S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə6/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   2   3   4   5   6   7   8   9   ...   78

24
fikrində  canlandırırdı:  “Əlillər  bütün  komplekslərdən 
azad olaraq, insanlar arasında daha rahat və daha sərbəst 
hərəkət edirlər. Artıq heç bir əngəlli uşaq öz həmyaşıdları 
tərəfindən lağa qoyulmur, əlillərin də sağlam insanlar kimi 
öz  dövlətlərinin  iqtisadiyyatına  və  siyasətinə  öz  təsirləri 
var. Artıq teleaparıcının gözdən qüsurlu olması və yaxud 
ayaqdan əlil olan bir nəfərin at yarışlarında iştirak edərək, 
qalib gəlməsi heç kim üçün qeyri-adi bir hadisə sayılmır”. 
Alqış səslərinə fikirdən ayılanda növbəti natiq çıxışını 
başa vururdu. Dörd saata yaxın davam edən rəsmi hissə 
bitdikdən  sonra,  tədbir  incəsənət  ustalarının  çıxışları  ilə 
davam etdi və mərasim ümumilikdə altı saata yaxın davam 
etdi. Çıxış edənlər təqdim olunan bu layihədən həvəslə da-
nışıb, uğuruna görə Samiri təbrik edirdilər.
Bakı. Azərbaycan
Asif yolun digər tərəfinə keçmək istəyəndə maşınların 
gur olduğunu görüb fikrini dəyişdi. Bir az aralıda yerləşən 
piyada keçidinə tərəf irəliləməyə başladı. Səkinin üstü ilə 
o  tərəf-bu  tərəfə  gedən  adamların  bəziləri  əlil  arabasın-
da  asta-asta  piyada  keçidinə  tərəf  gedən  19–21  yaşlı,  qa-
rabuğdayı, qıvrımsaç, yumrusifət oğlana yol versələr də, 
bəziləri onun yanından saymazyana ötüb keçirdilər. Piya-
da  keçidinə  çatdıqda  keçidin  ayaqdan  əlil  insanlar  üçün 
nəzərdə tutulmuş hissəsinin – pandusun təmirə bağlandı-
ğını görb yaxınlıqdan keçən üç nəfər 18–22 yaşlı oğlanlar-
dan onu piyada keçidinə düşürtmələrini xahiş etdi. Oğlan-
lar onu piyada keçidinin kənarına gətirərək oradan aşağı 
itələdilər  və  pilləkənlərdən  yıxılan  Asifə  baxıb  gülməyə 
başladılar.  Asif  çapılan  qaşından  axan  qana  və  qolunun 


25
bərk əzilməsinə baxmayaraq, arabada oturmaq üçün qalx-
mağa çalışdı. Oğlanlar Asifin yanına gələrək onu ələ sal-
mağa başladılar:
-Çəkinmə brat, nə kömək lazım olsa bizə deyə bilərsən. 
Həmişə sənin qulluğunda hazırıq.
-Əl çəkin məndən (Asif əsəbi-əsəbi dedi).
-Qalmışdın  yuxarıda,  aşağı  düşə  bilmirdin.  Budur 
çox sağ olun? Bilsəydik, belə edəcəksən heç sənə kömək 
etməzdik.
-Gəlin onu qaytarıb qoyaq əvvəlki yerinə. (Oğlanlar-
dan biri dilləndi) Buna yaxşılıq yoxuymuş.
Oğlanlardan  ikisi  Asifin  çırpınaraq  –  “Əl  çəkin. 
Məndən nə istəyirsiniz?” – deməsinə məhəl qoymayaraq, 
qollarından tutub pilləkənlərlə yuxarı sürüməyə başladılar. 
Digəri isə arabasını qaldırırdı. Bu vaxt piyada keçidindən 
keçən yaşlı bir kişi bu mənzərəni görərək Asifin köməyinə 
tələsdi. Oğlanlara çataraq onlara mane olmağa çalışdı:
-Siz  nə  edirsiniz?  Buraxın  onu.  Ona  niyə  belə  zülm 
edirsiniz? Allahdan qorxun.
-Babacan, sən qarışma. (Arabanı aparan dedi). Qoy bu 
naşükürün cəzasını verək.
-Əl çəkin dedim. Onunla işiniz olmasın. Nə istəyirsiniz 
ondan?
Oğlanlardan biri qocanın onlara əl hərəkətləri ilə mane 
olmaq istədiyini görüb Asifi buraxaraq qocanı sinəsindən 
itələdi
-Eee, əl çək bizdən. Deyəsən, axı bizim kim olduğumu-
zu bilmirsən? Əgər çıxıb getməsən, onda bizdən incimə.
Yıxılmamaq üçün divardan tutan qoca dedi:
- Kim olursunuz olun, bu yazıq oğlandan əl çəkməsəniz 
buradan heç yerə gedən deyiləm.


26
Oğlanlardan  biri  onları  əyləncələrindən  məhrum 
etdiyinə görə, qocaya bərk əsəbləşdiyindən cibindən bıça-
ğı çıxardaraq kişinin gözünün qabağında oynatdı
-Sən bizim kim olduğumuzu öyrənməyənə qədər bu-
radan  getmək  istəmirsən,  həə?  Bir  bunun  özünə  bax,  bu 
qoca yaşında üç cavan oğlana xod eliyir.
-Siz  kimsiniz,  həə?  (Qoca  əsəbi  halda  dilləndi).  Bu 
vəziyyətdə özünüzü nə sayırsınız? Qəhraman? Əlil bir in-
sanı ələ salmaqla öz gücünüzə baxıb qürrələnirsiniz. Sizcə 
əsl  igidlik  budur?  Yox,  əsl  igidlik  köməyə  ehtiyacı  olan 
insanlara  təmənnasız  yardım  etməkdir.  Əsl  qəhrəmanlıq, 
nümunəvi  övlad  olmaqla,  öz  valideynlərinə  başıucalıq 
gətir məkdir. Xəstələnmiş bir insana baş çəkərək onun üzü-
nü güldürməkdir. Əsl qəhrəman insanlar ibadətdə davam-
lı, yardım etməkdə səxavətli, pislikdə xəsis olanlar və ha-
lal  gəlir  qazanmaq  üçün  çalışan,  böyüyə-kiçiyə  hörmət 
edənlərdir. 
-Sən lap zəhləmi tökdün. (Əlində bıçaq tutan dedi) Bu 
dəqiqə sənə elə hörmət göstərəcəyəm ki, ömrün boyu ya-
dından çıxmayacaq
-  Ömrü  var  bunun?  Uzağı  7–8  ilə  Əzrayılla  çipsi 
yeyəcək. – Asifin başının üstündə dayanan dilləndi
-Yaxşı. Gəlin belə edək. – Onları yola gətirə bilməyəcə-
yini görən qoca dilləndi – Mən sizin hər birinizə 20 manat 
verirəm, əvəzində siz də bizdən əl çəkirsiniz.
-Bu  başqa  məsələ.  (Pul  məsələsini  eşidəndə  gözləri 
işıldayan əlibıçaqlı oğlan dilləndi). Bax, indi beynin yaşına 
uyğun işləməyə başladı. Pulu ver, çıxaq gedək.
-Yox, belə olmaz. Siz əvvəlcə bu oğlanı arabasına qoya-
raq keçidin digər tərəfinə çıxardın, sonra mən pulu verim 
və biz ayrılaq.
-Yaxşı. Ancaq bax haa, bizə kələk gəlmək istəsən ikini-
zi də öldürəcəyəm.


27
-Arxayın  ol.  Bu  yaşımda  yalan  danışmayacağam  ki. 
Dediyim kimi, 60 manat qabaqsınız.
-Deyəsən,  bunda  60  manat  var.  (Oğlanlardan  biri 
dedi). Gəlin hədə-qorxu gəlib əlindən alaq
-Niyə özümüzə problem yaradırıq ki? Öz xoşu ilə verir 
dəə.
-Birdən vermədi?
-Verər, verər. (Yenidən bıçağı əlində oynatdı). Bilir ki, 
verməsə hər ikisinin gözlərini oyaram.
Oğlanlar  Asifi  əlil  kreslosuna  qoyub  keçidin  digər 
tərəfinə keçirdikdən sonra kişi əlini cibinə salıb vəsiqə çı-
xardaraq oğlanlara uzatdı.
-Bu nədir? Deyəsən, sən bizə pul verməliydin axı?
-Götürün baxın. Pul da olacaq.
Oğlanlar vəsiqəni alıb üstünü oxumağa başladılar “34-
cü  polis  bölməsinin  şöbə  rəisi  Vüqar  Ağayev”.  Başlarını 
qaldırıb qoca kişiyə baxanda, daha da təəccübləndilər. Vü-
qar əlindəki tapançanı düz onlara tuşlamışdı:
-Hə cavanlar, hansını seçirsiniz? Azadlıq, yoxsa zindan
Oğlanlar  vəsiqəni  ataraq,  bir–birilərinə  “qaçın,  bu 
bizi  tutacaq,  aradan  çıxın”  deyərək,  qaçıb  tini  burularaq 
gözdən itdilər. Vüqar vəsiqəni yerdən götürərək Asifin ya-
nına qayıtdı.
-Çox düşüncəsiz insanlar idi. Bu qədər öyüd–nəsihət 
verdim, yenə də düzlüyü dərk etmədilər
Asif üzünə tökülən qanı dəsmalla silə-silə dedi:
-Mövlana  yaxşı  deyib:  “Nə  qədər  mənalı  danışırsan 
danış, söylədiklərin qarşındakının anladığı qədərdir ”
-Bax, bunu yaxşı dedin. (Cibindən vizit kartı çıxarda-
raq Asifə  uzatdı)  – Al,  götür,  nə  vaxt  lazım  olsam,  zəng 
vur. Adın nədir sənin? Hara gedirsən belə?


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə