S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə16/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   12   13   14   15   16   17   18   19   ...   78

64
-Yeni  il  hədiyyəsindən  xoşum  gəlir.  Corabımı  çıxar-
dım?
-Əziyyət çəkmə, onsuz da coraba yerləşən deyil. Yaxşı-
sı budur, bizimlə gəl.
Con  onlarla  birgə  kafenin  arxasına  gələrək,  üzərinə 
çadır  örtülmüş  avtomobilin  yanında  dayandı.  Sergey  – 
“Yeni ilin mübarək Con” – deyib çadırı kənara çəkdi. Qızılı 
rəngdə olan Rol-s-Roys Conun xoşuna gəldi.
Sergey maşın haqqında qısa məlumat verdi. 
-2011-ci  ilin  maşınıdır,  xüsusi  olaraq,  Rusiya  yolları 
üçün modernləşdirilib. İçindəki mükəmməl klimasiya sis-
teminin  köməkliyi  ilə  daha  buranın  soyuğundan  zəhlən 
getməyəcək.
Con maşını işə salıb dedi:
-Hədiyəyə görə sağ olun. Mənim işim var, getməliyəm.
-Bəs Moskviçi nə edim? - Sergey soruşdu. 
-Yandır.  Amma  elə-belə  yandırma,  heyfdi.  İçinə  2-3 
nəfər adam da qoy ki, çox heyfslənməyim. 
Maşını sürə-sürə başını pəncərədən çıxardıb qışqırdı: 
-Azyaşlı uşaqlar olsa, lap əla olar. Küçənin başındakı 
parkda var.
Con şəhər kənarındakı kiçik mehmanxanaya gələrək, 
dörd  gündür  onu  bu  otaqda  gözləyən  25  yaşlı  Nataşa 
adlı  rus  qızıyla  əylənəndən  sonra  yatdı.  Səhər  yuxudan 
durduqda  yataqda  tək  olduğunu  görüb  Nataşanı  səslədi 
və  onun  –burdayam  –  cavabından  hamamda  olduğunu 
bilərək,  yerindən  durmadan  televizoru  yandırdı.  Dilini 
başa düşmədiyindən kanalları ora–bura çevirirdi ki, kanal-
ların birində göstərilən yanmış maşını nömrəsindən tanı-
dı. Bu onun Moskviçi idi. Nataşa başını qurulaya–qurulaya 
otağa girəndə əlini saxlayıb xəbərlərə baxmağa başladı.
Con onun maraqla baxdığını görüb soruşdu: 


65
-Nə olub? Niyə belə maraqla baxırsan?
-Görürsən əclafları. Uşaqları maşına doldurub yandı-
rıblar.
-Bəlkə maşın sahibinin uşaqları imiş? Ata birtəhər ma-
şından çıxıb, uşaqlar isə qalıb?
-Yox,  olsa  aparıcı  deyərdi.  Belə  insanların  ya  başını 
kəsmək, ya da gözlərini çıxartmaq lazımdır.
Con otaqdan çıxandan bir neçə saat mütəmadi olaraq, 
saat 1–də Nataşanın sifarişi ilə ona nahar yeməyi gətirən 
xidmətçi qız adəti üzrə otağa girəndə onu çarpayıda bo-
ğazı kəsilmiş halda uzanan və gözləri tökülmüş görüb dəli 
kimi çığıraraq otaqdan çıxdı.
Sergey kofe içə-içə anasına qulaq assa da, fikri tamam 
başqa yerdə idi. Göyərtəsində 12 ton heroin olan gəmi ar-
tıq bir həftə idi ki, limanda gözləyirdi. Limanla Sergeyin 
iş  yerindəki  anbara  qədər  olan  yolda  iki  növbətçi  köşkü 
var idi və Sergey bu qədər məhsulu risqə atmaq istəmirdi. 
Əgər  heroini  vaxtında  anbara  gətirib  müştərilərə  payla-
masaydı, bu həm özünün, həm də üzvü olduğu təşkilatın 
imicinə böyük zərbə olacaqdı. Ona görə də bu gün nə olur-
sa olsun, narkotiki gəmidən boşaltdırıb anbara gətirməyi 
düşünürdü.
“Lap  limandan  anbara  qədər  tunel  də  çəkdirmək  la-
zım  olsa,  bunu  edəcəyəm”.  -  deyə  öz-özünə  fikirləşdiyi 
vaxt anasının səsinə fikirdən ayıldı.
-Heç bilirsən nə istəyirdi?
Sergey fikirli olduğundan heç nə başa düşmədi: - Kim? 
Kim nə istəyir?
-Alyoşanı  deyirəm  dəə,  qardaşın  oğlu.  Dünən  gecə 
yuxudan  ayılaraq  gəlib  anasının  yanına  ki,  mən  qarpız 
istəyirəm. Ağlayıb bütün ailəni yuxudan oyadıb ki, yuxu-
da qarpız görmüşəm, mənə qarpız verin.


66
Birdən-birə Sergeyin əhvalı düzəldi. Doyunca güldük-
dən sonra ayağa duraraq, anasının üzündən öpüb qapıya 
tərəf gedəndə anası arxadan səsləndi:
-Səhər tezdən bu soyuqda hara gedirsən?
Sergey qapıdan çıxa-çıxa: 
-Gedirəm Alyoşaya qarpız almağa.
Sergey iş yerinə gələn kimi köməkçisi Oleqə dedi:
-Mənə  bir–iki  ton  qarpız  tap.  Çalış  bu  günə  hazır 
edəsən, axşama lazımdır. Üstəlik on iri şirəçəkən, iki rulon 
salafan, bir neçə qutu keyfiyyətli kley və əlli adam lazım-
dır. Qayçılar, bıçaqlar və vedrələr də ki, öz yerində.
Oleq: -Oldu! - deyib gedəndən 10–12 saat sonra əlli altı 
nəfər adam qarpızları yük maşınlarından boşaldıb heroin 
yüklənmiş  gəmiyə  daşıyırdılar.  Adamlar  işlərini  qurta-
ran kimi, özləri də gəmiyə mindilər və Sergeyin işarəsiylə 
gəmi  sahildən  uzaqlaşaraq  qaranlıqda  gözdən  itdi.  Bir 
saat gedəndən sonra Sergey dayanma əmrini verib bütün 
adamları kapitanın kayutuna çağırdı. Bir az sonra hamının 
toplaşdığını görüb görəcəkləri işi onlara izah etdi:
-Demək belə. Siz qarpızları səliqə ilə tən ortadan bö-
lərək içini təmizləyib vedrəyə tökürsünüz. Çalışın bu za-
man qabığı zədələməyin. Sonra hər bir yarımkürənin içinə 
salafan  döşəyərək  heroini  ora  doldurursunuz.  Hər  iki 
tərəfi doldurduqdan sonra yarımkürələri kleylə yapışdırır-
sınız. On nəfər isə vedrələrə yığılmış qarpızları göyərtəyə 
gətirərək  şirəçəkəndə  maye  halına  salıb  dənizə  tökürlər. 
Bu qədər sadə. Sualı olan var?
Sergey  heç  kimin  dillənmədiyini  görüb  –  Başlayın!  - 
deyərək, göyərtəyə çıxdı. 1-2 saat işə tamaşa edəndən son-
ra yuxusu gəldiyindən yatdı. Səhər yuxudan duran kimi 
telefonla  Oleqdən  işlərin  necə  getdiyini  soruşaraq  “əla” 
cavabını  alıb  üzünü  qırxmağa  başladı.  Adamlar  axşama 


67
yaxın bütün işləri qurtarıb istifadə etdikləri avadanlıqları 
məhv  etdilər.  Sergey  onları  yenidən  kapitanın  kayutuna 
yığıb dedi:
-Afərin sizə. Əla işlədiniz. Bilirəm ki, dünəndən bəri 
yuxusuzsunuz, həm də bərk yorulmusunuz. Ona görə də 
gedin dincəlin. Qarpızları anbara sabah səhər aparacağıq. 
İşlər tam başa çatan kimi özüm sizi mükafatlandıracağam. 
Adamlar kayutdan çıxandan sonra Oleqə dedi: 
-Sən sənəd işləri ilə məşğul ol. Kapitana tapşır gəmini 
sahilə  qaytarsın.  Bir  az  da  burada  qalsaq  diqqət  çəkərik, 
həm də şəhərdə işlərim var. Sergey səhəri gün iş yerindəki 
ka binetində oturaraq, mobil telefonu qarşısına qoyub hə-
ya canla Oleqin verəcəyi xəbəri gözləyirdi. Onun hesabına 
görə  maşınlar  20  dəqiqə  bundan  əvvəl  sonuncu  nəzarət 
mən təqəsindən keçməli idilər. Buna görə də keçən hər də-
qiqə  onun  narahatlığını  və  həyacanını  daha  da  artırırdı. 
Özü nü sakitləşdirmək üçün bir az viski içmək istədi. Viski 
şüşəsinin qapağını açmaq istəyəndə telefonun səsini eşidib 
cəld butulkanı kənara atdı, telefonu götürərək səbirsizliklə 
soruşdu:
-Eşidirəm Oleq. Nə xəbər var?
-Arxayın olun, boss, hər şey qaydasındadır. Postların 
hər ikisini problemsiz keçdik. Yarım saata ordayıq.
Sergey dərindən nəfəs alıb dedi: -Afərin sizə. Gözləyi-
rəm sizi.
O, telefonu cibinə qoyub musiqi mərkəzini yandıraraq 
viski içə-içə həzin musiqilərə qulaq asmağa başladı.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə