Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə5/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   2   3   4   5   6   7   8   9   ...   66

17
Məhdəviyyət haqqında nəzərlər
maq yazı əsnasındakı qarşımızda olan hədəfdir. Mən dialoqda 
təvazökar olmağa, hücumedici və yüngül yanaşmaq üslubun-
dan uzaq durmağa cəhd göstəmişəm. Bu barədə müvəffəq ola-
cağımıza ümid bəsləyirəm.
Tədqiqat və tənqid üçün dörd müxtəlif Məhdəviyyət tezisi 
seçmişəm. Həmişə zeydiyyə, su ilik və s. İslam  irqələri barədə 
də bəhs və yazı hazırlaya bilmək üçün böyük bir fürsət və daha 
geniş imkanımın olmasını istəyirəm. Habelə istəyirəm ki, məh-
dəviyyət nəzəriyyələrində gizli qalmış həqiqətləri üzə çıxarım, 
bəhs və tənqid əsnasında onu açıqlaya bilim.
Allah-təaladan  diləyirəm  ki,  bu  sadə  tədqiqatda,  habelə 
Məhdəviyyət əqidəsindəki   ikir ayrılıqları və təqdimatla əlaqə-
dar  müsəlmanların  nəzərləri  arasında  yaxınlıq  yaratmaqda 
məni müvəffəq etsin. Habelə ümid edirəm ki, tarix və məzhəb 
baxımından aparılan mübarizələr nəticəsində Əhli-beyt (əley-
himussəlam) məktəbinə aid edilən batil şübhələrin aradan gö-
türülməsində bu tədqiqatın payı olar.  Bilmək lazımdır ki, Allah 
kitabının əsərlərini izləmək, Allah Rəsulunun (sallallahu əleyhi 
və alih) yol göstərməyi ilə işıqlanmaq, Əhli-beyt (əleyhimussə-
lam) vilayətinin nuru ilə yol tapmağa çalışmışam. Habelə bəhs 
əsnasında Məhdəviyyət məsələsi barədə  ikri və tarixi əsaslara 
riayət etməyə cəhd göstərmişəm. Həmd aləmlərin Rəbbi Alla-
ha məxsusdur.


18
Müctəba Sadət
BİRİNCİ FƏSİL: 
İNTİZARI ÇƏKİLƏN MEHDİ İBAZİ DÜŞÜNCƏSİNDƏ
Şübhə  yoxdur  ki,  intizarı  çəkilən  xilasediciyə  əqidə  bəs-
ləmək  qədim  zamandan  mövcuddur.  Bu,  təkcə  İslam  dininin 
xüsusiyyətlərindən biri deyil. Zaman boyunca İslamdan öncə 
mövcud olmuş səmavi dinlərin hər biri bu düşüncə ilə müjdə 
verib.  Baxmayaraq  ki,  adlandırma  məsələsində  ikir  ayrılığı 
olub. Hətta səmavi olmayan din və məzhəblərə də bu düşüncə 
yetişmiş, bununla müjdə verməyə başlamışlar.
İslam  müsəlmanlar  arasında  Qurani-kərim  və  şərafətli 
sünnəyə əsaslanan iki qaynaq və mənbədir, hamılıqla bu dü-
şüncəyə iman və etiqad bəsləyirlər. Xilasedici şəxs ilkin şəriət 
əhlinin  əksəriyyətinin  yanında  mütəvatirdir.  Habelə  intizarı 
çəkilən Mehdi barədə İslam Peyğəmbərindən (s) nəql olunan 
hədislər mütəvatirdir. Çox az və nadir kəslər istisna olmaqla, 
bütün müsəlmanların dilində dolaşır. Bilmək lazımdır ki, mütə-
vatir hədislərdə sənədin səhih olması şərt sayılmır. Çünki əs-
rlər  keçməsinə  baxmayaraq,  müsəlmanlar  arasında  məşhur 
ikri həddə çatıb. Bu sətirlərdə İbazi məzhəbi ardıcıllarının in-
tizarı çəkilən Mehdi barədə düşüncələrinə işıq salmağa çalışa-
cağıq. Habelə Oman səltənətində rəsmi məzhəb hesab edilən 
və xəvaricdən formalaşan  irqə arasında bəhsdən ibarət olan 
düşüncələri haqqında araşdırma aparmağa  çalışacağıq.
İbaziyyə: yaranması və ideologiyası
İbaziyyə İslam tayfalarından biridir. Abdullah ibn İbaz Tə-
mimiyə nisbət verilərək belə adlanıb. Ancaq məzhəbin həqiqi 
qurucusu Cabir ibn Zeyd Əzdidir ki, tabeinlərdən biri olub. O, 
İbn  Abbasın  tələbələrindən  idi.  Habelə  Aişə  xanımdan  və  bir 
neçə  səhabədən  hədis  rəvayət  edib.  O,  iqhdə  özünəməxsus 


19
Məhdəviyyət haqqında nəzərlər
məzhəbə malik olub. Siyasi baxımdan İbazi məzhəbi Əməvi xə-
lifəsi Əbdülməlik ibn Mərvanın (h. 65-85) müasiri olan Abdul-
lah ibn İbaz Murri Təmimiyə nisbət verilir. 
Dini baxımdan İbaziyyə qeyd edir ki, məzhəbi təsis edən 
ilk başçıları Cabir ibn Zeyd Əzdi Omani olub. Odur ki, məzhəb 
alimlərinin ən çox nəql etdikləri nəbəvi hədislər Cabirdəndir.
İbazi məzhəbi hicrətin birinci əsrində Bəsrədə ortaya çıxıb. 
O, qədim İslam məzhəblərindən hesab olunur və indiyədək də 
davam  etməkdədir.  İbazilər  deyirlər  ki,  onların  məzhəbləri 
birinci dərəcədə dini və siyasi amilə qayıdır. Hansı ki, Əli ibn 
Əbu Talibin (əleyhissəlam) hakim təyin edilməsini inkar edən 
bəzi səhabə və tabeinlər tərə indən Abdullah ibn Vəhb Rasibi 
ilə anlaşma şəklində ortaya çıxmışdı. Onlar siyasi bir cərəyan 
formalaşdırdılar. Həmin cərəyanın başında üç şəxs dururdu ki, 
hərəkatın  yaranması,  düşüncə  və  əsaslarının  şəffa lığı  onlara 
qayıdır. O kəslər bunlar idi: Əbu Bilal Mirdas ibn Hədir Təmimi, 
Cabir ibn Zeyd Əzdi, Abdullah ibn İbaz.
Bu yaranış hicrətin 37-ci ili Şəvval ayında olmuşdur. Əbu 
Bilal hicrətin 38-ci ilində xəvaric ilə birlikdə Nəhrəvan hadisə-
sində  iştirak  edib.  İmam  Əli  (əleyhissəlam)  onları  məğlubiy-
yətə düçar etdikdən sonra hicrətin 64-cü ilində xəvaric dörd 
böyük  irqəyə bölündü:
4
1 – Əzariqə: Onlar Nafe ibn Əzrəq Hənzəliyə (Bəsrə) nisbət 
verilir. O, hicrətin 65-ci ilində öldürülüb. Firqə aradan gedib, 
artıq ondan heç bir əsər-əlamət qalmayıb.
– Nəcdat: Onlar Nəcdət ibn Amir Hənə iyə (Yəmamə) nis-
bət verilir. Firqə aradan gedib.
3 – Safriyyə: Onlar Abdullah ibn Saffar Sə`diyə nisbət veri-
lir. Firqə aradan gedib.
4
 Əl-Xəvaric vəl-həqiqətul-ğaibətu, s.172. İbazi yazar: Nasir ibn Süleyman 
Sabei.


20
Müctəba Sadət
4 – İbaziyyə: Onlar Abdullah ibn İbaz Təmimiyə nisbət ve-
rilir. Hicrətin 86-cı ilində vəfat edib. O, Nəhrəvan əhlinin yerit-
diyi  siyasətdə sabitqədəm olan kəslərdən  biridir.  Daha sonra 
İbaziyyə ona tabe olub.
5
Təkcə həmin  irqə indiyədək davam etməkdədir.
Təəccüblü  odur  ki,  bu  irqələr  eyni  zamanda  üzə  çıxıb. 
Sonra isə camaatın dörd imamı oldu və onların hər biri özünə 
tərəf dəvət edirdi. İbazi məzhəbinin ardıcıllarına, hal-hazırda 
da onlara “xəvariclik” aid edildikdə, yaxud belə adlandırıldıqda 
bunu rədd edərək, deyirlər: Xəvaric sözündən insan diksinib 
ürəyi sıxılır. Eynilə hal-hazırda “terrorçu” sözü kimi. “İslamdan 
yayınmaq və çıxmaq” hədisinin isə onlara heç bir aidiyyatı yox-
dur. Hansı ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) hədisində 
belə ifadə olunub: “Onlar ox yaydan çıxan kimi İslamdan çıxa-
caqlar”. Onlar deyir ki, xəvaricə belə bir ad qoyulmasına səbəb 
olan əlamətlər mütləq şəkildə heç biri İbaziyyədə yoxdur. “Xə-
varic” sözünün yalnız dindən xaric olan və İslamdan çıxan kəs-
lərə tətbiq olunması vacibdir. 
Təqib edən kəs görər ki, İbaziyyə Xəvariclə iki əsas məsələ-
də düşüncə baxımından qarşılaşır:
Birinci: Hakimliyi rədd etmək. İbaziyyə və Xəvaric hakimli-
yi qəbul etməyi tənqid edir, İmam Əlini (əleyhissəlam) hakim-
liyi qəbul etməkdə xətakar hesab edirlər. Çünki öz xilafətdəki 
haqqını Müaviyə ilə çəkişmə mövqeyi qərar vermişdi. Habelə 
həkəmeyn hakimliyini qəbul etməkdə də xəta edərək, beləcə, 
Nəhrəvan əhli ilə vuruşmaqda da səhvə yol verib.
İkinci: İmamda qureyşli olmağın zəruri olmasını rədd et-
mək.  Bunun  əsası  Allahın  Rəsulundan  (sallallahu  əleyhi  və 
alih) nəql olunan hədisdir ki, belə buyurub: “Xilafət Qureyşdə-
dir”,  yaxud  “Onların  hamısı  Qureyşdəndir”...  İbaziyyə,  habelə 
5
 Həmin mənbə, s.177.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə