S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə74/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   70   71   72   73   74   75   76   77   78

295
Dəstəyi yerə qoyan kimi qapı döyüldü. 
-Gəlin – deməsindən sonra Mahmudovla Əziz içəri gi-
rib divanda oturdular. Samir onların nə üçün gəldiklərini 
başa düşsə də, öz dillərindən eşitmək istədi:
-Buyurun. Eşidirəm.
-Sən belə edə bilməzsən Samir. Buna haqqın çatmır. – 
Mahmudov dedi.
-Təəssüf edirəm müəllim, ancaq artıq vaxt yetişib.
-Hansı vaxtdan danışırsan? Sənin ki, heç 30 yaşın da 
yoxdur. Bundan belə, iyirmi il də bu vəzifədə qalıb işləyə 
bilərsən.
-Məsələ  yaşda  deyil.  Mənim  yalnız  bir  istəyim  var-
dı, əngəlli insanlar da bu həyatın hər bir anında özlərini 
tapsınlar.  Mən  istəyimə  çatdım.  Dünyanın  demək  olar 
ki, bütün ölkələrində həm sağlam insanların əlillərə qar-
şı  yanaşma  və  baxış  tərzi  dəyişib,  həm  də  əlil  insanların 
dünyagörüşləri və həyata baxışları. Əngəlli insanların ar-
tıq heç kimə, hətta mənə də ehtiyacları yoxdur. Bax, buna 
görə deyirəm ki, artıq vaxt yetişib. Mənim yerimi tutacaq 
şəxs  sadəcə  olaraq  işlərin  yolunda  getməsinə  və  nizamlı 
şəkildə olmasına nəzarət edəcək vəssalam.
-Necə bilirsən, belə bir beynəlxalq mərkəzi sənsiz idarə 
etmək mümkün olacaq? – Əziz soruşdu. – Axı sənin bu cür 
nəhəng təşkilatı hansı sistemlə idarə etdiyini heç kim bil-
mir. Yeni bir sistem mənfi nəticələrə gətirib çıxartmaz ki?
-«Ümid»  mərkəzi  sizlərin  sayəsində  bu  mərtəbəyə 
yüksəlib,  bu  uğuru  davam  etdirə  biləcəyinizə  inandığım 
üçün bu mərkəzi sizlərin ixtiyarına verirəm. Mənim idarə 
sistemim  sizlər  idiniz,  mərkəzin  bütün  içiləri.  Bayaq  da 
dediyim  kimi,  yeni  rəhbər  sadəcə  olaraq,  işlərin  nizamlı 
və qaydasında getməsinə nəzarət edəcək. Bütün işləri isə 
sizlər görəcəksiniz. Çünki «Ümid» mərkəzinin işçiləri nə 
edəcəyini çox yaxşı bilir və ən əsası mən sizə güvənirəm.


296
-Buradan gedəndən sonra nə işlə məşğul olmaq fikrin-
dəsən?
-Ya  İspaniyaya,  ya  da  Argentinaya  köçmək  fikrim 
var. Həmin ölkələrin birində sırf Azərbaycan mətbəxinin 
təqdim olunacağı bir restoran açmaq istəyirəm.
-Niyə Azərbaycanda qalmaq istəmirsən ki? Bu ölkədə 
qalıb yaşamalı yerlər çoxdur.
-Məsələ ölkə ilə bağlı deyil, mən dünyanın heç bir öl-
kəsini  vətənimdən  üstün  tutmuram.  Sadəcə  olaraq,  əgər 
mən Azərbaycanda  qalsam,  istəməsəm  də  belə  mərkəzlə 
əlaqəm  olacaq.  Ona  görə  də  bir  müddət  uzaqlaşmaq 
fikrindəyəm. Vətənimdəki baş ofisin rəhbərliyindən çıxıb, 
hansısa bir ölkədəki filialda işləməyim ağlabatan deyil.
Samirin  başı  Mahmudovgillə  söhbətə  qarışdığından 
nazirlə  görüş  tamam  yaddndan  çıxmışdı.  Teymur  zəng 
vurub xəbər verməsəydi yəqin ki, gecikəcəkdi. Əzizgilə - 
hələlik – deyib tələsik otaqdan çıxdı.
Maşın  nazirliyin  həyətinə  girəndə  Samir  nazirin  bu 
xəbərə necə reaksiya verəcəyini düşünürdü. Kabinetə gi-
rəndə nazir oturmaq üçün ona yer təklif edib dedi:
-Dünən  zəng  vurub  mənimlə  görüşmək  istədiyini 
bildirməsəydin,  bu  gün  mən  sənə  zəng  vuracaqdım.  Bir 
neçə məsələylə bağlı səninlə görüşmək istəyirdim.
-Həmişə olduğu kimi bu dəfə də fikirlərimiz və istəklə-
rimiz üst-üstə düşmədi. – Samir kresloda yerini rahatladı.
-Deyəsən gəlişinin səbəbi çox ciddidir. Buyur eşidirəm.
Cibindən qatlanmış vərəq çıxardaraq nazirə uzatdı:
-İstəyirəm buna qol çəkəsiz. 
-Bu nədir? İstefa ərizəsi? – Nazir vərəqi aça-aça istehza 
ilə bir neçə cümlə oxuduqdan sonra təəccübdən böyümüş 
gözlərini Samirə dikib dedi:
-Bax bunu gözləmirdim.


297
-Təəccüblü bir şey yoxdur, mən lazım olan addımı atı-
ram.
-Mən sənin əngəlli insanlar üçün etdiklərini dəstəklə-
yirəm və alqışlayıram. Bu işdə də həmişə sənə dayaq ol-
mağa hazıram. Əgər bu qərarın mənimlə bağlıdırsa, elə bu 
dəqiqə bu vərəqi cırıb tullayaq. Çünki mən sənin həmişəlik 
işdən  çıxmanı  yox,  sadəcə  bir  müddət  istirahət  etməni 
istəyirdim.
- Xeyr cənab nazir, bu qərarımın sizinlə heç bir əlaqəsi 
yoxdur. Sadəcə fikirləşirəm ki, bəsdir, dayanmaq vaxtıdır.
-Onda mənim sadə bir sualıma cavab ver.
-Buyurun.
-Mənə maraqlıdır, niyə mən keçən dəfə sənə bir müd-
dət bu işdən uzaqlaşmağı təklif edəndə o cür etiraz edir-
din? Bu bir ayda nə dəyişdi ki?
-Əgər qaradərili bir insanı dərisinin rənginə görə sıxış-
dırsaq, onu işə götürməsək, fiziki və mənəvi əzab versək 
və ya sadəcə bizimlə eyni avtobusda getməsinə mane olsaq 
bu  olar  irqçilik.  Yox  əgər  biz  həmin  qaradərili  insanı  işə 
götürərkən dərisinin rənginə görə ona daha yüksək vəzifə 
versək,  qaradərili  insan  görəndə  yerli-yersiz  ona  həddən 
artıq diqqət və qayğı göstərsək, avtobusda gedərkən həmin 
avtobusa qaradərili bir insan mindikdə tez durub yerimizi 
ona versək, bax bu da olur irqi ayrı-seçkilik. Yəni dərisinin 
rəngi  qara  olduğuna  görə  hər  hansı  bir  insana  səbəbsiz 
yerə  pislik  etmək  irqi  ayrı-seçkilikdirsə,  həmin  insana 
dərisinin  rənginə  baxaraq,  səbəbsiz  yerə  yaxşılıq  etmək 
də irqi ayrı seçkilikdir. Əngəlli insanlarla bağlı məsələ də 
buna bənzəyir. Bu mərkəzi yaradarkən mənim tək arzum 
onların və özümün sağlam insanlarla eyni səviyyədə da-
yanması idi və mən arzuma çatdım. Artıq cəmiyyətdə hər 
hansısa bir insanın var olan qüsuruna demək olar ki, fikir 


298
vermirlər. Əgər biz bu sahədə gördüyümüz işləri daha da 
artırsaq, qüsurlu və sağlam insanların arasında olan balans 
yenidən pozulacaq. Əgər biz əngəlli insanları sağlam in-
sanlardan  üstün  tutmağa  çalışsaq,  bu  sağlam  insanlarda 
əlillərə qarşı ikrah hissi, əlillərin özlərində isə lovğalıq ya-
radacaq. Ona görə də düşünürəm ki, işləri bu səviyyədən 
yuxarı  qaldırmaq  əlillərin  özləri  üçün  ziyandır.  Mənim 
yerimə bu vəzifəyə gələcək adamın tək işi bu balansı qo-
rumaq olacaq.
-Nə  üçün  sən  özün  qalıb  bu  balansı  qorumursan? 
Axı sən bu mərkəzin ən incə işlərinə belə bələdsən, bu işi 
səndən yaxşı heç kim görə biməz.
-Məsələ burasındadır ki, baş ofisdən tutmuş düyadakı 
filiallarına qədər «Ümid» mərkəzinin bütün işçiləri və bu 
mərkəzə üzv olan bütün insanlar hər gün məndən yeni bir 
şey gözləyir, bütün əlillərin canlı simvoluna çevrilmişəm, 
dünyada minlərlə insan məni özünə ideal seçib. Əgər bu 
vəziyyətdə balansı saxlamaq üçün heç nə etməsəm məni 
qəhraman sayan bu qədər adamı məyus etmiş olacağam, 
yox əgər irəli getsəm bayaq da dediyim kimi balans pozu-
lacaq.
-Bu  hərəkətin  bir  az  gözlənilməz  oldu.  Yeni  rəhbər 
təyin edilənədək və həmin adam işlərə alışanadək hələ bir 
müddət də sənə ehtiyacımız olacaq.
-Nə qədər lazımdırsa gözləyərəm.
Samir nazirlə sağollaşıb mərkəzə qayıdan kimi işlərin 
təhvil verilməsi və yeni rəhbərin işlərə tez alışması üçün 
planlar paketi hazırlamağa başladı.
Beş gündən sonra nazir on iki nəfərin anketini Samirə 
göndərib seçim hüququnu ona verdi. Samir növbəti dörd 
gün ərzində anketləri və namizədləri diqqətlə incələyərək, 
on iki nəfərin içindən bu iş üçün ən layiqli olanını seçərək 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə