S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə14/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

56
Səhəri gün oxumaqla arası olmayan sinif yoldaşlarım-
dan  biri  məktəbə  gələndə  direktora  yaxınlaşaraq  özünü 
kədərli göstərib dedi: 
-Müəllim, dayım dünən Rusiyada avtobus qəzasında 
həlak  olub.  Özü  də  oradan  evləndiyindən  ailəsinin 
xahişiylə onu orada dəfn etməliyik. Mən də dəfndə iştirak 
etmək istəyirəm. Xahiş edirəm, mənə bir neçə günlük icazə 
verəsiniz. Direktorun ona yazığı gəlir və 10 günlük icazə 
verir. Üstəlik məktəbin fondundan bir miqdar pul götürüb 
verir ki, al bunu yolda lazım olar. Sinif yoldaşım da “qatar-
dan düşən kimi məktəbə getməməliyəm” fikri ilə bir neçə 
gün də özü ləngiyir və iki həftə dərsdən yayınır. 
Artıq söhbət get-gedə qızışırdı ki, birdən leysan yağ-
mağa  başladı.  Uşaqlar  ani  olaraq,  evlərinə  tərəf  qaçaraq 
onu yağışın altında tək qoydular. Asif güclü yağışın altın-
da birtəhər gəlib evlərinə çatanda tamam suyun içində idi. 
Anasının  səsinə  fikirdən  ayıldı.  “Süfrə  hazırdır,  gəl 
yeməyini  ye”.  Yeməkdən  sonra  Asif  otağına  getmək 
istəyəndə anası qoymadı:
-Dayan, iş qaçmır ki. Səninlə bir şey haqqında danış-
maq istəyirəm.
Asif divanda oturan anasına yaxınlaşdı: Buyur. Eşidirəm.
-Atanın işlədiyi «Ümid» mərkəzinə üzv olmaq istəmir-
sən?
-Dəqiq  bilmirəm.  Məncə  oraya  müraciət  etmək  üçün 
gərək nəyəsə ehtiyacın ola. Mənim isə şükür Allaha, heç 
nəyə ehtiyacım yoxdur. Mənim qayğıma qalan və həmişə 
güvənəcəyim  valideynlərim  var.  Məndən  ötrü  şəhərdəki 
evi  satıb,  buradan  -Binəqədidən  həyət  evi  aldınız.  Evi 
mənim  rahat  hərəkət  edə  biləcəyim  şəkildə  döşəmisiniz, 
autocad və 3d max proqramlarını öyrənsəm işim də ola-
caq. Daha mənə nə lazımdır?


57
-Məsələ  ehtiyacda  deyil.  Mən  maraqlanmışam,  ora 
gedən əlillərin heç də hamısı ehtiyac üzündən getmir. Ki-
misi bacarığını nümayiş etdirmək üçün, kimi də bu işdə 
Samirə  dəstək  olmaq  üçün  ora  üzv  olub.  Atan  deyir  ki, 
«Ümid»  mərkəzində  hər  həftə  müxtəlif  ölkələrdən  gələn 
əlillərlə  birgə  fərqli  yığıncaqlar,  tədbirlər  təşkil  olunur. 
Məncə ora üzv olsan yerli və xarici çoxlu dost qazanarsan. 
Bu həyatda zəngin təcrübə qazanmaq üçün ora üzv olma-
lısan.
-Yaxşı ana, mən fikirləşərəm.
-Əgər vaxtın olsa, həmin mərkəzin internet saytına gir, 
bir az məlumat topla.
Asif “oldu” deyib otağına getmək istəyəndə qapı dö-
yüldü. Anası qapını açıb içəri qayıdanda Asif soruşdu:
-Qapını döyən kim idi?
-Akif idi. Əllərini yuyub gəlir.
Akif içəri girən kimi Asif dedi:
- Xoş gəlmisən ata. Nə əcəb belə gec gəldin?
-Çox sağ ol oğlum. Deyəsən, darıxmısan məndən ötrü?
-Yaman  da  darıxıb.  (Anası  çörək  doğraya-doğraya 
söhbətə  qoşuldu)  Onun  üçün  qarın  qardaşdan  irəlidir. 
Səni gözləmədən şam etdi. Hətta məni də yoldan çıxart-
maq istəyirdi.
-Nə edim axı, dedin atan gec gələcək.
-Onunla işin olmasın, Adilə. Bəxtim gətirdi ki, yolda 
tıxaca düşmədim. Yoxsa ən tezi bir saatdan sonra evdə ola-
caqdım. Sizin işləriniz necədir? (Akif stulda oturaraq so-
ruşdu) Hər şey qaydasındadır?
- Şəxsən məndə hər şey qaydasındadır (Asif dilləndi).
-Hər şey yaxşıdır. (Adilə əlindəki yemək dolu boşqab-
ları stolun üstünə qoyub söhbətə qoşuldu). Bu gün qonşu-
da toy var idi, ora getmişdim.


58
-İş başımı elə qatıb ki, xeyirdən də qalıram, şərdən də. 
Necə toy keçdi?
-Ata, mən otağıma gedirəm (Asif söhbətə qarışdı). Sizə 
nuş olsun.
-Yaxın dur, sənə də olsun (Akif zarafatla cavab verdi).
Asif  otağına  gedəndə  valideynləri  süfrə  arxasında 
yemək yeyə-yeyə söhbətə başladılar.
Çako vilayəti. Argentin
a
Bu dəfə yağan qar bəlkə də heç bir zaman gecəqondu 
məhəlləsində yaşayan insanların yadından çıxmayacaqdı. 
Üç gün əvvəl tikinti şirkətinin nümayəndəsi stadionu vax-
tında təhvil vermək üçün evlərin bazar günü söküləcəyini 
demişdi. Soyuq havada küçədə qalmaq qorxusu ilə ona yal-
varan insanlara isə bildirmişdi ki, rayonun şərq tərəfində 
onlar  üçün  yaza  qədər  qala  biləcəkləri  sığınacaqlar  tiki-
lir.  Ona  görə  də,  şənbə  günü  kədər  içində  ev  əşyalarını 
şirkətin ayırdığı maşınlara yükləyən sakinlərin üzərinə ya-
ğan sanki qar deyil, göydən ələnən dərd, kədər, qəm-qüssə 
idi. Get-gedə şiddətini artıraraq yağan qarı çarəsizlikdən 
talelərinə ağlayan insanların üzünə çırpan külək də sanki 
bununla onlara iztehza edib gülürdü. 
Pedro içinə ev əşyaları yığılmış sonuncu qutunu Lu-
siyadan  alıb  maşına  qoyanda  onun  soyuqdan  titrədiyini 
görüb  maşının  kabinəsində  oturmasını  tapşırdı.  Şirkətin 
sığınacaq  kimi  ayırdığı  yer  30  ailə  üçün  kiçik  olduğun-
dan,  bir  çox  ailələr  orada  qalmaqdan  imtina  etdi.  Kimi 
qohumlarının  yanına  getdi,  kimi  kirayə  ev  tutdu,  kimi 
də başqa bir gecəqonduya köçdü. Pedro da işlədiyi fabri-
kin  gözətçisinin  işdən  çıxaraq  paytaxta,  oğlunun  yanına 


59
köçməsindən istifadə edib rəhbərliklə danışdı və ailəsi ilə 
birgə onun qaldığı fabrikin girəcəyində tikilmiş birotaqlı 
gözətçi  kabinəsinə  köçməyə  razılıq  aldı.  Belə  olan  halda 
həm  qalmağa  yerləri  olacaqdı,  həm  də  gözətçiliyə  görə 
əlavə  pul  qazanacaqdı.  Köçməkdə  onlara  kömək  edən 
Qustavo ətrafa göz gəzdirib dedi:
-Daha burada qalmağın mənası yoxdur. Yığışın gedək.
Əslində,  Qustavonun  getmək  təklifini  onların  bu  acı 
mənzərəni  görüb  əzab  çəkməmələri  üçün  etdiyini  hamı 
gözəl  başa  düşürdü.  Lakin  bir-birilərinə  təsəlli  vermək 
və dayaq olmaq üçün heç kim səsini çıxartmadan maşına 
minməyə başladı. Qustavo ilə Xose də maşına oturduqdan 
sonra  Pedro  mühərriki  işə  salıb  yola  düşdü.  Maşın  ağır-
ağır  qarlı  və  palçıqlı  yolla  irəliləməyə  başlayanda,  Mari-
ya özünü saxlaya bilməyib hönkür-hönkür ağladı. Maşın 
məhəllədən  uzaqlaşdıqca,  Lusiya  get-gedə  kiçilən  evlərə 
baxaraq, yanağından süzülən yaşı gizlətməyə çalışırdı.
Səhərisi  gün  Pedro  Mariyanın  xahişi  və  uşaqların 
təkidi  ilə  onları  işlədiyi  maşınla  məhəlləyə  gətirdiyində, 
bütün məhəllə sakinlərinin oraya toplaşdığını gördü. Sığı-
nacaq soyuq, rütubətli və darısqal olduğundan qışın sərt 
soyuğuna  və  yağan  güclü  qara  baxmayaraq,  hamı  bura-
ya ürəklərində son ümid qığılcımı ilə, “bəlkə yağan qarın 
işə  maneçiliyindən  işləri  yaza  qədər  dayandırdılar”  fikri 
ilə  gəlmişdi.  Lakin  ətrafda  təmizlənəsi  yer  çox  olduğun-
dan,  tikinti  şirkəti  heç  nəyə  baxmadan  yaza  qədər  işləri 
bitirməkdə qərarlı idi. Ona görə də baş usta 3–4 evin iş vax-
tı  fəhlələrin  istifadə  etməsi  üçün  saxlanılıb,  qalanlarının 
sökülməsi barədə “Başlayın!” əmrini verdi. Evlərin üzərinə 
yeriyən traktor və maşınları gördükdə Pedro daşın üstündə 
oturub başını əllərinin içinə aldı. Sakitcə bir kənarda daya-
nıb dağılan evlərinin xarabalıqlarından qalxan toz-dumanı 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə