Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə22/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

70
Müctəba Sadət
tanışılıq belə hökm verir ki, Mehdinin xilafət və imaməti mə-
sum, rəsul, ilahi dəstəyə malik İsa Peyğəmbər üçün dərk oluna-
sıdır. Məsum olmadığı halda isə bu Məhdəviyyəti (dəyərli tezi-
si) qavraya bilməyəcək. Elə isə qəbul etməliyik ki, bunun sahibi 
ya peyğəmbər olacaq – hərçənd bu, peyğəmbərliyin sona çatdı-
ğına görə Quranla ziddiyyət təşkil edir –, yaxud da şiə təsəvvü-
rü və izahına əsasən, digər tezislərdə aciz qaldığı şeyləri dərk 
edən  Mehdini  qəbul  etməliyik.  Çünki  Məsihin  (əleyhissəlam) 
əlamətlərini dərk etməyə qadir odur. Həmçinin babasının (sal-
lallahu əleyhi və alih) ümmətini və bütün bəşəriyyəti anlamağa 
qüdrəti çatır.
Beşinci: Dəccalın qəribəliklərinə iman və Mehdi üçün 
eyni şeyləri inkar
Sünni təsəvvürünə görə Dəccal yəhudi millətindən olan bir 
nəfərdir. O nə cindir, nə də mələklərdəndir. İnsan başına gələn-
lər, onun üçün də keçərlidir. O yeyir, içir, ehtiyaclarını ödəyir, 
bazarlarda  gəzişir.  O,  adi  bir  məxluq  kimi  bir  ata  və  anadan 
əmələ gəlib ki, insanların nəzərində Allah, yaxud Rəbb olma-
dığı sübut olsun.
50
 Xəlifələr məktəbi Dəccal hadisələrinə xüsu-
si  olaraq  diqqət  göstərmiş,  Mehdiylə  əlaqədar  hadisələrə  isə 
maraq  dairəsindən  artıq  diqqət  göstərib!  Az  qala  Süfyaniylə 
əlaqədar hadisələr itib batmış, yaxud yox dərəcəsindədir! Hər 
bir səhih sünnədə, ona verilən şərhlərdə, yaxud başqa kitablar-
da Dəccalın taygöz olması barədə rəvayətlər xatırlanıb. Onun 
barəsində yığcam və təfərrüatlı hədislər mənəvi təvatür həd-
dinə çatıb. Heç bir hədis alimi arasında Dəccalın avtobioqra i-
yası, onun Axirəzzamanda çıxacağına iman bəsləmək, sonra İsa 
50
 Bu təri i Qurtubi “Ət-Təzkirə” kitabında Dəccal barədə qeyd edib. Həm-
çinin Nəcmuddin Muhəmməd Əmin Kürdi buna şərh vermiş, bu təri i Mah-
mud  Ğərbavi  də  “Xulasətul-məqal  il-Məsihid-Dəccal”  kitabının  13-cü  sə-
hifəsində qeyd edib. Bu mətləb “Buşral-bəşər  i həqiqətil-Mehdil-muntəzər” 
kitabının 128-ci səhifəsində də qeyd olunub.


71
Məhdəviyyət haqqında nəzərlər
ibn Məryəmin (əleyhiməssəlam) enməsi və onu qətlə yetirmə-
si, habelə bunun Qiyamət günün əlamətlərindən olması, ona və 
xürucuna  iman  bəsləməyin  haqq  və  vacib  olması  barədə  heç 
bir  ikir ayrılığı yoxdur. Bu, Əhlül-ammənin bəslədiyi etiqaddır.
Dəccal  barədə  əhli-sünnə  rəvayətləri  təkid  edir  ki,  əsrlər 
əvvəl doğulmuşdur. Təmim Darinin qissəsidir (Səhih hədis ki-
midir).
51
 Hədis elmində Cəssasə qissəsi kimi məşhurdur.
52
Qeyd edir ki, Təmim Dari Dəccalı Allah Rəsulunun zamanın-
da dəniz adalarının birində görür. Həmçinin bir canlı (Cəssasə) 
yemək, içmək və s. işlərini qaydasına salır. Habelə sübut edilib 
ki, dörd məzhəb məktəbində Dəccal yəhudi əsilli bir adamdır. 
Məşriq tərəfdən zahir olacaq. O, camaat arasında islahat, düz-
lük və dindarlıq iddiası edəcək, sonra peyğəmbərlik, daha son-
ra isə allahlıq iddiası edəcək.
53
 Allah düşməninin başqa məx-
luqatdan  seçilmə  xüsusiyyətləri  və  qəribəliklərindən  sayılan 
şeylər bunlardır (Xəlifələrin ardıcıllarının nəzərinə əsasən):
Min  illərdən  bəri  doğulub.  O  qeybdədir,  dəniz  adalarının 
birində həbs olunub (Cəssasə hədisi).
Göyə yağış yağmasını əmr edər və yağar, yerə üzərində bit-
ki bitməsini əmr edər və bitər.
Günəşi camaatdan saxlayar, sonra bir daha onu hərəkət etdirər.
51
 Albani deyib: Cəssasə hədisi səhihdir. Mütləq şəkildə onda səhih hədislər-
lə zidd olan bir şey yoxdur. Sadəcə orada bir gün baş verəcək şeylərin təfsi-
latı qeyd olunub ki, bəzi səhih hədislərdə gəlməyib. Albaninin əqidə barədə 
ensiklopediyası, Cəssasə hədisi haqqında bab, 1593
52
 Cəssasə hədisinin çıxarışı: Fatimə bint Qeys, Əbu Hüreyrə, Aişə və Cabir 
ibn Abdullahdan:
1 – Səhihi-Muslim, Babul- itəni və əşratis-saəti, h.2942.
2 – Sunənun-Tirmizi, Babul- itən, 2253.
3 – Sunənu Əbi Davud, Babul-məlahim, 4325.
4 – Musnədi Əhməd, Baqi musnədil-ənsari vəl-qəbail, c.6, s.373, 374, 411, 
416, 418.
53
 Təbərani Fəthul-bari kitabı, c.13, s.19-da bunu sabit edən hədis qeyd et-
mişdir.


72
Müctəba Sadət
Onun ölülər və dirilər üzərindəki qüdrəti o həddədir ki, bir 
sıra insanı öldürər, mişarla iki yerə bölər, sonra iki parça ara-
sında gəzər və ona deyər: “Ayağa dur”. O da düz durar.
Yanında iki çay olar. Bir çaya Cənnət deyər, digərinə isə Cəhən-
nəm.  Kim  Cənnət  adlandırdığına  girsə,  Cəhənnəmə  girmiş  olar. 
Kim Cəhənnəm adlandırdığına girsə, Cənnətə daxil olub.
Xarabalığın  yanından  keçərək  deyər:  “Xəzinələrini  çölə 
çıxart”. Onun xəzinələri bal arılarıtək onun ardınca gələr.
Yer yavaş-yavaş onun üçün qoçun yununun bükülməsitək 
bükülər.  Belə  ki,  qırx  gün  ərzində  yer  üzünün  hər  bir  yerini 
gəzə biləcək. 
Onun üç yüksək səslə nidası vardır ki, Şərq və Qərb əhli onu 
eşidəcək. Həmçinin göydən quş tutub, onu günəşdə qızardacaq.
Çaya gəlib, onun üçün axmasını əmr edəcək. O da axacaq. 
Sonra geri dönməsini əmr edəcək, o da geri dönəcək. Sonra qu-
rumasını əmr edəcək, o da quruyacaq. 
Tur və Zeyta dağlarına əmr edəcək və onlar ovulacaq.
Küləyə əmr edəcək və o, dənizdən buludları gətirəcək, yer 
üzünə yağdıracaq.
Gözləri yatsa da, qəlbi yatmaz.
Yer üzünün bütün dillərində danışar.
Burada  Dəccalın  bir  çox  qəribəlikləri  vardır  ki,  əhli-sün-
nənin sihah kitabları onları açıqlayıb. Həmçinin insanı yoldan 
çıxartmaq naminə, göstərəcəyi metodlar da həmin kitablarda 
əks olunub.
54
Çox  təəssü lər  olsun  və  dəfələrlə  təkrar  edirəm  ki,  əh-
li-sünnə Allah düşməninin əli ilə ortaya çıxacaq qəribəlikləri, 
qeyri-adilikləri təsdiqləyir və dəstəkləyirlər. Lakin onlar Meh-
54
 Əhlül-ammənin nəzərində Dəccalın qəribəlikləri barədə, həmçinin bu haqda 
qeyd olunan hədislərlə tanış olmaq üçün bu mənbələrə müraciət edin:
1 – “İqtərabə xurucul-Məsih əd-Dəccal”, Hişam Kamal Əbdülhəmid;
2 – “Xülasətul-məqal  il-Məsih əd-Dəccal”, Mahmud Ğərbavi


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə