Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   2   3   4   5   6   7   8   9   ...   54

 
 
 
REPK 30 ildə
 
 9 
Azərbaycanda  ibtidai  şəhər  məktəblərinin  əsaslı  kitab-
xanalarının kitab fonduna dair dəyərli məlumatlar vardır; 1865-
ci ildə Quba ibtidai məktəbinin kitabxanasında 64 adda kitab, 1 
ədəd  əsas  təlim  metodu  cədvəli,  1  ədəd  səyyar  əlifba,  1  ədəd 
digər tədris vəsaiti (şagirdlərin sayı 48); Ordubad  ibtidai  mək-
təbində  133  adda,  560  nüsxə  kitab  (şagirdlərin  sayı  52),  bun-
lardan  Avropa  dillərində  2  adda,  7  nüsxə,  qalanları  isə  rus 
dilində,  1  qlobus,  2  atlas,  6  şəkil;  Lənkəranda  93  adda,  238 
nüsxə  (şagirdlərin  sayı  58)  kitab  mövcud  idi.  Ümumiyyətlə, 
1865-ci ildə dövlət məktəblərinin (7 qəza, 3 ibtidai) kitabxana-
larında  2075  adda,  6516  nüsxə  və  70  ədəd  digər  tədris  vəsait-
ləri olmuşdur. 
1860-1870-ci  illərdən  başlayaraq,  1864-cü  ilin  iyulunda 
təsdiq edilmiş  “İbtidai  xalq  məktəblərinə dair Nizamnamə”  ilə 
əlaqədar,  dövlət  tərəfindən  şəhər  və  kəndlərdə  yeni  ibtidai 
məktəblər  açılıb  kitabxanalar  təşkil  edildi.  İbtidai  məktəblər 
açılarkən  onun  binası  hazır  olduqdan  dərhal  sonra  kitabxanası 
təşkil  edilirdi.  İbtidai  məktəblər  3  qisimdə-şəxsi,  ictimai  və 
dövlət  məktəbləri  kimi  təşkil  edilirdi.  Açılan  hər  bir  məktəbin 
tarixi  ilə  kitabxananın  tarixi  eyniyyət  təşkil  edirdi.  Ancaq  heç 
də  açılan  bütün  ibtidai  məktəblərin  nəzdində  bu  hal  mövcud 
deyildi.  Belə  ki,  1889-cu  il  məlumatına  görə  Bakı  quberniya-
sında 40 ibtidai məktəbdən 30-nun, 1902-ci il məlumatına görə 
isə Gəncə quberniyasında 119  ibtidai  məktəbdən 96-nın kitab-
xanası var idi. 
Bu  ibtidai  məktəb  kitabxanalarının  kitab  fonduna  dair 
arxiv sənədlərində və dövri  mətbuatda dəyərli  məlumatlar var-
dır.  1867-ci  ildə  75  şagirdi  olan  Mərəzə  məktəbinin  kitabxa-
nasında  47  nüsxə  kitab  olmuşdur.  Bu  dövrdə  Ordubad  ibtidai 
məktəbinin  kitabxanası  daha  zəngin  idi.  Onun  həm  əsaslı  və 
həm  də  şagird  kitabxanası  var  idi.  Onun  əsaslı  kitabxanasında 


 
 
 
REPK 30 ildə
 
 10 
1877-ci  ilin 1  yanvarında 195 adda 431 nüsxə, şagird kitabxa-
nasında 109 adda 114 nüsxə kitab var idi. Həmin ildə Cəbrayıl 
məktəbinin  kitabxanasında  48  adda,  48  nüsxə  kitab  var  idi. 
1884-cü  ildə  Salyan  Normal  kənd  məktəbinin  kitabxanasında 
150 adda, 417 nüxsə kitab qəzet və məcmuə var idi ki, buraya 
Nizami,  Füzuli,  Hafiz,  Sədi  və  başqalarının  əsərləri  ilə  yanaşı 
görkəmli rus yazıçı və şairlərindən Puşkin, Qoqol, Lermontov, 
Ostrovski, Turgenyev və başqalarının əsərləri də daxil idi.  
Keçən  əsrin  60-cı  illərindən  başlayaraq  XX  əsrin  II  on-
illiyinə qədər Azərbycanda ibtidai məktəb kitabxanalarının sayı 
və kitab fondu ilbəil artmışdır. Belə ki,1884-cü ildə Gəncə qu-
berniyasında  olan  18  ibtidai  məktəb  kitabxanasında  (məktəb-
lərin  sayı 119) 4093 nüsxə kitab  var  idi ki,  bunlardan orta he-
sabla  hər  bir  məktəb  kitabxanasına  227  nüsxə  kitab  düşürdü. 
Həmin  ildə  Bakı  quberniyasında  olan  30  ibtidai  məktəb  kitab-
xanasında (məktəblərin sayı 40) 3755 nüsxə kitab var idi və hər 
məktəb kitabxanasına təxminən 125 nüsxə kitab düşürdü.  
1902-ci  ildə  Gəncə  quberniyasında  96  ibtidai  məktəb 
kitabxanasında  45825  nüsxə,  orta  hesabla  bir  kitabxanada  477 
nüsxə kitab  var  idi. Bakı quberniyasında  isə 95  ibtidai  məktəb 
kitabxanasında  52033  nüsxə,  təxminən  bir  kitabxanada  548 
nüsxə kitab vardı. 
Azərbaycanda  Çar  Rusiyası  dövründə  ibtidai  məktəb  ki-
tabxanalarının  kitab  fondu  dövlət  hesabına  zəif  artırdı.  Ancaq 
Azərbaycan  ictimaiyyəti  və  dövrün  qabaqcıl  maarifçiləri  gənc 
nəslin təlim - tərbiyə işində işğalçı dövlətə ümid bəsləmirdilər. 
Onlar  kənd  və  şəhərlərdə  məktəblər  açaraq  onlara  maddi  əşya 
və  vəsaitlə  (pul,  kitab,  paltar,  yanacaq)  yardım  edirdilər.  Xalq 
tərəfindən  toplanmış  pul  məbləğinin  müəyyən  faizi  məktəb 
kitabxanasının  kitab  fonduna  və  digər  tədris  vəsaitlərinə  xərc-


 
 
 
REPK 30 ildə
 
 11 
lənirdi. Həmçinin  bu hesabdan kasıb ailələrin uşaqlarına tədris 
vəsaitləri, paltar alınıb pulsuz verilirdi. 
İbtidai  məktəb  kitabxanaları  aşağıdakı  vəzifələri  yerinə 
yetirirdi:  
1.  Kitabxanalar  kitabları  şagirdlərin  yaş  və  bilik  səviy-
yələrinə  müvafiq  olaraq  seçib  əldə  etməli  idi.  Bu  vəzifənin 
yerinə yetirilməsinə Xalq Maarifi Nazirliyi yanında təşkil edil-
miş Elmi Komitet və ya Pedaqoji Sovetlər, Tədris Dairə İdarəsi 
rəhbərlik edirdilər . 
2.  İbtidai  məktəb  kitabxanaları  şagirdlərdə  mütaliəyə 
həvəs oyatmalı, onlar məktəbdə verilən təlim və təhsili sinifdən 
və məktəbdənkənar mütaliə ilə genişləndirməli və möhkəmlən-
dirməlidirlər. 
3.  Kitabxana  şagirdlərə  kitabdan  müstəqil,  şüurlu,  baca-
rıqlı  istifadə  etmək  vərdişi  aşılamalıdır.  İbtidai  məktəbin  baş-
lıca  vəzifəsi  şagirdlərin  nəinki  mütaliə  vərdişlərini  formalaş-
dırmaq,  həmçinin  onlarda  mütaliəyə  tələbatı  və  kitaba  məhəb-
bəti  inkişaf  etdirmək  və  dərinləşdirməkdir  ki,  məktəbi  bitir-
dikdən  sonra  bu  vərdiş  uşaqların  şəxsi  təhsilində,  onlar 
tərəfindən  kitabların  süurlu  və  səmərəli  mütaliəsinə  kömək 
etsin.  
4. Geniş xalq kütlələrinin  maarflənməsi  məqsədi  ilə  ibti-
dai  məktəb  kitabxanaları  yalnız  məktəblilərə  yox,  kənd  əhali-
sinə-  gənclərə  və  valideynlərə,  məktəbin  yetirmələrinə  də 
xidmət etməli idi.  
5.  İbtidai  məktəb  kitabxanalarının  vəzifələrindən  biri  də 
bütün  il  ərzində  şagirdlərin  mütaliəsinə  müntəzəm  və  ardıcıl 
rəhbərlik etmək idi.  
Şagirdlərin  mütaliəyə  böyük  həvəs  göstərmələrinə  bax-
mayaraq ibtidai məktəb kitabxanalarında uşaq mütaliəsinə dair 
kitablar  azlıq  təşkil  edirdi.  Kitabxanalarda  olan  kitablar  isə 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə