Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə24/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

76
Müctəba Sadət
Əhlül-ammənin  tezisində  Məhdəviyyət  məsələsinin  cöv-
həri  vacib  əməlin  təfərrüatındandır  ki,  ümmətə  iman  bəs-
ləməsi  vacibdir,  lakin  etiqad  olunan  məsələ  kimi  deyil,  sadə-
cə barəsində səhih xəbər gəldiyinə görədir. O, diqqət olunası 
etiqadi  mehvər  deyil,  nə  də  bunun  üzərində  duran  müəyyən 
xüsusiyyətlərdən  sayılmır.  Onun  şəni,  sadəcə  Qiyamət  günü-
nün əlamətlərindən biri qədərdir. Belə ki, Mehdi bəşəriyyətin 
həyatının sonunda onlar üçün xoşbəxt gələcəkdən verilən bir 
xəbərdir. Əhlül-ammənin Mehdisi bu gün belə, mövcud deyil. 
O, yəhudilərin Məsihi kimidir. Yəni sadəcə düşüncə və ümiddir. 
Onun formalaşması mütləq şəkildə doğrulanmayandır. Həmçi-
nin onun formalaşması əhli-sünnənin tarixinə bağlıdır.  
Təəssü lər olsun ki, onlar Məhdəviyyətdən gələcək barədə su 
üzərində  duran  bir  məsələ  düzəldiblər.  Halbuki  bu,  İslamın  əsas 
məsələsi olub. Belə ki, İslam tarixinin dərinliklərindən qanaqlanıb. 
O, zəmanənin imamı başlanğıcından hərəkət edib. Belə ki, Allahın 
Rəsulu (sallallahu əleyhi və alih) buyurub: “Kim zəmanəsinin ima-
mını tanımadan ölsə, cahiliyyət ölüsü kimi ötüb”.
55
 Həqiqətən, üzücü 
odur ki, xəlifələr məktəbi özlərini cahiliyyət ölümündən qorumaq 
üçün hal-hazırkı zəmanə imamlarını tanımırlar. İndiki dövrümüz-
də  burada  bu  hədis  üçün  gözlənilən  Mehdinin  varlığı,  onun  diri 
olub ruzilənməsi, idarəçi və imam olmasına, xüruc edib yer üzünü 
haqq-ədalətlə dolduracağına etiqaddan savayı həqiqi bir misdaq, 
yaxud əməli bir tətbiq yoxdur. İsa peyğəmbərin (əleyhissəlam) diri 
olmasına,  ka ir  Dəccalın  yaşamasına  iman  bəsləyən,  ən  səhih  ki-
tablarında hətta Peyğəmbərin (sallallahu əleyhi və alih) dövründə 
diri olduğunu, Axirəzzamanda ortaya çıxacağını açıqlayan “Cəssasə 
hədisini” rəvayət edən müsəlman İmam Mehdinin (əleyhissəlam) 
doğulduğunu və indiki zamana qədər qalmasını ifadə edən digər 
məktəblərin sözlərinə irad tutur. Onlar bu sözləri cəhalətə, ağılsızlı-
55
  Səhihi-Buxari,  5:13,  Babul- itən;  Səhihi-Muslim,  6:21-22,  əl-Mustədrək 
lil-Hakim əla şərtiş-şeyxeyn, 1-77.


77
Məhdəviyyət haqqında nəzərlər
ğa aid edirlər. Əhlül-ammə məktəbinin cürəti, İmam Mehdiyə (əley-
hissəlam) iman bəslədiklərinə görə şiələrə təzyiq göstərmək qəribə 
deyilmi?! Sünni toplumunda yalançı Məhdəviyyət iddialarının çox 
olması aydın edir ki, bu iddialar onun (əleyhissəlam) doğulmasını 
və qalmasını inkar etməyin nəticələridir. Habelə Mehdinin (əley-
hissəlam) zühurunun əlamətlərinə diqqət və önəm verməməkdən 
doğur. Onun nəsəbi, kimliyi, xüsusiyyətləri, imkanları, məziyyətləri 
şərafətli hədislərdə qeyd olunub.
56
 Höccətlərin yer üzərindən qaldı-
rılması lütfdən sayılırmı?! İlahi ədalət və lütf sayılırmı ki, bəşəriyyə-
ti özbaşına buraxsın?!
Allaha həmd olsun ki, on iki imam şiəsi “M-h-m-m-d”
57
 ibn 
Həsən Əskərinin (əleyhissəlam) imamlığını iqrar edir və onu 
zəruri bilir. Həmçinin iman bəsləyir ki, o, Allah tərə indən seçi-
lib təyin olunub. İman bəsləyir ki, itaəti vacib olan imamdır. O, 
Allah Rəsulunun (sallallahu əleyhi və alih) qeyd etmiş olduğu 
on iki imam, xəlifə və vəsilərin sonuncusudur. Onun ismətini, 
ali məqamını, ali kamal dərəcələrini etiraf edir. Kimliyi, nəsə-
bi, ata-babaları, xüsusiyyətləri, zühurunun əlamətlərini izahlı 
şəkildə açıqlayır. Onlar bu vasitə ilə oyunbazlıq, zor və böhtan 
yoluyla mehdilik və imamlıq iddiasında olan hər bir kəsə yolu 
bağlayırlar. Salam olsun sənə, ey zamanın sahibi, Quranın şəri-
ki, insanların və cinlərin imamı! Allah-təala sənin fərəcini tez-
ləşdirsin və zühurunu asanlaşdırsın.
DÖRDÜNCÜ FƏSİL:
56
 Biz “Ən-Nurul-ğaib vəl-iddia`atul-kazibə” kitabında yalançı Məhdəviyyət 
iddialarına aid iyirmidən çox əhvalat qeyd etmişik. Onların hamısı müasir 
dövrdə baş verənlərdir. Biz bunun səbəb və nəticələrini izah etmişik.
57
  İmamın əsl adı Peyğəmbərin adı ilə eynidir. Müəyyən səbəblərdən öncəki 
imamlar  tərə indən  İmam  Mehdinin  həqiqi  adı  çəkilmirdi.  Bu  da  bir  növ 
adət halını almışdı. İndi də bir çox şəxslər İmamın həqiqi adını qeyd etmir, 
yalnız samit hər lərini yazırlar. Müəllif də həmin üsluba riayət etmişdir. Ona 
görə, biz də müəlli in üslubunu qorumağa çalışdıq – mütərcim.


78
Müctəba Sadət
İMAMİYYƏ ŞİƏSİ DÜŞÜNCƏSİNDƏ İNTİZARI ÇƏKİLƏN 
MEHDİ
Məhdəviyyətin (xilaskar) əsası bütün müsəlmanların itti-
faq yeridir. O, İslam dinində zəruri bir düşüncədir. Habelə ila-
hi  qayda-qanunların  və  rəbbani  təlimlərin  həqiqətindəndir. 
Habelə o, digər dinlərin əqaidindəndir. Xilaskar düşüncəsinin 
əsli xülasə şəklində bəşərin müəyyən qrupuna, yaxud yer üzü-
nün hansısa bir məntəqəsinə aid deyil. Əksinə, bu, ümumi bir 
məsələdir ki, bütün yer üzünü bürüyüb hər bir bəşəri əhatə et-
mişdir. O, xoşbəxt həyatın ümididir ki, gələcək nəsli gözləyir. O 
həddə qədər ki, öz dərəcəsində inkişaf, yetkinlik, zirvə və ka-
mala yetişəcək. Bu isə Quran ayələrinin və islami rəvayətlərin 
məzmunudur. 
İmamiyyə  şiələrinin  əqidəsinin  xüsusiyyətlərindəndir  ki, 
bütün ümmət və dinlərin böyük əmniyyəti və əsrlər boyunca xi-
laskar tezisi mövcud reallıq durumuna yetişib. Bir nəfər insan-
lar arasında yaşayır, onların acı və dərdlərini duyur, problem 
və yorğunluqları hiss edir. İntizarı çəkilən Mehdi məsələsi on 
iki imam şiəsi düşüncəsində böyük bir yer tutub. Çünki imamət 
əqidəsiylə  əlaqəsi  vardır.  Digər  tərəfdən,  şiələrin  nəzərində 
Məhdəviyyət tarix və gələcək baxımından önəmli dönəmlərdə 
imamət silsiləsiylə bağlılıq şəklini alıb. Odur ki, Mehdi (əleyhis-
səlam) imamiyyə düşüncəsində on ikinci və sonuncu imamdır. 
O, hal-hazırda zəmanənin imamıdır.
Şiəliyin meydana gəlməsi
İmamiyyə şiəsi: İslam dininə məxsus bir dəstədir. Onların 
kökü risalətin başlanğıc dövrünə, Allah Rəsulunun (sallallahu 
əleyhi və alih) zamanına gedib çıxır. Odur ki, şiələr İslam ta-
rixində meydana çıxmış İslam  irqələrinin ən birincisidir. İsti-
lah və tanışlıq baxımından şiə ləfzi xüsusi deyil, mütləq şəkildə 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə