Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   2   3   4   5   6   7   8   9   ...   54

 
 
 
REPK 30 ildə
 
 12 
anti-pedaqoji xarakter daşıyırdı. Mətbuatda mövcud uşaq kitab-
larından  xalq nağıllarının daha  faydalı olduğu qeyd edilirdi  və 
uşaq  kitablarının  hansı  məzmunda  olması  barədə  təkliflər  irəli 
sürülürdü:  
Ümumiyyətlə, Azərbaycanda  məktəb kitabxana  işinin  və 
sinifdənxaric  mütaliənin  Azərbaycan  Demokratik  Respubli-
kasının  hakimiyyətinə  qədər özünəməxsus  inkişaf tarixi  vardır 
və burada bir sıra müxtəlif tip məktəblər fəaliyyət göstərmişdir. 

 
kilsə məktəbləri;  

 
mədrəsə və yeni tipli müsəlman məktəbləri;  

 
qəza məktəbləri;  

 
şəhər məktəbləri;  

 
ibtidai məktəblər;  

 
natamam orta və orta məktəblər;  

 
sənət və bazar günü məktəbləri. 
XX  əsrin  əvvəllərindən  başlayaraq  dövlət  məktəblərinin 
kitabxanaları  nəinki  şagirdlərin  təlimində,  həmçinin,  yaşlıların 
savadlanmasında,  rus  mədəniyyəti  və  ədəbiyyatının  yayılma-
sında, azərbaycanlılar içərisində rus dilinin öyrənilməsində bö-
yük rol oynamışdır. Kitabxana şəbəkəsi və onun kitab fondu il-
bəil  artmışdır.  Kitabxana  işinin  forma,  metod  və  üsulları  tək-
milləşdirilmiş  və  şagirdlərin  sinifdənxaric  oxu  bacarıqları  for-
malaşmışdır.  Məsələn,1920-ci  ildə  respublikamızda  965  mək-
təb  kitabxanası  var  idisə,  1922-ci  ildə  onların  sayı  1215-ə, 
1930-cu ildə isə 2067-yə çatırdı. Bu dövrdə məktəb kitabxana-
larına  göstərilən  qayğı  kəmiyyət  artımına  da  səbəb  olmuşdu. 
Belə ki, 30-cu illərdə dövlət tərəfindən məktəb kitabxanalarının 
işinin  təkmilləşdirilməsi  ilə  bağlı  bir  sıra  qərarlar  verildi.  Bu 
qərarların  yerinə  yetirilməsi  nəticəsində  məktəb  kitabxanala-
rına  ayrılan  vəsait  artırıldı  və  yeni  məktəb  kitabxanaları  yara-


 
 
 
REPK 30 ildə
 
 13 
dıldı.  Artıq  1940-cı  ildə  respublikamızda  2480  məktəb  kitab-
xanası fəaliyyət göstərirdi.  
1941-1945-ci illərdə müharibə şəraiti ilə əlaqədar məktəb 
kitabxanalarının  sayı  azalaraq  544-ə  düşür.  Ancaq  müharibə 
qurtardıqdan dərhal sonra  məktəb kitabxanalarının sürətlə  bər-
pasına  başlanılır.  Artıq  40-cı  illərin  sonunda  respublikamızda 
1580 məktəb kitabxanası var idi. Müharibədən sonra nəşriyyat-
larda  uşaq  ədəbiyyatının  az  və  məhdud  şəkildə  çap  olunması 
məktəb  kitabxanalarının  yeni  ədəbiyyatla  komplektləşdiril-
məsini  xeyli  çətinləşdirmişdi.  Xüsusilə  də  Azərbaycan  dilində 
uşaq  ədəbiyyatı  xeyli  az  idi.  Buna  görə  də  Azərbaycan  höku-
məti  uşaq  ədəbiyyatının  nəşrinin  genişləndirilməsi  haqqında 
xüsusi tədbirlər həyata keşirirdi. Artıq 60-cı illərin əvvəllərində 
respublikamızda fəaliyyət göstərən 2.657 məktəb kitabxanasına 
2  milyon  477  min  nüsxə  ədəbiyyat  verilmişdi.  Bu  şagirdlərin 
ümumi  dünya  görüşünün  formalaşmasında  və  onların  estetik 
tərbiyəsində mühüm əhəmiyyət kəsb edirdi. 
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə 
hakimiyyətə  gəlişindən  sonra  ölkədə  təhsilə,  mədəniyyətə  diq-
qət  artmağa  başladı.  Təhsil  sistemində  islahatlar  aparılır,  bu 
sistemin bütün pillələrində yenidənqurma işləri həyata keçirilir-
di. Aparılan  islahatlarla  əlaqədar ümumtəhsil  məktəblərinin  və 
ali  məktəblərin  kitabxana  şəbəkələrinin  maddi-texniki  bazası-
nın möhkəmləndirilməsi ön plana çəkilmiş, təhsil sistemi kitab-
xanaları bu sistemin əsas tərkib hissələrindən birinə, atributuna 
çevrilmiş, onlara diqqət və qayğı artmışdı. Təhsil sistemi kitab-
xanalarının  qarşısında  təhsil  prosesinin  təşkilində  yaxından 
iştirak  etmək,  oxucuların  mütaliə  mədəniyyətinin  yüksəldil-
məsinə  xidmət  etmək  vəzifəsi  qoyulmuşdu.  Təhsil  sistemi 
kitabxanaları  böyük  inkişaf  yolu  keçmiş,  ali  məktəb  kitabxa-
naları,  orta  ixtisas  təhsili  müəssisələri  kitabxanaları,  texniki 


 
 
 
REPK 30 ildə
 
 14 
peşə  məktəbi  kitabxanaları,  orta  ümumtəhsil  müəssisələri 
kitabxana şəbəkələri formalaşmışdı.  
İlk  dəfə  1970-ci  ilin  23  yanvar  tarixində  respublika 
Nazirlər Soveti “Ümumtəhsil məktəbləri kitabxanalarının dərs-
lik  fondlarının  pulsuz  təmin  edilməsi  haqqında”  qərar  qəbul 
etdi.  Bu  qərardan  sonra  məktəb  kitabxanalarının  sistemli  və 
ardıcıl  komplektləşdirilməsi  üçün  zəmin  yarandı.  Həmçinin, 
məktəb  kitabxanalarının  yenidən  qurulması,  məktəblilərə  xid-
mət  işinin təkmilləşməsi üçün  mühüm tədbirlər  həyata keçiril-
məyə başlanıldı. 1970-1982-ci illərdə, bütün orta təhsil müəssi-
sələrində  yaradılmış  kitabxanalar  və  onların  kitab  fondu  tədris 
ədəbiyyatı, dərsliklər, dərs vəsaitləri, bədii və elmi  ədəbiyyatla 
zənginləşdirildi.  Belə  ki,  Əgər  1970-ci  ildə  7,9  milyon  nüsxə 
kitab  fonduna  malik  olan  3749  məktəb  kitabxanası  var  idisə, 
1981-ci  ildə  onların  sayı  4238-ə,  kitab  fondu  isə  25,2  milyon 
nüsxəyə  çatmışdı.  Həmçinin,  ölkədə  kitabxanaların  maddi-
texniki  bazası  möhkəmlənmiş,  mövcud  binalar  əsaslı  təmir 
edilmiş,  kitabxanaların  yeni  avadanlıqla  təchiz  edilməsi  işi 
xeyli yaxşılaşmış, kitabxana fondları durmadan zənginləşmişdi. 
Məhz  70-80-ci  illərdə  respublikamızın  qabaqcıl  məktəb 
kitabxanaları  öz  işlərini  xeyli  təkmilləşdirməyə  və  təhsil  sis-
teminin  qarşısında  duran  vəzifələr  səviyyəsində  qurmağa  nail 
olmuşdular.  Artıq  təhsil  kitabxanaları  uşaqların  mütaliəsinə, 
onların  tədris-tərbiyə  prosesinə,  sinifdənxaric  oxunun  təşkilinə 
xidmət edən mədəni-maarif müəssisələri hesab olunurdu. 
Respublika  Elmi  Pedaqoji  Kitabxanası.80-ci  illərdə 
Azərbaycan  hökumətinin  məktəb  kitabxanalarının  işinin  tək-
milləşdirilməsi  sahəsində  həyata  keçirdiyi  tədbirlərdən  biri  də 
məktəb kitabxanalarına elmi-metodik rəhbərliyi həyata keçirən 
Respublika Elmi Pedaqoji Kitabxanasının yaradılması oldu. 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə