Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

 
 
 
REPK 30 ildə
 
 43 
ri  nəşrlərdir.  Ona  görə  də  kitabxana  alınan  nəşrlərin  zəngin 
elmi  mənbəyini,  informasiya  təminatını  yaratmış  və  təşkil  et-
mişdir. 
Əldə  olan  mövcud  materiallar  təsdiq  edir  ki,  “Elmi-mə-
lumat  və  biblioqrafiya  şöbəsi”nin  işçiləri  bu  işin  öhdəsindən 
gələ  bilmiş,  həmin  sahəyə  dair  soraq-məlumat  aparatının  mü-
hüm  hissəsini  təşkil  edən  kartoteka  sistemini  yaratmış,  onu 
ilbəil  zənginləşdirmiş  və  daha  da təkmilləşdirmişlər.  Sonradan 
kitabxana  özünün  dövri  nəşrlərədair  materiallarının  kitabxana-
daxili  və  kitabxanadan  kənar  təbliğini  gücləndirmək  üçün  bir 
sıra  biblioqrafik  göstəricilərin  də  tərtibinə  və  nəşrinə  başla-
mışdır.  
Xalq  maarifi  pedaqogika.  Pedaqoji  elmlər.  (Qəzet  və 
jurnal  məqalələri)”  adlanan  bu  göstəricilər  cari  və  illik  bib-
lioqarfik  göstəricilər  kimi  çap  edilmişdir.  Göstəricilərin  tarixi 
əhatəsi  geniş  olmasa  da,  onun  məzmunu  və  elmi  dairəsi  çox-
sahəliliyi ilə diqqəti cəlb edir. Maraqlı cəhət budur ki, böyük və 
gərgin əmək sayəsində  bütün nəşrlər cəmi 2  il ərzində  - 1990-
1991-ci illərdə çap edilmişdir: 
1.  Xalq  maarifi.Pedaqogika.  Pedaqoji  elmlər.  (Qəzet  və 
jurnal məqalələri)”. İllik biblioqrafik göstərici. 1985- ci il. I bu-
raxılış. B.,1990-96 s. 
2.  Xalq  maarifi.Pedaqogika.  Pedaqoji  elmlər.(Qəzet  və 
jurnal  məqalələri)”.  İllik  biblioqrafik  göstərici.1986-  cı  il.  I 
buraxılış. B., 1990-86 s. 
3.  Xalq  maarifi.Pedaqogika.  Pedaqoji  elmlər.(Qəzet  və 
jurnal  məqalələri)”.  Cari  biblioqrafik  göstərici.  1988-ci  il.    I 
buraxılış. B., 1990-56 s. 
4.  Xalq  maarifi.Pedaqogika.  Pedaqoji  elmlər.(Qəzet  və 
jurnal  məqalələri)”.  Cari  biblioqrafik  göstərici.  1988-ci  il.  II 
buraxılış. B., 1990-48 s. 


 
 
 
REPK 30 ildə
 
 44 
5.  Xalq  maarifi.Pedaqogika.  Pedaqoji  elmlər.(Qəzet  və 
jurnal məqalələri)”. Cari biblioqrafik göstərici. 1989- cu il. 

 
I buraxılış. Yanvar, - B., 1990-17s. 

 
II buraxılış.Fevral, -B., 1990-7s. 

 
III buraxılış. Mart- aprel,-B.,1990-12 s. 

 
IV buraxılış. May-iyun, - B., 1990-23 s. 

 
V buraxılış. İyul- avqust, -B., 1990- 25 s. 

 
VI buraxılış. Sentyabr-oktyabr, -B., 1990-23 s. 

 
V II buraxılış. Noyabr-dekabr. –B., 1990-20s. 
6.  Xalq  maarifi.Pedaqogika.  Pedaqoji  elmlər.(Qəzet  və 
jurnal məqalələri)”. Cari biblioqrafik göstərici. 1990- cı il. 

 
I buraxılış. Yanvar-aprel, - B., 1990-50s. 

 
II buraxılış. May-iyun, -B., 1990-30s. 

 
III buraxılış.Avqust-sentyabr,-B.,1990-66 s.           

 
IV buraxılış. Noyabr- dekabr, - B., 1990-65 s. 
Onlar kitabxananın 6 illik fəaliyyətini 1985-1990-cı illəri 
əhatə edir. Bu nəşrlər həcm və əhatə dairəsinə görə bir-birindən 
tamamilə  fərqlənirlər.  Məsələn,  1985-ci  ilə  dair  illik  məlumat 
biblioqrafiya göstəricisi 1990-cı ildə 96 səhifədə bir buraxılışda 
çap edilmişdir və burada Azərbaycan dilində olan materiallar 7 
əsas bölmədə verilmişdir. 

 
Qurultaylar, müşavirələr, konfranslar,  

 
Pedaqogika. Psixologiya.  

 
Xalq maarifi və pedaqoji fikir tarixi. 

 
Xalq maarifi işinin təşkili və inkişafı.  

 
Məktəbəqədər tərbiyə. Məktəbəqədər pedaqogika.  

 
Ümumtəhsil məktəbi. Məktəb pedaqogikası.  

 
Yaşlıların ümumi təhsili. 
1986-cı  ilə  dair  cari  biblioqrafik  göstərici  isə  86  səhifə 
həcmində  nəşr edilmiş və burada  Azərbaycan və rus dillərində 


 
 
 
REPK 30 ildə
 
 45 
olan materiallar 60 bölmədə öz əksini tapmışdır. Tərtibçilər hər 
bir  göstəricini  hazırlayarkən  illər  üzrə  materialları  elmi  quru-
luşuna  və  sistemliliyinə  üstünlük  verərək  düzmüşlər.  Çünki 
materialların  genişliyi,  zənginliyi  onu  hər  hansı  bir  çərçivə 
daxilində  cəmləşdirməyə  imkan  vermir.  Buradakı  materiallar-
dan  əsas  və  yarımbölmələr  daxilində  istifadəni  asanlaşdırmaq 
üçün  onlar  sistem  üzrə,  sistem  daxilində  isə  müəlliflər  və  ya 
məqalələrin  sərlövhəsinə görə əlifba üzrə əvvəlcə Azərbaycan, 
sonra isə rus dilində düzmüşlər. 
Bu göstəricilər Azərbaycan biblioqrafiya sahəsində öyrə-
niləsi və geniş tədqiq ediləsi bir işkimi qiymətli mənbələrdir.  
 
Namizədlik  və  doktorluq  dissertasiyalarına  dair  avto-
referatların biblioqrafik gö
stəriciləri 
Milli  və  respublika  kitabxanalarının  kitabsaxlayıcısında 
bu  ədəbiyyatın  müstəsna  əhəmiyyəti  vardır.  Kitabxana  fon-
dunda, soraq-məlumat aparatında o çox məhdud əhatə edilsə də, 
bu  sahənin  oxucu  qrupunun  kəmiyyət  göstəricisi  az  olsa  da, 
maarifin,  mədəniyyətin,  elm  və  texnikanın  inkişaf  etdirilmə-
sində,  elmi  əlaqələrin  təşkili  və  genişləndirilməsində  alim  və 
mütəxəssislərin  tarixi  xidmətlərini  heçnə  ilə  müqayisə  etmək 
olmaz. Ona görə də kitabxanada alim  və  mütəxəssislərə, elmi-
tədqiqat işləri ilə məşğul olan oxuculara xüsusi qayğı göstərilir. 
Elə  kitabxananın  mütəxəssis  oxucular  tərəfindən  tanınması, 
onların  kitabxanaçıların  əməyini  yüksək  qiymətləndirməsi  də 
məhz  bununla  bağlıdır.  Alimlərin,  mütəxəssislərin,  yaradıcı 
ziyalıların,  elmi-tədqiqat  işi  ilə  məşğul  olan  müxtəlif  oxucu 
qruplarının  kitabxanadan  istifadəsinin  təmin  edilməsində  bu 
ədəbiyyat bir növ tənzimləyici, elmi istiqamətverici funksiyanı 
yerinə  yetirir.  Bu  sahəyə  dair  görülmüş  hər  bir  fəaliyyət 
xeyirxahlıq məqsədi daşısa da, ən çox iqtisadi sosial məna kəsb 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə