Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 

17 


müsəlmanlardan idi. Məkkədə kimsədə cürət olmadığı bir vaxtda Zübeyr İslamı qəbul etdi. Mədinədə də bütün 

savaşlarda Zübeyrin qılıncı İslamın xeyrinə qalxıb-endi.  

Zübeyr  haradadır?  Bilmirəm  ki,  Əli  ibn  Əbu-Talib  (ə)  Zübeyrin  dadına  yetişəcək,  yoxsa  yox?  Bu  bizə  aid 

deyil. Onlar özləri daha yaxşı bilirlər. Amma Zübeyri batil yolda görürük. Həzrət Əli (ə) Zübeyrin qatilinə belə 

buyurdu:  “Bil!  Peyğəmbərdən  (s)  eşitmişəm  ki,  Zübeyrin  qatili  cəhənnəm  əhlidir!”1   Səbəbi  budur  ki,  həmin 

şəxs sonradan xəvaric dəstəsinə qatılır.  

Savaş  başladı.  Rəyasət  sorağında  olanlardan  biri  –  Zübeyrin  aqibətindən  xəbərdar  olduq.  Təlhə  də  şücaətli 

bir  şəxs  idi.  Ühüd  savaşında  Əmirəlmöminindən  (ə)  sonra  ən  yaxşı  qılınc  çalan  o  idi.  Mərvan  dedi:  “Mən 

bilirəm  ki,  Təlhə  camaatı  Osmanın  qətlinə  təhrik  edirdi.  Bu  gün  o  Osmanın  qanını  almaq  üçün  meydana 

gəlmişsə də, mən intiqamdan əl götürə bilmirəm.” O Təlhənin ürəyini nişan alıb onu oxla vurdu.2  Hamı bildi 

ki, ox həzrət Əlinin (ə) qoşununun tərəfindən atılmayıb. Təlhə yerə yıxıldı və dedi: “Məndən bədbəxti kimdir? 

Bilmirəm  qatilim  özümdəndir,  yoxsa  özgədən!”  Bu  hadisəni  diqqətlə  seyr  edənlər  oxun  Mərvan  tərəfindən 

atıldığını  bildilər.  Ayişə  dəvə  üstə  oturub,  haray  çəkirdi.  Həzrət  Əlinin  (ə)  sözləri  cahilcəsinə  təəssüb  çəkən 

çarəsiz  insanlara  təsir  göstərmirdi.  Bununla  belə,  döyüşün  taleyi  başlanğıcda  məlum  oldu.  Yalnız  Ayişənin 

oturduğu  dəvə  yerindən  tərpənməmişdi.  Neçə  min  nəfər  onu  əhatəyə  almışdı.  Həzrət  Əli  (ə)  Malik  və 

Məhəmməd  Hənəfiyyəyə buyurdu:  “Bu  şəri aradan  götürün.”  Malik  və Məhəmməd  hücuma  keçib  birinci sıra 

müdafiəçilərini  geriyə  oturtdular.  Dəvə  yıxıldıqdan  sonra  qoşun  qaçdı.  Həzrət  Əli  (ə)  Məhəmməd  ibn  Əbu-

Bəkrə,  yəni  Ayişənin  qardaşına  buyurdu:  “Bacını  tap.  O,  kəcavəyə  tərəf  qaçdı.”  Məhəmməd  kəcavəyə 

yaxınlaşıb  pərdəni  çəkdi  ki,  Ayişəni  oradan  çıxarsın.  Ayişə  dedi:  “Peyğəmbər  (s)  zövcəsinə  tərəf  əl  uzadan 

kimdir?”  Məhəmməd  dedi:  “Mənəm,  Məhəmmədəm.”  Ayişə  bildi  ki,  bu  onun  qardaşıdır,  aşağı  endi.  Həzrət 

Əlidən (ə) soruşdular ki, Ayişə ilə necə rəftar edək? Həzrət buyurdu: “Ayişə peyğəmbərin zövcəsi olub. Bu ad 

onun  üstündədir.  Onun  hörmətini  saxlamaq  lazımdır.”  Həzrət  Əli  (ə)  30  qadına  döyüşçü  libası  geyindirib 

buyurdu:  “Ayişəni  Mədinəyə  aparın.”  Sonra  üzünü  Ayişəyə  tutub  buyurdu:  “Get,  evində  otur.  Yoxsa  talağını 

verərəm!” Həzrət Peyğəmbər (s) Əliyə (ə) vəsiyyət etmişdi ki, əgər zövcələrimdən biri zövcəlik şərtini pozsa, 

talağını ver və qiyamət günü o mənim zövcəm olduğunu iddia edə bilməsin.” Mədinəyə çatdıqları vaxt Ayişə 

şikayətlənərək  dedi:  “Əli  ibn  Əbi-Talib  məni  otuz  cavan  kişi  ilə  göndərdi.”  Qadınların  üzündə  niqab 

olduğundan  onların kimliyi bilinmirdi. Ayişənin  sözlərini eşidən xanımlardan  biri  dedi:  “Xanım! Sakit  ol, biz 

də  sənin  cinsindənik  və  aramızda  bir  nəfər  də  kişi  yoxdur!”  Ayişə  səcdəyə  düşüb  dedi:  “Ey  Əli!  And  olsun 

Allaha hörmətlə rəftar etdin!”3  

Cəməl  savaşından  öncə,  yəni  Ayişə  Bəsrəyə  çatan  vaxt  İslamın  böyük  şəxsiyyətlərindən  olan  Zeyd  ibn 

Suhana  məktub  yazdı.  Məktubda  belə  yazılmışdı:  “Bu  məktub  möminlərin  anası,  Allahın  rəsulunun  zövcəsi 

tərəfindəndir.  Məktub  onun  əziz  övladı  Zeyd  ibn  Suhanadır.  İstəyim  budur  ki,  Osmanın  qanını  almaq  üçün 

qatılacağımız mübarizəyə qoşulasan. Əgər gəlmək istəməsən, Əlini (ə) himayə etməməlisən!” 

Zeyd  Ayişəyə  belə  cavab  yazdı:  “Əgər  Quran  və  Peyğəmbərin  (s)  göstərişlərinə  əməl  etsən,  mən  sənin 

övladın olaram, sən də mənim anam. Göstəriş budur ki, evinə dönəsən.”4  Sonra yoldaşlarına dedi: “Bu xanıma 

əmr olunub ki, evdə otursun. Amma o ayağa qalxıb, Allahın bizim öhdəmizdə qoyduğu işə qatılıb. Bizə əmr 

olunub ki, cihad meydanında olaq. O isə bizə əmr edir ki, evimizə gedək!”5   

Bir  gün  ərzində  sübhdən  axşamadək  ən  azı  altı  min  nəfər  öldürüldü.  Bəzi  tarixçilər  otuz  min  nəfərin  qətlə 

yetirildiyini bildirir. Amma Təbəri və başqa mötəbər müəlliflər  altı min nəfərin qətlini qeyd  edirlər. Bu savaş 

İslam aləmi üçün bir çox başqa bədbəxtliklərin müqəddiməsi oldu. Qarşıdurmalar, kin-küdurət həmin vaxtdan 

başladı. Ən pisi, Müaviyə həzrət Əli (ə) ilə savaşa cürət etdi. Həzrət Əli (ə) ilk gündən belə buyurdu: “Müaviyə 

və Bəni-Üməyyə  İslam məmləkətinə hakim olmamalıdır.” Bəzi siyasətbazlar deyirdilər ki, Müaviyəyə möhlət 

ver,  səbr  et,  onun  hökumətini  təsdiq  et,  münasib  bir  fürsətdə  Şama  hücum  edib  onu  kənarlaşdırarıq.  Həzrət 

buyurdu:  “İslama  etiqadı  olmayan  bir  şəxsin  hakimiyyətini  bir  an  belə  qəbul  edə  bilmərəm.  Bu  səbəbdən  də 

həzrət Əli (ə) Müaviyəni işdən kənarlaşdırılmış elan etdi. Müaviyə dedi: “Biz sənin hakimiyyətini qəbul etmir, 

səni  Əmirəlmöminin  kimi  tanımırıq.  Əgər  Osmanın  qatilini  təhvil  versən,  səninlə  xilafət  haqqında  müzakirə 

apararıq!” 

 

                                                 



1

 “Mürəvvicul-zəhəb” 

2

 “Əl-ğədir”, c. 10, s. 126 



3

 “Mürəvvicul-zəhəb”, c. 2, s. 370 

4

 bax: “Əhzab”, 33 



5

 “Şərhi-Nəhcül-bəlağə, İbn Əbül-Hədid, c. 2, s. 81  




 

18 


Siffeyn hadisəsi və həkəmiyyətin (hakimlər şurasının) hiyləsi 

 

Müaviyə həzrət Əli (ə) ilə qarşılaşmaq üçün hazırlaşdı. İmam da Kufədən, İraqdan, Bəsrədən və Mədinədən 

qoşun  topladı.  Həzrət  Şama  doğru  hərəkət  etdi.  Yetərincə  müsibətli  bir  savaş  başladı.  Bu  savaş  100  günədək 

uzandı.  Həkəmiyyət  qovğası  (hakimlər  şurasının  qərarı)  həzrət  Əlini  (ə)  18  ay  yubandırdı.  Bu  savaşda 

Peyğəmbər (s) səhabələrindən olan Əbül-Heysəm ibn Əl-Teyhan, Haşim Mirqal, Əmmar ibn Yasər kimi nurlu 

şəxsiyyətlər şəhadətə çatdı. (Həzrət Peyğəmbər (s) Əmmarın şəhadətini ona xəbər vermişdi...1  Üzbəüz cəbhədə 

Bəni-Üməyyənin  avaraları,  dünyapərəst  rəislər  dayanmışdı.  Onlar  Müaviyənin  ətrafında  toplanmışdılar. 

Nəhayət,  həzrət  Əli  (ə)  Malik  və  digər  ləyaqətli  yoldaşlarına  buyurdu:  İşi  başa  çatdırmaq  lazımdır.”  Onlar 

hazırlaşdılar.  Axır  günlərdə  savaş  həqiqi  mənasında  son  mərhələyə  çatmışdı.  Əgər  vuruş  24  saat  da  davam 

etsəydi, Müaviyə ya öldürüləcəkdi, ya da əsir götürüləcəkdi. 

Müaviyə Əmr Asa dedi: “Əgər vuruş belə davam etsə, nə sən qalacaqsan, nə də mən. Bir tədbir tök.” Əmr 

As belə bir  göstəriş verdi: “Qoşunda nə qədər Quran varsa toplayın.” Sonra dörd  yüz nəfərə tapşırıq verdi ki, 

Quranları  nizələrin  ucuna  taxıb,  sübh  namazından  sonra  biz  müsəlmanıq,  siz  də  müsəlmansınız,  hamımız 

Qurana  tabeyik,  bəs  nə  üçün  qardaş  qırğını  törədirsiniz”  deyə  fəryad  çəkilsin.  Sübh  açıldı,  şamlıların  fəryadı 

göyə  ucaldı.  Həzrət  Əli  (ə)  buyurdu:  “Bütün  bunlar  hiylədir.  Onların  Qurana  etiqadı  yoxdur.  Onlar  savaşı 

uduzduqlarından  belə  bir  hiyləyə  əl  atıblar.”  Müaviyə  öncədən  Əlinin  qoşunundakı  Əşəs  ibn  Qeys  kimi 

münafiqlərlə əlaqə saxlayırdı. Bu səbəbdən də imamın qoşununun Əşəs tərəfindən başçılıq edilən hissəsi dedi: 

“Biz Quranla vuruşmuruq.” Həzrət buyurdu: “Danışan Quran mənəm.” Onlar yenə təkrarladılar: “Biz Qurana 

təslimik. Sən də Qurana təslim olmalısan!” Malik Həmdan qəbiləsindən olan şücaətli şəxslər və həzrət Əlinin 

(ə)  digər  yoldaşları  ilə  birlikdə  Müaviyənin  xeyməsi  qarşısında  dayanmışdı.  Münafiqlər  dedilər:  “Ey  Əli! 

Malikdən  tələb  et  ki,  geri  qayıtsın,  yoxsa  qılınclarımız  sənə  tərəf  dönəcək.”  Həzrət  Əli  (ə)  fitnənin  qarşısını 

almaq  üçün  qasid  göndərib  Maliki  geri  çağırdı.  Malik  dedi:  “İmama  deyin,  mənə  möhlət  versin,  işi  başa 

çatdırım.” Qasid həzrət Əlidən (ə) növbəti dəfə belə bir xəbər gətirdi: “Malikə deyin, əgər Əlini (ə) sağ görmək 

istəyirsə, hücumu dayandırıb yanıma qayıtsın.”  

Malik  geri  döndü  və  hiyləyə  uyanlar  imamdan  tələb  etdilər  ki,  həkəmiyyəti  qəbul  etsin.  Qurani-kərim  ərlə 

arvad  arasındakı  ixtilaf  haqqında  buyurur:  “Bir  hakim  kişinin,  bir  hakim  qadının  ailəsindən,  bir-birləri  ilə 

müzakirə  etsinlər.  Əgər  bacarsalar,  onları  barışdırsınlar.  Bacarmasalar,  qadın  və  kişi  bir-birindən  ayrılsın.”2 

Qoşundakı cahillər və münafiqlər Quranın bu hökmünü meyar götürüb həzrət Əlidən (ə) tələb etdilər ki, savaşın 

həlli üçün hakimlər seçsin. Həzrət Əli (ə) buyurdu: “Mən bilirəm ki, Müaviyə və onun tərəfdarları Əmr Asdan 

başqasını seçməyəcək.  Biz də onunla eyni ağırlıqda olan şəxs seçməliyik.” Dedilər: “Kimi?” Həzrət buyurdu: 

“İbn  Abbası.”  Dedilər:  “O  sənin  əmin  oğludur  və  səndən  başqasını  haqq  sahibi  kimi  tanımır.  Biz  isə  işin 

düzəlişini  istəyirik.”  Həzrət  buyurdu:  “Malik  Əştər  münasib  bir  şəxsdir.”  Dedilər:  “Onun  da  fikri  yalnız 

öldürmək və savaşmaqdır. Biz isə sülh istəyirik.” Həzrət buyurdu: “Bəs siz kimi istəyirsiniz?” Dedilər: “Ömər 

ibn  Xəttabın  sadiq  yoldaşı  Əbu-Musa  Əşərini.  O  saleh  bir  şəxsdir.”  Həzrət  Əli  (ə)  buyurdu:  “Onun  bizimlə 

rabitəsi yoxdur, özünü kənara çəkib. Nə Cəməl savaşında bizimlə oldu, nə də buraya gəlib.” Dedilər: “Biz elə 

bir  şəxs  istəyirik  ki,  heç  bir  işə  qarışacağı  olmasın.”  Həzrət  buyurdu:  “Sizin  qarşı  tərəfinizdə  zirək  bir  adam 

dayanıb  və  o  sizin  dediyiniz  şəxsi  aldadar!”  Dedilər:  “Biz  ondan  başqasını  qəbul  etmərik.”  Həzrət  buyurdu: 

“Əgər israr edirsinizsə, istədiyinizi edin.”3  

Əbu-Musa  həkəmeynin  (hakimlər  şurasının)  birinci  yığıncağında  dedi:  “Mənim  nəzərimcə  Əli  və 

Müaviyənin hakimiyyət səlahiyyəti yoxdur. Əbdüllah ibn Ömər saleh və layiqli bir şəxsdir. Bütün müsəlmanlar 

onu qəbul edir. Onu hakim seçək. Əmr As dedi: “O, məmləkəti idarə edə bilməz. Amma sizin nəzəriniz odursa, 

mən etiraz etmirəm!” Müzakirələrin axır günlərində Əbu-Musaya dedi: “Səninlə belə bir nəticəyə gəldik ki, Əli 

və Müaviyədə xilafət səlahiyyəti yoxdur. Bizə də xəlifə seçmək əmr olunmayıb. Gəl, xalqa elan edək ki, Əli və 

Müaviyədə  xilafət  ləyaqəti  yoxdur.  Xalq  kimi  layiq  bilirsə,  özünə  rəhbər  seçsin.”  Əbu-Musa  dedi:  “Düzgün 

fikirdir.” Elan olundu ki, hakimlər öz fikirlərini xalqa elan etmək istəyir. Xalq məsciddə toplandı. Həzrət Əlinin 

(ə)  ibn  Abbas  və  Malik  kimi  yoldaşları  Əbu-Musaya  dedilər:  “Məbada,  Əmr  Asdan  öncə  danışasan!  Qoy 

əvvəlcə  o öz nəzərini bildirsin. Sonra sən öz nəzərini deyərsən.” Amma  Əbu-Musa bu xəbərdarlıqlara məhəl 

qoymadı.  O  Əmr  Asa  dedi:  “Əvvəlcə  sən  danış.”  Əmr  dedi:  “Mən  heç  vaxt  sənin  kimi  şəxsiyyətdən  qabaq 

                                                 

1

 “Əl-ğədir”, c. 3, s. 21, 22 



2

 “Nisa”, 35 

3

 “Vəqəti-Siffeyn”, s. 498-500 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə