Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə1/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
  1   2   3   4   5   6   7   8   9   ...   54


 
 
 
REPK 30 ildə
 
 1 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
RESPUBLİKA ELMİ PEDAQOJİ KİTABXANASI
 
 
     Tamilla İsmixanova 
Səyyarə Məmmədova 
 
 
 
 
 
 
 
 
 
RESPUBLİKA ELMİ PEDAQOJİ
 
KİTABXANASI
 
 
30 İLDƏ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
-
     BAKI-2013 


 
 
 
REPK 30 ildə
 
 2 
 
Elmi redaktor: Məmmədhəsənova Müslümə İsmayıl qızı 
 
Bədii redaktor: Məmmədova Ülkər İzbail qızı 
 
Baş 

sləhətçi: 
Azərbaycanda 
Kitabxanaşünaslıq 
elminin  banisi,  Bakı  Dövlət  Üniversitetinin  Kitabxanaçılıq-
informasiya 
fakültəsinin 
kitabxanaşünaslıq 
kafedrasının 
müdiri,  Azərbaycan  Respublikasının  Əməkdar  elm  xadimi, 
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, BMT 
yanında  Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyasının 
akademiki, Prezidentin fəxri təqaüdçüsü, “Şöhrət” ordenli tarix 
elmləri doktoru, professor - Abuzər Xələfov. 
 
 
T.Ə.İsmixanova, S.N.Məmmədova. 
Respublika  Elmi  Pedaqoji  Kitabxanası  30  ildə.-  Bakı: 
Nərgiz, 2013. 
 
Müəlliflərin  rəsmi  razılığı  olmadan  kitabın  və  ya  onun 
hər hansı bir hissəsinin təkrar çapı, yayılması, elektron və ya 
mexaniki üsulla surətinin çıxarılması qadağandır. 
Müəllif hüquqları qorunur! 
 
 
 
 
 
 
 
 
Müəlliflər: 
İsmixanova Tamilla Əşrəf qızı 
 
   
           Məmmədova Səyyarə Nazim qızı   
 
2013
795
079
742000000

İ
                 
© “Nərgiz”,  
 2013 


 
 
 
REPK 30 ildə
 
 3 
 
 
 
 
 
 
RESPUBLİKA ELMİ PEDAQOJİ
 
KİTABXANASI
 
 
 
30 İLDƏ
 
 
 
 
I HİSSƏ
 
 
(1983-1990 – cı illər) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tamilla İsmixanova 
Səyyarə Məmmədova 
 


 
 
 
REPK 30 ildə
 
 4 
ÖN SÖZ 
 
Respublika Elmi Pedaqoji Kitabxanası yarandığı vaxtdan 
etibarən  ölkədə  elmi  pedaqoji  ədəbiyyat  fonduna  malik  əsas 
kitabsaxlayıcı  olaraq  həmişə  oxucularla  səmimi  münasibətdə 
olmuş, onların mütaliəyə olan maraq və tələbatlarını ən yüksək 
səviyyədə  ödəməyə  çalışmışdır.  Sizin  qarşınızdakı  bu  kitabda 
kitabxanamızın  30  illik  yubileyi  dövründə  keçdiyi  çətin  və 
şərəfli yoldan ətraflı söhbət açılır. 
Kitabın  birinci  hissəsində  REPK-nın  yaranmasından 
müstəqilliyimizə  qədər  olan  dövrdəki  fəaliyyəti,  Təhsil 
Nazirliyi sistemindəki kitabxanaların elmi-metodik əlaqələndir-
mə  mərkəzi  olaraq  onlarla  apardığı  metodik,  biblioqrafik  və 
kitabxanaçılığın  digər  sahələrini  əhatə  edən  praktiki  fəaliy-
yətindən danışılır.   
İkinci  hissədə,  əsasən,  müstəqillik  illərində  kitabxana 
işinə  bir  prioritet  sahə  olaraq  dövlətimizin  diqqət  və 
qayğısından,  REPK-nın  öz  fəaliyyətində  yeni  metod  və 
texnologiyaların  tətbiqindən  və  bu  işdə  məktəb  kitabxanaları 
ilə qarşılıqlı əlaqəsindən bəhs edilir. 
Bu kitab ümumtəhsil məktəbləri, orta ixtisas müəssisələri 
və  peşə  məktəblərinin  kitabxanaçıları,  həmçinin  ali  və  orta 
ixtisas  məktəblərinin  kitabxanaçılıq  fakültələrinin  bakalavr  və 
magistr  pillələrinin  tələbələri  vəbütün  kitabxana  işi  ilə 
maraqlananlar üçün nəzərdə tutulub. 
 
 
 
 
 
 
 


 
 
 
REPK 30 ildə
 
 5 
 
Azərbaycanda Məktəb Kitabxanalarının İnkişaf Tarixi 
Respublika Elmi Pedaqoji Kitabxanası
 
 
  İlk məktəb kitabxanalarının yaranması və inkişafı. 
 
Azərbaycanın təhsili şərəfli bir yol keçmişdir. Zahirən bu 
sahə  çox  asan  fəaliyyət  sahəsi  kimi  görünür.  Ancaq  təhsil 
sferasının  daxilinə  girdikcə  onun  nə  qədər  mürəkkəb  sahə 
olduğunu aydın hiss etmək olur. Təhsil, təkcə məktəb, direktor, 
müəllim, şagird, valideyn  münasibətlərinin cəmi  deyil. Burada 
tarixi təcrübə, milli ənənə, bəşəri dəyərlər cəmləşmişdir. Təhsil 
sosial piramidanın hər bir təbəqəsinin marağı daxilindədir. Ona 
görə  də  təhsillə  bağlı  hər  bir  sahənin  paralel  olaraq  inkişafı 
labüddür.  Təhsil  ilk  növbədə  bilik  deməkdir.  Bilik  isə  kitab-
larda  toplanmışdır.  Kitabların  cəmləşdiyi  kitabxanaların  təhsi-
lin inkişafında rolu danılmazdır. 
Hələ lap qədim dövrlərdən başlayaraq zəmanəmizə qədər 
fəaliyyət  göstərən  məktəblərin  yanında  təhsil  kitabxanaları 
yaradılmış,  onların  inkişafı  diqqət  mərkəzində  saxlanılmışdır. 
Dünyada  ilk  məktəblərin  yaranması  haqqında  məlumat  verən 
Şumerşünas  alim  S.  Kramer  yazır:  “Şumer  məktəbi  yazının 
kəşfi  və  təkmilləşdirilməsi  nəticəsində  yaranmışdır.  Yazının 
yayılması, 
kütləviləşməsi 
yeni 
sənətkarların-mirzələrin 
meydana  gəlməsinə  səbəb  oldu.  İlk  dövrdə  mirzələr  ancaq 
kitab  yazır,  oxumaqla  məşğul  olurdularsa,  zaman  keçdikcə 
onlar  yazı  yazıb  oxumağı  da  öyrətməyə  başladılar.  Beləliklə, 
ilk  məktəblər  meydana gəldi. İlk  məktəblər (edubbalar)  mirzə-
lərin  evlərində,  sonralar  isə  məbəd  və  saraylarda  yaranmışdı. 
Məktəb  (edubba)  kitabələr  evi  adlanırdı.  Şumer  məktəbləri  ilk 
zamanlar  məbədlərin  yanında  fəaliyyət  göstərmiş,  tədricən 
müstəqilləşmişlər. Şumerdə kitabələr evi adlanan məbədlər  isə 
zaman  keçdikcə  təkamülə  məruz  qalaraq  mədəni-maarif  mər-


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə