S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə76/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   70   71   72   73   74   75   76   77   78

302
edin ki, bunu 100 kiloluq yüklə etmək necə çətindir. Bizim 
işimiz də buna bənzəyirdi. İşimizin ən çətin və ən qızğın 
vaxtlarında ortaya Murad və onun yaratdığı “Söyüd yar-
pağı” təşkilatı çıxdı. Əlilləri oğurlayaraq onların daxili or-
qanlarını satanlar bizə nə qədər mane olmaq istəsələr də, 
bizim  mərkəzdən  istifadə  edərək  əlillərə  ziyan  vurmağı 
düşünsələr də, silah gücünə bizdən üstün olaraq bizi yo-
lumuzdan döndərməyə çalışsalar da bacarmadılar. Çünki 
bizim yolumuz haqq yoludur və Allah hər zaman nəzərini 
bizim üzərimizdə saxlayır. Çünki biz bir ailəyik və hər biri-
miz bu ailəyə görə canımızdan da keçməyə hazırıq. Necə ki, 
bunu bizim əməkdaşlarımız, can yoldaşlarımız etdi. Eldar, 
Zaur, Ayxan, Devid, Akif, Asif vəzifə borclarını layiqincə 
yerinə  yetirərək,  cinayətkarlarla  mübarizədə  həlak  olan 
polis  işçiləri  və  «Ümid»  mərkəzinə  üzv  olduqları  üçün 
cinayətkarlarn əlinə keçən bir çox əngəlli insanlar. Mən Al-
lahdan onların hər birinə rəhmət, ailə üzvlərinə isə səbr və 
dözüm diləyirəm. Ümid edirəm, bu mərkəzin yeni rəhbəri 
Süleyman müəllimin bütün tapşırıqlarına əməl edəcəksiniz 
və mən bundan sonra da «Ümid» mərkəzi haqqında yal-
nız və yalnız xoş xəbərlər eşidəcəyəm. Bu işdə hər birinizə 
uğurlar arzulayıram. Allah köməyiniz olsun. Sağ olun. 
Samir sözünü bitirən kimi zaldakı bütün insanlar ayaq 
üstə  qalxaraq  onu  alqışlamağa  başladılar.  O,  stuldan  qal-
xıb kastellərini götürərək alqış sədaları altında yavaş-yavaş 
kənardakı qapıya doğru irəlilməyə başladı. Gedə-gedə bu 
tribunaya ilk gəlişini xatırladı. O günkü həyəcanı, əlil araba-
sında tribunaya yaxınlaşmağını, ürkək nəzərlərlə zaldakıla-
rı süzərək titrək səslə sözə başlamasını, zaldan gələn alqış-
ları başladığı işinin ilk uğuru kimi qəbul etməsini. O vaxt-
dan bəri bəlkə də çox şey dəyişmişdi, ancaq dəyişməyən tək 
bir şey var idi: Samirin özü. Qarşılaşdığı bu qədər əhvalat, 
çəkdiyi bu qədər əziyyət, əldə etdyi bu qədər şöhrət onu 
heç dəyişməmişdi.


303
Hadisədən 2 ay sonra
Bakı. Azərbaycan
Maşının arxa oturacağında oturaraq Bakının əsrarəngiz 
gözəlliklərinə tamaşa edən Samir zəng gəldiyini görüb, gö-
zünü mənzərədən çəkmədən telefonu qulağına apardı:
-Eşidirəm.
-Samir haradasan? -Telefonda Lusiyanın məlahətli səsi 
eşidildi.
-Xəstəxanaya  gedirəm.  Köhnə  tanışlarımdan  birini 
ziya rət edəcəyəm.
-Nə vaxt gələcəksən?
-Xəstəxanadan  çıxandan  sonra  iş  yoldaşlarımla  görü-
şüb vidalaşlamaq üçün mərkəzə gedəcəyəm. Yəqin ki, ax-
şama ancaq evə gələrəm. Nədir ki?
-Heç. Sənə bir sürprizim vardı, ona görə deyirdim ki, 
evə gələsən.
-O nə sürprizdir elə?
-Evə gələndə bilərsən.
-Yaxşı. Çalışaram evə tez gəlim.
-Hələlik. Öpdüm.
-Mən də.
Samir telefonu cibinə qoyub üzünü Pedroya tutdu:
-Zəng vuran qızın idi. Deyir mənə nə isə sürprizi var.
-Onun  işindən  bir  şey  anlamaq  olur  ki?  Allah  bilir, 
görəsən yenə nə fikirləşib. – Bir neçə saniyə ara verdikdən 
sonra – mühərrik dünəndən bəri qəribə səslər çıxardır, bu 
gün maşını qaytaranda çilingərə denən baxsın. Yoxsa təzə 
sürücü dalımca deyinər.
-Deyərəm.
Samir xəstəxanada baş həkimlə görüşüb onun müşayəti 
ilə  Muradın  olduğu  palataya  getdi.  Çarpayıda  uzadılmış 
Murada bir neçə tibbi cihaz qoşulmuşdu, hər tərəfi sarıqlı 


304
idi. Otaqdan kəskin yod iyi gəlirdi. Samir Murada yaxınla-
şıb bir az onu süzdükdən sonra üzünü baş həkimə çevirib 
soruşdu:
-Vəziyyəti necədir?
-Hələlik  günün  24  saatı  yatızdırırıq.  Ölüm  təhlükəsi 
yoxdur,  gənc  olduğu  üçün  yaraları  sürətlə  sağalır,  əgər 
buna  yaşamaq  demək  mümkünsə,  yaşayacaq.  Tam  sağal-
dıqdan  sonra  isə  cəzaçəkmə  müəssislərinin  birinin  tibb 
məntəqəsinə köçürdəcəklər.
-İtirdiyi bədən üzvlərindən hansılarısa geri qaytarmaq 
mümkün olub?
-Xeyr. Nə görməsi, nə eşitməsi, nə də danışması müm-
kün olmayacaq. Yalnız əlləri və ayaqları üçün protez düzəl-
dilə bilər ki, inanmıram onlardan da istifadə edə bilsin.
Samir üzünü Murada çevirib, - əminəm ki, artıq bütün 
əlilləri daha yaxşı başa düşürsən. – deyərək palatadan çıxdı.
Mərkəzə qayıtdıqdan sonra oradakı iş yoldaşlarıyla tək-
tək görüşüb vidalaşdıqdan sonra son dəfə olaraq ka binetinə 
girdi.  Süleymanın  artıq  bir  həftədən  çox  yeni  işinə  başla-
masına baxmayaraq, otaqda hər şey əvvəlki və ziyyətdə idi. 
Divardakı iri tablo həmişəki əzəməti il öz yerində idi, sto-
lun üstündəki əşyalara sanki heç əl də yilməmişdi, mebel də 
həminki mebel idi. Kresloya oturaraq otağa göz gəzdirməyə 
başladı. Burada hər şey ona doğma idi. Mərkəzlə bağlı ən 
vacib qərarlarını bu otaqda vermişdi, vacib görüşləri də bu 
otaqda təşkil eləmişdi. Tənhalıq istəyəndə də bu otağa sı-
ğınmışdı, bu otaqda sanki hər bir əşya onu eşidir, onu başa 
düşürdü. Kürəyini kresloya söykəyərək gözlərini yumdu. 
Bir-iki  dəqiqə  bu  vəziyyətdə  qaldıqdan  sonra  telefonuna 
zəng gəldiyini görüb gözlərini açdı. Zəng vuranın kim ol-
duğuna baxıb düyməni basaraq qulağına apardı:
-Buyur əzizim.
-Əzizim haradasan?


305
-Mərkəz və iş yoldaşlarımla vidalaşıram. Nədir ki?
-Çalış evə bir az tez gəl, çünki sənə daha bir sürprizim 
var.
-Yaxşı. Çalışaram.
-Hələlik.
Samir telefonu cibinə qoyub ayağa qalxdı. Qapıya tə-
rəf  bir  neçə  addım  atdıqdan  sonra  geri  dönərək  masanın 
üstündən  Azərbaycan  bayrağını  götürüb  otaqdan  çıxdı. 
Onu yola salmaq üçün binaın həyətində gözləyən Mahmu-
dovla Əzizə yaxınlaşıb əlindəkini göstərərək dedi:
Bu  stolüstü  bayrağı  sizdən  və  bu  mərkəzdən  yadi-
gar  saxlayacağam.  Çilingərə  deyərsiniz  ki,  mənə  ayrılan 
xidməti maşının mühərrikində kiçik nasazlıq var, qoy ara-
dan qaldırsın. Bir də ki, Süleymana çatdırın ki, Samir dedi 
kabinetin dizaynını istədiyi kimi dəyişə bilər.
Samir  Əzizgillə  sağollaşıb  Pedroyla  birgə  taksiyə  əy-
ləşdi. Yolboyu bir neçə dəfə tıxaca düşdüklərindən Lusiya 
zəng vuranda hava artıq qaralmışdı. Samir telefonu qulağı-
na aparan kimi üzrxahlıq etməyə başladı:
-Bağışla Lusi, bayaqdan tıxaclarda ilişib qalmışıq. Ya-
rım saata evdəyəm, sən sürprizlərini hazırla.
-Nə qədər tez gəlsən bir o qədər yaxşıdır, çünki artıq 
sənə üç sürprizim var.
-Üç?
-Əlbəttə. Elə şad xəbərlərim var ki, inanmayacaqsan.
-Məni  marağa  saldın.  Evə  çatana  qədər  səbirsizlənə-
cəyəm.
-Mənə nə. Tez gələrdin.
-Tez gəlsəydim, üçüncüsü olmayacaqdı.
-Yaxşı, mən getdim Əliyə yemək yedizdirməyə. Sən də 
çalış gecikmə.
-Oldu.
Telefonu cibinə qoyub Pedroya dedi:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə