Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   2   3   4   5   6   7   8   9   ...   54

 
 
 
REPK 30 ildə
 
 15 
Azərbaycan Respublikası üzrə elmi-pedaqoji ədəbiyyatın 
milli  kitabsaxlayıcısı,  Maarif  Nazirliyinin  çoxsaylı  kitabxana-
larının elmi-metodik mərkəzi funksiyasını yerinə yetirən, təhsil 
ocaqlarında çalışan və təhsil alan yüz minlərlə oxucunun kitab-
xanalara olan ehtiyacını vahid istiqamətə yönəldən, ədəbiyyatla 
təmin edən Respublika Elmi Pedaqoji  Kitabxanası  (REPK) bir 
sıra çətinliklərə və  maneələrə baxmayaraq təşkil edilmiş və öz 
funksiyasını uğurla həyata keçirmişdir.  
 
REPK-nın  yaradılmasının  maraqlı  tarixi  vardır:  Keçmiş 
Azərbaycan  Respublikası  Maarif  Nazirliyinin  “Azərbaycan 
SSR-də  xalq  maarifinin  inkişaf  etdirilməsi  tədbirləri  haqqın-
da”28 iyul 1982-ci il tarixli, 197 nömrəli əmri ilə nazirliyə tabe 
olan təhsil ocaqlarının bütün strukturlarının rəhbərlərinə göstə-
riş verilmişdi ki, onlar təhsilin, şagirdlərin tədris və tərbiyəsinin 
günün  tələbləri  səviyyəsində  qurulması  ilə  bağlı  konkret  təd-
birlər  hazırlayıb  həyata  keçirsinlər.  Bununla  əlaqədar  olaraq 
Azərbaycan SSR-nin  maarif  naziri  E.Qafarovanın “Respublika 
Elmi  Pedaqoji  Kitabxanasının  yaradılması  haqqında”  1982-ci 
ilin  1  yanvar  tarixində  imzaladığı  332  nömrəli  əmrinə  əsasən 
nazirliyin  səlahiyyətli  strukturlarının  məsul  işçilərinə  tapşırılır 
ki,  1982-1983-cü  illərdə  REPK-nın  açılması  üçün  lazımi 
sənədləşdirməni bir ay müddətinə başa çatdırıb təqdim etsinlər. 
1983-cü  il  24  yanvar  tarixində  isə  İsmixanova  Tamilla  Əşrəf 
qızı  Respublika  Elmi  Pedaqoji  Kitabxanasına  direktor  vəzi-
fəsinə təyin edilir.  
 
 
 
 
 
 
 
 
 


 
 
 
REPK 30 ildə
 
 16 
 
 
 
Eyni  zamanda  REPK-a  fəaliyyətinin  hüquqi  elmi  təmi-
natını  yaradan  “Əsasnamə”sini  hazırlayır.“Əsasnamə”  5  mart 
1983-cü  il  tarixində  keçmiş  Maarif  Nazirliyi  tərəfindən  təsdiq 
edilir. 
“Azərbaycan  Respublikası  Maarif  Nazirliyi  Respublika 
Elmi  Pedaqoji  Kitabxanasının  Əsasnaməsi”nin  ümumi  müd-
dəalarında  kitabxananın  elmi  və  sosial  siması  aşkarlanır. 
“Əsasnamə”nin 1.1. bəndində deyilir: 

 
Respublika  Elmi  Pedaqoji  Kitabxanası  (REPK)  elmi 
sahəvi  kitabxanadır,  xalq  maarifi  işçilərinə  və  respublika 
Maarif  Nazirliyinin  kitabxana  şəbəkələrinə  xidmət  edən  infor-
masiya- biblioqrafiya, elmi metodik və əlaqələndirmə mərkəzi, 
ölkəmizin pedaqoji ədəbiyyatının saxlanan əsas yerdir.  

 
REPK-a  vahid  elmi  pedaqoji  informasiya  sisteminə 
daxildir. Respublikanın  xalq  maarifi  işçilərinə, pedaqoji  müəs-
sisələrinə kitabxana-biblioqrafiya xidmətini həyata keçirir. 
Burada  REPK-nın  Maarif  Nazirliyinin  kitabxanalarının 
nəşriyyat  fəaliyyətinin  ümumi  planınıntərtibçisi  olması  da 
xüsusi qeyd olunurdu ki,  bu da REPK-nın gələcəkdə respubli-


 
 
 
REPK 30 ildə
 
 17 
kada nəşr edilmiş pedaqoji ədəbiyyatın təbliğatçısı və əlaqələn-
diricisi kimi fəal mövqeyini müəyyən edirdi. 
O  vaxt  kitabxananın  harada  məskunlaşacağı  məsələsi  də 
diqqət  mərkəzində  idi.  Belə  ki,  Azərbaycan  Respublikası  ma-
arif  nazirinin  müavini  A.P.Əfəndiyev  3  oktyabr  1983-cü  il 
tarixli,  2584-  PMU  nömrəli  məktubu  ilə  keçmiş  Oktyabr 
(indiki  Yasamal)  rayonunun  Xalq  Maarif  Şöbəsinin  müdiri 
E.Səlimova rəsmi şəkildə müraciət edir ki, rayondakı 161 nöm-
rəli  məktəbin  binasında  REPK-a  üçün  yer  ayrılması  imkan-
larını  nəzərdən  keçirsin,  on  gün  müddətinə  görülmüş  tədbirin 
nəticəsi  haqqında  nazirliyin  rəhbərliyinə  məlumat  versin. 
Maarif  nazirinin  21  noyabr  1983-cü  il  tarixli,  175  nömrəli 
sərəncamı  ilə  əldə  edilmiş  razılığa  əsasən  161  nömrəli  məktə-
bin  direktoru  B.Həşimova  göstəriş  verilir  ki,  məktəbin  birinci 
mərtəbəsində  iki  sinif  otağını  kitabsaxlayıcı  və  işçi  otağı  üçün 
azad etsin. Bu məsələ çətinliklə də olsa həll olunur. 
 
 
 
Kitabxananın quruluşu - direktor, direktor müavini və 15 
yardımçı bölməni özündə birləşdirən 4 müstəqil şöbədən ibarət 
idi.  Şöbələrin  adları  nazirlik  tərəfindən  aşağıdakı  kimi  təyin 
edilmişdi: 
 


 
 
 
REPK 30 ildə
 
 18 
1.  Kitab  mübadiləsi,  komplektləşdirmə,  elmi  tərtibat  şö-
bəsi. 
2. Oxuculara xidmət şöbəsi. 
3. Kitabsaxlama və biblioqrafiya. 
4. Elmi-biblioqrafiya və metodika  şöbəsi.  
Lakin  şöbələrin  adları  məqsəd  və  vəzifələrini  dəqiq 
müəyyənləşdirmək üçün nazirliyin razılığına əsasən REPK-nın 
daxili əmri ilə aşağıdakı kimi dəyişdirilmişdi.  
1. Elmi-kitabişləmə və komplektləşdirmə şöbəsi ; 
2. Elmi-metodika şöbəsi;  
3. Elmi- məlumat və biblioqrafiya  şöbəsi. 
4. Oxuculara xidmət şöbəsi. 
Maarif  nazirinin  5  mart  1983-cü  il  tarixli,  57  nömrəli 
əmrinə  əsasən  kitabxanaya  III  dərəcəli  status  verilmişdir.  Bu 
əmr  kitabxananın  həm  işçi  tərkibini  (kitabxanaya  37  nəfərlik 
ştat  müəyyən  edilmişdir  ki,  bunun  32  nəfəri  bilavasitə  kitab-
xana  işi  ilə  məşğul  olacaq  şəxslər  idi),  həm  də  onun  fəaliyyət 
istiqamətini və funksiyalarını aydınlaşdırırdı.  
Qısa  zaman  ərzində  REPK-nın  şöbələri  öz  işlərini  elmi 
prinsiplər  əsasında  qurmağa  müvəffəq  olmuşdular.  Yalnız  ki-
tabxananın  bir  mühüm  sahəsi  –  “Oxuculara  xidmət  şöbəsi” 
1983-1985-ci  illər  arasında  müvafiq  şərait  olmadığına  görə 
oxucu qəbul edə bilməmişdir.  
REPK-a  yarandığı  gündən  fəaliyyətini  ən  çox  kitab  fon-
dunun komplektləşdirilməsinə, soraq-məlumat aparatının təşki-
linə,  elmi-metodik  işə  yönəltmiş,  bir  sıra  təşkilati  məsələlərin 
həllinə  çalışmış  və  buna  nail  olmuşdu.  Lakin  kitabxana  üçün 
ayrılmış  iki  sinif  otağı  heç  də  onu  qane  edəcək  şəraitin  yara-
dılması demək deyildi. Maddi-texniki  bazanın  hədsiz dərəcədə 
məhdudluğu  onun  geniş  fəaliyyət  göstərməsinə,  işin  tələb 
olunan səviyyədə qurulmasına, sözün  həqiqi  mənasında  imkan 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə