Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 

15 


 

Müsibət zikri 

 

Məhərrəmin  ikinci  günü  arxada  qaldı.  Hicri  61-ci  il–belə  bir  gündə  haqq  cəbhəsi  Hüseyn  ibn  Əlinin  (ə) 

rəhbərliyi  altında  öz  qətlgahına  gəldi.  Hərbə  aldığı  əmrə  əsasən  dedi:  “İbn  Ziyadın  yazılı  hökmü  var  və  sizi 

buradan  bir  addım  olsun  uzaqlaşmağa  qoya  bilmərəm.”  Həzrət  buyurdu:  “Bu  yerin  adı  nədir?”  Həmin  yeri 

tanıyanlar  bildirdilər  ki,  bu  yer  Kərbəla  adlanır.  İmam  buyurdu:  “Pərvərdigara,  pənah  aparıram  Sənə  kərb  və 

bəladan.”  Bu  yer  Kərbəla  idi.  Haqpərəstlər  üçün  möhnət  məkanı!  Bir  vaxt  Hüseynin  (ə)  atası  Əli  (ə):  “Bura 

həqiqi haqpərəst aşiqlərin qanına bələndiyi yerdir” buyurmuşdur.  

Əbi-Əbdillah (ə) qardaşlarına, övladlarına və səhabələrinə buyurdu: “Çatmalı olduğumuz yerə yetişdik. Bura 

qanımızın  axıdılacağı  yerdir.  Bu  yerdə  bizim  uşaqlar  zibh  olar.”1   Xeymələr  hər  tərəfdən  qoruna  biləcək  bir 

yerdə quruldu. Hamı təəccüb edirdi ki, nə üçün otsuz-susuz yer seçilib? Bir qədər irəlidə xurmalıqlar və kəndlər 

vardı! Nə üçün? Amma imamın sözlərindən anladılar ki, bura Hüseyn (ə) dünyaya gələn gün peyğəmbər işarə 

etdiyi yerdir. Yaşlılar məsələni daha tez anladılar. Körpələr də yavaş-yavaş bu yerin qəribəliyini başa düşdülər. 

Necə  də  böyük insanlar  olmuşdur!  Tarixin  nümunəvi insanları! Onların mislini  tapa  bilmərik. Onlardan  sonra 

kim  gəldisə  həmin  yolu  getdi.  Biz  nəinki  Hüseynin  məqamını  tanımaqda  acizik,  hətta  onun  səhabə  və 

körpələrini  də  tanıya  bilmərik.  Onun  şücaətli  xanımlarını  da  tanımağımız  mümkünsüzdür.  Atasının 

şəhadətindən sonra azyaşlı körpə imama  yaxınlaşıb dedi:  “Ağa! Mənə icazə ver ki, meydana  gedim. Mən də 

canımı  fəda  etmək  istəyirəm!”  Həzrət  buyurdu:  “Xeyməyə  qayıt,  atanın  şəhadəti  sənin  üçün  bəsdir.”  Amma 

uşaq yenə də israr etdi. İmam buyurdu: “Sənin anan var və gözünü sənə dikib.” Uşaq boynunu büküb dedi: “Ey 

mənim ağam! Anam mənə əmr etdi ki, icazə alım.”2  

 

Dördüncü məclis 



 

Həzrət Əlinin (ə) hakimiyyətinin ilk günlərindən nifaq baş qaldırdı. Həzrət Əliyə beyət üçün öndə gələnlərin 

çoxu rifahlı yaşayış istəklərinə imamdan mənfi cavab aldıqdan sonra onun hakimiyyətinə qarşı çıxdılar.  

 

Cəməl qovğasının ərsəyə gəlməsi 



 

Osmanı kafir sayan, onun qətlini istəyən Ayişə Osman öldürüldükdən sonra Məkkədə baş qaldırdı. Hərbud-

Dar adlı yerdə Osmanın qətl xəbərini eşitdiyi vaxt şükür etdi və xoşhal oldu 3  Ayişə soruşdu ki, bəs sonra nə 

oldu?  Dedilər  ki,  bilmirik.  Bir  neçə  gündən  sonra  xəbər  gəldi  ki,  xalq  Əliyə  beyət  edib.  Bu  xəbər  Ayişəni 

pərişan etdi. O dedi: “Nə üçün Əli? Nə üçün Təlhəyə beyət etmədilər?” Mədinə yolunda ikən Məkkəyə qayıtdı! 

Ayişə sözünü dəyişib dedi: “Osman məzlumcasına öldürülüb, onun intiqamını almaq lazımdır!” 

O, həzrət Əlinin ədalət və təqva nümunəsi olduğunu və xalqa rəhbərlik kürsüsünə oturduğunu gördüyündən 

başqa söz tapmayıb dedi: “Osmanı məzlumcasına öldürdülər.” 

Digər  bir  tərəfdən,  Osmandan  aldığını  Əlidən  (ə)  ala  bilməyən  Təlhə  və  Zübeyr  ona  qarşı  çıxdı.  Onların 

müxalifliyinin  əsas  səbəbi  həzrət  Əlinin  (ə)  Peyğəmbər  (s)  və  Quran  buyruqları  əsasında  hərəkət  etməsi  idi. 

Onlar Ayişənin narazılığından xəbər tutub Ümrəyə getmək üçün imamdan icazə istədilər. Həzrət buyurdu: “Siz 

                                                 

1

 “Məqatili-müqərrəm”, s. 192 



2

 “Uyunul-ibri”, s. 130 

3

 “Əl-insabi-Bəlazəri”, c. 5, s. 91 




 

16 


Ümrə üçün yox, başqa iş üçün gedirsiniz. Unutmayın ki, mənə beyət etmisiniz. Öz beyətinizi pozmayın.” Onlar 

Məkkəyə yola düşdülər və bir qrup narazı şəxsi də özlərinə yoldaş etdilər.1  

Ayişə  qəbilə  başçılarını  çağırıb  dedi:  “Mən  sizin  əziz  ananızam,  siz  övladlarıma  əmr  edirəm  ki,  mənə 

qoşulasınız  və Osmanın intiqamını  onun  qatillərini başına  toplamış  Əlidən (ə) alaq.  Müsəlmanlar  da Əlini  (ə) 

kənarlaşdırıb layiqli bir şəxsi seçsinlər. Övladlarımın sizin hamınızdan üstün olan iki nəfəri, Təlhə və Zübeyr də 

mənim əmrimə təslim olmuşdur.”  

Bu  çıxışlardan  sonra  bir  qrup  adam  Ayişəyə  qoşuldu.  Onlar  ilk  addımda  Bəsrəyə  hücum  etdilər. 

Əmirəlmömininin tərəfindən Bəsrəyə təyin olunmuş hakimi işdən kənarlaşdırdılar və olduqca böyük cinayətlərə 

yol  verdilər.  Həzrət  Əli  (ə)  bu  cinayətdən  xəbər  tutub  Kufəyə  nümayəndə  göndərdi  ki,  əksəri  əhli-beyt  dostu 

olan  əhali  imamı  himayət  etməyə  dəvət  edilsin.  Qoşun  hazırlandı  və  nəhayət  əksəri  kufəlilərdən  ibarət  olan 

mücahidlər Bəsrəyə üz tutdu. İki qoşun qarşı-qarşıya mövqe tutdu. Müsəlmanlar ilk dəfə idi ki, bir-birinə qarşı 

dayanırdı. Məhz bunu nəzərə alaraq həzrət Əli (ə) savaşın qarşısını almaq üçün çox çalışdı. 2  Həzrət Əli (ə) öz 

ilahi  uzaqgörənliyi  ilə  hiss  edirdi  ki,  bu  savaş  böyük  müsibətlər  üçün  müqəddimə  olacaq  və  Müaviyənin 

hakimiyyəti üçün zəmin yaradacaq. 

Soruşula bilər ki, Şamda olan Müaviyənin Bəsrə və İraqla nə əlaqəsi vardı? Cavab olaraq deməliyik ki, məhz 

bu  savaş  Müaviyənin  Şamdakı  mövqeyini  möhkəmləndirdi  və  həzrət  Əlini  (ə)  Cəməl  savaşına  məşğul  etdi. 

Müsəlmanlardan böyük bir hissəsi şəhid oldu, imamın üstünə qılınc çəkənlərin çoxu öldürüldü, qəlblərdə elə bir 

kin  yarandı  ki,  Siffeyn  döyüşündə  vilayət  qüvvələrində  bu  güc  yox  idi.  (Müaviyə  peyğəmbər  (s)  dünyasını 

dəyişən  gündən  atası  Əbu-Süfyanın  göstərişi  ilə  hökuməti  ələ  keçirmək  üçün  qurğu  qurmaqla  məşğul  idi. 

Osmanın  qətl xəbəri  ona çatdıqda xəlifənin qanlı köynəyini  Əməvi  məscidində  göyə qaldırıb  dedi:  “Biz  onun 

tərəfdarıyıq və qatillərini öldürməliyik. Əli bu qətlin ən böyük rəhbəridir!” Hansı ki, Osman mühasirədə olduğu 

vaxt  Müaviyədən  kömək  istədikdə  Müaviyə  onun  istəyinə  sükutla  cavab  vermişdi.  Amma  Əli  (ə)  Osmanın 

öldürülməsi ilə müxalif idi.)  

Cəməl əshabı imamın nəsihət və məktublarına etinasızlıq və inadkarlıqla cavab verdi və savaş başladı. Batil 

cəbhəsində  ilk  gündən  təfriqə  yarandı.  İlk  namazda  pişnamazlıq  (imamət)  üstə  Təlhə  və  Zübeyr  arasında 

mübahisə başladı. Ayişə dedi: “Siz heç biriniz cəmiyyət namazında imam olmayın. Bir gün Təlhənin, o biri gün 

Zübeyrin  oğlu  (Ayişənin  bacısı  oğlu)  pişnamaz  dayansın.”  Ayişənin  təklif  etdiyi  iki  gənc  də  ilk  addımda 

mübahisəyə  başladı.  Nəhayət,  qərara  gəldilər  ki,  püşk  atsınlar.3   Həzrət  Əlinin  təlaşları  bir  nəticə  vermədi. 

Savaşdan  öncə  həzrət  Əli  (ə)  Zübeyrə  buyurdu:  “Peyğəmbərin  (s)  yanında  olduğumuz  gün  yadındadırmı? 

Həzrət üzünü sənə tutub buyurdu ki, Əliyə zülm edəcəyin halda ona qarşı dayandığın günü görürəm!” Zübeyr 

həzrətin  dediklərini  təsdiqlədi.  Həzrət  buyurdu:  “Bu  həmin  gün  deyilmi?  Sən  beyəti  pozub  mənim  qarşımda 

dayanmısan. Ey Zübeyr, nə etmək istəyirsən?” Zübeyr dedi: “Artıq nə səninlə, nə də sənə qarşı ola bilərəm.”4  

Zübeyr  həzrət  Əliyə  (ə)  qarşı  çıxmağın  zülm  olduğunu  yada  saldıqda  işin  vacib  olduğunu  başa  düşdü. 

Bununla belə o həzrəti himayə etmədi. O həmin məqamda azğın qoşuna elan etməli idi ki, onların yolu batildir. 

Zübeyr  Ayişəyə  deməli  idi  ki,  sən  bizi  buraya  boş  yerə  gətirmisən.  Həzrət  Əliyə  (ə)  deməli  idi  ki,  əlini  aç, 

yenidən  sənə  beyət  edim.  Həmin  vaxt  Zübeyr  bu  sayaq  hərəkət  etsəydi,  bu  gün  əlimizi  Allah  dərgahına  açıb 

Hürrə  dua  etdiyimiz  kimi  Zübeyrə  də  dua  edərdik.  Bu  gün  bütün  şiələr,  hətta  həzrət  Mehdi  (ə)  Hürrün  qəbri 

başında  dayanıb  ona  salam  verir.  Bir  sözlə,  Zübeyr  öz  qoşununun  yanına  döndü.  Oğlu  dedi:  “Əli  (ə)  sənə  nə 

dedi?  Zübeyr  cavab  verdi:  “Əli  (ə)  Peyğəmbərin  (s)  bir  buyuruğunu  yadıma  saldı.  Artıq  bu  mövqedə  dayana 

bilmərəm.”  Oğlu  Abdullah  dedi:  “Xeyr,  Əlinin  (ə)  və  yoldaşlarının  kəsik  qılıncı  səni  qorxuya  salıb.”  Zübeyr 

təəccüblə  dedi:  “Zübeyr  qılıncdanmı  qorxur?!  İndi  görərsən!”  Bu  sözləri  deyib  atına  süvar  oldu,  qılıncını 

sıyırıb,  həzrət  Əlinin  (ə)  qoşununa  hücum  etdi.  Həzrət  Əli  (ə)  buyurdu:  “Yolu  açın,  onun  vuruşmaq  fikri 

yoxdur. O, sadəcə, qüdrətini nümayiş etdirir. Qoşun Zübeyrin sağından-solundan qaçdı. O geri qayıdıb oğluna 

dedi:  “Gördünmü  ki,  mən  vuruşmaqdan  qorxmuram.  Amma  Əlinin  (ə)  xatırlatmasından  sonra  vuruşa 

bilmərəm.”  Sonra  Zübeyr  meydanı  tərk  etdi  və  Hicaza  üz  tutdu.  Bir  şəxs  yolda  ondan  soruşdu:  “Ey  Zübeyr, 

hara  gedirsən?  Zübeyr  dedi:  “Vuruşmuram.”  Kişi  dedi:  “Xalqı  meydana  çəkdin,  özün  gedirsən? Zübeyr  dedi: 

“Mən elan etdim.” Kişi dedi: “Namazın vaxtıdır. Sən öndə dayan, birlikdə namaz qılaq.” Həmin şəxs namazın 

ortasında arxadan hücum edib Zübeyri öldürdü. Onun başını bədənindən ayırıb həzrət Əlinin (ə) yanına gətirdi. 

Həzrət Əli (ə) Zübeyrin qılıncını və başını görüb ağladı və buyurdu: “Çox olub ki, bu qılınc həzrət Peyğəmbərin 

(s)  çöhrəsindən  pərişanlığı  aparıb!”  Bəli,  Zübeyr  İslam  cihadlarında  az  qılınc  çalmamışdır.  O  ilkin 

                                                 

1

  “Əl-imamət vəl-siyasət”, c. 1, s. 70 



2

 “Əl-təbəqatul-kubra”, c. 3, s. 158 

3

 “Tarixi-Təbəri”, c. 5, s. 168, 169 



4

 “Əl-imamət vəl-siyasət”, c. 1, s. 97 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə