S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə13/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

52
bir suallarına cavab verəsiniz. Onlara edə bilməyəcəkləri 
bir işi tapşırmayın. Bu onların özlərinə inamını itirməsinə 
və ruh düşgünlüyünə səbəb ola bilər. Amma hər hansısa 
bir  işi  görmək  istəyəndə,  onlara  –  etmə,  sən  bacarmaz-
san – deməyin. Bir də ki, əgər bir iş görmək istəyirlərsə, 
kömək edin. Həmin işi onların əvəzinə siz görməyin. Bu 
onların gələcəkdə sərbəst yaşamasına ən böyük maneədir. 
Digər əlil uşaqların valideynləri ilə görüşlər təşkil edərək 
hisslərinizi,  fikirlərinizi,  təcrübələrinizi,  məsləhətlərinizi 
bölüşüb, fikir mübadiləsi aparın.
-Son olaraq, əlillərin özlərinə deyəcəyiniz məsləhətləri 
eşitmək hər kəs üçün maraqlı olardı.
-Əziz  əngəlli  insanlar.  İlk  növbədə,  çalışın  heç  vaxt 
ruhdan düşməyin. Bilirəm ki, həyatınızda bir çox işlər qay-
dasında getmir. Ancaq bu sizə, həyatdan tamamilə, imti-
na  edərək  özünüzə  qapılmağa  əsas  vermir.  Sizə  məhşur 
sərkərdə  Əmir  Teymurdan  tutmuş,  braziliyalı  Zikoya 
qədər, yüzlərlə insanı sübut gətirə bilərəm ki, heç bir fiziki 
məhdudiyyətlərə  baxmayaraq,  dünya  səviyyəsində  şan–
şöhrət qazanmışlar. Yadınızda saxlayın: Ümidini itirməyən 
adamı məğlub hesab etmək olmaz! Tənbəlliyin daşını atıb, 
öz üzərinizdə işləməyə başlayın. Öz üzərinizdə nə qədər 
çox  işləsəniz,  həyatda  daha  çox  uğur  əldə  edəcəksiniz. 
Necə deyərlər: Məşqdə nə qədər çətin olsa da, döyüşdə bir 
o qədər asan olar. Həyatı boşluqlarla dolu olan əlillərə bir-
neçə məsləhət vermək istəyirəm. İlk öncə həyatınıza olan 
çatışmamazlıqların  və  çətinliklərin  siyahısını  tutun.  Son-
ra həmən problemlərin həlli yollarını fikirləşərək, hər bir 
problem üçün ayrı-ayrlıqda plan tutun. Sonda isə həmən 
planları həyata keçirtməklə zirvəyə çatın. Unutmayın ki bu 
planları həyata keçirdərkən maksimal iradə, bacarq, səbr, 
dözüm, istək, qətiyyət, bilik, motivasiya və özünəinam la-


53
zımdır. Plan qurarkən hər bir kiçik detalı nəzərə alaraq, nə 
istədiyinizi dəqiq müəyyən etməlisiniz. Bir şeyi yaddan çı-
xartmayın ki zirvəyə yalnız çalışmaq və zəhmətlə çatmaq 
olar. Tənbəllik və işi yarıda qoymaqla yox. Bilməlisiniz ki 
maneə, çətinlik və problemlər həyatın ayrılmaz hissəsidir 
və  hər  zaman  da  məqsədə  çatmaq  üçün  bunlarla  qarşı-
laşdıqda  işi  yarmçıq  saxlamaq  yox,  onların  öhdəsindən 
gəlmək  lazımdı.  Plan  tərtib  edərkən  müvafiq  sahəyə  uy-
ğun bilik toplamağa çalışın. Belə olmasa çəkdiyiniz zəhmət 
hədər gedəcək. Qarşılaşdığınız bütün çətinliklərdə «Ümid» 
mərkəzinə müraciət edə bilərsiniz. Bütün problemlərinizin 
istədiyiniz  şəkildə  həll  olunmasına  mən  Samir  İmanov 
təminat verirəm. Bizlərə efir vaxtı ayırdığınız üçün sizə və 
telekanalın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm və 
sizin telekanala gələcək işlərində uğurlar arzulayıram.
-Mən də öz növbəmdə, bu qədər işiniz olmasına bax-
mayaraq, vaxt ayırıb bizim telekanala müsahibə verdiyiniz 
üçün sizə telekanal rəhbərliyinin minnətdarlığını çatdırı-
ram. Bu mərkəzə, burada çalışan işçilərə, burada qeydiy-
yatda olan bütün əngəlli insanlara və şəxsən sizə uğurlu 
gələcək arzulayıram.
-Təşəkkür edirəm.
Operator kameraları söndürən kimi Samir dedi:
-Çox xahiş edirəm, bu müsahibənin eşitmə əngəlli in-
sanlar tərəfindən də izlənə bilməsi üçün efirə jestika və ya-
xud altyazı ilə də verəsiniz.
-Əlbəttə. Bu belə də olacaq.
Jurnalistlə  operator  otaqdan  çıxdıqdan  sonra  Samir 
sayt idarəçilərinin rəhbəri Əzizə zəng vurdu:
-Salam Əzizim. Bir saatlıq boş vaxtın var?
-Bəli, müəllim, var.


54
-Onda  get  istirahət  otağına,  nərdi  də  hazırla.  Keçən 
dəfəki Marsın əvəzini çıxmasam, rahat olmaram.
Telefonun dəstəyini yerinə qoyaraq, kreslodan durub 
qapıya tərəf bir neçə addım atdıqdan sonra qəfildən geri 
dönüb iş masasının yanına gəldi və siyirtmədən dörtkünc 
qatlanmış vərəqi götürərək cibinə qoyub otaqdan çıxdı.
Bakı. Azərbaycan
Asif televizora baxa-baxa anasına səsləndi:
-Ana, mən acam.
-Nə olub, niyə qışqırırsan? (Anası stolun üstünü silə-
silə soruşdu).
-Dedim bəs mətbəxdəsən.
-Yemək artıq hazırdır. Gətirim, yoxsa atanı gözləyirsən?
-Bilmirsən, nə vaxt gələcək? Həmişə bu vaxtları evdə 
olurdu.
-Zəng  vurmuşdu.  İşdən  çıxıb,  bir  saata  evdə  olacaq. 
Nə  etsin,  mərkəzdəki  ən  təcrübəli  cərrah  sənin  atandır. 
Ona görə də hamı onun qəbuluna düşməyə çalışır.
-Buna görə də atam işdən gec çıxır. Onun yaxşı həkim 
olmağının əzabını isə mənim mədəm çəkir.
-Mən başa düşdüm. Sənə yemək verməsəm, atan gələ-
nə qədər sən mənə söz yedizdirəcəksən.
-Başqa vaxt olsaydı, gözləyərdim. Ancaq bu gün kom-
püterdə işim çoxdu. 3d max proqramında ev maketi yığı-
ram.
-Sən o proqramları öyrənəndə fikirləşirdim ki, mənasız 
şeydir. Ancaq görürəm ki, çox iş görmək olur.
-Bu işi yarımçıq dayandırmalı olacağam.
-Niyə ki?


55
-Necə nə olacaq? Ac olanda eyvanı evin damına yapış-
dırıram.
Anası  “başa  düşdüm”  deyib  mətbəxə  tərəf  gedəndə 
Asif onun arxasınca qışqırdı:
-Ana, özün üçün də yemək qoy, bir yerdə yeyək.
-Sən ac olanda başqalarını fikirləşə bilirsən? Məni lap 
təəccübləndirdin (Anası eyni ahənglə cavab verdi).
Anası yemək gətirməyə gedəndə Asif reklamların bit-
diyini görüb filmin davamına baxmağa başladı. Filmdəki 
baş  qəhraman  getməyə  yeri  olmadığına  görə  gecəni  ya-
ğışın  altında,  parkdakı  oturacağın  üstündə  keçirtməyə 
məcbur  idi.  Asif  televizorda  oturacaqda  uzanan  adamın 
üstünə tökülən yağış damlalarına baxdıqca, qeyri-ixtiyari 
bir neçə il bundan qabaq başına gələn hadisəni xatırladı. 
15 yaşı olanda bir payız günü üç həmyaşıdı ilə evlə-
rinin yaxınlığındakı parkda qoyulmuş oturacaqda oturub 
sakitcə kola içirdilər. Asif cansıxıcı sükutu pozmaq üçün 
lətifə danışmaq qərarına gəldi:
-Bir  rus  parkda  qaz  otarır.  Polis  yaxınlaşıb  deyir:  - 
Vətəndaş, burada qaz otarmaq olmaz. Qaz otaran soruşur: 
-Niyə? Polis cavab verir: - Ona görə ki, qazlar yaşıllığı ye-
yir, ətrafı bulayırlar. Qaz otaran göyərçinləri göstərib so-
ruşur: -Bəs bunlar? Axı onlar da eyni şeyləri edirlər. Polis 
deyir: - Onlara olar, onlar sülh quşudur. Qaz otaran əlini 
polisin  çiyninə  qoyub  başıyla  qazları  göstərərək  deyir: 
-Çuvak, heç mənim qazlarım da müharibə tərəfdarı deyil. 
Asifin gedişi nəticəsini verdi. Sağda onunla yanaşı otu-
ran sözə başladı: Rus demişkən, bir ay bundan qabaq Rusi-
yada içində bir neçə azəri sərnişin də olan avtobus qəzaya 
uğrayıb. Xəbərlərdə göstərdilər. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə