S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə10/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   6   7   8   9   10   11   12   13   ...   78

40
büründüyü adyalı açaraq, paltarlı-paltarlı manqalın içinə 
qoydu. Heç nədən xəbəri olmayan yatmış körpə istini hiss 
edən kimi oyanaraq çığırmağa başladı. Xavyer isə: Qoy bu 
gün itlərim şənlik etsin. – deyib maşayla kənardakı közləri 
götürüb isti manqalın içində çabalayan uşağın üstünə yığ-
mağa  başladı.  İsti  közlərin  arasında  qışqıran  uşağın  səsi 
ətrafa yanmış ət qoxusu yayıldığı vaxt birdən kəsildi. Os-
kar adamların əlindən çıxmaq üçün əl–qol atanda başının 
arxasından aldığı zərbə nəticəsində yerə yıxıldı. Arvadı isə 
onu  tutub  saxlayan  adamların  əlindən  çıxmaq  üçün  var 
qüvvəsiylə  mübarizə  aparırdı.  Nəhayət,  onların  əlindən 
çıxaraq  manqala  tərəf  qaçdı.  Lakin  4–5  addımdan  sonra 
adamlar onu yenidən tutub saxladılar. Kənardan Oskarın 
arvadının hərəkətlərinə tamaşa edən Xavyer: – İtlər qızar-
mış  ət  yeyəndən  sonra  çiy  əti  bəyənmirlər.  Bunu  itlərin 
qabağına  atın.  –  deyib  stulda  əyləşdi.  Özünə  gələrək  ar-
vadının qəfəsə tərəf aparıldığını görən Oskar qəflətən qış-
qıra-qışqıra yerindən sıçrayaraq, yerdən götürdüyü taxta 
parçasıyla ona nəzarət edən adamları vurub arvadına tərəf 
qaçdı. Onlara çatıb əlindəki taxtayla Xavyerin adamlarını 
vurmaq istəyəndə, arxadan Xavyerin atdığı bıçaq başının 
arxa  tərəfinə  saplandı.  Bıçağın  ucu  isə  gözündən  çıxdı. 
Oskarın  arvadı  ərinin  qəflətən  susaraq  dayanmasından 
təəccüblənsə də, sonradan üzü üstə onun ayaqlarının al-
tına  yıxılan  Oskarın  başındakı  bıçağı  görüb  “Sizi  lənətə 
gələsiniz!” deyə qışqıraraq hönkürməyə başladı. Adamlar 
onu nərdivanla qəfəsin üstünə çıxarıb açıq yerdən içəri tul-
ladılar. 
Kürəyi üstə yerə düşən qadın qalxmaq istədikdə itlər-
dən biri acgözlüklə iri dişlərini onun buduna batırdı. Küt 
ağrıdan  xilas  olmaq  üçün  iti  özündən  uzaqlaşdırmaq 
istədikdə isə eyni ağrını çiynində və qarnında da hiss etdi. 


41
Xavyerin itləri isti insan qanının dadından daha da quduz-
laşmışdılar.  Qadın  ətini  didən  itlərdən  xilas  olmaq  üçün 
qışqıra-qışqıra,  əl-qol  ataraq  çırpınmağa  başladı.  İtlər  isə 
sanki bəhsə girmişdilər. Bir az sonra Xavyer qadının da öl-
düyünü görüb köməkçisinə tərəf çevrilərək, - Həyətdə bir 
az səliqə yarat. - deyib evə tərəf getdi. 
Hadisədən 6 ay əvvəl
Bakı. Azərbaycan
Mərkəzin  dəhlizi  ilə  kabinetinə  tərəf  gedəndə,  tibb 
şöbəsinin qarşısındakı iyirmiyə qədər insanın növbə gözlə-
diyini  görüb  onlarla  salamlaşdı  və  içəri  girdi.  Növbədə 
daya nanlardan biri içəri növbədənkənar girdiyi üçün ona 
etiraz etmək istədikdə, digərləri onun Samir olduğunu de-
dilər. Etiraz edən şəxs sakitləşsə də, özünə bəraət qazandır-
mağa çalışırdı:
-Mən  onun  Samir  olduğunu  haradan  bilim  axı?  Heç 
ağlıma da gəlməzdi ki, bu mərkəzin rəhbəri bu qədər sadə 
geyinər, insanlarla bu dərəcədə səmimi olar. Mən onu ta-
mam başqa cür təsəvvür edirdim.
Samir içəri girəndə baş həkim tibbi oturacaqda əyləşən 
bir nəfərə nəyi isə başa salmağa çalışırdı. Samir onlara ya-
xınlaşıb məsələni nə yerdə olduğunu soruşdu: 
-Sabahın xeyir, Akif həkim. Necəsən? Asif necədir?
-Hər vaxtınız xeyir, müəllim. Yaxşıyam, oğlum da yax-
şıdır. Siz necəsiniz?
-Çox sağ ol. Nə olub burada?
Akif oğlanı göstərib dedi: 


42
-Tərslik  edir.  Valideynləri  xeyli  maddi  vəsait  xərclə-
yərək  topuğunu  müalicə  etdirmək  üçün  onu  rayondan 
bura gətiriblər, o isə müalicəni qəbul etmək istəmir. Boyu-
nun qısa olmasını özünə kompleks edir. Deyir, onsuz da 
ömrümboyu  bu  boyda  qalacağam,  müalicəni  neynirəm? 
Deyəsən,  bunu  psixologiya  bölməsinə  göndərməli  olaca-
ğam. Yəqin ki, orada bunu fikrindən daşındıra bilərlər. 
-Sən düz deyirsən. Həqiqətən də bölgələrdə yaşayan 
əlil insanlar üçün bura gəlib-getmək həm xeyli əziyyətlidir, 
həm də çoxlu vəsait tələb edir. Ucqar kəndlərdə yaşayan-
lar  üçün  vəziyyət  daha  qəlizdir.  Gərək  bu  barədə  ətraflı 
düşünəm. O ki, qaldı müalicəni qəbul etmək istəməyən bu 
cavan oğlanın məsələsinə, onunla mən məşğul olaram. Sən 
hələlik get növbədə dayanan digər insanları qəbul et.
Akif gedəndən sonra Samir oğlana yaxınlaşıb yanında 
oturdu:
-Hə əzizim, belə-belə işlər. Adın nədir sənin? Neçə ya-
şın var?
-19 yaşım var. Adım Natiqdir.
-Niyə müalicədən imtina edirsən?
-Mənim  boyum  cəmi  135  santimetrdir,  müalicə  edə 
bilirlərsə, qoy boyumu artırsınlar. Yoxsa ki, yapışıblar to-
puğumdakı əyrilikdən. Oranı ki, heç kim görmür. Mənim 
əsl qüsurum boyumun balaca olmasıdır. Bunu hər yerdə, 
hər kəs görür. Bura gələndə valideynlərim məni inandır-
mışdılar ki, boyumu da müalicə edəcəklər. Ancaq deyəsən, 
belə bir şey mümkün olmayacaq.
-Qulaq  as,  Natiq.  Mən  psixoloq  deyiləm,  sənə  təsir 
göstərməyə də çalışmayacağam. Mən sadəcə reallığı sənə 
göstərəcəyəm və son qərarı özün verərsən.
-Eşidirəm səni.


43
-Sən boyunun balaca olmasını qüsur sayırsan, ancaq bu 
belə deyil. Bizim bədənimizdə, mənliyimizdə və zehnimizdə 
bizim istəyimizdən asılı olmayaraq yaranan problemlər qü-
sur sayılmır. Əsl qüsur narkotik aludəçilərinindir ki, insanlar 
onun zərərli olduğunu bildikləri halda ona doğru gedərək 
özlərini pis vəziyyətdə qoyurlar. Əsl qüsur, atanın öz öv-
ladına  siqaretin  zərərləri  barədə  öyüd–nəsihət  verdikdən 
bir neçə dəqiqə sonra onun yanında siqaret çəkməsidir. Əsl 
qüsur yalançılıqda, xəsislikdə, mərdimazarlıqda, insanlara 
pislik etməkdə, alkoqolizmdə, oğurluqda, quldurluqda ad 
çıxartmaqdır ki, insanlar bütün bunları bilərəkdən edirlər 
və bu vəziyyəti özləri özlərinə yaradırlar. Götürək elə səni. 
Boyunun balaca olmağını istərdinmi?
-Əlbəttə ki, yox!
-Deməli,  heç  kim  sənin  boyuna  görə  sənə  irad  tuta 
bilməz. Təsəvvür et ki, qarşında iki bağ var. Birində yal-
nız eyni növdə və eyni rəngdə olan güllər, digər bağda isə 
müxtəlif növlərdə və rənglərdə olan güllər var. Sən han-
sı bağa girərdin? Hansı bağda olmaq sənə daha çox zövq 
verərdi?
-Əlbəttə ki, ikinci bağ mənim daha çox xoşuma gələrdi.
-İnsanlar da belədir, Natiq. Təsəvvür et ki, hamı eyni 
boyda, eyni çəkidə və eyni sifətdədir. Bilirsən, həyatımız 
necə  maraqsız  olardı?  Həyatımıza  maraq  qatan  bu  müx-
təliflik və rəngarənglikdir.
-Bəs  bu  vəziyyətimə  görə  mənimlə  normal  insanlar 
arasında fərq qoyan biriylə qarşılaşsam nə edim? 
-Əgər səni yaradan Allah səninlə heç bir insanın ara-
sında fərq qoymursa, adi insanlara niyə məhəl qoyursan? 
Yadında saxla ki, belə nanəcib insanlar həyatda çox azdır 
və onların da etdikləri bir gün qarşılarına çıxacaq. Bir də 
bunu  heç  vaxt  unutma:  Səni Allah  yaradıb.  Əgər  sən  öz 
vəziyyətinə görə qəm çəksən, bu Yaradana qarşı naşükür-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə