Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə3/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   2   3   4   5   6   7   8   9   ...   66

11
Məhdəviyyət haqqında nəzərlər
ortaya  çıxmayıb.  Çünki  İslamdan  öncəki  müasir  dinlərin  biri 
digərini tanımırdı. Hər bir din özündən savayı digər dinləri bi-
dətçi  və  azğın  hesab  edirdi.  Buna  ən  yaxşı  misal  yəhudilərin 
nəsranilərə, nəsranilərin də yəhudilərə qarşı tutduğu mövqe-
dir.  Müsəlmanlara  gəlincə,  Qurani-kərim  dinlərin  müqayisə 
sahəsi barədə metodoloji incələmə və ilk obyektivlik irəli sü-
rüb. Belə ki, bir çox ayələr qarşılaşdırmaya işarə etmişdir. İstər 
səmavi olsun, istər düzəldilmə orada bir çox dinlərdən söz açı-
lıb: Yəhudi və məsihilərdən söz açarkən, bütlərə və tağuta iba-
dətdən də söz açıb. Quran batil olsalar da, onları din adlandırıb. 
Allah-təala buyurub: “Sizin öz dininiz var, mənim öz dinim”.
1
İslam  irqələrində müxtəlif Məhdəviyyət tezislərinin 
araşdırılmasının əhəmiyyəti
1 – Tədqiqatçılar və ümumi müsəlmanlara təqdim olunan 
araşdırma sağlam İslamın məhdəviyyət əqidəsini müda iə et-
mək  üçün  ən  əhəmiyyətli  ünsürüdür  və  buna  yönələn  qarşı-
durmanın ziddinədir. O qarşıçıxmalar ki, yalnız səhv təsəvvür-
lərə  uymaq  deyil.  Əksinə,  İslam  aləmində  yayılan  şübhəli  və 
sapqın cərəyanların meydan oxuması da buna aiddir. 
2 – Şüurlu, intellektual və müvəffəq araşdırmaçı kəs Məh-
dəviyyət  məsələsində  cumhur  (müxtəlif tezislərin məsul  şəxs-
ləri) ilə ən gözəl şəkildə mübahisə apara bilməz. Bir halda ki, 
onların nəzərindəki Məhdəviyyət barədə  ikir və təsəvvürləri 
tədqiq edib inandıqları ixtila lara son qoysun.
3 – Məhdəviyyət əqidəsi üçün müqayisəli araşdırma mö-
minlər üçün sağlam İslam əqidəsi barədə qiymətli bilgi, qüv-
vətli dəlil, açıq bürhan, möhkəm höccət təqdim edir. Onun yeri 
İslam və insani düşüncə fəzasında füsunkar və əzəmətlidir.
4  –  Məhdəviyyət  əqidəsinin  müqayisəli  şəkildə  araşdırıl-
ması alim və tədqiqatçıların üzərinə düşən elmi zəruriyyətdir 
1
 “Ka irun” surəsi, ayə 6.


12
Müctəba Sadət
ki, nəfsi istək və məzhəbi mənfəətlərdən uzaq olaraq sağlam 
elmi yolla haqq insanlara izah olunsun.
5 – Qarşılaşdırıcı araşdırma möminlərin Məhdəviyyət əqi-
dəsi, məzhəbinin əsasları, habelə əqidəsini qurmaq baxımın-
dan etimadını möhkəmləndirir. Bu, üstünlük və imtiyaz ünsür-
lərindəndir.
6  –  Müxtəlif  Məhdəviyyət  tezisləri  barədə  məlumatın 
hal-hazırkı zamanda möminlər üçün təchizatdır. Necə ki, keç-
mişdə də sağlam Məhdəviyyət əqidəsini müda iə etmək üçün 
onlar üçün təchizat olub. 
7 – Müxtəlif Məhdəviyyət tezislərini araşdırmaq məzhəbin 
dayanıqlılığını və insanların hidayətinə səbəb olacaq amilləri 
əldə etməyimizə səbəb olacaq. Habelə mömin və araşdırmaçı 
kəs (mücadilə aparan və  təəssübkeş  kəslərlə)  uzunömürlülük, 
erkən imamlıq, qeyb dövrü, sərdabə və s. kimi məzhəbin zəif 
nöqtələrindən  hesab  etdikləri  yollardan  hücuma  keçdikləri 
vaxt qarşılaşma üçün bundan yararlana biləcək. Habelə araş-
dırmaçı, şüurlu möminin təkcə müda iə mövqeyində durması 
keçərli  deyil.  Əksinə,  bəzən  necə  hücum  etməli  olduğunu  da 
bilməyi vacibdir. Buna isə müxtəlif tezis və təsəvvürlərlə tanış 
olmadan, onları araşdırmadan, uğradığı dəyişiklik və illər keç-
dikcə üzləşdiyi təhri ləri dərk etmədən nail ola bilməz.
Məhdəviyyət əqidəsi bizi bir yerə cəm edib birləşdirir
Dinlərin  müqayisəli  elmi  İslamdan  öncə  tanınmırdı.  Çün-
ki  “müqarinə”  (qarşılaşdırma)  digərini  hesaba  almaq  və  eti-
raf etməkdir. Bu İslamdan öncə yox idi. Belə ki, hər bir din və 
məzhəb  digərini  etiraf  etmirdi.  İslam  düşüncəsi  və  mədəniy-
yətinin çoxaldığı din azadlığı və çoxluğu düşüncə tolerantlığı 
mühitinin yaranmasına gətirib çıxartdı. Bu isə dost kimi dav-
ranmağa, bir-birilə əlaqə saxlamağa, cəm şəkildə yaşamağa sə-
bəb oldu. Hansı ki, bundan dialoq və münaqişə yarandı. Sonra 
çox keçmədən dərk, vəsf, təhlil və müqarinə baxımından din 


13
Məhdəviyyət haqqında nəzərlər
və s.  məzhəbin tədqiqatı istiqamətinə aid olacaq qədər məsələ 
genişləndi. Belə ki, nəticə etibarilə elmin bir qolu yarandı ki, 
dinlərin  müqarinəsi  elmi  adlandı.  Yəni  dinlər  və  məzhəblər 
tədqiqatının əsası oldu. Beləcə müqarinə elminin kökləri bit-
di. İslam gəldiyi yerlərdə özündən öncə gələn dinləri nəzəri və 
praktiki olaraq tanıdı:  
Nəzəriyyə baxımından bildirilir ki, səmavi risalət silsiləsin-
dəki sonuncu mərhələ nəticə olaraq dinlərdə əhəmiyyətli olanı 
irs aparıb. Buna həm də bəşəriyyətin Qiyamət gününədək öz 
yolunda ehtiyac duyduğu şeyləri əlavə edib. Məhdəviyyət əqi-
dəsi islami ideologiyası olaraq, səma risalətlərinin xülasəsi sa-
yılır. 
Aktuallıq  baxımından  isə  İslam  müsəlman  olmayan  cə-
miyyətinin  həqiqi  varlığını  tanıyır.  O,  əhli-kitab,  zimmə  əhli 
haqqında söz açır, onların hüquq və vacib məsələlərini nizama 
salır. Bəşər tarixinin son dövründə isə Məhdəviyyət məsələsi-
nin praktiki tətbiqi gəlir. Beləliklə, tövhid, haqq-ədalət bütün 
yer üzünə yayılır. Habelə bütün peyğəmbər və rəsulların hədəf-
ləri tətbiq olunaraq gerçəkləşmiş olur. 
Məhdəviyyət məsələsi və xilaskarın həqiqəti – adı hallan-
madan – bütün din və fəlsə i məzhəblərin nəzərində birləşən 
müştərək qaydadır. Onlar bu düşüncənin əsasında yekdil  ikir-
dədirlər. Təkcə adlandırılmada  ikir ayrılığındadırlar... Habelə 
müxtəlif İslam  irqə və məzhəbləri də bu cürdür. Məhdəviyyət 
müsəlmanları  bir-birinə  yaxın  edə  qaydadır,  nəzəri  və  əməli 
baxımdan ümidverici formada onların gələcək vəhdətini bəxş 
edir. Əksər  irqələr Mehdinin doğruluğuna iman bəsləyir. Axır-
zamanda  onun  zühur  edəcəyini  gözləyirlər  ki,  ona  tabe  olub 
bayrağının altında yığılsınlar. 
Məhdəviyyət əqidəsi bir yerə cəm edib bəşəriyyətin hamısı-
nı birləşdirir. O, elə həqiqətlərdəndir ki, səmavi dinlərin etiqad 
bəslədiyi ideologiyada müştərək xüsusiyyət daşıyır. Həmçinin 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə