Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

 
 
 
REPK 30 ildə
 
 28 
naçılarının  iş  təcrübəsinin  öyrənilib  ümumiləşdirilməsinə  və 
yayılmasına xüsusi diqqət yetirirdilər. 
1984-1987-ci  illərdə  Bakıdakı  17№li  məktəbin  kitabxa-
nası nəzdində yaradılmış “Kitab muzeyi”nin, Şamxor (Şəmkir) 
rayonundakı  Füzuli  adına  şəhər  orta  məktəbi  kitabxanasının 
şagirdlərin peşəyönümlü sahəsindəki, Kirovabad (Gəncə) şəhə-
rindəki  24№li  orta  məktəb  kitabxanasının  kiçik  yaşlı  məktəb-
lilərdə  kitaba  maraq  tərbiyəsi,  Qasım  İsmayılov  (Goranboy) 
rayonundakı  Qızıl  Hacılı  kənd  1№li  məktəb  kitabxanasının 
şagird  mütaliəsinə  rəhbərliyin  təşkili  sahəsindəki  qabaqcıl  iş 
təcrübələrinin  öyrənilib  ümumiləşdirilməsi  və  “Azərbaycan 
məktəbi”  jurnalı  və  “Azərbaycan  müəllimi”  qəzeti  vasitəsilə 
yayılması  Respublika  Elmi  Pedaqoji  Kitabxanasının  əməkdaş-
larının  məktəb  kitabxanalarının  qabaqcıl  iş  təcrübəsinin 
tədqiqi,  təbliği  və  inkişaf  etdirilməsi  sahəsində  gördükləri  işə 
nümunədir. 
Məktəb  kitabxanalarının  təşkili  və  onun  fəaliyyətinin 
daha  da  təkmilləşməsi  sahəsində  respublikamızın  şəhərlərində 
bir  sıra  tədbirlər  həyata  keçirən  REPK-nın  əməkdaşları  öz 
vəzifələrini  həmişə  ləyaqətlə  yerinə  yetirmiş  və  böyük  nailiy-
yətlərə  imza atmışlar. F.Köçərli adına Respublika Uşaq Kitab-
xanası  ilə  birlikdə  1984-cü  ildə  “Ümumtəhsil  və  peşə  məktəbi 
islahatının  əsas  istiqamətləri  və  məktəblilərə  kitabxana  xid-
məti”  mövzusunda Qutqaşen (Qəbələ) rayonunda, 1985-ci  ildə 
isə  “Kitabxana  və  uşaqların  tərbiyəsi”  mövzusunda  Zaqatala 
rayonunda keçirdikləri elmi-praktik konfranslar yerlərdə böyük 
maraqla  qarşılanmış,  o  dövrdə  respublika  mətbuatı  tərəfindən 
yüksək  qiymətləndirilmişdi  (bax  “Mədəni-maarif    işi”  jurnalı, 
1984, № 4). 
REPK-a  metodik  fəaliyyətində  yeni  “Kitabxana  Bibli-
oqrafiya  Təsnifatı”nın  (KBT)  məktəb  kitabxanalarının  iş  təc-


 
 
 
REPK 30 ildə
 
 29 
rübəsinə  tətbiqinə  də  xüsusi  diqqət  yetirirdi.  Bu  məqsədlə, 
1984-cü ilin fevralında Bərdə və Mirbəşir (Tərtər) rayonlarında 
MTİ  ilə  birlikdə  yeni  “Kitabxana  Biblioqrafiya  Təsnifatı”nın 
məktəb kitabxanalarına tətbiqinə həsr olunmuş 6 günlük semi-
nar  keçirmişdi.  1984-cü  ildə  “KBT-nin  Maarif  Nazirliyi  siste-
mində olan kitabxanaların iş təcrübəsinə tətbiqi” haqqında Ma-
arif    Nazirliyinin  27.09.83-cü  il  tarixli,  119  nömrəli  əmri  ilə 
əlaqədar REPK-nın Bakı MTİ və zona MTİ-ləri ilə 1985-1990- 
cı  illər  üçün  birgə  tədbirlər  planı  işlənib  hazırlanmış  və  Azər-
baycan  Maarif  Nazirliyi  tərəfindən  təsdiq  edilmişdi.  Plana  uy-
ğun olaraq 1985-1987-ci illər ərzində kitabxananın əməkdaşları 
MTİ ilə birlikdə Jdanov (Beyləqan), Sabirabad, Saatlı, Ağdam, 
Ağcabədi,  Masallı  və  Ucar  rayonlarında,  Kirovabad  (Gəncə) 
zona  MTİ  ilə  birlikdə  Tovuz,  Qazax,  Şamxor  (Şəmkir)  və 
Xanlar  rayonlarında  və  Kirovabad  (Gəncə)  şəhərində,  Naxçı-
van MTİ ilə birlikdə Babək və Ordubad rayonlarında və Naxçı-
van  şəhərində,  MTİ-nin  Şəki  filialı  ilə  birlikdə  Şəki,  Qax  və 
Vartaşen (Oğuz) rayonlarında KBT-nin məktəb kitabxanalarına 
tətbiqi  mövzusunda  6  günlük  problem-seminarlar  keçirmişlər 
ki,  bu  seminarlarda  650  nəfərdən  artıq  məktəb  kitabxanaçısı 
iştirak etmişdir.  
1986-ci  il  fevralın  26-da  REPK-nın  əməkdaşları  tərə-
findən  Kirovabad  (Gəncə)  zona  MTİ-si  və  Qasım  İsmayılov 
(Goranboy)  rayon  XMŞ  ilə  birlikdə  “Şagirdlər  arasında  kitab 
təbliği  və  mütaliəyə  rəhbərliyin  təşkili”  mövzusunda,  29  mart 
1986-cı  il  tarixində  isə  metodistlərimiz  C.Cabbarlı  adına  Res-
publika  Gənclər  Kitabxanası  və  Respublika  Könüllü  Kitab-
sevərlər  Cəmiyyəti  ilə  birlikdə  Ümumittifaq  uşaq  və  gənclər 
həftəsi  münasibətilə  İmişli  rayonunda  “Yeniyetmələr  və  gənc-
lər arasında bədii ədəbiyyatın təbliğinin təkmilləşdirilməsi yol-
ları” mövzusunda zona seminar müşavirəsi keçirmişlər.  


 
 
 
REPK 30 ildə
 
 30 
REPK-nın  fəaliyyətində  metodik  təlimat  xarakterli  vəsa-
itlərin  tərtibi  çox  böyük  yer  tuturdu.  “Respublika  dövri  mət-
buatında  xalq  təhsili  haqqında  materiallar”,  “Qabaqcıl  təcrü-
bənin  təbliği  və  öyrənilməsi  (1986)”,  “Məktəb  kitabxanası  və 
peşə yönümü (1986)”, “Kiçik yaşlı məktəblilərdə kitaba maraq 
(1986)”,  “Dayaq  kitabxanası  müdirinə  kömək  (1987)”,  “Mək-
təb kitabxanalarında  mədəni kütləvi tədbirlərin təşkili (1987)”, 
“Məktəb  kitabxanasının  pioner  təşkilatı  ilə  əlaqəli  işi  (1987)”, 
“Məktəb  kitabxanalarında  kitab  sərgilərinin  təşkili  (1989)”, 
“Kiçik  yaşlı  məktəblilərə  kitabxana  xidmətinin  təşkili 
(1989)”,  ”Məktəb  kitabxanalarında  elmi-fantastik  ədəbiyyat 
(1989)”,  “Məktəbin  ailə  və  ictimaiyyətlə  əlaqəsi  (1990)”, 
“Ədəbiyyat dərslərində şagirdlərə hərbi vətənpərvərlik tərbiyə-
sinin aşılanması (1990)” və s. adlı metodiki vəsaitlər kitabxana 
işinin  aktual  məsələlərinə  dair  yeni  müddəa  və  tövsiyələri, 
eləcə  də  qabaqcıl  təcrübəni  eyni  vaxtda  bütün  kitabxanalar 
arasında yaymağa imkan verirdi.   
Mövzu,  məzmun,  forma  etibarilə  müxtəlif  olan  həmin 
vəsaitləri birləşdirən ümumi cəhət həmin dövrdə məktəb kitab-
xanalarının  çoxsaylı  oxucularına  kitabxana  xidmətinin  təkmil-
ləşdirilməsi  və  bu  məqsədlə  kitabxananın  bütün  potensial  im-
kanlarından  geniş  istifadə  edilməsi  idi.  Belə  vəsaitlərin  hazır-
lanmasının  metodik  fəaliyyətin  aparıcı  tərkib  hissəsinə  çevril-
məsi,  metodik  vəsaitlərin  mükəmməl  nümunələrinin  meydana 
çıxması,  bu  illərdə  REPK-nın  ali  təhsilli  metodist  kadrlarının 
püxtələşməsinin  nəticəsi  idi.  Onlar  artıq  dövrün  məktəb  kitab-
xanalarının qarşısında irəli sürdüyü mühüm vəzifələri dərk edə-
rək  kitabxanaların  fəaliyyətini  bu  yola  istiqamətləndirən  bilik 
və təcrübəyə malik idilər.  
REPK-nın əməkdaşları kitabxana işinin ayrı-ayrı təşkilati 
və  texnoloji  proseslərinə  həsr  edilmiş  vəsaitlərlə  yanaşı, 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə