S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə15/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   11   12   13   14   15   16   17   18   ...   78

60
izləyən insanların hər birinin üzündə ümidsizliklə bahəm 
bir  qəm-qüssə,  ürəklərində  kədər  dolu  hüzn,  gözlərində 
isə yanaqlarından süzülərək qarın üzərinə tökülən göz yaşı 
vardı. Kimi ürəyində dua edir, kimi yeni il bayramı üçün 
kardondan düzəldərək evinin damından asdığı rəngli “Fe-
liz Anyo  Nuevo  -2012”  və  xoruz  maketinin  dağıdılması-
na baxıb ağlayır, kimi də burada keçirdiyi illəri xatırlayıb 
dərindən ah çəkərək təəssüf edirdi. Bəziləri isə bu maşınla-
rı saxlamağın bir yolunu fikirləşirdi. Kənarda taleyilə barı-
şaraq, sakitcə bu mənzərəni seyr edənlər də vardı. 
Bir müddət sonra artıq burada qalmağın mənasız ol-
duğunu görüb dağılışmağa başladılar. Ailə giriş qapısı çü-
rük taxtadan olan və divarlarının çox yerdən suvağı tökül-
müş bir otaqdan və pəncərəsinin qırılmış şüşəsinin yerinə 
kardon  vurulmuş  kiçik  mətbəxdən  ibarət  olan  gözətçi 
kabinəsinə öyrəşə bilməsə də, başqa çarələri yox idi. Qal-
dıqları yer sığınacaqdan qat-qat isti idi. Sığınacaqda rütubət 
və soyuğun təsirindən xəstələnənlərin sayı çox idi. Venera 
da bərk xəstələndiyindən Lusiya ona baş çəkməyə getmiş-
di. İyirmi iki ailənin məskunlaşdığı çiy kərpicdən tikilmiş 
sığınacaqda hər şey bir-birinə qarışmışdı. Divarlar çöldən 
suvanmadığına  görə  içəri  əməlli-başlı  soyuq  idi.  Ortada 
qoyulmuş iri odun sobası odun və kömür olmadığı üçün 
insanların onsuz da dar olan yerini daha da daraltmaqdan 
başqa  bir  işə  yaramırdı. Antisanitariyanın  baş  alıb  getdi-
yi sığınacaqda elektrik olmadığından içəri yalnız şamlar-
la  işıqlandırılmışdı.  Pəncərələrin  qırıq  şüşələrinin  yerinə 
kardon parçaları vurulduğundan Lusiya içəri girəndə bir 
müddət  içəridəki  vəziyyətdən  baş  aça  bilmədi.  Get-gedə 
gözləri  alaqaranlığa  öyrəşdikcə  heç  kimi  tapdalamamaq 
üçün addımlarını ehtiyatla ataraq Veneranın ailəsinin qal-
dığı yerə gəldi. Venera damın deşilmiş yerindən içəriyə ya-


61
ğış və qar suyunun tökülməməsi üçün qoyulmuş və yarıya 
qədər su ilə dolmuş qulpu qırıq və paslı vedrənin yanında 
sərilmiş döşəkdə uzanmışdı. Qızdırmadan üzü qızarmış-
dı.  Ciyərlərinə  bərk  soyuq  dəydiyindən  güclə  nəfəs  alır-
dı. Anası baş tərəfində oturub çarəsizlikdən ağlaya-ağlaya 
gah  əskini  isladıb  onun  alnına  qoyur,  gah  da  müqəddəs 
Məryəmə  dua  edirdi.  Lusiya  yaxına  gəlib  onun  yanında 
oturaraq, əlindən tutub və saçını sığallayaraq dedi: 
-Salam əzizim.
Venera göz qapaqlarını yavaş-yavaş qaldırıb Lusiyanı 
görən kimi yüngülcə gülümsündü: 
-Bilirdim ki, gələcəksən.
-Necəsən, Venicita?
-Ömrümə az qalıb Lusi, lap az.
-Bəsdir görək. Sə.......
Venera onun sözünü yarımçıq kəsdi:
-Dayan,  sözümü  kəsmə,  bilirəm  ki,  belədir.  Xahiş 
edirəm mənə sona qədər qulaq as. Bu xəstəlik elə də ağır 
xəstəlik deyildi, sağalasıydı. Məni bu vəziyyətə pulsuzluq 
saldı. Nə dərman almağa pul var, nə də həkimə getməyə. 
Atam  sağ  olsaydı,  bəlkə  də  belə  olmazdı.  Anam  kömək 
üçün kimin üstünə getdisə, əliboş qayıtdı. Bu sığınacaqda-
kı bütün ailələr bizim vəziyyətdədi. Mən heç vaxt dəbdəbə 
arzusunda olmamışam bacı. Həmişə əlimdə olana qane ol-
muşam. Ac qalanda da, köhnə paltar geyinəndə də, soyuq-
dan üşüyəndə də. Amma səhv etmişəm, gərək pul qazan-
maq üçün nə isə edərdim. Bunu əczaxana satıcısının ona 
dərman üçün yalvaran anamı aptekdən bayıra qovduğunu 
eşitdiyim gün başa düşdüm. Xahiş edirəm bacı, sən belə 
olma, daim mübarizə apar. Apar ki, xəstələnəndə hansısa 
həkim ananı hamının yanında təhqir edib gülməsin, əksinə, 
sənin yanına qaça-qaça gəlsin. Söz ver mənə Lusi, söz ver 


62
ki,  bu  belə  olacaq.  (Əlini  üstünə  örtülən  yorğanın  altına 
salaraq, oradan taxtadan düzəldilmiş ovuc içi boyda kiçik 
göyərçin fiquru çıxarıb Lusiyaya verdi) -Al bunu, Lusi. Bir 
gün  yüz  nəfər  mənim  kimi  çarəsiz  insana  kömək  etmək 
gücündə  olanda  bu  göyərçini  gətirib  mənim  qəbrimdə 
basdırarsan. O mənə hər şeyi danışacaq Lusi. Sənin necə 
böyük adam olduğunu deyəcək mənə. Həmin gün mən də 
xoşbəxt olacağam bacı. Mən səni çox istəyi.......
Venera qəflətən sözünü yarımçıq kəsib əbədiyyən su-
saraq gözlərini həmişəlik yumdu. Onun ölümündən sonra 
anası havalanaraq dəlixanaya düşdü. Sığınacaqdakı insan-
lar  isə  qızınmaq  üçün  onların  ev  əşyalarını  sobada  yan-
dırdılar.  Veneranı  isə  kimsəsizlər  qəbiristanlığında  dəfn 
etdilər. Lusiya itirməmək üçün göyərçin fiqurunu deşib ipə 
keçirdi. Bu onun boynunda bir talisman kimi qalacaqdı. 
Moskva. Rusiya
Hər iki tərəfi yeni il aksesuarları ilə bəzədilmiş qarlı 
yolla gedən köhnə Moskviç Saykina küçəsinə girəndə qara 
batıb  dayandı.  Sürücü  maşını  bir  neçə  dəfə  dala-qabağa 
versə də, çıxara bilmədi. Maşından düşən kimi topuqdan 
yuxarı qarın içinə girən Con əsəbi halda öz-özünə deyindi: 
- Rusiyanın soyuğundan zəhləm gedir. 
Əyilib maşının batdığı yerə baxdı, qabaq təkərlər qarlı 
palçığın içində idi. Ətrafa göz gəzdirib yaxınlıqdakı park-
da  oynayan  uşaqların  yanına  gedərək  cibindən  100  dol-
lar  çıxardı.  Əl  hərəkətləriylə  maşınını  çıxartmağa  kömək 
edəcəkləri təqdirdə bu pulu onlara verəcəyini başa saldı. 
10–12 uşağın köməkliyi ilə maşını çıxardıb pulu uşaqlara 
verəndən  sonra  yoluna  davam  etdi.  Bir  neçə  dəqiqədən 


63
sonra  “Cирота  ивы”  kafesinə  çatıb  maşından  düşərək 
içəri  girdi.  Onu  qapıda  iki  ay  əvvəl  işə  götürdükləri  lal-
kar insan olan 53 yaşlı İvan qarşıladı. Həmişəki üsulla aşa-
ğı düşüb qapısı üzərində söyüd yarpağı şəkli olan otağa 
girdikdə dördlük onu gözləyirdi. Con içəri girən kimi ha-
mısı ayağa qalxdılar və yalnız o, yerində oturduqdan sonra 
öz yerlərində əyləşdilər. Con oturan kimi üzünü Xavyerə 
tutub soruşdu:
-Eşitdim xəstələnmisən, indi necəsən?
-Ciddi bir şey yoxdur, adi soyuqlamadır.
-Özünə yaxşı bax. Sən hələ bizə çox lazımsan.
-Bilirəm Con. Bilirəm
-Bu gün sizə iki şad xəbər gətirmişəm. Əvvəla gətir-
diyiniz  pulları  özünüzə  götürün.  Poler  dedi  ki,  yeni  il 
hədiyyəsidir. İkincisi isə yaxın on gün üçün iyirmi bir or-
qan istəyiblər. (Cibindən kağız çıxardıb Markezə verərək 
dedi) Bu işi sən gör. Sənə verdiyim kağızda orqanların ad-
ları və çatdıracağın ünvanlar yazılıb.
-Baş üstə, Con!
-Poler uşaqların saxlanma şəraitindən narazıdır. Əmr 
edir  ki,  Marta  qədər  heç  biri  diləndirilməsin.  Tapşırır 
ki,  onları  təmiz  və  isti  yerdə  saxlayasınız,  qidalarına  fi-
kir verəsiniz ki, sağlam qalsınlar. İstəyir ki, hər birinizin 
2–3  həkimdən  ibarət  kiçik  tibb  məntəqəniz  olsun.  Son 
iki ay ərzində soyuqdan, infeksiyadan, aclıqdan və digər 
səbəblər üzündən iyirmi səkkiz uşaq ölüb. Poler istəmir ki, 
oğurlanan əlil uşaqlar ona heç bir xeyir vermədən ölsünlər. 
Siqaret yandırıb soruşdu: 
-Hansısa bir probleminiz, istəyiniz yoxdu kir?
-Bizim səndən bir istəyimiz var. (Lobo dilləndi)
-Buyurun.
-İstəyirik, bizim yeni il hədiyyəmizi qəbul edəsən.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə