Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə31/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   27   28   29   30   31   32   33   34   ...   66

98
Müctəba Sadət
səhih olması dəlili daşıyır. Bütün hədis alimləri tərə indən is-
tinadının səhih olmasına hökm verilib. Bu da nübuvvətin şa-
hidliklərindəndir. Çünki Əhli-beytdən olan imamların sayı on 
ikiyə tamamlanmamışdan öncə səhih və müsnəd kitablarında 
qeyd olunub. Həm də iltizami dəlalətlə onu göstərir ki, İmam 
doğulmuş, onun viladəti gerçəkləşib. O indi sağdır və aramızda 
yaşayır. Qətidir ki, yer üzəri bəndələrə höccət olmadan boş ola 
bilməz.
Şərafətli  hədislər:  Mehdiylə  əlaqədar  hədislər  ətrafında 
bəzi əsas mülahizələri qeyd edək:
Gözlənilən  Mehdi  dini  həqiqətdir.  Peyğəmbər  onu  müjdə 
verib. Onun varlığı Peyğəmbər tərə indən bu barədə nəql olu-
nan yüzlərlə hədis vasitəsilə sübuta yetib.
Mehdi hədisləri böyük səhabərlər tərə indən rəvayət olu-
nub. Məsələn, Nübuvvət əhli-beyti və Ali-Muhəmməd, Peyğəm-
bərin zövcələri və böyük səhabələr.
Mehdiylə bağlı hədisləri böyük hədis alimləri qeyd etmiş, 
bunu öz kitablarında, müsnədlərində yazmışlar. Habelə yekdil 
ikirdə olmuşlar ki, bunlar əməli surətdə Allah Rəsulu tərə in-
dən deyilib.
Hədis  elmi  mütəxəssisləri  Mehdiylə  əlaqədar  hədislərin 
səhih  və  mütəvatir  olmasını  bildiriblər.  Məsələn,  Yusif  Kənci 
Şafei, Süleyman Qunduzi Hənə i, Albani, İbn Baz.
İslam ümməti gözlənilən Mehdinin varlığı barəsində onun 
Peyğəmbər ailəsindən olması  ikrində yekdil rəydədirlər. Hər 
biri ittifaq etmişdir ki, İmam Əli ibn Əbu Talibin sülbündəndir 
və Fatimeyi-Zəhranın nəvələrindəndir.
İmam Mehdidən bəhs edən kitablar, bu barədə toplanılan 
rəvayət və hədislər var ki, düşüncə formalaşmamışdan və hələ 
doğulmamışdan öncə qeyd edilib.
98
98
 Daha çox alimlərin adı və kitabları ilə tanışlıq barədə məlumat əldə etmək 
üçün “Əsalətul-Məhdəviyyət  il-İslam” kitabına, s.57-68 – müraciət edin


99
Məhdəviyyət haqqında nəzərlər
Statistik  göstərici:  Mehdi  ilə  əlaqədar  İslam  irsində  olan 
hədislərin  sayı  olduqca  çoxdur.  İslam  maari i  müəssisəsinin 
tərtib  etdiyi  və  beş  cilddən  ibarət  olan  “Mucəmu  əhadiysil-i-
mamil-Mehdi” ensiklopediyasına müraciət etsək görərik ki, bu 
rəvayətlərin sayı olduqca böyükdür:
1 – Birinci və ikinci cilddə şiə və əhlül-ammə təriqləriylə 
Peyğəmbərdən rəvayət olunan 560 hədis qeyd edilib.
2  –  Üç  və  dördüncü  cilddə  Əhli-beyt  imamlarına  istinad 
olunan  və  bu  rəvayətlərdən  çoxunda  imamiyyə  şiələriylə  əh-
lü-ammənin müştərək olduğu 876 hədis qeyd edilib.
3 – Beşinci cilddə Quran ayələrini təfsir edən hədislər yığıl-
mışdır ki, bunlar 505 hədisdir. Bu hədislər şiə və əhlül-ammə-
dən olan təfsir alimlərinin gətirdiklərindən üstünlük daşıyır.
4 – Nəbəvi hədislər və Əhli-beyt rəvayətlərinin toplumu-
nun 1436  hədis olduğu qeyd olunur. Əgər biz ona beşinci cildin 
əhatə etdiklərini də əlavə etsək, Mehdiylə əlaqədar hədislərin 
toplumu 1941 hədis olacaq. 
5  –  Şeyx  Lütfullah  Sa i  Gülpayqaninin  “Muntəxəbul-əsər 
il-imamis-sani əşər” kitabı 5303 hədis sayıb ki, müsəlmanlar 
Məhdəviyyət məsələsi barədə bu hədisləri rəvayət ediblər.
Müsəlmanlar ümumi şəkildə Axirəzzamanda Mehdinin zü-
huru  ikrinə  iman  bəsləyirlər.  Onların  etiqadının  qaynağı  isə 
Quran ayələri və şərafətli hədislərdir. Onlar gerçəkləşəcək ilahi 
vədə və nəbəvi müjdəyə təslim olmuşlar. Məhdəviyyət  ikrinin 
əsası nadir və özünü kənar tutan şəxslər istisna olmaqla, ümu-
mi müsəlmanlar tərə indən qəti olaraq qəbul edilib.
İmamiyyə təfəkküründə İmam Mehdinin kimliyi və xü-
susiyyətləri
Müsəlmanlar ümumi mənası və Axirəzzamanda zühuruna 
dair  Məhdəviyyət  düşüncəsinin  əsasında  yekdil  ikirdədirlər. 
Onlar  arasında  ikir  ayrılığı  sadəcə  onun  alicənab  şəxsiyyəti-


100
Müctəba Sadət
ni  bəlirləmək  barəsindədir.  İmam  Mehdi  imamiyyə  şiəsinin 
təsəvvürünə görə mühüm xüsusiyyətlərə malikdir.
Kimliyi
Adı: M-h-m-m-d. 
Ləqəbi: Mehdi. 
Künyəsi: Əbülqasim. 
Atasının adı: İmam Həsən Əskəri (əleyhissalam). 
Anasının adı: Nərcis (Məleykə) xanım. O, nəsəbi Rum pad-
şahı Qeysərə yetişən Yəşunun qızıdır. Habelə anasının nəsəbi 
Seyid Məsihin canişinlərindən və həvarilərindən biri olan Şə-
muna çatır. 
Doğum tarixi: Miladi təqviminə uyğun olaraq, 869-cı il, hic-
rətin isə 255-ci ili Şəban ayının 15-i, cümə günü. 
Şərafətli  nəsəbi:  Qureyşli,  Haşimi,  Peyğəmbər  ailəsin-
dən, İmam Əli ibn Əbu Talibin sülbündən, Fatimeyi-Zəhranın 
nəvələrindən, şəhid sibt olan İmam Hüseynin nəslindəndir.
İmamlığı:
O, hidayət imamlarının on ikincisidir. Onun imamlığı ata-
sı İmam Əskərinin vəfatı ilə başlayır. Bu, hicrətin 260-cı ilində 
baş vermiş və Axirəzzamana qədər davam edəcək. Qısamüd-
dətli qeyb dövrü hicrətin 260-cı, uzunmüddətli qeyb dövrü isə 
hicrətin 329-cu ilində baş verib. Zühur günü isə (vəd olunan 
gün) Məhərrəm ayının 10-u, şənbə günü baş verəcək. Lakin ili 
insanlara  məchuldur.  Onun  şəxsi  xüsusiyyət  və  məziyyətləri: 
İsmət, tam elm, qeyblə rabitədə olmaq və s. Onun bütün xüsu-
siyyətləri tam olaraq atalarına – pak imamlara bənzəyir. Əlavə 
olaraq  erkən  imamlığa  çatmaq  kimi  məziyyətə  malikdir.  Beş 
yaşında ikən imam olub. Həmçinin uzunömürlüdür (onun yaşı 
1190-dan çoxdur), qeyb (qısamüddətli, uzunmüddətli). O, dün-
yanın hamısı üzərində hakimiyyət qazanacaq, tövhid və ədaləti 
yayacaqdır.


101
Məhdəviyyət haqqında nəzərlər
Doğulduğu zaman  haqqında qısa tarix:
Allah  Rəsulu,  habelə  Əhli-beyt  imamları  tərə indən  olan 
doğru müjdələrə əsasən, İmam Həsən Əskərinin oğlu, habelə 
on iki imam və xəlifənin sonuncusudur. O, haqq-ədaləti yaya-
caq,  zülm  və  haqsızlığın  kökünü  kəsəcək  böyük  islahatçıdır. 
Odur  ki,  bundan  Abbasilər  qorxmuş,  zülm  və  haqsızlıq  üzə-
rində  durmuş  dövlətlərini  aradan  aparacağına,  varlıqlarına 
son  qoyacağına,  onları  yerlə  bir  edəcəyinə  inanırdılar.  Güclü 
şayiələr  yayılmış  və  dillərə  düşmüşdü  ki,  Bəni-Abbas  xəlifəsi 
Ali-Muhəmməddən olan bir nəfərin əli ilə aradan gedəcəkdir 
və ona Mehdi deyiləcək. Onun doğulması yaxındır və o, İmam 
Həsən Əskərinin oğludur. 
Beləcə, görürük ki, tarix təkrarlanır. Firon bilirdi ki, onun 
tüğyankarlığı  Musa  peyğəmbərin  əli  ilə  sona  çatacaq.  O,  təd-
bir tökür və səy göstərirdi ki, Musanı aradan götürsün, doğu-
larkən qətlə yetirsin. Abbasi səltənəti də eyni icraat və ehtiyatı 
tətbiq  etdi,  İmam  Əskərini  zindana  saldı,  onu  təzyiq  altında 
saxladı. Samərra şəhərində ona zor tətbiq etdi. Şiələrinə onun-
la əlaqə qurmağı qadağan etdi. Bir neçə dəfə İmam Əskəriyə 
qarşı sui-qəsd hazırladılar ki, oğlu doğulmamışdan öncə onu 
aradan götürsünlər. Dövlət öz cəsuslarını və məx i hazırlıqla-
rını bu uşağı (Mehdini) axtarıb tapmaq üçün səfərbər etmişdi. 
O uşaq ki, tezliklə doğulmalı idi. Cəsuslar hər bir yerdə imamı 
əhatə etmişdi, hətta evinin daxilində də mövcud idi. Hakimiy-
yət tərə indən edilən bu cür zalım həmlə valideyn olan İmam 
Əskərini  oğlunun  imamətinə  hazırlıq  üçün  bir  sıra  işlər  gör-
mək məcburiyyətində qoydu. Onlardan bəzisi bunlardır: Hic-
rətin 255-ci ilində oğlunun doğulma xəbəri gizlədildi ki, mə-
badə  kimsə  bundan  xəbərdar  olmasın,  yalnız  xüsusi  və  xalis 
şiələri istisna idi. İmam Əskəri həyatdan ayrılacağını bildikdə 
yeganə  oğlu  “M-h-m-m-d”in  imamətinə  nəss  söylədi.  Onu  öz 
xüsusi səhabələrinə, xüsusi tərəfdarlarına tanıtdırdı. Mötəmid 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə