S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə4/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   2   3   4   5   6   7   8   9   ...   78

17
On dəqiqə sonra maşın mərkəzin həyətində dayandı. 
Binaya girən Samir Muradla birgə kabinetə gedə-gedə so-
ruşdu:
-Bir problem yoxdur ki?
-Hər  şey  əla  gedir.  (Samirin  xahişi  ilə  onun  yanında 
işləməyə  razılaşmış  və  onun  sağ  əli  olmuş  Murad  cavab 
verdi).  İçəridə  əməlli-başlı  jurnalist  ordusu  var.  Müxtəlif 
ölkələrdən  olan  on  telekanal  bu  açılışdan  reportaj  hazır-
lamaq  üçün  bura  öz  jurnalistlərini  göndərib.  Hələ  əlavə 
olaraq, xaricdən gələn bu qədər qonaq. Bir sözlə, bu gün 
hamının diqqəti bizdə olacaq.
Samir kabinetə girib kresloda əyləşdi:
-Gəl bir olmasın da. Gör nə qədər əziyyət çəkmişik. Mu-
rad, mənə əlil kreslosu təşkil et. İndidən həyacanlanıram, 
gör  tədbir  başlayanda  necə  olacaq.  Yıxılıb  edərəm,  yaxşı 
olmaz.
-Baş üstə. Gedə bilərəm?
-Buyur.
İclasın başlamasına hələ iki saat vardı. Masanın üstün-
dəki  siyahını  götürüb  tədbirdə  iştirak  edəcək  qonaqların 
adlarını  oxumağa  başladı.  Siyahıda  bir-birini  əvəz  edən 
adları oxuduqca, yadına mərkəzin işçiləri ilə olan ilk gö-
rüşü düşdü. «Ümid» mərkəzi üçün ayrılmış bina şəhərin 
mərkəzində tikilmiş və üçmərtəbəli, pəncərələri yarımdairə 
olaraq çölə çıxmış, müasir görünüşlü, palıd rəngli, içərisi 
aid olduğu şöbəyə uyğun avadanlıqlarla tam təchiz olun-
muş  otaqlardan  və  700  nəfərlik  konfrans  zalından  ibarət 
idi.  Samirin  iş  otağı  ikinci  mərtəbədəki  100-cü  otaq  idi. 
Otaqda  arxasında  kreslo,  üzərində  isə  notebook,  telefon, 
stolüstü Azərbaycan  Respublikasının  bayrağı,  qələmdan, 
mərkəzin möhürü və qovluqlar olan stol vardı. Stolun qar-
şısına Samirin qəbuluna gələnlərin otura bilməsi üçün 7-8 


18
adamlıq, yarımdairə divan qoyulmuşdu. Kreslonun arxa-
sında iri tablo asılmış, üzbəüz sağ tərəfdə isə televizor qo-
yulmuşdu. Sol divar isə bütünlüklə, kitablarla və qovluq-
larla dolu rəflərdən ibarət idi. Yanğınsöndürmə aparatları, 
təhlükəsizlik kameraları və siqnalizasiya sistemi başda ol-
maqla, bütün bina yüksək səviyyədə təhlükəsizlik sistemi 
ilə təchiz edilmişdi. 
Samir konfrans zalına daxil olduqda, bütün işçilər onu 
gözləyirdi. Zal rəsmi çıxışlar üçün hazırlanmış ağac rəngli, 
üzərində mikrofon olan tribunalı səhnədən və 700 nəfərin 
əyləşə biləcəyi qırmızı üzlü, yumşaq stullardan ibarət idi. 
Zalın tavanı ortadakı iri çilçıraqdan əlavə, çoxlu sayda kiçik 
işıqlandırıcılar  və  yanğınsöndürmə  cihazları  ilə  dolu  idi. 
Tavanın  kənarlarında  isə  kondisionerlər  və  təhlükəsizlik 
kameraları quraşdırılmışdı. 
Samir tribunaya çıxıb sözə başladı:
-Salam  dostlar.  Mənim  adım  Samirdir.  Bu  mərkəzin 
rəhbəriyəm. İnşallah, vaxt keçdikcə, bir-birimizi daha yaxın-
dan tanıyarıq. Amma mən burada sizin yaxınınız, əziziniz 
olmaq  istəyirəm.  İstəyirəm  mənimlə  işçi  –  rəhbər  yox,  bir 
dost  kimi  münasibət  qurasınız.  Ümidvaram  ki,  «Ümid» 
mərkəzində bütün işçilərin bir-birinə münasibətləri hörmət 
üzərində  qurulacaq  və  gələcəkdə  yaxından  tanış  olduqca, 
hər kəsə nümunə ola biləcək bir kollektiv yaradacağıq. Daha 
dəqiq, bir ailə kimi olağıq. İş barəsində isə sizdən tək xahi-
şim öz işinizə məsuliyyətlə yanaşmağınızla bağlıdır. Çünki 
buraya gələcək insanların sizə çox ehtiyacı olacaq. Əgər özü-
nüzü onların yerinə qoyaraq, onları daha yaxşı başa düşüb 
və öz işinizə səhlənkar yanaşmayaraq vicdanla işləsəniz bu 
«Ümid» mərkəzinin daha da irəli getməsindən əlavə, Alla-
hın da sizin üzərinizdə rəhməti olar. Hər birinizə uğurlar 
arzulayıram. Necə deyərlər, “Allah, Məhəmməd, ya Əli!” 


19
Konfrans zalından çıxan kimi Muradı yanına çağırıb 
soruşdu:
- Şərait işçilərin xoşuna gəlib? Hər hansı problemləri 
olsa, təchizatda düzəliş apar. Qoy hər şey ürəkləri istəyən 
kimi olsun ki, rahat işləyə bilsinlər.
-Elə ciddi bir problem yoxdur. Saytın işçiləri xaric.
-Nə istəyirlər ki? 
-Bildiyiniz  kimi,  bura  dəvət  edilənə  qədər  onların 
hər  biri  müxtəlif  saytların  idarəçiləri  olublar.  İndi  hay  – 
küy  salırlar  ki,  guya  onları  kollektivlərindən  ayırmışıq. 
Deyirlər,  nazirlikdən  qərar  olmasaydı,  heç  kim  bizi  bu-
rada saxlaya bilməzdi. Hər biri öz əvvəlki iş yerinə qayıt-
maq istiyir. Maaş söhbəti bir tərəfdən, başqa narazılıqlar 
digər tərəfdən. İstədim nazirliyə xəbər verim, sonra sizin 
qərarınızı gözlədim.
-Yaxşı etmisən. Onları yanıma göndər, digərlərinə isə 
görəcəkləri işləri izah et.
-Baş üstə. Gedə bilərəm?
-Buyur.
Samir  kabinetində  oturub  görüləcək  işləri  nəzərdən 
keçirəndə  qapı  astadan  döyüldü  və  saytın  8  nəfərdən 
ibarət  işçiləri  otağa  girdilər.  Samir  onlara  oturmaq  təklif 
etdi. Onlar oturandan sonra sözə başladı:
-Mənə dedilər ki, bəzi sayt idarəçiləri əvvəlki iş yer-
lə rini  tərk  edib  burada  işləməkdən  narazıdırlar.  Bəzi-
ləriniz  maaşın  azlığından,  bəziləriniz  işin  çoxluğundan 
gileylənmisiniz.  Mən  sizi  burada  məcbur  saxlamayaca-
ğam,  cəmi  bir-iki  dəqiqə  vaxtınızı  alaraq,  görəcəyiniz 
işin  mahiyyətini  başa  salacağam.  Sonda  getmək  istəyib-
istəmədiyinizi  soruşacağam.  Əgər  kimsə  getmək  istəsə, 
təminat verirəm, öz əvvəlki iş yerinə qaytarılacaq və bu-
rada  itirdiyi  vaxta  görə  kompensasiya  alacaq.  (Bir  neçə 


20
saniyə onları süzdükdən sonra sözünə davam etdi). Əgər 
burada  qalıb  işləsəniz  işiniz  ağır  olacaq,  bəzən  gecələri 
belə işləməli olacaqsınız. Bəs qazancınız nə olacaq? Əlbəttə 
ki, əvvəlki iş yerlərinizə qayıtsanız işiniz rahat, qazancınız 
isə  çox  olacaq.  Ancaq  burada  qalsanız,  aylıq  əmək  haq-
qından əlavə, maddi qazancdan qat – qat xeyirli olan və 
duadan gələn savab sahibi olacaqsınız. Bəli, məhz savab. 
Bu  mərkəzdə  görüləcək  işlərdə  hər  kəsin  payı  olacaq  və 
«Ümid» mərkəzinə edilən dualar buradakı hər bir kəsə ün-
vanlanmış olacaq. Biz hansısa biznes şirkətində işləmirik. 
Biz bizə ehtiyacı olan insanlara kömək etmək üçün bura-
dayıq. Onların alqış – duasını isə Allah tez eşidir. Hz. Əli 
(ə) çox gözəl buyurub: “Sizin qiymətiniz yalnız behiştdir, 
özünüzü  ondan  ucuzuna  satmayın”.  İndi  sizdən  soruşu-
ram:  Hansını  seçirsiniz?  Minlərlə  manatı,  yoxsa  minlərlə 
insanın deyəcəyi “Allah səndən razı olsun” cümləsini?
Samir sözünü bitirib, kürəyini kresloya dayadı. Hamı 
başını aşağı salıb dayanmışdı. Dərin düşüncələr içində öz 
nəfsləri ilə mübarizə aparırdılar. Bir neçə dəqiqəlik üzücü 
sükutdan  aralarında  ən  yaşlı  olanı  burada  qalıb  işləmək 
istədiyini  bildirdi  və  digərləri  bunu  gözləyirmiş  kimi 
yerbəyerdən burada işləmək istədiklərini bildirdilər. 
Qapının səsinə fikirdən ayıldı. Murad əlində əlil kres-
losu içəri girib dedi:
-Tədbirin başlaması üçün hər şey hazırdır. Zaldakı ön 
sıradan bir stul götürülüb. Çıxışınızı qurtaran kimi sizi elə 
əlil arabasında oraya aparacaqlar. 
-Çox sağ ol, əzizim. Təsəvvür edirəm, sən olmasaydın 
mənə necə çətin olardı.
-Dəyməz, müəllim. Burada işləmək mənə zövq verir.
Tədbirə gələn bütün qonaqları nazir Mahmudov qəbul 
edirdi.  Bu  günkü  təqdimetmə  mərasimi  ilə  bağlı  bütün 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə