S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə5/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   2   3   4   5   6   7   8   9   ...   78

21
təşkilati məsələləri öz üzərinə götürmüşdü. Tədbirin baş-
lamasına 10 dəqiqə qalmış köməkçisi Samiri əlil arabasına 
otuzduraraq tədbir zalına apardı. Tribunanın girişində bir 
neçə dəqiqə gözlədikdən sonra mərasimin aparıcısı tribu-
naya çıxaraq, tədbiri giriş sözüylə başladı:
-Salam, hörmətli dostlar, əziz qonaqlar! Bu günkü tədbir 
haqqında və bu gün sizlərə təqdim olunacaq layihə barədə 
danışmaq  üçün  mən  bura  bu  layihənin  müəllifi,  “umid.
az”  internet  resursunun  təsisçisi  və  «Ümid»  mərkəzinin 
rəhbəri Samir İmanovu tribunaya dəvət edirəm.
Köməkçisi  onu  tribunaya  tərəf  apardıqca,  içindəki 
həyəcan  yerini  qürur  hissinə  verirdi.  Bəli,  o  istəyinə  çat-
mışdı.  Daha  heç  kim  əlil  olduğuna  görə  onun  çəkdiyi 
əziyyətləri çəkməyəcəkdi. Tribunaya çatdıqda özünü top-
layıb nitqinə başladı:
-Salam,  hörmətli  qonaqlar,  xanımlar  və  cənablar.  İlk 
öncə  dəyərli  vaxtınızı  bizə  həsr  edərək,  bu  mərasimdə 
iştirak  etdiyiniz  üçün  hər  birinizə  dərin  təşəkkürümü 
bildirirəm.  Fiziki  problemi  olan  insanlar  hər  zaman  çox 
şeydən məhrum və cəmiyyətdən təcrid olunmuş vəziyyətdə 
yaşayıblar.  Bəlkə  də  çoxlarınız  bununla  razı  deyilsiniz. 
Ancaq  nitqimin  davamında  fiziki  qüsuru  olan  insanların 
həyatda qarşılaşdıqları çətinliklərdən daha geniş danışdıq-
ca, hər biriniz məni daha yaxşı başa düşəcəksiniz. Heç vaxt 
onlara özlərini göstərmək üçün şərait yaradılmayıb. Yalnız 
dəmir  kimi  möhkəm  iradəsi  olan  əlillər  bu  vəziyyətdən 
çıxa biliblər ki, onların da sayı nəzərə çarpacaq dərəcədə 
azdır.  Bəs  digərləri?  Onları  ya  parkda  istirahət  edən,  ya 
da  yol  kənarında  dilənən  görərsiniz.  Əlillərin  çox  böyük 
bir hissəsi isə ümumiyyətlə, evdən bayıra çıxmaq istəmir. 
Ölkə  iqtisadiyyatına,  siyasətinə,  idmanına,  təhsilinə, 
incəsənətinə  təsirləri  bir  faizdən  də  azdır  və  demək  olar 


22
ki,  dünyanın  bir  çox  ölkəsində  vəziyyət  belədir.  Nədir 
bunun səbəbi? Bu bir az sonra danışacağım problemlərin 
nəticələridir.  İlk  problem  əlillərə  yanaşma  tərzindədir. 
Ətrafımızdakılar bizə hər şeyə möhtac və heç bir şey bacar-
mayan insanlar kimi baxırlar. Bir çox dövlət orqanlarının 
binasında panduslar yoxdur. Demək olar ki, heç bir dövlət 
idarəsində nitq qüsurlu insanlarla dialoq yaratmağı baca-
ran bir kimsəyə rast gəlməzsiniz. Televiziyada sırf onlara 
həsr edilmiş bir dənə də veriliş yoxdur. Çox cüzi bir qis-
mini çıxmaq şərtilə, əlilləri heç bir yerdə işə götürmürlər, 
onların hər hansısa bir sənətə yiyələnmələri üçün bir dənə 
də  olsun  xüsusi  peşə  məktəbi  yoxdur.  Və  saymadığım 
neçə-neçə problemlər. Amma bütün bunlar artıq keçmişdə 
qaldı. Bu gün açılışını etdiyimiz və rəsmi olaraq fəaliyyətə 
başlayan «Ümid» mərkəzinin sayəsində hansı fiziki prob-
lemin olmasından asılı olmayaraq, hər bir əlil insan özünü 
cəmiyyətin bir parçası sayacaq. Bu mərkəzin əsas vəzifəsi 
əlillərin sağlam insanlardan asılılıqlarını aradan qaldırmaq 
və onlara həyatla mübarizə üçün yol göstərmək olacaqdır. 
Bu mərkəzə üzv olan heç bir əlil insana ev, maşın, pul və 
ya  hər  hansı  xüsusi  imtiyazlar  verilməyəcəkdir.  Onlara 
bu saydıqlarımı necə əldə etmək mümkün olduğunu izah 
edəcəyik. Məsələn, əngəlli bir insan bütün günü evdə otu-
raraq, təqaüdünü gözləyir və ya valideynlərinin qazancını 
yeyir. Halbuki, həmin əlil insan boş vaxtlarını hər hansı bir 
sənəti öyrənməyə sərf edə bilər. 
Bu mərkəzin əsas vəzifələrindən biri əlillərin özlərinə olan 
yanaşmalarını  və  ətrafdakı  insanların  onlara  göstərdikləri 
münasibəti  və  düşüncələri  dəyişməkdir.  Məqsədimiz 
mərkəzin  digər  ölkələrlə  quracağı  əməkdaşlıq  nəticəsində 
hər  həftə  müxtəlif  ölkələrdən  əngəlli  insanları  dəvət  edib, 
buradakı əlillərlə birgə seminarlar və forumlar keçirtməkdir. 


23
Bundan əlavə, «Ümid» mərkəzinin rəsmi internet saytı olan 
“www.umid.az” saytı yaradıldı. Bu saytın da əsas vəzifələri 
əlil  insanların  dünyagörüşlərinin  artmasına  xidmət  etmək, 
onlara öz bacarıqlarını göstərmək imkanı yaratmaq və əlillər 
arasında  rahat  ünsiyyət  yaradılmasını  təmin  etməkdir.  Bu 
sayt vasitəsi ilə əlillər artıq öz fikirlərini ictimaiyyətə çatdı-
ra, əl işlərini və digər bacarıqlarını nümayiş etdirə biləcəklər. 
Digər insanlarla münasibət yaradaraq, fikir mübadiləsi apara 
biləcəklər. Artıq onlar da özlərini cəmiyyətin bir parçası he-
sab edəcəklər. Bu saytda çox şey olacaq: Online dərslər, can-
lı radio, virtual qəzet, canlı psixoloq yardımı, online söhbət 
etməyə şərait yaradan çat xidməti, forum və sairə. Bu sayt 
yaradılarkən istənilən əngəlli insanın saytdan rahat istifadə 
etməsi üçün hər bir şey nəzərə alınıb. Məsələn, saytın video 
bölməsində bütün videolar həm səsli, həm də eşitmə qüsuru 
olan insanlar üçün rahat oxuna bilən altyazılarla hazırlanmış-
dır. «Ümid» mərkəzinin şüarı isə belədir: “Fiziki vəziyyətin 
necə olursa-olsun. Özünlə fəxr et!” 
Sonda bu möhtəşəm mərkəzin və saytın yaradılmasında 
mənə inanan və köməklik göstərən hər bir şəxsə, xüsusilə, 
Sumqayıt  şəhərinin  icra  hakimi  Vaqif  müəllimə  və  nazir 
Mahmudov  cənablarına  təşəkkürümü  bildirirəm.  Bizimlə 
əməkdaşlıq edən yerli və xarici təşkilatlara, həmçinin, ay-
rı-ayrı şəxslərin hər birinə minnətdaram. Ümid edirəm ki, 
reallaşdıracağımız bu layihə əlillərin həyata inteqrasiyası-
na və onların sosial rifahlarının yaxşılaşdırılmasına əsaslı 
kömək göstərəcək. Diqqətinizə görə təşəkkür edirəm. 
Zaldan qopan alqışları lahiyəsinin ilk uğuru kimi qəbul 
edib  köməkçisinin  yardımı  ilə  aşağı  düşərək,  birinci  sıra-
da  onun  üçün  ayrılmış  yerdə  dayandı.  Tədbirin  aparıcısı 
növbəti natiqi kürsüyə dəvət etdiyi vaxt o müəllifi olduğu və 
yaranmasında biləvasitə iştirak etdiyi mərkəzin gələcəyini 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə