S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə75/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   70   71   72   73   74   75   76   77   78

299
nazirə həmin adamın bu vəzifəyə təyin olunmasını istədi-
yini bildirdi. İki gün sonra nazir ona seçdiyi Süleyman adlı 
adamı mərkəzin müdiri vəzifəsinə təyin edildiyini bildir-
di. Samir isə öz növbəsində keçiriləcək möhtəşəm tədbirlə 
həmin adamın mərkəzin işçilərinə və ictimaiyyətə təqdim 
olunması üçün hazırlıqlara başladı. Bu tədbir həm də onun 
üçün vida mərasimi idi və o «Ümid» mərkəzində son çıxı-
şını etməliydi.
Dörd gün sonra mərkəzin tədbir zalı başdan-ayağadək 
insanlarla dolu idi. Mərkəzin şöbə rəisləri, filial rəhbərləri
müxbirlər, mərkəzlə əməkdaşlıq edən təşkilat və şirkətlərin 
rəhbərləri,  dövlət  nümayəndələri,  xarici  qonaqlar  və 
əngəlli  insanlardan  ibarət  böyük  bir  insan  ordusu tədbir 
zalına  toplaşaraq  yığıncağın  başlamasını  gözləyirdilər. 
Tədbiri Əmək və Əhalinin Sosial Müdafiə naziri açdı:
-Salam  mehriban  dostlar,  hörmətli  qonaqlar.  Bilirəm 
ki,  hər  biriniz  səbirsizliklə  Samirin  son  çıxışını  necə 
edəcəyini gözləyirsiniz, ona görə də çalışacağam ki, nitqi-
mi qısa edim. Mənim bu gün tribunaya çıxıb danışdığım 
bu  mərkəz  yaranmasından  heç  bir  il  ötməsinə  baxmaya-
raq, dünya miqyasında çox möhtəşəm, lazımlı və nüfuz-
lu bir təşkilat səviyyəsinə qalxdı. «Ümid» mərkəzinin bu 
mərtəbəyə qalxmasında əməyi keçən və zəhmət çəkən hər 
bir  kəsə  dərin  təşəkkürümü  bildirirəm.  Ancaq  mənimlə 
razılaşarsınız  ki,  «Ümid»  mərkəzinin  qısa  zamanda  bu 
səviyyəyə qalxmasında əsas pay sahibi olan Samirdir ki, o 
öz ağlı, biliyi, istedadı və yenilməz iradəsi sayəsində sağ-
lamlıqlarını  itirmiş  insanların  gələcəyə  daha  inamla  bax-
maları üçün belə bir ümid qapısı açdı. Könül istərdi ki, bu 
cür bacarıqlı və zəhmətkeş bir insan hər zaman bizimlə ol-
sun və bizlər də bir vətəndaş olaraq, onun cəmiyyət üçün 
gördüyü belə möhtəşəm işlərə baxıb qürur hissi keçirdək. 


300
Ancaq Samir görülən bu işlərin tək onun adı ilə yox, həm 
də sizlərin adı bağlı olmasını istədiyi üçün mərkəzi sizlərin 
ixtiyarına  verməyi  qərara  aldı  və  bu  mərkəzin  rəhbərliyi 
vəzifəsindən  istefa  verdi.  Öz  yerinə  isə  Süleyman  Baba-
yev adlı bir şəxsi təyin etməmi xahiş etdi ki, sizlər bir az-
dan onunla tanış olacaqsınız. Mən təklif edirəm ki, Samiri 
«Ümid»  mərkəzinin  fəxri  prezidenti  seçək  və  bu  barədə 
mərkəzin nizamnaməsində də qeyd edək. 
Zaldan  qopan  güclü  alqış  sədalarından  sonra  sözünə 
davam etdi: 
-Təklifimə müsbət cavab vediyiniz üçün sağ olun. İndi 
isə daha güclü alqış istəyirəm. Çünki bu tribunaya «Ümid» 
mərkəzinin  fəxri  prezidenti,  bütün  əlillərin  ürəyində  taxt 
qurmuş bir insanı, bu zalda olan hər bir insanın sevimlisi 
Samir İmanovu dəvət edirəm.
Zaldakıların  ayaq  üstə  çaldığı  gur  alqış  səsləri  altın-
da  səhnəyə  daxil  olan  Samir  aram-aram  tribunaya  tərəf 
gedərkən, Teymur onun oturması üçün tribunaya stul qo-
yurdu. O, tribunaya çatıb oturduqdan sonra sağ əlini yu-
xarı qaldıraraq hamını sakitliyə dəvət etdi. Zaldakılar otur-
duqdan sonra isə sözə başladı:
-Salam əziz dostlar. İlk öncə mənə göstərdiyi diq qətə və 
verdiyi dəyərə görə hörmətli nazirimizə dərin təşəkkürümü 
bildirirəm. Təxminən, bir il bundan əvvəl mən bu kürsüyə 
çıxıb nitq söyləyəndə məni dinləyənlərin üzündə inamsızlıq, 
əlillərin qəlbində ümid işığı, mənim isə beynimdə planlar və 
layihələr var idi. «Ümid» mərkəzi yarananda çoxları onun 
uğur qazanacağına inanmırdı. Ancaq bu baş verdi. Çünki 
sizlər mənə dəstək verirdiniz, çünki sizlər mənə inanırdınız. 
Mən hər dəfə yeni bir layihəyə başlayanda bunu yalnız və 
yalnız sizlərə güvənərək edirdim. Bu müddət ərzində mənə 
inandığınıza görə, mənə dəstək verdiyinizə görə, öz işinizə 
sevgi və məsuliyyətlə yanaşdığınıza görə, ağır və çətin an-


301
larda  hər  zaman  mənə  kömək  olduğunza  görə,  «Ümid» 
mərkəzinin inkşafı naminə çəkdiyiniz əziyyətlərə görə hər 
birinizə  ayrı-ayrılıqda  təşəkkür  edirəm.  Sizləri  öpüb  bağ-
rıma basıram və hər birinizin qarşısında baş əyirəm. Yaxşı 
deyiblər, yolu olan yerə hər kəs gedər. Əsl hünər yolu ol-
mayan yerə getməkdir. Biz yolu olmayan bir zirvəyə tərəf 
yol aldıq və ləyaqətli bir şəkildə zirvəyə çatdıq. Buna görə, 
mən sizin hər birinizlə fəxr edirəm. Geri dönüb gəldiyimiz 
yolun  başlanğıcına  baxanda  çarəsiz  və  ruhdan  düşmüş 
əlilləri, bir qolu olmadığına görə bütün günü öz otağında 
oturub “görəsən, sabahım necə olacaq?” deyə düşünən bir 
kişini, qucaqlarındakı körpələrini oynadan analara həsrətlə 
baxan ayaqdan əlil gənc qızı, əlillərə yazıq və hər şeyə möh-
tac gözüylə baxaraq özünü onlardan qat-qat üstün sayan və 
lovğalıq edən minlərlə sağlam insanı görürdümsə, çatdığı-
mız zirvəyə baxanda tamam başqa mənzərəni görürəm. 
Sağlam insanların əngəlli insanlara qarşı olan fikirləri 
və  təsəvvürləri  360  dərəcə  dəyişib.  Artıq  hansısa  fiziki 
qüsuru  olan  bir  insan  sabahının  dərdini  çəkməkdənsə, 
bu gün hansı işi görüm deyə özü üçün püşk atır. Ukray-
nada bir ayaqdan əlil qadın siyasətçi Ali Radaya üzv seçi-
lib, Hollandiyada telekanalların birində aparıcılıq edən və 
möhtəşəm şoumenlik bacarığına görə gənclərin sevimlisinə 
çevrilən  bir  oğlanın  hər  iki  qolu  dirsəkdən  yuxarı  yox-
dur. Mərakeşdən olan gözdən əlil bir müğənni konsertlər 
vermək  üçün  dünya  turuna  çıxıb.  Bütün  bu  saydığım 
dəlillər və saymadığım minlərlə faktlar «Ümid» mərkəzinin 
fəaliyyətinin nəticəsidir. Artıq hər bir əlil bunu bilməlidir 
ki, bədənin hansısa bir üzvündən məhrum olmaq dünya-
dan məhrum olmaq deyil. Sadəcə olaraq, fiziki vəziyyətə 
uyğun bir sahəni seçib o sahədə uğur qazanmağa çalışmaq 
lazımdır.  Belə  olan  halda  xoşbəxtlik  özü  gəlib  sizi  tapa-
caq.  Əgər  dağın  zirvəsinə  qalxmaq  çətindirsə,  təssəvvür 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə