları idi. Con keçib on-
larla bir stol arxasında əyləşdi.
İspaniyalı “Lobo” ləqəbli Karlos balacaboy, kök, başı-
nın yalnız kənarlarında seyrək tük olan, 45 yaşlarında lo-
pabığ, yekəağız bir adam idi və xırıltılı səsi vardı. Meksi-
kalı Markez arıq, ucaboy, gözləri eynəkli, üzündə uşaqlıq 
illərindən qalan çapıq olan uzun və əyri burunlu qəddar 
bir  adam  idi  və  onun  da  45  yaşı  vardı.  Əla  bıçaq  atmaq 
qabiliyyətiylə ad çıxartmış argentinalı Xavyer 60 yaşında 
saçları ağarmış, sol qolunda tutuquşu döyməsi olan, şirniy-
yatı çox sevən, enlialın və qalın ağ qaşlı bir adam idi. Hün-
dürboylu, uşaqlıqdan idmanla məşğul olan, şuxqamətli fi-
ziki görkəmə sahib, uzun, sarı saçlarını arxadan yığmış 30 
yaşlı rusiyalı Sergey qrupa ispan dilini bildiyi üçün qəbul 
edilmişdi. Lakin heç bir il keçməmiş gənc olmasına və qru-
pa  yeni  qoşulmasına  baxmayaraq,  gördüyü  işlərlə  qrup 
daxilində böyük hörmət qazanmış və bandanın Rusiyada 
dəstəsinin başçısı seçilmişdi. 


35
Con da bura yığışan digər insanlar kimi “Poler” qru-
punun üzvü idi. Bu qrupun müxtəlif ölkələrdə olan dəstə 
başçıları hər ay Moskvadakı bu “Cирота ивы” kafesində 
yığışar, bir ay ərzində yığılan pulları Cona verərək, ondan 
“Poler”  ləqəbli  başçının  tapşırıqlarını  alardılar.  Qrupun 
əsas işi isə əlil uşaqları diləndirmək və alıcı çıxdıqca onların 
daxili orqanlarını sataraq, cəsədlərini yox etmək idi. Bura-
ya yığışan dörd nəfərin heç biri indiyə qədər qrupun baş-
çısını  görməmişdilər.  Bildikləri  yalnız  onun  azərbaycanlı 
olması idi. Polerlə qrup üzvləri arasındakı tək vasitə avs-
traliyalı  Con  idi.  Qrup  üzvləri  hansı  ölkədə,  kimə,  hansı 
orqanı və neçəyə verəcəklərini Condan öyrənirdilər. Başçı-
lar diplomatdakı pulları Cona verdikdən sonra Con dedi: 
-Gələn ay indikindən 30 faiz az pul gətirərsiniz. Qalan 
hissəni isə dəstəyə yeni üzvlərin toplanmasına sərf edin və 
həmin insanlar vasitəsiylə hər dilənən uşağa bir nəzarətçi 
qoyun.  Keçən  ay  tək  meksikada  polisə  üç  şikayət  olub. 
Yaxşı ki, vaxtında tədbir görə bilmişik. Növbəti ay üçün 12 
böyrək və 3 ürək lazımdır.  
Üzünü  İspaniyadan  olan  dəstə  başçısına  çevirib:  - 
Lobo. Bu orqanlar yaxın bir həftə ərzində burada olsun.
-Baş üstə, Con!
-Bir də Poler dedi ki, oğurlanan uşaqlar başqa ölkəyə 
göndərilsin. Argentinadan İspaniyaya və əksinə, Meksika-
dan Rusiyaya və əksinə. – Ətrafında oturan insanları bir 
qədər süzüb soruşdu. – Nə isə bir probleminiz və ya hansı-
sa istəyiniz yoxdur ki?
Markez stəkanına araq süzə-süzə soruşdu: 
-Con, nə əcəb maşınını dəyişmirsən? – Gülümsəyərək. 
–  Əgər  pulun  yoxdursa,  mən  sənə  maşın  hədiyyə  edə 
bilərəm.
-Nəyimə lazımdır, onsuzda ayda bircə dəfə lazım olur.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə