Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

 
 
 
REPK 30 ildə
 
 25 
Ümumiyyətlə,  1984-1988-ci  illər  ərzində  bu  kurslarda 
1025 məktəb kitabxanaçısı iştirak etmişdir. 
Məktəb  kitabxanalarının  işinə  elmi-metodik  rəhbərlik 
işini  daha  yüksək  səviyyədə  həyata  keçirmək,  dövrün  tələb-
lərinə uyğun qurmaq məqsədilə respublikamızda məktəb kitab-
xanalarının  fondu  və  kitabxanaçıların  tərkibinin  öyrənilməsinə 
başlayan REPK-nın “Elmi-metodika şöbəsi” 1984-cü ildə Bakı 
şəhəri  və  bütün  rayon  (şəhər)  XMŞ-nin  məktəb  kitabxanaları 
və kitabxanaçıları  haqqında zəruri  məlumatları toplamaq  məq-
sədilə  respublikanın  məktəb  kitabxanalarına  illik  hesabat 
formaları göndərmişdir. REPK-nın  hazırlayıb çap etdirdiyi  hə-
min  hesabat  formalarını  məktəb  kitabxanaları  kütləvi  şəkildə 
işləyib  REPK-ya  göndərmişlər.  Kitabxananın  əməkdaşları  bu 
hesabatlardan səmərəli şəkildə istifadə edərək, məktəb kitabxa-
nalarının işlərinin düzgün qurulmasında yaxından iştirak etmiş-
lər. İlk  illik hesabat blankları 2 formada olmuşdur. Birinci for-
mada  məktəbin  kitabxanası  haqqında  ikinci  formada  isə 
məktəbin kitabxanaçısı haqqında məlumatlar əks olunurdu.  
Birinci hesabat blankları 9 əsas bölmədən ibarət idi: 

 
Məktəbin nömrəsi 

 
Məktəbin ünvanı 

 
Direktorun adı, soyadı 

 
Telefon nömrəsi 

 
Təlim hansı dildədir 

 
Şagird oxucuların sayı 

 
Müəllim oxucuların sayı 

 
Siniflərin sayı 

 
Fondun miqdarı  
 
Hesabatlar  əsasında  respublikada  məktəb  kitabxana-


 
 
 
REPK 30 ildə
 
 26 
larının  vəziyyətini  əks  etdirən  kartotekalar  yaradılmışdır.  Bu 
kartotekalarda bölgələr üzrə  bütün  məktəb  kitabxanalarının  fə-
aliyyəti,  işinin  məzmunu  və  kitabxana  işçiləri  haqqında  geniş 
məlumat  verilmişdir.  Kartotekalara  daxil  edilmiş  məlumatlar 
əsasında  ümumtəhsil  məktəblərinin  kitabxanaları  haqqında  ət-
raflı məlumat əldə etmək mümkündür.  
 
Respublika üzrə ümumtəhsil məktəbləri və onların 
kitabxanaları haqqında
1984-cü ilə aid göstəricilər 
 
Respublika 
üzrə ümumi 
təhsil 
müəssisələrinin 
sayı 
Fondlarının 
miqdarı 
Oxucularının 
sayı 
Kitabxanaçı-
ların sayı 
3550 
23713522 
1775418 
2874 
 
Hər  il  bu  kartotekalar  yeni  məlumatlar  hesabına  təkmil-
ləşdirilirdi.  Burada  çoxlu  qiymətli  faktlar  və  rəqəmlər  vardır. 
Bu  gün  biz  məhz  həmin  kartotekalara  daxil  olan  məlumatlar 
əsasında  respublikamızın  erməni  işğalı  altında  olan  rayonla-
rının  ərazisində  yerləşən  məktəb  kitabxanaları  haqqında  məlu-
mat alırıq.  
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
REPK 30 ildə
 
 27 
Qarabağ ə
razisində olan ümumtəhsil məktəbləri və kitabxanaları 
1984-cü il göstəriciləri 
 
Rayon 
Məktəb-
lərin sayı 
Orta 
məktəb 
8 illik 
İbtidai
 
Kitab-
xanaçı
 
Fond 
Oxucu 
Hadrud 




86152 
27762 
Şuşa 
10 



10 
91262 
15366 
Stepanakert 
12 



12 
266321 
89440 
Martuni 
12 
11 


12 
93937 
4820 
Mardakert 
58 
30 
16 
11 
47 
255239 
9178 
Əsgəran 
28 
15 
13 

25 
112458 
10250 
Ağdam 
95 
82 


60 
432466 
32344 
Kəlbəcər 
89 
28 
42 
19 
24 
389756 
12025 
Laçın 
97 
41 
31 
25 
32 
30741 
8128 
Zəngilan 
58 
17 
24 
17 
16 
178569 
79283 
Qubadlı 
60 
22 
24 
14 
15 
28002 
4511 
Cəbrayıl 
64 
24 
25 
15 
46 
240385 
10192 
Füzuli 
65 
40 
24 

41 
---------- 
9128 
Cəmi: 
654 
328 
207 
108 
346 
2204288 
312427 
 
Görkəmli  rus  kitabxanaşünası  R.L.Qordon  metodik  fə-
aliyyətin  həyata  keçirilməsi  zamanı  xarakterik  cəhətləri  qiy-
mətləndirərkən  göstərmişdir  ki,  metodik  təminatın  ümumi  işə, 
kitabxana  işinin  ayrı-ayrı  proseslərinə  çox  böyük  təsiri  vardır 
və  bu zaman  işin  yeni  forma  və üsulları  meydana çıxır. Xüsu-
silə  kitab  fondunun  tərkibinin  müəyyənləşdirilməsində,  kata-
loqlaşdırmada,  oxucuların  sayının  artırılmasında,  kütləvi  təd-
birlərin keçirilməsində, səyyar kitabxana  fondlarının təşkilində 
metodik  təminatın  mühüm  rolu  vardır.  Metodik  təminat  işi 
kitabxana  işində qabaqcıl təcrübənin öyrənilməsinə də mühüm 
təsir  göstərir.  Məhz  buna  görə  də  REPK-nın  “Elmi-metodika 
şöbəsi”nin  əməkdaşları  respublikada  qabaqcıl  məktəb  kitabxa-


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə