Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Əbu-Süfyan həmin böyük qoşunu görüb riyakarlığa əl atdı və Abbasa dedi:  “Bizi Məhəmmədin yanına apar, 



mən də İslamı qəbul edim.” Əbu-Süfyan peyğəmbərin (s)  yanına gəlib İslamı qəbul etdiyini dilə gətirdi və ilk 

addımda  peyğəmbərdən  (s)  muzd  istədi.  Peyğəmbər  (s)  onun  evini  əmin-aman  elan  etdi.  Həzrət  buyurdu: 

“İslam  qoşunu  Məkkəyə  daxil  olan  vaxt  kim  Əbu-Süfyanın  evində  olsa  amandadır.”1   And  olsun  Allaha  ki, 

Əbu-Süfyanın qəlbində iynə ucu qədərincə iman yox idi.2 Rəvayətçisi Əbu-Həmzə Somali olan ramazan ayının 

sübh minacatında imam Səccad (ə) Allah dərgahına belə ah-nalə edir: “Pərvərdigara! Dildə iman gətirib, qəlbən 

iman  gətirməyən  bir  güruh  vardı.  Onlar  qanlarının  tökülməməsi  üçün  iman  gətirdiklərini  iddia  etdilər  və  bu 

istəklərinə  çatdılar.” 3    Əlbəttə  ki,  Əbu-Süfyanın  qəlbi  peyğəmbərə  məlum  olsa  da,  onun  zahirən  iman 

gətirməsini  qəbul  etmək  İslam  hökuməti  üçün  məsləhət  idi.  Amma  Əbu-Süfyan  elə  ilk  addımda  fitnə-fəsad 

yolunu getdi, bəni-haşimin peyğəmbərin risaləti vasitəsi ilə əldə etdiyi hakimiyyəti onlardan almaq barədə plan 

cızdı. Əgər Quran ayələrinin nazil olma şənini araşdırsanız, görərsiniz ki, nifaq və münafiqlərlə bağlı surələrin 

əksəri Peyğəmbərin (s) ömrünün son illərində nazil olmuşdur. Əlbəttə ki, hicrətin ilk əvvəlində də münafiqlər 

vardı.  Amma  həmin  vaxt  münafiqlərin  əksəri  dildə  İslamı  qəbul  etmiş  yəhudilər  idi.  Hicrətin  6-cı  ilindən 

başlayaraq  münafiqlərin  təhlükəsi  ciddiləşdi.  Nifaq  cəbhəsinin  əksər  üzvləri  qəbilə  başçıları  və  böyüklər  idi. 

Onlar  zahirdə  İslamı  qəbul  etmişdilər.  Münafiqlərin  qurğusu  o  qədər  cəsarətlə  irəliləyirdi  ki,  hicrətin  onuncu 

ilində  münafiqlər  o  həzrəti  qətlə  yetirmək  fikrinə  düşdülər.  “Qədir-Xumda”  Allah-təala  peyğəmbəri  arxayın 

edərək  buyurdu:  “Allah-təala  səni  xalqın  zərərindən  qoruyur.” 4    Peyğəmbər  (s)  xəbər  tutdu  ki,  məxfi 

məclislərdə münafiqlər  gizli  planlar  cızır. Həzrət  Əlinin (ə)  canişin  elan olunması  onların  təhlükəli  reaksiyası 

ilə müşayiət oluna bilərdi.  

Peyğəmbərin  (s)  ömrünün  son  illərində  batil  cəbhəsi  daha  çox  nifaq  surətində  özünü  büruzə  verirdi.  İslam 

üçün  münafiqlər  kafirlər  və  müşriklərdən  daha  təhlükəlidir.  Bu  səbəbdən  də  Quranın  bir  surəsi  münafiqlər 

haqqındadır. Peyğəmbərə nazil olmuş son surələrdən olan “Tövbə” surəsinin də böyük bir hissəsi münafiqlərin 

təhlükəsindən danışır. 

 

İslamla düşmənçilik Bəni-Üməyyənin məqsədi idi. 

 

Bəni-Üməyyənin  əsas  məqsədi  İslamın  bünövrəsini  laxlatmaq  və  hakimiyyəti  ələ  keçirmək  idi.  Onların  öz 



təbirləri  ilə  desək,  Bəni-Üməyyə  Bəni-Haşimin  kökünü  qazımaq  istəyirdi. Onlar  bu  məqsədi  həyata keçirmək 

üçün  pul,  bər-bəzək,  siyasətbazlıq,  hərbi  qüvvə  və  xarici  əlaqələrdən  istifadə  edirdilər.  Onlar  öz  məqsədlərini 

riyakarcasına izləyirdilər.  

Həzrət Peyğəmbər  (s) ömrünün  son  günlərində  buyurdu:  “Yazmaq  üçün bir şey  gətirin.  Sizin  üçün  bir  şey 

yazım ki, heç vaxt azmayasınız.”5  

Həmin  vaxt  tanınmış  səhabələrdən  biri  ayağa  qalxıb  dedi:  “Xəstəlik  peyğəmbərə  (s)  güc  gəlir  və  Allahın 

kitabı bizim üçün bəsdir!” (Bəzi rəvayətlərdə bildirilir ki, bu şəxs “peyğəmbər sayıqlayır” demişdir.) 

Haqqında Allahın “o həva-həvəsdən danışmır, nə deyirsə vəhydir” buyurduğu bir şəxs belə bir münasibətlə 

üzləşdi. Hansı ki, o, adi bir vəziyyətdə idi və yazmaq üçün bir şey istəyirdi.  

Axı  necə  qəbul  edə  bilərik  ki,  bu  şəxsi  danışdıran  şəxsi  rəyidir?  Onun  sözünün  ardınca  bir  dəstə  hay-huy 

saldı  və  onun  sözlərini  təkrarladı.  Aydındır  ki,  bu  mövqe  peyğəmbər  yolunun  davamından  nigaran  olanların 

mövqeyidir.  

Nə  üçün  həzrəti  istədiyini  yazmağa  qoymadılar?  Axı  o  nə  yazmaq  istəyirdi?  Yoxsa  namaz  qılmağı,  zəkat 

verməyi,  zinadan  çəkinməyi,  şərab  içməməyi,  bir  Allaha  sitayişi  tapşırırdı?  Axı  bunları  Quran  demişdi!  Bəli, 

Peyğəmbər  (s)  gələcək  rəhbərlik  haqqında  yazmaq  istəyirdi.  Məhz  bu  məqsədin  həyata  keçməsi  bəzilərini 

narahat etdi.  

Mənə  elə  gəlir  ki,  əgər  Peyğəmbər  (s)  həmin  vaxt  təkid  göstərsəydi,  onu  öldürər,  amma  yazmağa 

qoymazdılar.  Yəni  peyğəmbərin  (s)  evində  qılınclar  sıyrılardı  və  daxili  bir  savaş  qopardı.  Beləcə,  İslamın 

kökünə balta çalınardı. Bu səbəbdən də Peyğəmbər (s) buyurdu: “Qalxın, məndən uzaqlaşın!” 

                                                 

1

 “Bihar”, c. 21, s. 119 



2

 bax: “Hucurat”, 14 

3

 “Məfateh”, Əbu-Həmzə Somali duası 



4

 “Maidə”, 67   

5

 Buxari, “Kitabul-elm”, c. 1, s. 22, 23; “Səhih-Muslim”, Kitabul-vəsiyyə 



 


 

10 


Hər  halda,  bu  mütəşəkkil  qrup  (yəni  münafiqlər  cəbhəsi)  öz  gizli  təşkilatları  ilə  peyğəmbərin  ömrünün 

sonunda öz planlarını həyata keçirdilər.  

 

Münafiqlər peyğəmbər yolunun düşmənləridir 

 

Əllamə Təbatəbai “Munafiqun” surəsinin son ayələrini təfsir edərkən belə bir sual verir: “Qurani-kərim nifaq 



təşkilatının  təhlükəsi  haqqında  təkrar-təkrar  xəbərlər  verir.  Nə  üçün  peyğəmbərin  (s)  vəfatından  sonra  bu 

təşkilatdan  danışan  olmadı?  Yoxsa,  Peyğəmbər  (s)  vəfat  etdiyi  an  bütün  münafiqlər  tövbə  edib  həqiqi  İslama 

qoşuldu? Bu necə təhlükə idi ki, peyğəmbərin (s) həyatı dövründə ciddi sayılırdı, onu vəfatından sonra aradan 

qalxdı?  Guya  bir  anda  bütün  münafiqlər  Allah  və  peyğəmbərə  müti  oldular!  Nə  üçün  peyğəmbərin  (s) 

vəfatından  sonra  iyirmi  beş  il  münafiq  sözü  gündəmə  gəlmədi  və  sakitlik  hökm  sürdü!  Amma  elə  ki  Əli  ibn 

Əbi-Talib hakimiyyətə keçdi, yenidən həmin qovğalar başladı! 

Peyğəmbərin (s) vəfatından sonra onun Əlinin (ə) canişinliyi haqqındakı təkrar-təkrar göstərişlərinə, Qədir-

Xumda xalqdan Əli (ə) üçün beyət almasına baxmayaraq, xalq başqa bir yolla getdi.  

Böyük Misir alimi Əbdül-Fəttah Əbdül-Məqsud “İmam Əli (ə)” kitabında yazır: “Əfsus ki, ilk gündən haqqı 

sahibinin əlinə vermədilər, qoymadılar ki, İslam və müsəlmanlar bütün müşkül və bədbəxtliklərlə üzləşməsin.”  

Əgər Peyğəmbərdən (s) sonra dərhal həzrət Əli (ə) imamət və rəhbərliyi əlinə alsaydı, risaləti qeyblə bağlı 

peyğəmbər  yolu  davam  edərdi.  Amma  bəziləri  şəxsi  mənafeləri  üçün  elə  işlər  gördülər  ki,  yol  dəyişdi. 

Kərbəladakı  hadisələrin  bünövrəsi  əslində  hicrətin  11-ci  ilində  qoyuldu.  Bütün  müsibətlər  oradan  başladı. 

Hicrətin  11-ci  ili  İslam  cəmiyyəti  əsl  yolundan  uzaqlaşdı  və  batil  cəbhəsi  öz  zahiri  qüdrətini 

möhkəmləndirməklə haqq cəbhəsini xanənişin etdi.  

 

Müsibət zikri 

 

Bəzi rəvayətlərdə nəql olunur ki, imamlar öz səhabələrinə “Fəcr” surəsini çox oxumağı tövsiyə etmişlər. Bu 



surəni xüsusi ilə vacib və müstəhəb namazlarda  davamlı şəkildə oxuyan  şəxs qiyamətdə imam Hüseyn (ə) ilə 

məşhur  olacaq1.Çünki  “Fəcr”  surəsi  Hüseyn  (ə)  surəsidir.  Rəvayətçi  bu  barədə  soruşduqda  ona  buyurulur: 

“Məgər surənin sonunu oxumamısanmı? “Nəfsul-mutməinnə” (“arxayın nəfs”) Hüseyndir. Hər kəs Hüseyn (ə) 

həyatı  yaşasa  mutməinnə  nəfsə  sahib  olar.  Çünki  bu  şəxs  imam  Hüseyn  (ə)  surəsi  ilə  daha  çox  ünsiyyətdə 

olmuşdur.” 

İmam  Hüseynlə  (ə)  birlikdə  olmuş  ardıcıllar  mutməinnə  nəfs  məqamına  çatanlar  idi.  Çünki  onlar  tam 

xəlbirlənmişdilər.  (Siffeyndə  həzrət  Əli  (ə)  ilə  hər  cür  adam  vardı.  İmamın  qoşununda  Əşəs  ibn  Qeys  kimi 

təhlükəli münafiqlər vardı. Bu savaşın məğlubiyyətlə nəticələnməsinin əsl səbəbkarı belə münafiqlər idi. Həzrət 

Əlinin (ə) sərkərdələrindən biri olan Əşəs münafiq idi. O pərdə arxasında Müaviyə ilə əlaqə saxlayır, Əlinin (ə) 

ədalət  hökumətini  istəmirdi.)  Müslim  ibn  Əqil  və  Hani  ibn  Ürvənin  şəhadət  xəbəri  çatdıqda,  Məsudinin 

yazdığına görə imam Hüseynlə 500 atlı və xeyli piyada vardı.2  

İmam Hüseyn (ə) təhlükəli bir məqamda üzünü ətrafdakılara tutub buyurur: “Gələn xəbərləri eşidirsiniz. Biz 

qılınclara və nizələrə doğru gedirik. Mən beyətimi götürürəm, kim istəyirsə getsin. Siz azadsınız.” Bu sözlərdən 

sonra imamın ətrafındakılar dəstə-dəstə getməyə başladı. Onlar imamın sağından və solundan ötüb keçirdilər!3 

Amma imamla qalıb Kərbəlaya daxil olanlar xalis və mutməinnə nəfs məqamına çatanlar idi. Onların arasında 

Büreyr ibn Xüzeyr, Müslim ibn Ovsəcə, Həbib ibn Məzahir kimi şəxslər, hətta xalis imanlı qulamlar vardı.  

Bu qulamlar imamın feyz dolu vilayətindən bəhrələnib xeyli inkişaf etmişdilər. Əbuzərin peyğəmbər ailəsinə 

bağışladığı qara qulam (Cun) meydana çıxmaq icazəsi istədi. Həzrət buyurdu: “Sən bizim ailədə xeyli zəhmət 

çəkib  yaşa  dolmusan.  Yaxşı  olmaz  ki,  bizim  düşdüyümüz  çətinliklərdən  sən  də  zərər  görəsən!”  Qulam  çox 

qəmləndi və ağladı. O imama dedi: “Ağa! Elə bil, mənim qanımın bəni-Haşimin ay çöhrəli cavanlarının qanına 

qatışmasını istəmirsiniz. Mənə minnət qoy, icazə  ver ki,  dəyərsiz qanım bu gənclərin pak qanına qatışsın. Bu 

sözlər imamın qəlbini sızlatdı. İmam onu qucaqlayıb öpdü və buyurdu: “Bir halda ki, meylin var, get.” Qulam 

meydana çıxıb fədakarlıqla vuruşdu, on iki düşmən döyüşçüsünü öldürüb, nəhayət,  yerə  yıxıldı. O “Əssəlamu 

                                                 

1

  “Nurus-səqəleyn”, c. 5, s. 571 



2

 “Murəvvicul-zəhəb”, c. 3, s. 61 

3

 “Murəvvicul-zəhəb”, c. 3, s. 61 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə