S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə9/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

36
Xavyer əlindəki alışqanı oynada–oynada soruşdu: 
-Bizdə 7–8 uşaq sarılığa tutulublar. Nə tədbir görməmi 
istəyirsən?
-Dərhal məhv edin. – Üzünü bayaqdan sakitcə oturub 
onlara qulaq asan Sergeyə çevirib dedi: -Bu kafenin sahibi 
yaman deyingəndir.
Con  bunu  deyib  ayağa  qalxdı.  Çantaları  da  götürüb 
gəldiyi yolla geri qayıtdı. Qrup üzvləri pilləkənlə mətbəxə 
çıxanda  Sergey  Dmitriyə  yaxınlaşaraq,  ağzını  açıb  di-
lini  çölə  çıxartmasını  istədi.  Dmitri  heç  nə  anlamadan 
qorxmuş halda onun dediyini etdi. Sergey cəld bir əliylə 
onun dilindən, digər əliylə isə üzündən tutaraq, qüvəttli 
barmaqları  ilə  onun  dilini  qopartdı.  Dmitri  ağrıdan  qış-
qıraraq, əli ilə ağzını tutub diz üstə oturdu. Sergey onun 
sinəsinə  təpiklə  vuranda  Dmitrinin  başı  şkafın  küncünə 
dəydiyindən huşunu itirdi. Sergey divardan asılmış lampa-
nı götürüb şüşəsini çıxartdı. İçindəki nefti yerdə hərəkətsiz 
uzanaraq ağzından qan tökülən Dmitrinin üstünə tökməyə 
başlayanda  Dmitrinin  qızı  Anna  əlində  atasına  gətirdiyi 
içi dərman dolu paketlə içəri girdi. Gördüyü mənzərənin 
dəhşətindən donub qalan Anna bir neçə saniyədən sonra 
özünə gəlib atasının yanına qaçmaq istəyəndə Karlos əlinə 
götürdüyü çömçəylə arxadan onun başına vurdu. Markez 
tapançanı  çıxardıb  atəş  açmaq  istədikdə,  Karlos:  -Mənə 
lazımdır.  -  deyib  qoymadı.  Sergey  yanan  alışqanı  özünə 
gəlməyə  başlayan  Dmitrinin  üzünə  atandan  sonra  Kar-
los Annanın  huşsuz  bədənini  çiyninə  götürüb  üç  nəfərlə 
birgə kafedən çıxdı. Dmitri isə mətbəxdə yanğının verdiyi 
dəhşətli ağrının təsirindən var gücüylə çığıra–çığıra, əl–qol 
ataraq özünü ora–bura vururdu.


37
Argentina
Xavyer yaşadığı Misones əyalətindəki Posadas şəhərinə 
qayıdanda  bəd  xəbərlə  qarşılaşdı.  İş  yerinə  gələndə 
köməkçilərindən biri  qaçaq  yolla  əldə edilən  və  Xavyerə 
məxsus barlarda satılan içkilərin polislər tərəfindən aşkar 
edildiyini dedi.
-Bu necə baş verib? – Xavyer əsəbindən pörtmüş halda 
soruşdu.
-Bizi  polislərə  barlardan  birində  ofisant  işləyən  Os-
kar adlı bir nəfər satıb. İşdən qovulduğuna görə qisas al-
maq  istəyib.  İndi  polislər  onun  qapısında  keşik  çəkirlər. 
İdarədəki  adamımızın  verdiyi  xəbərə  görə  sabah  onun 
ifadələri əsasında cinayət işi açacaqlar.
-Mallar harada ələ keçirilib?
-Yolda. Dörd yük maşını içki ələ keçirdiblər.
-Onu bu gecə yanıma gətirin.
-Polisləri nə edək? Onları öldürsək, problemimiz ya-
ranacaq.
-Oğlan harada qalır? Şəhər yerində, yoxsa həyət evin də?
-Arvadı və üç aylıq qızı ilə bərabər bağ evində qalırlar.
Xavyer  köməkçisinə  nə  edəcəklərini  başa  saldıqdan 
sonra  böyrək  almaq  üçün  ona  müraciət  edən  kanadalı 
biznesmenlə görüşə getdi.
Gecə  saat  3-ün  yarısı  qapının  yanında  keşik  çəkən 
polislərdən biri digərinə dedi:
-Hələ yarım saatımız var. Soyuqdan dondum.
-Mən  də  üşüyürəm.  Gəl  körpüdə  keşik  çəkən  həm-
karlara zəng vuraq, görək orada vəziyyət necədir.
Zəng  vurmaq  üçün  telefonu  cibindən  çıxartmaq 
istədikdə, atəş açıldı və atılan güllə darvazada kiçik deşik 
əmələ gətirdi. Polislər cəld daldalanaraq, silahlarını çıxar-


38
dıb atəş açmağa başladılar. Bir neçə dəqiqədən sonra polis 
maşınının  xüsusi  səs  siqnalı  eşidildi  və  yaxınlaşan  maşı-
nından iki nəfər polis düşərək yoldaşlarına kömək etməyə 
başladılar.  Onlardan  biri  cibindən  içi  dolu  dörd  tapança 
darağı çıxardaraq, güllələri qurtarmaq üzrə olan polislərə 
verib döyüşü davam etdirdi. 10 dəqiqəyə yaxın çəkən atış-
madan  sonra  naməlum  şəxslər  atəşi  dayandırıb  hadisə 
yerindən uzaqlaşdılar. Polislər daldalandıqları yerdən çı-
xıb köməyə gələnlərə təşəkkür etdilər.
-Çox sağ olun. Lap vaxtında gəldiniz.
-Burada  atışma  olduğunu  haradan  bildiniz?  –  Bir 
qədər yaşlı olanı soruşdu.
-Bizi  bura  mayor  Qabriel  göndərib.  Sizi  əvəz  etmək 
üçün. - Gəlmə polislərdən biri dilləndi.
-Tez gəlmisiniz. 
-İstəyirsən  gedək,  bir  azdan  gələrik.  –  deyə  köməyə 
gələn polislərdən biri zarafatla cavab verdi.
Polislər  maşına  minib  gedən  kimi  gələn  adamlardan 
biri “Gəlin!” əmrini verdi və bayaqdan polislərə güllə atan 
dörd  nəfər  gizləndikləri  yerdən  çıxıb  darvazanın  yanına 
gəldilər.
-Afərin  sizə  uşaqlar!  Əla  işlədiniz.  –  Ucaboy  olanı 
dilləndi. – Qoy o axmaqlar elə fikirləşsinlər ki, bu döyüşdən 
öz fərasətlərinə görə sağ çıxa biliblər. Burada çox ləngimək 
olmaz. Oskarı və ailəsini götürün getdik.
-Telefon xətlərini kəsmək, mobil telefon siqnallarını isə 
blok eləmək əla fikir idi. – Adamlardan biri hasara dırmaşa 
- dırmaşa dilləndi.
Polis məntəqəsinə gedən polislərdən biri maşını sürə - 
sürə qürrələnməyə başladı:
-Afərin bizə. Belə bir vəziyyətdən ki, sağ çıxdıq, bizə 
heç bir cinayətkar bata bilməz.


39
-Yox. Burada nəsə düz deyil. 
-Nə düz deyil? Bir neçə başdanxarab şahidi öldürmək 
istəyirdi, amma bilmirdilər ki, orada biz varıq. Sərt üzü-
müzü görən kimi qorxub qaçdılar.
-Yenə də ürəyim rahat deyil. Qabrielə zəng vururam.
Telefonu götürüb Qabrielə zəng vuraraq, bir az danış-
dıqdan sonra “lənət şeytana. Onlar polis deyillərmiş. Cəld 
geri  dön”  deyə  bağırdı.  Polislər  yerlərinə  çatanda  orada 
heç kimi görmədilər, darvaza içə açıq idi.
Səhəri gün Oskarı və ailəsini Xavyerin yanına gətirdilər. 
O, maşa ilə həyətdə qoyulmuş manqalın közünü qarışdı-
rırdı. Yaxınlıqdakı qəfəsdə olan beş it isə dünəndən ac sax-
lanıldığından qəfəsin yanında qoyulmuş iri ət parçasının 
iyindən  qəfəsin  dəmirlərini  çeynəyirdilər.  Oskar  Xavyeri 
görən  kimi  qaçaraq  gəlib  onun  qarşısında  diz  çökdü  və 
yalvarmağa başladı:
-Bağışlayın məni, şef! Yalvarıram, bağışlayın. Bilirəm, 
səhv iş tutmuşam. Ömrüm boyu sizə xidmət edib borcumu 
ödəməyə hazıram.
Xavyer közü qarışdıra-qarışdıra dedi: 
-Əgər sən içki şüşəsini əlindən salıb sındırsaydın, yaxud 
içkiləri gətirən maşınlardan birinin sürücüsü olaraq, qəza 
törədib mənə ziyan vursaydın, sənin dediyini edərdim. An-
caq özün də yaxşı bilirsən ki, xəyanəti bağışlamaq olmaz.
Oskar onun ayaqlarını qucaqlayıb ağlaya-ağlaya dedi:
-Ailəmin burada heç bir günahı yoxdur, şef. Yalvarı-
ram, buraxın onları getsinlər. Nə edəcəksinizsə, mənə edin.
Xavyer  köməkçisinə  Oskarı  ondan  uzaqlaşdırma-
ğı və uşağı ona gətirməyi əmr edib, maşayla manqaldakı 
közlərin yarısını manqalın bir kənarına yığmağa başladı. 
Sonra  Oskarın  və  arvadının  ağlamaqlarına  və  yalvarışla-
rına məhəl qoymayaraq yatmış uşağı köməkçisindən alıb 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə