S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə12/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

48
-Macar müxbirlə operator gəlib. Buraxım içəri?
-Hə. Qoy gəlsinlər.
Televiziya  işçiləri  içəri  girən  kimi  30–35  yaşlarında, 
ortaboylu, sarışın xanım yaxınlaşıb özünü təqdim edərək 
dedi:
-Salam.  Mən  Macarıstanın  İctimai  kanalının  müxbiri 
Yelenayam, (operatoru göstərərək) bu isə operator Nilson-
dur. Bizim telekanala müsahibə verməyə razı olduğunuz 
üçün sizə təşəkkür edirəm. Bilirəm ki, o qədər də çox vax-
tınız  yoxdur,  ona  görə  də  xahiş  edirəm,  icazə  verəsiniz, 
bizim operator avadanlıqlarını quraşdırsın və müsahibəyə 
başlayaq.
-İlk öncə «Ümid» mərkəzinə maraq göstərdiyinizə və 
telekanalınızda bu mərkəzlə bağlı verilişə yer ayırdığınıza 
görə sizə və telekanalınızın rəhbərliyinə təşəkkür edirəm. 
Buyurub başlaya bilərsiniz.
Yelena operatora “başla” işarəsi verərək üzünü Samirə 
çevirib soruşdu:
-Hansı sahədən olan sualları xoşlamırsınız?
-Siyasi suallar verməsəniz, sizə minnətdar olaram.
Operator avadanlıqları quraşdırıb qurtardıqda – hazır-
dır! – deyib kənarda oturdu. Anna Samirin və televiziya 
işçilərinin qabağına kofe qoyduqdan sonra Samir: Başlaya 
bilərik – dedi və müsahibəyə başladılar.
-Mümkündürsə, ilk öncə özünüz barədə məlumat ve-
rin.
-Mən  özüm  və  şəxsi  həyatım  haqqında  efir  qarşısın-
da danışmağı xoşlamıram. Yalnız bunları deyə bilərəm ki, 
adım Samirdir. 27 yaşım var, Azərbaycan vətəndaşıyam və 
futbola baxmağı sevirəm. (Gülümsünərək) Özüm haqqın-
da bu qədər.
-Necə oldu ki, bu mərkəzi yaratmaq fikrinə düşdünüz?


49
-Məni  buna  27  il  ərzində  çəkdiyim  əziyyətlər  məc-
bur  etdi.  Həyatımın  hər  bir  anında  qarşılaşdığım  məh-
dudiyyətlər məcbur etdi. Sağlam insanların mənə və digər 
əlillərə qarşı olan münasibətləri məcbur etdi.
-  Zəhmət  olmasa,  mərkəz  haqqında  ətraflı  danışın. 
Onun  əsas  fəaliyyət  sahəsi  nədir?  Əlillərin  inkişafına  nə 
kimi təsir göstərəcək?
-Mərkəzin əsas işi iki hissədən ibarətdir. Birincisi, biz 
əlilləri  bir  mərkəzdə  toplamaqla,  onların  problemlərini 
daha  yaxından  öyrənib,  araşdıraraq  bütün  problemlərin 
kökünü, mənbəyini tapmaq istəyirik. Belə olan halda bütün 
çətinlikləri dərindən analiz edərək əlillərin problemlərini 
həll  edib,  dərdlərinə  çarə  tapa  bilərik.  İkincisi  isə,  fiziki 
qüsuru  olan  insanların  cəmiyyətə  inteqrasiyasıdır.  Mən 
istəyirəm ki, insanın xarici görünüşü necə olursa – olsun, 
digər insanlar onu öz aralarına qəbul etsinlər. Onu qeyri-
adi sayıb, fərqli münasibət göstərməsinlər.
-Yəqin ki, çətinlikləriniz də var.
-Əlbəttə. Ən böyük çətinliyimiz «Ümid» mərkə zindən 
uzaqda,  əyalətlərdə  yaşayan  əlillərlə  bağlıdır.  Onlarla 
əlaqə qurmaq, mərkəzdə gedən proseslərin onlara da təsir 
etməsinə  şərait  yaratmaq  bizim  üçün  çətindir. Ancaq  bu 
məsələ ilə bağlı yeni bir layihə həyata keçirilir və əminəm 
ki, tezliklə nəticə əldə edəcəyik.
-Əngəlli insanların qarşılaşdıqları çətinliklər haqqında 
danışın.
-Əngəlli  insanların  qarşılaşdığı  ən  böyük  çətinlik 
maddi imkansızlıqdır. Məhz, pulun olmaması ucbatından 
bir  çox  əlil  insanlar  təhsildən,  müalicədən,  özünü  inkşaf 
etdirməkdən,  ümumiyyətlə,  bir  çox  şeylərdən  məhrum 
qalırlar ki, bu da onların həyata və cəmiyyətə inteqrasiya-
larını böyük ölçüdə çətinləşdirir. Digər bir çətinlik isə sağ-


50
lam insanların əlillərə qarşı olan pis münasibətidir. Düz-
dür, yaxşı münasibət göstərənlər də az deyil. Amma əsas 
etibarilə, hər zaman sağlam insanlar əlillərə köməyə ehti-
yacı olan, yazıq, bədbəxt, genofond üçün zərərli, cəmiyyət 
üçün artıq yük olan bir insan kimi baxırlar. Hətta elələri də 
var ki, səhər evdən çıxarkən qarşılarına əngəlli adam çıxsa, 
bunu uğursuzluq kimi qəbul edirlər.
-Bəs  həmin  insanlara  sözünüz  nədir?  Ümumiyyətlə, 
sağlam insanlar əlillərə qarşı necə davransınlar?
-İlk əvvəl fiziki qüsuru olan insanlara hörmətlə yana-
şılmalıdır.  Yaddan  çıxartmaq  olmaz  ki,  heç  kim  bədbəxt 
hadisələrdən sığortalanmayıb. Hamının başına iş yerində, 
yol gedərkən və ya başqa bir halda qəza gələ bilər ki, bu 
da  hər  bir  kəsin  potensial  əlil  olması  deməkdir.  Çalışın 
əngəlli insanları öz aranıza qəbul edin. Əgər onları qəbul 
etsəniz və hörmət göstərsəniz, sizi əmin edirəm ki, onlar 
bunun  qarşılığını  artıqlaması  ilə  qaytaracaqlar.  Əlil  bir 
insana  kömək  etməmişdən  qabaq,  ondan  bunu  istəyib–
istəmədiyini  soruşun.  Özünüz  bildiyiniz  kimi,  kömək 
etməyə çalışmayın, onun sizə istiqamət verməsinə imkan 
yaradın. Xəbərdarlıq etməmişdən qabaq görmə əngəlli bir 
insana toxunmayın. Bu onu qorxuda bilər. Əlil insanların 
həyatında  fiziki  çətinliklərlə  bağlı  olaraq,  müəyyən  işlər 
yolunda getmir. Hər bir sağlam insanın borcudur ki, belə 
hallarda əlillərə fiziki və mənəvi dəstək olsun. Bir də ki, 
heç vaxt düşünməyin ki, siz bu köməkliyi ömrünüz boyu 
etməyə  məcbur  olacaqsınız.  Xeyr.  Bu  mərkəzin  məqsədi 
əlillərin  cəmiyyətdən  asılılığını  qismən  azaltmaq,  bəzi 
sahələrdə isə tamamilə aradan qaldırmaqdır.
-Dediniz ki, əlillərin ən böyük problemi maddi çətin-
likdir. Sizcə, onlar işləyib özləri üçün pul qazana bilərlər?
-Əlbəttə ki, qazana bilərlər. Sadəcə olaraq, bu cür in-


51
sanları heç yerdə işə götürmürlər. Əlillərin peşə bacarıq-
larının aşağı olması və iş yerlərində əlil insanlar üçün nor-
mal şəraitin olmaması da problemlər srasındadır. Fikrimcə 
yetkinlik  yaşına  çatmış  əlil  insanların  əmək  fəaliyyətinə 
cəlb olunması ən`ənəsi uşaq vaxtından qoyulmalıdır.
-Əngəlli insanlar ən çox hansı işlərdə çalışa bilərlər?
-İstənilən  sahədə.  Bu  cür  insanlar  çox  gözəl  sənətkar 
ola  bilərlər.  Məsələn,  saatsaz,  zərgər,  telefon  və  ya  ayaq-
qabı  ustası.  Qadınlar  isə  dərziliyi  və  toxuculuğu  gözəl 
bacararlar.  Əsas  odur  ki,  əlil  insana  bu  peşələrdən  birini 
mənimsəməkdə köməklik göstərilsin. Əlil bir insana etimad 
göstərildikdə, o bu etimadı doğrultmaq üçün öz üzərində 
daha çox çalışaraq, işinə ikiqat məsuliyyətlə yanaşacaq.
-Sən saydığın peşələr hər iki əli işləyən insanlara aid-
dir. Bəs bir qolu olmayan insanlar nə etməlidirlər? 
-Məncə,  həmin  insanlar  çox  gözəl  rəssam  və  ya  şah-
mat ustası ola bilərlər. Ya da qaçış üzrə məhşur idmançı. 
Ən  sadəsi,  kiçik  bir  mərkəz  açaraq,  oraya  rəhbərlik  edə 
bilərlər. Bir əllə görülə bilən peşələr çoxdur. Yetər ki, istək 
olsun.  Mövcud  vəziyyət  ilə  razılaşmayaraq,  xarakter  nü-
mayiş etdirib işləmək istəyən hər bir əlil insan özünə uy-
ğun bir peşə tapa bilər. 
-Evlərində  əngəlli  insan  olan  ailələrə  məsləhə tiniz 
nədir?
-Əngəlli insanın valideyni olmaq çox çətin və məsuliy-
yətlidir.  İlk  öncə  əlil  uşağı  bu  vəziyyətində  qəbul  etmək 
lazımdır.  Əgər  valideynlər  övladlarının  fiziki  qüsurunu 
qəbul etsələr, ətrafdakı insanlar da (yəni, qohum–qonşu) 
bunu qəbul edəcəklər. Əlil uşaqlarınızı evə həbs etməyin. 
Onları  parka  aparın,  onlarla  birlikdə  küçədə  gəzişin, 
qohumlarınızgilə  qonaq  gedin,  ətrafı  onlara  tanıdın  və 
ətrafınızda  baş  verənlərlə  onları  tanış  edin.  Çalışın  hər 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə