S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə2/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   2   3   4   5   6   7   8   9   ...   78

9
məhdudiyyətlərlə  yaşamağa  məcbur  edən  fiziki  prob lem-
lərlə baş-başa qoydu. Yeriyə bilsə də, yeriyərkən hər hansısa 
bir yerdən tutmağa məcbur olurdu, tutacaq yer olmadıqda 
isə qoltuq ağacları ilə gəzirdi. İki il əvvəl baş vermiş avtobus 
qəzası nəticəsində bütün ailə üzvlərinin həlak olması onun 
bu həyatda yaşamasını ikiqat çətinləşdirdi. Keçirdiyi iflicin 
nəticəsi olaraq, fiziki cəhətdən zəif olmasına, yeriməsində 
problem yaranmasına, sol əlinin iş qabiliyyətini 50 faiz itir-
məsinə və sonradan belinin bir az bükülməsinə baxmaya-
raq,  heç  vaxt  təslim  olmur,  ruhdan  düşməyərək  daim  öz 
üzərində işləyir, sanki həyatla mübarizə aparırdı. Hər gün 
paralimpiya  mərkəzində  idmanla  məşğul  olur,  komputer 
proqramlarını  və  ispan  dilini  öyrənirdi.  Hər  nə  qədər  öz 
üzərində  çalışsa  da,  həyatda  nəyəsə  nail  olmaq  üçün  bir 
partlayış etmənin, bir inqilab etmənin vacibliyini hiss edirdi. 
Hərəkətə keçməyi qət etdi. Bunun üçün bütün bacarıq-
larını səfərbər edəcəkdi. Qəzetlərə kiçik məqalələr göndərir, 
futbol oyunlarına pul qoyur, foreks bazarında qurdalanır-
dı.  Hətta  özünə  kiçik  ədviyyat  mağazası  da  açdı.  Lakin 
bunların heç birinin həmin partlayış olmadığını görüb hər 
şeyi yarımçıq qoydu. 
Hər  gün  saatlarla  öz-özünə  düşünürdü:  “Nə  isə  bir 
şey olmalıdır, indiyə qədər heç kimin etmədiyi bir şey. Elə 
bir şey ki, milyonlarla insan həmin işdən faydalansın. O iş 
məni qaldırıb kral taxtında oturtsun”. 
Nəhayət, bir gün həmin partlayışın elə onun özü ol-
duğunu anladı. Çaydanı qazın üstünə qoyub otağa qayıtdı 
və masadakı kağızları əlinə alıb söyləyəcəyi nitqi bir daha 
nəzərdən keçirməyə başladı. Gözü kağızlarda olsa da, fikri 
onu bir il əvvələ aparırdı.
Divar boyu müxtəlif rəsmlər asılmış dəhlizdən keçib 
mebel rəngli qapıya yaxınlaşdılar. Avtobus qəzasından son-


10
ra icra hakimiyyəti Samiri öz himayəsinə götürdüyündən, 
indi o buraya tez-tez gəlib-gedirdi və buna görə də, hamı 
onu tanıyırdı. Elə indi də qapıya yaxınlaşanda, Rəna adlı 
katibə Samirlə qonşusunu görən kimi qalxıb onlarla görüş-
dü. Samir qapını göstərərək soruşdu: 
-Müəllim içəridədir?
-Hə. Keç içəri, onsuz da dörd dəqiqədir gecikmisən.
Samir gülümsünərək, Rənaya təşəkkür edib otağa tərəf 
getdi. Qonşusu qapını astadan döyərək açdı. Samiri görən 
icra hakimi ucadan xoşgəldin etdi: 
-Ooo, gör kim gəlib?! Gəl, gəl keç içəri.
Qonşusu oturmaqda Samirə kömək edib otaqdan çıx-
dı. Samir oturan kimi icra başçısı onu sual atəşinə tutdu:
-Necəsən?  Çoxdandır  görünmürsən?  Haralardasan? 
Əli necədir?
-Çox sağ olun Vaqif müəllim. Yaxşıyam. Hər xırda şeyə 
görə sizi narahat etmək istəmirəm. Əli də yaxşıdır, yavaş-
yavaş böyüyür özü üçün. Arada gətirirlər, görürəm.
-Hansısa bir problemin, çətinliyin yoxdur ki? Çəkinmə, 
buyur de!
-Təşəkkür  edirəm,  Vaqif  müəllim.  Sizin  sayənizdə 
mənimlə  hərtərəfli  maraqlanırlar.  Hər  həftə  sosial  evdə 
xidmət bürosundan gəlib işləri görürlər. Evi yığışdırırlar, 
paltarları yuyurlar, bazarlıq edirlər. Sağ olsunlar. Mən bu-
raya ayrı məsələ üçün gəlmişəm.
-Buyur, eşidirəm.
-Xahiş edirəm, mənim dövlət sosial müdafiə fondunun 
rəhbərliyi ilə görüşümü təşkil edəsiniz.
İcra başçısı təəccübünü gizlədə bilmədi.
-Sosial müdafiə naziri ilə? Nəyə görə?
Samir  neçə  aydır  ki,  beynində  gəzdirdiyi  fikrini  icra 
hakiminə  danışdıqdan  sonra  Vaqif  müəllim  əli  ilə  alnını 
ovxalayaraq, bir az düşündü. Sonra başını qaldırıb dedi:


11
-Afərin!  Ağlabatan  fikirdir.  Çalışaram  sizi  görüşdü-
rüm.
-Təşəkkür edirəm, Vaqif müəllim. Mən getsəm yaxşı-
dır, vaxtınızı çox almayım.
-Necə  istəyirsən.  Nə  vaxt  çətinliyə  düşsən,  çəkinmə, 
buyur gəl.
-Çox sağ olun.
Binadan  çıxanda  Samirin  sevinci  yerə-göyə  sığmırdı. 
Tez evə gedib beynindəki fikirlərini layihə halına salmağa 
başladı. Axı görüşə əliboş getmək olmazdı. 
Vaxtın  necə  keçdiyini  hiss  etmədi.  Çaydanın  uğultu-
suna fikirdən ayıldı. Nəsə yemək istəsə də, iştahı gəlmirdi. 
Bir  stəkan  çay  içib  sürücüyə  zəng  vurdu.  Lakin  evdə 
gözləməyə səbri çatmayıb həyətə düşdü. Hər gün bu vaxt-
ları analar uşaqlarını həyətə düşürərdilər. Bu gün nədənsə 
həyətdə heç kim yox idi.
Eyvanın qarşısında qoyulmuş oturacaqda əyləşib onu 
Bakıya aparacaq maşını gözləməyə başladı. On beş dəqiqə 
sonra qara, BMV markalı maşın həyətdə göründü. Sürücü 
düşüb maşına oturmaqda ona kömək etdi, özü isə evə ge-
dib Samirin çantasını gətirdi və yola düşdülər. 
Samir arxa oturacaqda oturub yolboyu bir-birini əvəz 
edən  mənzərələrə  baxa-baxa  nazirlikdə  olan  əhvalatları 
xatırlamağa başladı. 
Artıq  bir  həftədən  çox  idi  ki,  icra  hakimiyyətindən 
ca vab  gözləyirdi.  Elə  hey  öz-özünə  deyirdi:  “Hə,  Vaqif 
müəllim,  sən  bunu  bacaracaqsan,  artıq  vaxtdır,  sevindir 
məni,  ver  bu  şad  xəbəri  mənə”.  Bekarçılıqdan  divanda 
uzanıb futbola baxırdı ki, telefona zəng gəldi: 
-Alo, eşidirəm.
-Salam. Samirlə danışıram?
-Bəli.


12
-Danışan Vaqif müəllimin katibəsi Rənadır. Necəsən?
Samir sevinclə yumruğunu sıxdı: Axır ki! 
-Sağ olun, Rəna xanım. Siz necəsiniz?
-Eee, bu olmadı ki. Mən sənnən səmimi danışıram, sən 
yapışmısan rəsmiyyətdən.
-Qulaq  as,  Rəna.  Bir  gün  gələcəm  ora  söhbət  edərik. 
Sən  də  mənimlə  doyunca  zarafatlaşarsan.  Amma  indi 
həyəcandan az qalır ürəyim partlasın. Xahiş edirəm, tez de 
görüm işim alınır, ya yox.
-Yaxşı, qulaq as, gör, nə deyirəm. Sabah saat 3-də nazir 
səni qəbul edəcək, ona görə də saat 12-də Vaqif müəllim 
maşın göndərəcək ki, səni ora aparsın. Çalış o vaxta qədər 
yuxudan durasan.
-O  qədər  də  tənbəl  deyiləm,  mütləq  hazır  olacağam. 
–  İki  saniyə  gözlədikdən  sonra  dedi:  –  Çox  sağ  ol  Rəna. 
Ürəkdən minnətdaram. 
-Təşəkkürü mənə yox, Vaqif müəllimə etmək lazımdır. 
Amma  mənə  təşəkkür  məsələsində  israr  edirsənsə,  eybi 
yox,  bir  qutu  şokolada  görə  xətrinə  dəyməyəcəyəm  ki. 
Qəbul edirəm. 
-O da mənim bax bu gözlərim üstə. Sabah həm Vaqif 
müəllimə, həm də sənə necə lazımdır təşşəkkür edəcəyəm. 
İndi isə salamat qal. Gedim görüşə hazırlaşım.
-Mən də gedim çayı qızdırım sabaha hazır olsun. Hələlik.
-Sabahadək!
-Uğurlar!
Səhərisi gün nazirin qəbulunda idi. 64 yaşlı, kök, başı-
nın ortası dazlaşmış və gözünə eynək taxmış nazir Səməd 
Mahmudov Samiri bir qədər süzüb dedi:
- Vaqif müəllim sənin planını mənə danışdı, sözün açığı 
bəyəndim. Ona görə də komissiya təşkil etmişəm. Layihəni 
onlara təqdim et, onlar üzərində işləyib mənə verəcəklər. – 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə