S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə11/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

44
lük olar. Bizim beynimiz və düşüncəmiz bunun niyə belə 
olduğunu dərk edəcək gücdə və imkanda deyil. Ancaq bil 
ki, yaratdığı hər bir şey üçün uca yaradanın öz səbəbi var. 
Yəni  hər  bir  şeydə  hikmət  var.  Əgər  bizim  özümüzü  də 
Allah yaradıbsa, nəyin nə üçün və niyə o cürə yarandığı-
nı müzakirə etmək bizim işimiz deyil. İndi seçim sənindir. 
İstəyirsən müalicə olun, istəyirsənsə get evdə özünə qapan.
-Sən düz deyirsən. Əgər mən sonda Tanrının hüzuruna 
gedəcəyəmsə, niyə bu dünyada insanlardan asılı qalım?! 
Mənə verilən həyatı lazımınca yaşamağa çalışacağam.
Samir Natiqlə sağollaşıb qapıdan çıxa-çıxa dedi: 
-Balacaboy  olmağın  da  üstünlükləri  çoxdur.  Əgər 
dərindən  və  ağılla  fikirləşsən,  bu  barədə  xeyli  nümunə 
tapa bilərsən.
Samir tibb şöbəsindən çıxıb kabinetinə gələrək telefon-
la katibəsinə dedi:
-Anna, Muradı yanıma çağır.
-Baş üstə!
Bir neçə dəqiqədən sonra Murad içəri girdi:
-Buyurun müəllim.
-Murad qonaqlar nə vaxt gələcək?
-Qaldıqları  oteldən  çıxıblar.  Yoldakı  tıxacı  nəzərə  al-
saq, 40–45 dəqiqəyə burada olacaqlar.
-Lap yaxşı. Qarşılayıb bura gətirərsən.
-Bəs iclas zalında görüşməyəcəksiniz?
-Ehtiyac yoxdur. (Gülümsünərək) səkkiz nəfərlik qo-
naq üçün ora çox böyükdür.
-Yeddi nəfərdilər. İtaliya təmsilçisinin ürəyində prob-
lem yarandığına görə gələ bilmədi. Dedilər, 3–4 günə kimi 
onun yerinə başqasını göndərəcəklər.
-Eybi  yox.  Qonaqlar  mərkəzin  həyətinə  girən  kimi 
mənə telefonla xəbər ver.


45
-Baş üstə. Gedə bilərəm?
-Buyur.
İşlərin çoxluğundan gecə gec yatıb, səhər erkən oyan-
dığından  Murad  qapıdan  çıxan  kimi  kürəyini  kresloya 
söykəyib, gözünü yumdu. Yuxuda 22 yaşı olarkən sevdi-
yi  qızı  gördü.  Dərdindən  dəli–divanə  olduğu  komputer 
müəlliməsi  işləyən  qonşu  qızı  görmək  üçün  hər  gün  ey-
vanda dayanıb onun yolunu gözləyirdi. O, işdən çıxıb evə 
qayıdarkən məhəlləyə saat 5–də çatsa da, Samir hər gün 
saat 4–dən onu gözləyərdi və bu artıq il yarım idi ki, da-
vam edirdi. Leylanın gülər üzü, uzun qara saçları, şirin dili, 
mehriban xasiyyəti, incə gülüşü və gözəl gözləri heç vaxt 
Samirin  fikrindən  çıxmırdı.  Bir  gün  özünə  söz  vermişdi: 
“Bu gün Leyla işdən qayıdanda onunla görüşüb, hər şeyi 
ona  danışacağam.  Qoy  ürəyimdə  olanları  və  fikrimdən 
keçənləri bilsin”. 
Həyətə  düşərək  binanın  qarşısında  dayanıb  onun 
yolunu  gözləməyə  başladı.  Vaxt  yaxınlaşdıqca  həyəcanı 
daha da artırdı. Uzaqdan Leylanı görəndə ürəyi şiddətlə 
döyünməyə başladı. Binaya girərək Leylanın yaxınlaşma-
sını gözlədi. Qarşısına məqsəd qoymuşdu, bu gün özünü 
ələ alaraq ürəyini Leylaya açacaqdı. Aralarındakı məsafə 
azaldıqca damarlarında qanının necə sürətlə axdığını hiss 
edirdi. Leylanın ona çatmağına 4–5 addım qalmış, qonşu 
qadın eyvandan Leylanı səslədi:
-Leyla, qızım, təbrik edirəm. Xoşbəxt olasan.
-Təşəkkür edirəm, Fatma xala. Qızınıza qismət olsun.
Oturacaqda  oturub  söhbət  edən  qadınlardan  biri  so-
ruşdu:
-Nə olub ay Fatma? Qızı niyə təbrik edirsən?
-Dünən Leylaya elçi gəlmişdi. Ad eləmək üçün barma-
ğına üzük də taxıblar. Bu yaxınlarda isə nişan olacaq.


46
Bu  xəbəri  eşidən  kimi  Samirin  başı  hərləndi.  Yıxıl-
mamaq üçün divara söykəndi. Üzünə təəssüf dolu üzün-
tü  çökdü.  Leyla  digər  qadınların  da  təbriklərini  qəbul 
edəndən  sonra  binaya  girdi.  Samirin  orada  oldu ğunu 
görüb  salam  verib  getmək  istəyəndə  Samir  dodaqlarını 
güclə  tərpədərək  istəməsə  də  Leylanı  təbrik  etdi.  Leyla 
ona təşəkkür edib getdikdən sonra Samir binanın girişində 
gözünü bir nöqtəyə zilləyərək, bir müdət hərəkətsiz qaldı. 
Nəhayət, düşdüyü vəziyyəti dərk edib hər şeyin bitdiyini 
anladı. Öz–özünə: “Eh, əlillik. Mənim əlimdən daha nələri 
alacaqsan?” – deyə pıçıldayaraq, evə getdi. 
Telefonun  səsinə  yuxudan  ayılıb,  yuxulu-yuxulu 
dəstəyi qulağına apardı:
-Eşidirəm.
Zəng edən Murad idi: 
-Müəllim  maşın  mərkəzin  həyətinə  girdi.  Qonaqlar 
beş dəqiqədən sonra sizin kabinetinizdə olacaqlar.
-Çox sağ ol, Murad.
Dəstəyi  yerinə  qoyaraq,  çəkməcədən  sənədləri  götü-
rüb stolun üstünə qoydu. Özünü səliqəyə saldı. Bir neçə 
dəqiqə sonra Murad yeddi nəfərlə birgə içəri girib onları 
Samirə təqdim etməyə başladı.
-Bu İspaniya təmsilçisidir – Devid. Bu çinli Kim Sudur. 
Bu Türkiyə təmsilçisi Tamer Yıldızdır. Bu Hollandiyadan 
gələn Van Herseqdir. Bu Argentina təmsilçisi Hektor Ve-
rondur. Bu mərakeşli Səid Santana, bu isə rusiyalı Vladi-
mır Bloxindir. Onların hamısı ispan dilini bilirlər.
-Çox gözəl. İlk öncə al bu qovluqları onlara payla, son-
ra gedə bilərsən.
Anna qovluqları paylayıb getdikdən sonra Samir sözə 
başladı:
-İlk  öncə  hər  biriniz Azərbaycana  xoş  gəlmisiniz.  Si-


47
zin burada olmağınızın səbəbi mənim «Ümid» mərkəzinin 
əhatə dairəsini genişləndirmək istəyimdir. İstəyirəm dün-
yanın  hər  yerində  bu  mərkəzin  filialları  yaradılsın.  Əgər 
bu baş verərsə, həm əlillər arasında daha sıx əlaqə yara-
da bilərik, həm də digər ölkələrdə əngəlli insanlarla bağlı 
görülən işlərdən daha dolğun məlumatımız olar. Bir sözlə, 
bütün dünya əlillərini bir mərkəz ətrafında birləşdirə bilərik. 
Fikirləşirəm  ki,  əgər  «Ümid»  mərkəzinin  filialları  digər 
ölkələrdə də açılsa, biz bütün dövlətlərin bu sahədə olan 
təcrübələrini  vahid  bir  nöqtədə  birləşdirərək  əlillər  üçün 
mükəmməl sistem yarada bilərik. Dünya əlillərini xoşbəxt 
və qayğısız görmək üçün bütün biliklərimizi paylaşmalı, 
güclərimizi  birləşdirməli,  onlara  firəvan  gələcək  vermək 
üçün birgə çalışmalıyıq. Sizdən xahişim əlinizdə olan qov-
luqları öz ölkənizin müvafiq nazirliyinə təqdim etməyiniz 
və burada sizə danışdıqlarımı onlara söyləmənizdir. Ümid 
edirəm ki, ilkin olaraq bu yeddi dövlətdən tezliklə, məni 
sevindirəcək cavab alacağam və digər dövlətlər də bu işdə 
sizin arxanızca gələcəklər. Dəvətimi qəbul edərək dəyərli 
vaxtınızı mənimlə görüşə həsr etdiyiniz üçün hər birinizə 
təşəkkür edirəm.
Samir sözünü bitirdikdən sonra təmsilçilərdən onların 
ölkələrində  əlillərlə  bağlı  vəziyyəti  soruşdu.  İki  saatdan 
çox çəkən fikir mübadiləsindən sonra Samir qonaqları yola 
salıb telefonun dəstəyini götürdü:
-Anna, macarıstanlı müxbir nə vaxt gələcək?
-Saat yarımdan sonra.
Samir dəstəyi yerinə qoyub açmaq istədiyi əlil rəssam-
ların  əl  işlərindən  ibarət  sərginin  layihəsini  hazırlamağa 
başladı. Təqribən, iki saat sonra telefon zənginin səsinə gö-
zünü komputerdən çəkdi:
-Buyur, Anna.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə