Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə26/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

82
Müctəba Sadət
tiki göstəricilərində və əqidə əsaslarında,  iqh üsulu və onun 
qaydalarında, sünnə və kitab maari ində, əxlaq, süluk və ədəb 
elmlərində onlarla kifayətlənirik. Səbəbi isə dəlil və bürhanla-
ra görədir. Həmçinin peyğəmbər və rəsulların ağasının sünnə-
sinə boyun əyməkdir. Hətta əgər dəlillər bizə Ali-Muhəmməd-
dən olan imamlarla müxalifətçiliyə icazə versəydi, yaxud başqa 
məzhəblər əsasında əməl edərək Allaha yaxınlaşmaq niyyətini 
bizə fürsət versəydi, biz cəmiyyətə təsirini çatdırar, yollarına 
müva iq  olar,  səmimi  tərəfdaşlığa  təkid  edər,  açıq  qardaşlığı 
etibarlı sayardıq. Ancaq qəti dəlillər möminin qarşısını kəsir və 
onunla istədiyi arasında maneə yaradır”.
65
 Şiəlik əslincə Allah 
Rəsulunun  çəkmiş  olduğu  bir  metoddur.  Əsaslıq  baxımından 
İslamın hamısıdır. Ona görə də Peyğəmbər buyurub: “Mən sizin 
aranızda iki ağır əmanət qoyub gedirəm: “Allahın Kitabı və itrə-
tim Əhli-beytim. Siz onlardan yapışdığınız halda məndən sonra 
heç vaxt yolunuzu azmayacaqsınız”.
66
Müasir dövrdə şiələrin sayı
Şiə camaatı digər  irqə və toplumlar kimi bu gün yer üzə-
rində yayılıb. Onlar böyük  irqələrdən hesab olunur, geniş əra-
zilərə yayıldığına görə bu gün saylarını dəqiq söyləmək çətin-
dir. Lakin dəlillər şahidlik edir ki, şiələr – öz üç camaatı ilə, yəni 
imamiyyə,  zeydiyyə  və  ismailiyyə  ilə  birlikdə  müsəlmanların 
5,  yaxud  dörddə  birini  təşkil  edirlər.
67
  İmamiyyə  daha  böyük 
toplum olaraq xarakterizə edir ki, ardınca ismailiyyə, onun ar-
dınca isə say kiçikliyinə görə zeydiyyə gəlir. Dünyada şiələrin 
sayı 250-300 milyon nəfər arasında dəyişir. Onlar arasında sayı 
daha  çox  olan  on  iki  imamçı  kimi  məşhur  olan  imamiyyədir. 
65
 Əl-Muraciat, dördüncü müraciət
66
  Səhihi-Muslim,  4425,  Biharul-ənvar,  c.2,  s.99.  Albani  “Silsilətul-əhadi-
sis-səhihə” kitabında bunu səhih hesab edib, 4/355, hədis 1761. Həmçinin 
təriqlərinin məcmuəsini qeyd etmişdir
67
 Şeyx Cəfər Sübhani, “Buhus  il-miləli vən-nihəl”, c.6, s.753


83
Məhdəviyyət haqqında nəzərlər
Onlar İran, İraq, Azərbaycan, Bəhreyn və s. ölkələrdə əhalinin 
çox  hissəsini  təşkil  edir.  Livan,  Küveyt  kimi  ölkələrdə  böyük 
hissəsini, Körfəz ölkələri, Pakistan, Əfqanıstan, Hindistan və s. 
ölkələrin əhalisinin az hissəsini təşkil edir. Lakin bu azlıq özü 
də  böyükdür.  Son  illərdə  şiəlik  ümumiyyətlə  şiəlik  olmayan, 
yaxud çox az olan yerlərdə yayılmağa başlayıb. 
İmamiyyə şiəsinin ideologiyasının xülasəsi
Şeyx Səduq Fəzl ibn Şazana istinad edərək deyir: “Məmun 
(Abbasi  xəlifəsi)  İmam  Əli  ibn  Musa  Rzadan  (əleyhissalam) 
xahiş etdi ki, ona müxtəsər şəkildə İslamın məğzini yazsın. O 
da Məmuna belə yazdı: “İslamın məğzi Allahdan başqa heç bir 
məbud olmadığına, onun şərikinin olmamasına, tək ilah olma-
sına, vahid, yeganə, ehtiyacsız, qüvvətli, eşidən, görən, qüdrətli, 
qədim, icraçı, qalıcı, qə lətə düşməyən alim, aciz olmayan qa-
dir,  möhtaclıq  duymayan  zəngin,  zülm  etməyən  ədalətli,  hər 
bir şeyin yaradıcısı olmasına, onun kimi heç bir şey, bənzərinin 
olmadığına,  habelə  ziddinin,  tayının,  bərabərinin  olmadığına, 
ibadət, dua, rəğbət və dindarlıqla istənilən olmasına şəhadət 
gətirməkdir. 
Habelə şəhadət gətirməkdir ki, Muhəmməd Allahın bəndə-
si,  rəsulu,  əmanətdarı,  seçkini,  məxluqatı  arasından  ən  təmi-
zi, rəsulların ağası, peyğəmbərlərin sonuncusu, aləmlərdə ən 
üstün olanıdır. Ondan sonra heç bir peyğəmbər yoxdur, onun 
dinin dəyişdirilməsi, şəriətinin əvəz olunması mümkün deyil. 
Muhəmməd  ibn  Abdullahın  gətirdiyi  aydın  həqiqətin  özüdür. 
Onu və öncəki Allah rəsullarını, peyğəmbərlərini, höccətlərini 
təsdiq etmək gərəkdir. Habelə “Nə önündən, nə də arxasından 
batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərə in-
dən nazil edib” – olan izzətli, doğru olan kitabını təsdiq etmək 
lazımdır”.
68
 Həmçinin o, bütün kitablar üzərində nəzarətçidir. 
68
 Fussilət, 42


84
Müctəba Sadət
Açılışından  sonuna  qədər  həqqətdir.  Biz  onun  möhkəm  və 
mütəşabihliyinə, xüsusi və ümumisinə, vədə və təhdidinə, na-
six və mənsuxuna, hekayət və xəbərlərinə iman gətiririk, məx-
luqlar arasından kimsə onun bənzərini gətirə bilməz. 
Habelə  şəhadət  gətirmək  lazımdır  ki,  ondan  sonra  dəlil, 
möminlər  üzərində  höccət,  müsəlmanların  işlərinin  icraçısı, 
Quran tərə indən danışan, əhkamını bilən onun qardaşı, xəlifə-
si, vəsisi və vəlisidir. Həmin kəsdir ki, onun Peyğəmbərə olan 
nisbəti Harunun Musaya olan nisbəti kimidir. Əli ibn Əbu Talib 
möminlərin  əmiri,  müttəqilərin  imamı,  alnı  parlaq  olanların 
rəhbəri, vəsilərin üstünü, peyğəmbərlərin və rəsulların elmi-
nin varisidir. Ondan sonra Həsən və Hüseyndir ki, Cənnət gənc-
lərinin  ağalarıdır.  Sonra  Əli  ibn  Hüseyn  Zeynülabidin,  sonra 
Muhəmməd ibn Əli – peyğəmbərlərin elmini yaran, sonra Cəfər 
ibn  Muhəmməd  Sadiq  –  vəsilərin  elminin  varisi,  sonra  Musa 
ibn Cəfər Kazim, sonra Əli ibn Musa Rza, sonra Muhəmməd ibn 
Əli, sonra Əli ibn Muhəmməd, sonra Həsən ibn Əli, sonra isə 
intizarı çəkilən Höccət Qaimdir (Allahın salavatı olsun onların 
hamısına).
Onların  vəsi  və  imamlığına  şəhadət  verirəm.  Şəhadət  ve-
rirəm ki, yer üzü Allahın hər bir dövr və zamanda məxluqatı 
üzərində höccəti olmadan boş qalmaz. Onlar möhkəm dəstək, 
hidayət  imamları,  dünya  əhlinə  höccətdirlər,  Allah  onları  yer 
üzünə  və  üzərindəkilərə  varis  edənə  qədər.  Onlarla  hər  bir 
müxalifətçilik  edən  azğın,  azdırıcı  və  batildir,  həqiqəti  və  hi-
dayəti tərk edəndir. Onlar Quranı izah edənlərdir, Allah Rəsulu 
tərə indən bəyanla danışanlardır. Kim onları tanımadan ölsə, 
cahiliyyət  ölüsü  kimi  ölüb.  Habelə  pəhrizkarlıq,  iqh,  doğru-
luq, namaz, düzgünlük, ictihad, əmanəti yaxşı və ya pis adama 
çatdırmaq, səcdələri uzatmaq, gündüz oruc tutub, gecələri iba-
dətə durmaq, haramlardan çəkinmək, fərəci səbirlə gözləmək, 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə