Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   2   3   4   5   6   7   8   9   ...   54

 
 
 
REPK 30 ildə
 
 6 
kəzlərinə çevrilmişdir. Belə mərkəzlər bilik evi adlanırdı. Bilik 
evlərinin  yanında  kitabələri  (lövhəcikləri)  saxlayan  kitabxa-
nalar fəaliyyət göstərirdi”. 
Azərbaycanda  kitabxanaşünaslıq  elminin  banisi,  Bakı 
Dövlət  Universitetinin  Kitabxanaçılıq-informasiya  fakültəsinin 
kitabxanaşünaslıq  kafedrasının  müdiri,  Azərbaycan  Respub-
likasının  Əməkdar  elm  xadimi,  Azərbaycan  Respublikasının 
Əməkdar  mədəniyyət  işçisi,  BMT  yanında  Beynəlxalq 
İnformasiyalaşdırma  Akademiyasının  akademiki,  Prezidentin 
fəxri  təqaüdçüsü,  “Şöhrət”  ordenli,  tarix  elmləri  doktoru, 
professor  A.Xələfov  yazır:  “Yazının  yaranması,  kitabçılığın 
inkişafina  böyük  təsir  etdi.  Kitabı  hazırlamaq  işinə  daha  çox 
insan:  yazı  materialları  (gillövhələr)  hazırlayanlar,  yazı 
mətnlərini  gil  lövhələr  üzərinə  köçürən  mirzələr,  onun  möh-
kəmliyini təmin etməyə xidmət edən emalatxana işçiləri, nəha-
yət, hazır kitabələri toplayıb saxlayan, onun qorunmasını təmin 
edən  kitabxanaçılar  cəlb  edilmişdi.  Kitab  yazıb  oxuya  bilən 
adamların  sayı  çoxalmışdı.  Cəmiyyətdə  baş  verən  bu  mühüm 
proses məktəblərin yaranmasına səbəb oldu”.  
Göründüyü  kimi  ilk  məktəblər  yaranmağa  başladığı 
gündən  təhsil  kitabxanaları  məktəblərin  strukturuna  daxil 
olmuş,  onun  tərkib  hissəsini  təşkil  etmişlər.  Kitabsız  təhsil 
olmadığı kimi, kitabxanasız da məktəb yoxdur. 
Dünyanın  ən  qədim  mədəni  xalqlarından  biri  olan 
Azərbaycanda  təhsil  kitabxanalarının  yaranması,  formalaşması 
və  inkişafı  çox  mürəkkəb  və  çətin  tarixi  şəraitdə  formalaş-
mışdır.  Ərəblərin  işğalından  sonra  islam  dinini  təbliğ  etmək 
məqsədi  ilə  məscidlər  açılmış,  məscidlər  yanında  müsəlman 
məktəbləri-mədrəsələr  təşkil  edilmiş,  onların  nəzdində  isə 
kitabxanalar  yaradılmışdır.  Mədrəsələrin  kitabxana  fondu  ya 
onu  təşkil  edən  adamın  şəxsi  kolleksiyası  hesabına,  ya  da 


 
 
 
REPK 30 ildə
 
 7 
bunun üçün ayrılmış xüsusi vəsait hesabına təşkil olunurdu. İlk 
mədrəsələr Ərdəbildə, Təbrizdə, Bərdədə, Gəncədə və s. böyük 
şəhərlərdə  meydana  gəlmişdir.  İslam  dünyasında  kitabxana 
üçün  xüsusi  formalı  konstruksiyalar  fikirləşmişdilər.  Kitabxa-
nalar  ayrıca  binalarda  yerləşirdilər.  Mərkəzdə  böyük,  hündür 
tavanlı,  bəzəkli  zal  olurdu.  Divarlar  ağardılır,  rəngli  mərmərlə 
bəzədilirdi.  Qapılara    bahalı  pərdələr  asır,  döşəməyə  xalılar 
salırdılar.  Oxucular  bu  xalıların  üstündə  otururdular.  Bu 
kitabxanalarda ilahiyyat kitablarından başqa dünyəvi elmlərə – 
astronomiya, tibb, fəlsəfə, riyaziyyat və s. fənlərə dair kitablar 
var  idi.  Kitablar  rəflərdə  saxlanılırdı.  Ən  qiymətli  kitablar  və 
Quranın  nadir  nümunələri  xüsusi  vitrinlərdə  yerləşdirilirdi. 
Kitabların  tozdan,  həşəratlardan  və  oğrulardan  qorunmasına 
xüsusi  əhəmiyyət  verilirdi.  Bu  işlərə  kitabxanaçı  -sahib- 
cavabdeh idi. Bütün oxuculara pulsuz kağız, mürəkkəb və lələk 
verilirdi.  Çünki  oxucular  adətən  bura  oxumaqdan  çox 
köçürməyə  gəlirdilər.  Mədrəsə  kitabxanaları  ilk  ictimai 
kitabxanalar  hesab  olunur,  bütün  müəllimlər,  tələbələr  və 
təhsilli şəxslər buradan istifadə edə bilərdilər. 
Qeyd  etmək  lazımdır  ki,  mədrəsə  və  məktəb  kitabxa-
naları  hər  şeydən  əvvəl  dinin  təbliğinə  yönəldilsə  də o  dövrdə 
əhalinin  maariflənməsi  baxımından  böyük  rol  oynamışlar.   
1127-ci  ildə  Xoy  şəhərində  Əbu  Ruh  əl  Fərəc  ibn  Abdullah 
ibn-Xələf  əl-Xüvəyyinin  təşkil  etdiyi  mədrəsə,  1134-cü  ildə 
tikilmiş  "Əhmədağa"  mədrəsəsi,  eləcə  də  Əbu  Abdullah 
Məhəmməd  əl-Qəzvini  əl-Maraği  tərəfindən  təşkil  olunmuş 
"Atabəğiyyə" və "Əl-Kafiyəddin" mədrəsələri bu dövrdə Azər-
baycanda maarifin yüksək inkişafına əyani sübutdur.  
XIV-XVəsrdə  Səfəvilərin  mədəni-maarif  quruculuğunda 
həyata  keçirdikləri  islahatlar  Azərbaycanın  milli-mədəni  inki-
şafının vacib tərkib hissəsi hesab olunur. Şah İsmayıl Xətainin 


 
 
 
REPK 30 ildə
 
 8 
kitaba  və  kitabxana  işinə  xüsusi  himayəsi  nəticəsində  bu  sahə 
nəinki  sürətlə  inkişaf  etmiş,  eləcə  də  Azərbaycan  tarixində 
məhz  bu  dövrdən  kitabxanaçılıq  işi  hörmətli  bir  sahəyə  çev-
rilmişdir.  Bu  dövrdə  təşkil  edilmiş  məktəb  və  mədrəsələrlə 
yanaşı,  ali  tipli  təhsil  müəssisələri  nəzdində  də  kitabxanalar 
fəaliyyət  göstərirdi.  Güman  etmək  olar  ki,  ilk  mərhələdə  xeyli 
kiçik  fondu  olan  bu  növ  kitabxanalar,  əsasən,  sonrakı  mərhə-
lədə vəqf olunmuş kitablar hesabına, eləcə də şagirdlərin şəxsi 
səyi  nəticəsində  zənginləşirdi.  Alimlər  tərəfindən  yazılmış, 
məşhur  xəttatlar  tərəfindən  üzü  köçürülmüş,  müzəhhiblər  və 
nəqqaşlar tərəfindən haşiyələrlə bəzədilmiş kitablar bu kitabxa-
nalarda  saxlanılırdı.  Hər  bir  mədrəsənin  kitabxanasında  tədris 
edilən fənlərin təmayülünə uyğun kitablar olurdu. 
Çar  Rusiyası  Şimali  Azərbaycanın  istilasına  nail  olduq-
dan  sonra  burada  məktəb  və  mədrəsələrdən  başqa  qəza,  şəhər, 
müsəlman  və  s.  tipli  məktəblər  açıldı.  İstila  dövründə  təşkil 
edilən  məktəb  və  mədrəsə  kitabxanalarında  kitablar  əlverişsiz 
otaqlarda və guşələrdə pis vəziyyətdə saxlanılırdı. Kitab fondu-
nun  mühafizə  edilməsinə  və  saxlanılmasına  məktəbdarlar  rəh-
bərlik  edirdi.  Məktəb  və  mədrəsə  kitabxanalarının  sayına  və 
kitab fonduna gəldikdə isə bu barədə arxiv sənədlərində, dövri 
mətbuatda dəqiq məlumat azdır.  
Maarifçilik dövründə təhsil bütün sosial bəlalardan qurtu-
luş yolu hesab edilirdi. İnsanın ziyalılıq meyarı onun mütaliəyə 
və  kitaba  olan  münasibəti  idi.  Kitabxanalar  artıq  “gül  bağı”,  
“xəzinə”  deyil,  mütərəqqi  ideyaların  yayılması  üçün  bir  vasitə 
idi. 
1853-cü  ilin  oktyabrında  təsdiq  edilmiş  yeni  nizamna-
məyə  görə  Azərbaycanda  ilk  3  ibtidai  şəhər  məktəbi  (Qubada 
10.XI. 1854,-Lənkəranda 21.XI. 1856,-Ordubadda 15.IX.1854) 
açılmış və onların nəzdində kitabxanalar təşkil edilmişdi.  


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə