Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   2   3   4   5   6   7   8   9   ...   54

 
 
 
REPK 30 ildə
 
 19 
vermirdi. Bu vəziyyətlə nə kitabxananın rəhbərliyi, nə də onun 
yaradıcı kollektivi razılaşa bilmirdilər. Dəfələrlə Maarif Nazir-
liyinə kitabxanaya münasib binanın verilməsi ilə bağlı müraciət 
edilməsinə  baxmayaraq  bu  məsələ  həll  olunmamış  qalırdı.  Bu 
vaxt  problemin  həllini  ləngidən  daha  bir  hadisə  baş  verdi. 
REPK-nın  direktoru  T.Ə.İsmixanova  tutduğu  vəzifədən  azad 
olundu. Bu yenicə formalaşmağa başlayan kitabxananın fəaliy-
yətində  və  inkişafında  bir  çox  çətinliklərin  yaranmasına  səbəb 
oldu. Lakin özünün tükənməz mübarizə əzmi, iradəsi, inadkar-
lığı və kollektivin dəstəyi ilə o, 1985-ci ildə yenidən öz vəzifə-
sinə  bərpa  olundu.  Kitabxananın  yeni  bina  ilə  təmin  edilməsi 
məsələsi  yenidən  nazirlikdən  tələb  olundu.  Təəsssüf  ki,  bina 
məsələsi  yenə  də  həll  olunmamış  qalmaqda  idi.  Bu  zaman 
kitabxananın  rəhbərliyi  və  digər  məsul  işçiləri  nazirliyin  razı-
lığı  olmadan,  qorxmazlıq  və  cəsarət  nümayiş  etdirərək  kitab-
xananı  yenicə  istifadəyə verilən Respublika Mərkəzi Müəllim-
ləri Təkmilləşdirmə İnstitutuna məxsus doqquz mərtəbəli bina-
nın  2-ci  mərtəbəsinə  köçürürlər.  Artıq  REPK-a  1985-ci  ildən 
bu  binada  1,5  min  kvadrat  metrlik  bir  sahədə  özünün  bütün 
strukturlarını  tam  şəkildə  bərpa  etmiş  və  geniş  fəaliyyətə  baş-
lamağa nail olmuşdu.  
Qeyd  etmək  lazımdır  ki,  qəbul  edilmiş  bir  sıra  rəsmi 
sənədlər, görülən tədbirlər, elmi axtarışlar, ölkə  hüdudlarından 
kənarda  olan  əsaslı  kitabxanalarla  elmi  və  mədəni  əlaqələr 
kitabxananın  fəaliyyətini  nəinki  tənzimləmiş,  habelə  onun 
həyatında,  kitabxana  işçilərinin  yaradıcılığında  oyanış  əhval-
ruhiyyəsi  yaratmışdır ki,  bu da kitabxananın  bir sıra  nailiyyət-
lər qazanmasına  səbəb olmuşdu.  
 
 
 
 
 


 
 
 
REPK 30 ildə
 
 20 
 
Respublika Elmi Pedaqoji Kitabxanası  
elmi -metodik mərkəz kimi 
 
Dünya  təcrübəsində  kitabxana  işçiləri  və  görkəmli 
kitabxanaşünas  alimlər  belə  bir  qənaətə  gəlmişlər  ki,  metodik 
təminat  işi  kitabxana  işinin  vacib  sahələrindən  biri  kimi 
perspektivlidir  və  onun  inkişaf  etdirilməsi  olduqca  vacibdir. 
Metodik  təminat  dedikdə  ilk  növbədə  kitabxanaların  fəaliy-
yətinin  dinamik  inkişafına  yönəlmiş,  nəzəri  əsaslara  və  mütə-
rəqqi təcrübəyə söykənən, özündə rəngarəng  forma və üsulları 
birləşdirən müxtəlif metodik proseslərin hazırlanıb həyata keçi-
rilməsi  nəzərdə  tutulur.  Bütün  bunlar  əhalinin  kitabxana  xid-
mətinin  optimallaşdırılması  ilə  əlaqədar  meydana  çıxan  prob-
lemlərin  həlli,  idarəetmə orqanlarının qərar və sərəncamlarının 
icrası,  kitabxana  işçilərinin  peşə  səviyyəsinin  artırılması,  nor-
mativ-hüquqi sənədlərin yerinə yetirilməsi, əmək qabiliyyətinin 
artırılması,  bir  sözlə,  kitabxanaların  öz  sosial  funksiyalarının 
həyata  keçirilməsinə  yönəlmişmetodik  tədbirlərin  hazırlanma-
sına və s. yönəldilir. Metodik  vəsaitlərin (tövsiyələrin, göstəri-
cilərin, əsasnamələrin, təlimatların və s.) tərtib edilməsi, kitab-
xana  işçilərinin  yerlərdə  təlimatlandırılması,  kitabxana  işinə 
dair  müşavirə,  seminar,  konfrans,  praktikum,  treninqlərin  təş-
kili, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, kitabxana işinə 
dair  məqsədli  proqramların,  strateji  planların  hazırlanması  və 
həyata keçirilməsi  və s.  iş üsulları  metodik təminatın əsas  for-
malarıdır. 
80-ci  illərdə  respublikamızda  ümumtəhsil  məktəblərində 
kitabxana  xidmətinin  təşkili  və  bu  işə  metodik  rəhbərlik 
dövrüntələblərinə  cavab  vermirdi.  Maarif  Nazirliyinin    bütün 
kitabxanalarına  elmi-metodik  rəhbərlik  çətin  və  mürəkkəb  iş 
olduğu  üçün  böyük  məsuliyyət  tələb  edirdi.  Lakin  REPK-nın 


 
 
 
REPK 30 ildə
 
 21 
rəhbərliyi və ayrı-ayrı şöbələrin işgüzar mütəxəssisləri səy gös-
tərərək  bu  çətin  və  mürəkkəb,  həm  də  məsuliyyətli  məsələnin 
tez  bir  zamanda  həllinə  nail  oldular.  Məhz  belə  mütəşəkkil  iş 
birliyi nəticəsində məktəb kitabxanalarının şəbəkəsi formalaşdı. 
REPK-a yarandığı ildən bu işin elmi əsası düzgün qurulduğun-
dan  burada  kəmiyyət  və  keyfiyyət  göstəriciləri  daha  çox  ol-
muşdur. 
REPK-nın  əsas  struktur  bölmələrindən  biri,  bəlkə  də 
birincisi  olan  məktəb  kitabxana  sisteminə  elmi-metodik  rəh-
bərlik işini həyata keçirən “Elmi-metodikaşöbəsi” 7 ştat vahidi 
ilə  fəaliyyətə  başlamışdır.  Bu  şöbədə  bilavasitə  məktəb  kitab-
xanalarının  metodik  təminat  sistemini  təşkil  edən  metodistlər 
fəaliyyət  göstərirdi.  Onlar  ümumtəhsil  müəs-sisələrinin  kitab-
xanaları  üçün  metodik  vəsaitlər,  təlimati  metodik  məktubların 
hazırlanmasında,  yazılı  və  şifahi  məsləhətlərin  verilməsində, 
həmçinin  məktəb  kitabxanalarının  fəaliyyətinə  dair  statistik 
məlumatların alınması, təhlil edilməsi və məktəb kitabxanaları-
nın  işinə  kömək  məqsədilə  ezamiyyələrdə,  müşavirə  və  kon-
franslarda  iştirak  edirdilər.  Şöbə  metodik  işi  planlaşdırır  və 
onların  icrasını  təşkil  edirdi.  Kitabxananın  “Elmi-metodika 
şöbəsi” öz işini əsasən aşağıdakı istiqamətlərdə qurmuşdu: 

 
-məktəb  kitabxanalarının  fəaliyyətinin  öyrənilməsi, 
metodik və əməli köməkliyin göstərilməsi; 

 
-yeni Kitabxana Biblioqrafiya Təsnifatının (KBT) mək-
təb kitabxanalarının iş təcrübəsinə tətbiqi;  

 
-məktəb  kitabxanalarının  fondlarına  dair  məlumatların 
alınması, təhlili və bu fondların təkmilləşdirilməsi; 

 
-məktəb  kitabxanaçılarının  ixtisasının  artırılması  və 
ideya siyasi səviyyəsinin yüksəldilməsi;  

 
-məktəb kitabxanalarında qabaqcıl iş təcrübəsinin öyrə-
nilməsi və yayılması; 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə