S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə18/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   14   15   16   17   18   19   20   21   ...   78

72
Diskləri qurdalayan eynəkli oğlan soruşdu:
-Etibar, düzünü de görüm, 50 manat versəydi götürə-
cək din?
-Dilənçi olsaydım, 50 qəpiyi də götürəcəkdim.
Samir içəri girib ucadan dedi:
-Sabahınız xeyir dostlar. Necəsiniz? İşlər necə gedir? 
Bir çətinliyiniz yoxdur ki?
-Hər vaxtınız xeyir müəllim. (Əziz dilləndi). Şükür Al-
laha ki, heç bir çətinliyimiz yoxdur. İşlər qaydasında gedir. 
Uşaqlar da can-başla işləyirlər.
-Qoy işləsinlər. İşləsinlər ki, hər özündən razı, əlillərə 
baxıb  özünə  şükr  etməsin.  Əngəlli  insanlara  yazıq,  hər 
şeyə  möhtac,  dilənçi  gözü  ilə  baxmasınlar.  Mən  sizlərin 
köməyinə  arxalanaraq,  əlilləri  elə  bir  səviyyəyə  qaldıra-
cağam ki, bir daha heç kəs, onlara yuxarıdan aşağı baxa 
bilməyəcək.
-Mərkəzin bütü işçiləri sizin arxanızda dağ kimi daya-
nıb, müəllim. Bundan əmin ola bilərsiniz.
-Mən sizə inanıram. Biz birlikdə hələ çox uğurlar əldə 
edəcəyik. Digər şöbələrə də baş çəkməliyəm. Sizə uğurlar.
Samir  onlarla  sağollaşıb,  həmin  şöbəylə  yanaşı  olan 
idman şöbəsindəki şahmat və şaşki bölməsinə girdi. İçəri 
girən kimi ölü sükutu görüb, öz-özünə düşündü: “Şahmat 
doğrudan da sakitliyi sevir”. 
İçəridə  olanların  demək  olar  ki,  hər  birinin  fikri  və 
diqqəti qarşısındakı şahmat və ya şaşki lövhəsində idi. Ya-
xınlıqdakı stolda şahmat oynayan iki nəfər diqqətini çəkdi. 
Biri rahatca şirə içdiyi halda, digəri bütün diqqətini şahmat 
taxtasına yönəltmişdi. Yaxınlaşıb astadan soruşdu:
-Salam. İşlər necə gedir?
Şirə içən qarşısındakını göstərib dedi: -Ondan soruşun.
Digəri  fikrini  dağıtmamaq  üçün  başını  qaldırmadan 
dedi:  -Bərbad.  Dünən  buna  15:0  uduzmuşam.  “Axırıncı 


73
aşırım”  filmində  deyildiyi  kimi:  -Heç  oğlum  Yədullanın 
müsibəti belə olmamışdı.
Şirə içən özünə arxayın halda rəqibinin sözlərinə ay-
dınlıq gətirdi:
-Bu gün özünə söz verib ki, məni mütləq udacaq. Onu 
qınamıram, axır vaxtlar fantastik filmlərə çox baxır.
Samir  gülümsünərək  otaqdakılara  mane  olmamaq 
üçün sakitcə oranı tərk edib bilyard və stolüstü tennis zalı-
na girdi. Zalda məşq edən insanlarla hal-əhval tutduqdan 
sonra soruşdu:
-Kim mənimlə tennis oynamaq istəyir?
Hər tərəfdən “mən” sözünü eşidib, özü bir nəfəri seç-
di. Bir qolu kəsik, sarışın, Nazim adlı oğlan idi. O ilk öncə
Samirin tennis oynaya bilmədiyini düşünərək güzəştlə oy-
namağa başladı. Sonradan Samirin oynaya bildiyini görüb 
tam qüvvəylə oynasa da, artıq gec idi. Oyunu qələbəynən 
başa vuran Samir təklif verdi:
-Gəlin, öz aramızda mini turnir keçirdək.
Hamı razışaşandan sonra püşk ataraq kimin-kiminlə 
oynayacağını  dəqiqləşdirib  oyuna  başladılar.  Maraqlı  və 
şən  keçən  oyunlardan  sonra  hamının  təəccübünə  səbəb 
olsa da, Samir birinci yer tutdu. Axırda Nazim dözməyərək 
soruşdu:
-Belə oynamağı harada öyrənmisiniz?
Samir dəsmalla tərini silə-silə gülümsünüb dedi: Mən 
Sumqayıtdakı paraolimpiya idman kompleksində stolüstü 
tennis və güllə atıcılığı məşqlərinə getmişəm. Üstəlik, evdə 
fərdi olaraq boksla da məşğul olmuşam.
-Boksla?
-Bəli, boksla. Boks torbasını elə yerdən asdırmışdım ki, 
divara söykənərək rahatca yumruqlaya biləm. Fəndləri və 
zərbələrin vurulma qaydasını isə internetdən götürürdüm.


74
Samir  bir  az  da  söhbət  etdikdən  sonra,  oradan  çıxıb 
kabinetinə getdi. Otağa girən kimi katibəsinə Muradı onun 
yanına çağırmağı tapşırıb, bu günkü iş qrafikini nəzərdən 
keçirməyə  başladı.  Murad  içəri  girəndə,  Samir  ona  pul 
verərək yekə ayı oyuncağı, üzərində “6 yaşın mübarək!” 
sözləri yazılmış tort və içində 6 dənə rəngli balıq olan ak-
varium almağı tapşırdı. Muradı yola salandan sonra isə bu 
günə növbəyə yazılan adamları qəbul etməyə başladı. 
Rayonda  əlillər  üçün  açılacaq  peşə  məktəbi  ilə  bağlı 
gələn Quba rayonunun icra nümayəndəsini, kompüter bi-
liyi  olan  əlillərin  bu  mərkəzdə  işə  qəbulu  ilə  bağlı  elana 
görə  müraciət  etmiş  iki  nəfəri,  mərkəzin  İranda  açılacaq 
filialı ilə əlaqədar gələn İran səfirini, müxtəlif problemlərə 
görə  bağlı  pənah  gətirən  əngəlli  insanları  və  ya  onların 
valideynlərini qəbul edib yola salanda artıq axşam saat 6 
idi. “Günorta bir saat nahar fasiləsini çıxmaq şərtiylə əla 
işlədim!” deyə öz-özünə düşünüb Murada zəng vurdu:
-Dediklərimi almısan?
-Bəli müəllim.
-Onları apar maşına. Sürücüyə də denən hazır olsun, 
15 dəqiqəyə çıxıram.
-Baş üstə.
Fevral  ayı  olduğundan,  axşam  saat  7-yə  işləməsinə 
baxmayaraq, hava artıq qaralmışdı. Qarlı və buzlu yollar-
la, aram-aram Saray qəsəbəsinə gedən maşının arxa otura-
cağında oturub radioda səslənən musiqiyə qulaq asa–asa, 
açıq pəncərədən yağan güclü qara baxırdı. Həzin musiqilər 
radioda bir-birini əvəz etdikcə, xəyalları onu uzağa, iki il 
əvvəlki o dəhşətli günə apardı. Sürücü yenə səsini ucaltdı:
-Tez olun dəə. Gecikirəm axı.
Dünən ailəsi və qohumları ilə birgə avtobus tutaraq, 
Tovu zun  qəribli  kəndində  yaşayan  əmisi  oğlunun  toy 


75
məclisinə getmişdilər və qəflətən yağan güclü qarın ucba-
tından geri qayıda bilməyib, toy qurtarandan sonra gecəni 
kənddə qalmağa məcbur olmuşdular. Sürücü nə olursa-ol-
sun, ilk nəvəsinin birinci doğum gününə çatmaq istəyirdi. 
Ona görə də tezdən saat 9-dan hay -həşir salmağa başla-
mışdı. Ev sahibi yolların buzlu olması səbəbi ilə günortaya 
qədər gözləməyi məsləhət görsə də xeyri olmadı. 
-Mən neçə illərin sürücüsüyəm, o qədər belə yollarda 
maşın sürmüşəm ki... Əgər getməsəniz Sumqayıta boş ma-
şınla qayıdacağam.
Hamını yola gətirən sürücü sərnişinlərlə birgə saat 10-
da yola düşdülər. Buludların arasından süzülən zəif günəş 
şüaları səhərədək yağan qarın üzərinə düşərək bərq vurub 
əsrarəngiz bir mənzərə yaratsa da, avtobusun içində heç 
kim bunun fərqinə varmırdı. 
Samirin  bibisi  ilə  anası  sürücünün  arxa  tərəfindəki 
oturacaqlarda  oturub,  bibinin  təzə  gətirdiyi  gəlini  haq-
qında  danışırdılar.  Onlardan  arxada  oturmuş  qardaşı  ilə 
əmisi oğlu bu il İtaliya futbolunda hansı klubun çempion 
olacağını  müzakirə  edirdilər.  Paralel  oturacaqdakı  Samir 
Əliyə çipsi yedizdirə-yedizdirə onun: -O nədir? Orada nə 
var? O niyə elədir? - kimi suallarına cavab verirdi. Onların 
arxasında oturacaqda əyləşmiş bibisi qızı bu il Samirin qar-
daşı arvadının toyunda baş verənlərdən danışırdı. Atası ilə 
əmisi isə öz aralarında möhkəm söhbətə girişmişdilər: 
-Gərək toyu payızda edəydilər, ya da ki, yaza saxla-
yaydılar.
Əmisi qayğılı-qayğılı dilləndi: 
-Yazıq  haradan  biləydi  ki,  belə  olacaq?  Bir  həftədən 
çoxdur ki, qar yağmır.
Avtobusun digər sərnişinləri hərəsi öz işində idi. Dır-
nağına boya çəkən kim, telefonla oynayan kim, körpəsini 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə