Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 

21 


Əmirəlmöminin  (ə)  buyurur:  “Bilin  ki,  Əli  münasib  siyasətçi,  iqtisadçı  və  hərbiçidir.  Amma  onun  əlinin 

altında olanlar ona tabe olmaq istəmir. Əlinin dərdi budur!”1  

Əli (ə) deyir: “Peyğəmbərin (s) ruhu fələklərə pərvaz edən andan məzlum oldum.” Bu məzlumiyyət ibadət 

mehrabında  İbn-Mülcəmin  zərbəsi  onun  “And  olsun  Kəbənin  Allahına,  qurtuldum”  deyənədək  davam  etdi.2 

Həzrət  Əli  (ə)  hakim  olmasına  və  ona  misilsiz  beyət  edilməsinə  baxmayaraq  məzlum  idi.  İki  şeyx  (Təlhə  və 

Zübeyr) Ayişə ilə birlikdə Cəməl qovğası yaratdılar və beyəti pozdular. Bir çoxu da Siffeyn savaşında və ondan 

sonra xəyanət etdi.   

Şücaətli  və  müttəqi  Əmr  ibn  Əl-Həməq  Xəzai  beyət  üçün  imam  Əlinin  (ə)  yanına  gəlib  dedi:  “Mən  sənə 

beyət edirəm. Çünki sənin həqiqi canişin və imam olduğunu bilirəm. Sənin hökmünü o qədər vacib sayıram ki, 

bu dağı tikə-tikə etməyi, bu dəryanın suyunu qabla daşımağı əmr etsən, bunu özümə vacib bilərəm.” Həzrət Əli 

(ə) ona dua edib, Allahdan onun üçün dində sabitqədəmlik və iman istədi. Həzrət sonda belə buyurdu: “Ey kaş, 

sənin  kimi  yüz  köməkçim  olaydı!”3   Yəni  Əlinin  (ə)  bizim  könüllülər  kimi  yüz  yardımçısı  yox  idi!  Yalnız 

Malik,  Əmmar,  Əbül-Heysəm  ibn  ƏL-Teyhon,  Haşim  Mirqal  kimi  bir  neçə  nəfər  imama  ixlasla  itaət  edirdi. 

Amma belə yardımçıların sayı yüz nəfərə çatmırdı! 

Əgər “Nəhcül-bəlağəni” mütaliə etsəniz, Əlinin (ə) fəryadını eşidərsiniz. O buyurur: “Nə vaxt cihada hazır 

olun dedimsə, “hava istidir” dediniz. Başqa vaxt sizi dəvət edəndə “hava  soyuqdur” söylədiniz.”4 Bu insanlar 

Əlini (ə) o qədər narahat etdilər ki, o buyurdu: “Mən Müaviyə ilə müamilə edib, sizin on nəfərinizin əvəzində 

onun yanındakılardan, onun əmrinə tabe olanlardan birini almaq istəyirəm! Onlar öz batil işlərində möhkəm, siz 

haqq  işinizdə  süstsünüz.”5 Təsəvvür  etməyin  ki,  Əli  (ə)  Müaviyəyə  məğlub  oldu.  Əslində  İraqın  münafiq 

camaatı  Allahın  vəlisinə  təslim  olmaq  istəmədi.  Onlara  Əlinin  (ə)  ədaləti  sərf  etmirdi,  dünyanı  daha  mühüm 

sayırdılar.  

 

Xalqın imam Həsənə (ə) beyəti 



 

Həzrət  Əlinin  (ə)  şəhadətindən  sonra  xalq  onun  böyük  oğluna  beyət  etdi.  Xalq  imam  Həsənin  (ə)  həzrət 

Əlinin (ə) canişini, cənnət əhli cavanlarının ağası olduğunu peyğəmbərdən və onun səhabələrindən eşitmişdilər. 

İlk hərbi-siyasi məclis quruldu. İmam Həsən (ə) buyurdu: “Müaviyə ilə bizim aramızda söz yalnız qılıncdır.” 

İbn-Əsir  Cəzri  “Üsdül-ğabə”  kitabında  Peyğəmbər  (s)  səhabəsi  ünvanında  imam  Həsən  Müctəbanın  (ə) 

əhvalatını  nəql  etmişdir.  İmam  buyurur:  “Mən  vəziyyəti  islah  etmək  üçün  savaş  və  qılıncdan  başqa  yol 

görmürəm.  Bəs  sizin  fikriniz  nədir?”  Məclisin  hər  tərəfindən  səs  ucaldı:  “Ey  Həsən  ibn  Əli,  biz  savaşa  hazır 

deyilik, yerdə qalanlarımız yaşamaq istəyir!” Amma Müaviyə İraq sərhədinə qoşun yeritdiyindən imam Ədi ibn 

Hatəm,  ibn  Abbas  kimi  xalis  şiələrə  göstəriş  verdi  ki,  qoşun  hazırlasınlar.  Həmin  vaxt  imam  xütbə  oxuyub 

buyurdu:  “Hərbi  əməliyyata  hazırlığı  özüm  üçün  vəzifə  bilirəm.  Qərərgahımız  xurmalıq  olacaq.  Hazır  olun.” 

Uzun hazırlıqdan sonra deyilən qərərgahda 40 min döyüşçü toplandı.  

Sonra həzrət əmisi oğlu  Übeydullah ibn Abbasa  göstəriş verdi ki, Müaviyənin qoşunu ilə üzləşənədək irəli 

getsinlər.  Qoşun  həmin  mövqedə  imamı  gözləməli  idi.  İmam  sərkərdələrə  tapşırdı  ki,  onlara  hücum  edilərsə, 

müdafiə  olunsunlar,  Übeydullah  ibn  Abbas  öldürülsə,  Qeys  ibn  Səd  ibn  Übadə  qoşuna  komandanlığı  öz 

öhdəsinə götürsün. Qoşun Müaviyənin böyük qərərgahına qədər hərəkət etdi.  

İmam isə ardıcıl olaraq xütbələr oxuyur, şiələrinə göstəriş verirdi ki, qüvvə toplayıb cəbhəyə göndərsinlər. 

Müaviyənin qoşunu ilə üzbəüz dayanmış dörd min döyüşçü sübh vaxtı namaza dayanıb sərkərdənin pişnamaz 

dayanacağını gözləyirdi. Amma nə qədər gözlədilərsə Übeydullah ibn Abbas gəlmədi.  

Hava  işıqlandı,  xeymələrdə  İbn  Abbası  axtarmağa  başladılar.  Kimsə  onu  tapa  bilmədi.  Kimsə  bilmirdi  ki, 

Müaviyənin casusları beş yüz min dirhəm nağd, beş yüz min dirhəm sonradan ödəməklə, vilayətlərdən birinin 

əmirliyini vəd etməklə Übeydullah ibn Abbası satın almışlar. İbn Abbas artıq Müaviyənin ordusuna qatılmışdı. 

Hansı  ki,  Abbasın  iki  oğlu  Müaviyənin  Yəmənə  hücumu  zamanı  öldürülmüşdü.  Amma  Müaviyənin  pulu  iki 

                                                 

1

 “Bihar”, c. 29, s. 452 



2

 “Bihar”, c. 42, s. 239 

3

 “Bihar”, c. 32, s. 339 



4

 “Nəhcül-bəlağə”, x. 97

 

5

 



“Nəhcül-bəlağə”, x. 97 

 



 

22 


şəhid  atasını  dizə  çökdürdü!  Bu  çox  ağır  müsibət  idi.  Əmioğludan  yaxın  kimdir?!  Qeys  ibn  Səd  ibn  Übadə 

üzünü qoşuna tutub dedi: “Narahat olmayın! Biz bu ailədən çox şey gözləmirik. Atası da belə idi!” Sonra Qeys 

pişnamaz dayandı və qoşun sübh namazını əda etdi. Namazdan sonra cihada hazırlıq görüldü. Amma qoşunun 

bir  hissəsi  deyirdi:  “Biz  gözləməliyik  ki,  kömək  gəlsin.”  Qeys  dedi:  “Yoxsa  döyüşmək  istəmirsiniz?  Əgər 

beləsə  hörmətlə  geri  çəkilin.”  Qeys  dərhal  imama  məktub  yazdı  və  vəziyyəti  onun  nəzərinə  çatdırdı.  İmam 

xəbər tutdu ki, Übeydullah Müaviyəyə qoşulub,  qoşun başçılarından bəziləri Müaviyə ilə həmkarlıq üçün ona 

məktub yazıb.  

İmam Həsən Müctəba xalqı Mədinədə bir yerə topladı. Hansı ki, həmin cəm arasında Müaviyənin adamları 

da vardı. İmam xütbə oxuyub buyurdu: “Mənim istəyim sizin xeyriniz və İslamla Quranın yaşamasıdır. Qoşun 

başçımız Übeydullah ibn Abbas Müaviyəyə qoşuldu. Nə etməli?” Qəfildən məclisin yan yörəsindən xəvaric və 

münafiqlər dedilər: “Bu kişi Allahın dinindən çıxıb, deyir ki, Müaviyəyə təslim olaq!” Onlar fəryad çəkib, hay-

kuy saldılar. Şiələrdən bir dəstəsi imamı əhatəyə alıb etiraz edənləri sakitləşdirməyə çalışdı. Xalqı başa saldılar 

ki, imam Müaviyəyə təslim olmağı nəzərdə tutmur. Amma artıq qovğa qopmuşdu. Deyirdilər ki, Həsən (ə) bizi 

Müaviyəyə  satmaq  istəyir.  İmamın  dostları  və  şiələr  onu  həmin  məhəldən  uzaqlaşdırdılar.  Yolda  bir  nəfər 

yaxınlaşıb  iti  bir  əşya  ilə  imamın  (ə)  ayağını  yaraladı.  İmamı  müalicə  üçün  Mədainə  apardılar.  Orada  bəzi 

başbilənlər  razılığa  gəldilər  ki,  imamı  həbs  edib  Müaviyəyə  təslim  versinlər.  Allah  etsin  ki,  bu  xəbər  yalan 

olsun.  Çünki  bu  təklif  hörmətli  sayılan  bir  şəxsə  aid  edilir.  O  bu  işi  görübsə  də,  nadanlıq  üzündən  edib  və 

sonradan tövbə qılıb. Münafiqlər xəbərləri qısa bir müddətdə Müaviyəyə çatdırırdı. Ona xəbər verildi ki, iş başa 

çatıb,  Həsən  (ə)  yerində  oturdulub,  hətta  mal-mülkü  qarət  edilib.  İmam  Həsənin  (ə)  əmisi  Muxtarın  evində 

yataqda olduğu Müaviyəyə xəbər verildi. Ona bildirdilər ki, gəlişi üçün heç bir maneə yoxdur.  

Hiyləgər  Müaviyə imam  Həsənə belə  bir məktub  yazdı:  “Bu  xalq  səni istəmir.  Mənə  yazırlar  ki,  səni  qolu 

bağlı  halda  mənə  təhvil  vermək  istəyirlər!  Amma,  nə  olur  olsun,  mən  sənin  əmin  oğluyam  və  istəmirəm  ki, 

hörmətdən  düşəsən.  İşi  mənə  tapşır.  Zahirdə  rəhbər  mən  olum,  işi  sən  idarə  et.  Dediyinə  əməl  edəcəyəm!” 

Müaviyə imama hətta imzalanmış ağ bir kağız göndərmişdi. O imama təklif edirdi ki, sülh üçün istədiyi mətni 

bu kağıza yaza bilər.  

İmam Həsənin (ə) qarşısında iki yol vardı: 

1. Savaş yolu: Amma Müaviyənin İraq sərhədində yüz iyirmi minlik qoşunu dayanmışdı. İmam Həsənin (ə) 

isə eynən imam Hüseyn (ə) kimi bir qrup fədakar yoldaşı vardı. İmam Hüseyn (ə) iyirmi il zəhmət çəkdi və 72 

nəfərdən  çox  tərəfdar  tapmadı.  İmam  Həsənin  (ə)  ətrafında  min  nəfər  olsaydı  da  o  Müaviyənin  yüz  iyirmi 

minlik  qoşunu  qarşısında  dayana  bilməzdi.  Mən  əminəm  ki,  həmin  vaxt  imam  Həsənin  (ə)  ətrafında  beş  yüz 

döyüşçü  yox idi. Döyüş olsaydı imamın  yaxın ətrafı eynən Kərbəladakı kimi imamdan öncə şəhid olmalıydı. 

Məhəmməd ibn Hənəfiyyə, Əbül-Fəzl, imam Hüseyn (ə), Hücr ibn Ədi kimi xalis şiələr əvvəl, sonra isə imam 

Həsən  şəhadətə  çatmalı  idi.  Əgər  imam  Həsən  (ə)  azsaylı  ətrafı  ilə  savaşa  çıxsaydı  və  bütün  ətrafı  şəhadətə 

çatsaydı, Müaviyənin növbəti addımı nə olacaqdı? Görən Müaviyə üzünü xalqa tutub Həsən (ə) və onun ətrafını 

dinsizlikdə  ittiham  edəcəkdi,  yoxsa  atası  kimi  dini  həqiqətləri  danacaqdı?  Əlbəttə  ki,  Müaviyə  atası  kimi 

hərəkət  edib  deyərdi:  “Din  və  Quranı  bir  kənara  qoyun,  yeyin,  için,  kef  edin,  istədiyinizi  edin,  mən  də  sizin 

hakiminizəm. Sağa-sola qoşun çəkək, ölkələr fəth edək!” Bəli, əgər Həsən ibn Əli müharibəyə razılıq versəydi, 

İslam  məmləkətində  bir  nəfər  olsun  İslam  müdafiəçisi  qalmayacaqdı.  Gələcəkdə  isə  deyəcəkdilər:  “İki  nəfər 

hakimiyyət üstündə bir-biri ilə vuruşdu və ərəblər siyasətcil, güclü və səxavətli Müaviyəni himayə etdi, ikinci 

şəxs (Həsən ibn Əli) məhv oldu! 

2.  Sülh  yolu!  İmam  dindarlıq  iddiasında  olan  hiyləgər  Müaviyə  ilə  sülh  bağlaya  bilərdi.  İmam  şərt  kəsə 

bilərdi ki, hakimiyyəti ona verir, amma o (Müaviyə) Allahın kitabı və peyğəmbər (s) sünnəsi əsasında hərəkət 

etməli, ədaləti gözləməli və beytül-malı hifz etməlidir. İmam canişin təyin etmək hüququnu özündə saxlamaqla 

öz canını yox, İslam və Quranı qorumaq üçün Müaviyə ilə sülhü qəbul etdi.  

Böyük  Nəcəf  alimlərindən  biri  tərəfindən  yazılmış  “İmam  Həsənin  (ə)  sülhü”  və  kitabın  başlanğıcında 

mərhum  Seyyid  Şərəfüddinə  məxsus  müqəddiməni  diqqətlə  mütaliə  edin.  Adı  çəkilən  kitab  inqilabın  böyük 

rəhbəri  tərəfindən  tərcümə  edilmişdir.  Uyğun  mütaliələrdən  sonra  görəcəksiniz  ki,  dinin  qorunmasında  imam 

Həsənin (ə) sülhü imam Hüseynin (ə) qiyamı qədər təsirli olmuşdur. İmam Hüseyn aşurasını həqiqi mənada əks 

etdirən məhz imam Həsənin sülhüdür. Çünki dinin himayədarı adı ilə meydana atılan, peyğəmbərin (s) dilindən 

yalan  hədislər  uyduran  Müaviyə  məhz  həmin  cinayətlə  rüsvay  oldu.  Bəni-Üməyyə  İslam  məmləkətinə  hakim 

oldu, zülm, cinayət və fəsada rəvac verdi. Tarixin səhifələri Bəni-Üməyyənin cinayətləri ilə doludur. Onlar bir 

çox  peyğəmbər  səhabələrini  və  Quran  qarilərini  öldürdülər.  Peyğəmbərin  (s)  və  həzrət  Əlinin  (ə)  fədakar 

səhabələrindən olan Hucr ibn  Ədi  öz  yoldaşları  ilə  birlikdə Mərci-Əzrada şəhadətə  çatdırıldı. Müaviyə şiələri 

beytül-maldan  məhrum  edir,  əqidəsindən  zərrəcə  şübhələndiyi  insanları  zindana  atır,  öldürürdü.  Bütün  bu 

addımlar Allahın dinini qoruyacaq qırmızı inqilab üçün zəmin yaratdı.  



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə