Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 



İkinci məclis 

Haqla batilin mübarizəsi 

 

Yaranışın əvvəlində bəşər cəmiyyətində mövcud olmuş və bu gün də davam edən bir qanun var. Bu qanun 



ümumdünya ədalət hökumətinin qurulacağı günədək fəaliyyətdədir. Bu qanuna əsasən, haqq və batil cəbhələri 

daim qarşı-qarşıya dayanmışdır və mübarizədədir.  

Bu  cəbhələşmə  hələ  yer  üzündə  cəmi  dörd  insan  olan  vaxt  yarandı.  Həzrət  Adəmin  iki  övladı  (Habil  və 

Qabil) haqq və batil cəbhələrinə bölündü.  

Habil  və  Qabilin  əhvalatı  Quranda  ad  çəkilmədən  nəql  olunmuşdur.1   Həmin  ayədə  Adəmin  iki  övladı 

haqqında danışılır. Bu qardaşlardan hər biri haqlı olduğunu sübuta yetirmək üçün qurbanlıq etdi. Haqq tərəfdarı 

olan qardaşın qurbanı qəbul oldu, dünyapərəst qardaşın qurbanı rədd edildi. Qurbanı qəbul olunmayan qardaş 

həqiqətpərəst  qardaşına  qarşı  çıxıb  davaya  başladı  və  onu  öldürdü.  Bu,  bəşər  nəsli  tərəfindən  yer  üzündə 

törənmiş birinci qətl idi. Adil və təkallahçı bir şəxs zalım və ilhadçı (dönük, bidətçi) bir şəxs tərəfindən qətlə 

yetirildi. Həmin vaxtdan başlayaraq bəşər tarixində cəbhələşmə yarandı. Qurani kərimin əhvalatları, peyğəmbər 

və övliyaların yolu bu həqiqəti təsdiq edən canlı sənəddir.  

Nuh 950 il müddətində olduqca məhdud bir cəmiyyətlə çoxsaylı dünyapərəstlərə qarşı dayanmışdı. Nəhayət, 

Allahın iradəsi ilə tufan batil əhlini məhv etdi.  

Tövhid  tarixinin  böyük  qəhrəmanı  bütpərəstlərlə  mübarizəyə  qalxdı.  Nəhayət,  onu  oda  atdılar.  Amma 

Allahın  əmri  ilə  od  təsirsiz  oldu!  Musa  Firon  və  zər-zor  əhlindən  təşkil  olmuş  cəbhəyə  qarşı  çıxdı,  tağuta, 

zalımlara  qalib  gəldi.  (Haqq  cəbhəsi  daim  qalibdir.  Bu  cəbhə  zahirən  məğlub  olub,  qətlə  yetirilsə  də,  haqq 

olmaq baxımından daim qalibdir.) 

İsa ibn Məryəm azsaylı həvarilərlə birlikdə çoxsaylı dünyapərəst  yəhudilərə qarşı çıxdı. İslam peyğəmbəri 

(s) haqpərəstliyin ən böyük bayraqdarı öz dəvətinə başladığı vaxt küfr və şirk tarixinin ən çirkin quldurları ona 

qarşı cəbhə  yaratdılar.  Heç bir peyğəmbərin tarixində şirk və küfr  İslam Peyğəmbərinin (s) dövründəki həddə 

tövhidə qarşı çıxmamışdır. Şiə və sünni hədislərində həzrət Peyğəmbərin (s) dilindən nəql olunur ki, peyğəmbər 

dövrünün kafirləri və  müşrikləri  o  həzrətə və onun  yaxınlarına  ən  böyük  əziyyətləri  rəva  görmüşlər:  “Heç bir 

peyğəmbərə  mənim  qədər  əziyyət  verilməmişdir.”2   Peyğəmbərə  Məkkə  və  Mədinə  şəhərlərində  çox  əziyyət 

verildi. Məkkədə Əbu-Cəhl, Vəlid ibn Müğeyrə, Əbu-Süfyan kimi şəhvətpərəstlərin başçılıq etdiyi küfr və şirk 

cəbhəsi,  Mədinədə  yəhudilər  tövhidə  qarşı  vuruşurdu.  (Yəhudilər  İslamın  ən  qatı  düşmənləri  idilər.  Onlar  öz 

hiylələri ilə müşriklərdən də təhlükəli idi. Quran onların möminlərlə dərin düşmənçiliyinə şəhadət verir.3   Bilal 

və  Əmmara  verilən  işkəncələr,  Suməyyə  və  Yasərin  şəhadəti,  peyğəmbər  və  onun  ətrafındakıların  Şibe-Əbu-

Talib dərəsində mühasirəyə alınması Məkkədə haqq və batil cəbhələrinin qarşılaşmasından danışır. Maraqlıdır 

ki, tarix boyu haqq cəbhəsində böyük sərmayə sahibləri görünməmişdir. Haqq cəbhəsinin əksər tərəfdarı xalqın 

aşağı  və  ya  orta  təbəqəsindən  olmuşdur.  Batil  cəbhəsini,  xüsusi  ilə  bu  cəbhənin  rəhbərliyini  isə,  adətən, 

şəhvətpərəst, sərvət və qüdrət sahibi olanlar təşkil etmişdir. 

 

Aşura inqilabının tarixi kökləri 

 

Aşura əyyamı olduğundan peyğəmbər tarixinə sadəcə işarə edib, aşura inqilabının köklərini araşdırırıq.  



İslam peyğəmbəri (s) 13 il müddətində öncə zövcəsi Xədicə və əmioğlusu Əli, sonra azsaylı tərəfdarları ilə 

bütün  quldurların,  harın  varlıların,  qəbilə  başçılarının  qarşısında  dayanmışdı.  On  üçüncü  il  peyğəmbəri  qətlə 

yetirmək  üçün  plan  cızıldı.  Cəbrail  o  həzrəti  bu  plandan  xəbərdar  etdi.  Allah-təalanın  əmri  ilə  hicrət  başladı. 

Peyğəmbər  (s)  Məkkəni  tərk  etdi,  ondan  sonra  həzrət  Əli  (ə)  bir  qrup  imanlı  insanla  Mədinəyə  üz  tutdu. 

                                                 

1

 bax: “Maidə”, 27 



2

 “Bihar”, c. 39, s. 56 

3

 “Maidə”, 82 




 

Peyğəmbər  (s)  Mədinəyə  yetişdiyi  vaxt  bir  qrup  insan  səmimi  qəlbdən  ona  iman  gətirdi  və  haqq  cəbhəsinə 



qoşuldu. Həmin vaxtdan düşmənlərin yeni qurğuları işə salındı. Batil cəbhəsi bir an dayanmadan hicrətin ikinci 

ili Bədr savaşını qızışdırdı. Möminlərin ixlası və peyğəmbərə itaət etməsi sayəsində Allah-təala müsəlmanlara 

yardım göstərdi və mələkləri onlara köməyə göndərdi. Bədr savaşı müsəlmanların xeyrinə başa çatdı. Müşriklər 

mənəvi məğlubiyyətdən əlavə, zahiri məğlubiyyətə uğradılar.  

Bədr  savaşından  sonra  müşriklər  Məkkəyə  qayıtdılar.  Onlar  məğlubiyyət  acısını  aradan  götürmək  üçün 

hicrətin  üçüncü  ili  Ühüd  savaşında  hicrətin  2-ci  ilindəki  ixlaslarını  göstərsəydilər  və  peyğəmbərin  (s) 

göstərişlərinə itaət etsəydilər, heç vaxt məğlub olmazdılar. Ühüd savaşının başlanğıcında müsəlmanlar qələbəyə 

çox  yaxın  idi.  Təəssüf  ki,  onlar  peyğəmbərin  (s)  göstərişinə  etinasızlıq  göstərdilər  və  nəticədə  düşmən  onlara 

qalib gəldi; Həmzə və Hənzələ kimi şəxsiyyətlər şəhid oldu, Peyğəmbər  (s) və həzrət Əli ağır yaralandı, digər 

bir dəstə baş götürüb qaçdı! 

Zahirən  müsəlmanlar  bu  savaşda  məğlub  oldular.  Amma  bu  məğlubiyyət  müsəlmanların  qəflətdən 

oyanmasına və bir daha bu sayaq zərbələrə məruz qalmamasına səbəb oldu.  

Həmin  vaxtdan  başlayaraq  Peyğəmbərin  (s)  ömrünün  sonunadək  müsəlmanlar  heç  bir  savaşda  məğlub 

olmadılar.  Çünki  haqq  cəbhəsi  ilahi  rəhbərin  əmrlərinə  tabe  olurdu  və  belə  bir  itaət  qələbə  rəmzi  idi.  (Bizim 

müqəddəs inqilabın da qələbə çalmasının əsas səbəbi xalqın rəhbərə itaəti oldu...) 

 

Talut və Calutun savaşı 

 

Qurani-kərim müfəssəl bir əhvalat nəql edir: Bəni-İsrail (tayfası) zillət və bədbəxtçiliyə düçar olduğu vaxt öz 



peyğəmbərinə dedi:  “Bizi  bu zillətdən xilas etmək  üçün  bir  rəhbər seç.”  Peyğəmbərləri  onların  təklifini  qəbul 

edib  bildirdi  ki,  həmin  rəhbərə  itaət  göstərib,  əmrlərinə  tabe  olmalısınız.  Onlar  hazır  olduqlarını  bildirdilər, 

güclü,  düşüncəli  və  alim  bir  rəhbər  seçildi.  Peyğəmbər  dedi:  “Allah-təala  bu  şəxsi  sizə  başçı  qərar  verdi.” 

Dedilər: “Bir bu qədər sərvətli şəxs olduğu halda nə üçün bu şəxs başçı olsun?!”1  

 Peyğəmbər  (s)  buyurdu:  “Allah  əmr  edib  ki,  bu  şəxs  sizə  rəhbər  olsun.  Onun  göstərişlərinə  əməl 

etməlisiniz.” Bəni-İsrail zillətdən qurtarmaq üçün rəhbəri qəbul etdi və ona qoşuldu. Onlara məlumat verildi ki, 

bu  yolda sizin üçün sınaq olan bir quyu var.  Hər kəs bu sudan içsə, bizdən deyil. Amma bir ovuc su  götürüb 

istifadə  etməyin  eybi  yoxdur.  Qurani-kərim  buyurur:  “Kiçik  bir  qrup  bu  sudan  içmədi.”2 Bəni-İsrail  az  bir 

cəmiyyətlə - 313 nəfər Bədr səhabəsi qədər) Calutun rəhbərlik etdiyi böyük qoşunla üzləşdi. Onların əksəriyyəti 

belə dedi: “Biz bu gün bu böyük qoşuna müqavimət göstərə bilmərik.”3  Amma onların möhkəm imana malik 

olanları dedilər: “Bir çox kiçik cəmiyyətlər Allahın izni ilə böyük dəstələrə qalib gələr.”4  

Savaş şeypuru çalındı və vuruş başladı. Qəlbi iman nuru ilə səfalanmış gənc bir mömin iti bir daşı sapanda 

qoyub Allahın adını çəkməklə Calutu nişan aldı. Allah daşa istiqamət verdi və daş Calutun alnına dəydi. Calut 

atdan  yıxıldı.  Allah-təala  buyurur:  “Davud  Calutu  öldürdü.  Bunun  nəticəsində  böyük  bir  qoşun  meydandan 

qaçdı,  kiçik  bir  cəmiyyət  hakim  oldu.”5 Bu  kiçik  dəstənin  müvəffəqiyyətinin  səbəbi  Allah  və  Onun  vəlisinə 

tabe olmaq idi.  

 

Hüdeybiyyə sülhü, Məkkənin fəthi 

 

Hicrətin 6-cı  ili  Hüdeybiyyə  sülhü  bağlandı. Məkkə müşrikləri  hələ  də  özünü  güclü  görür  və  Peyğəmbərin 



(s) Məkkəyə gəlməsini istəmirdilər. Sülh müqaviləsi imzalandı. Amma onlar əhdi pozdular. Həzrət Peyğəmbər 

(s)  buyurdu:  “Onlar  əhdi  pozduğundan  istədiyimizi  etmək  bizə  halaldır.”  Bu  səbəbdən  hicrətin  8-ci  ili 

rəvayətlərə  əsasən  Peyğəmbər  (s)  on  və  ya  on  iki  min  nəfərlə  Məkkəyə  yola  düşdü.  Qüreyş  başçıları  xəbər 

tutdular ki, Peyğəmbər (s) böyük bir qoşunla Məkkəyə doğru gəlir.  

Batil  cəbhənin  komandanı  Əbu-Süfyan  hiyləyə  əl  atdı  və  peyğəmbərin  əmisi  Abbasa  sığındı.  Abbas  ona 

dedi: “Təhlükə gözün qarasınının ağına yaxın olduğundan daha yaxındır. Təslim olmaqdan savay əlac yoxdur!” 

                                                 

1

 “Zuxruf” surəsinin 31-ci ayəsində İslam peyğəmbərinə (s) qarşı uyğun iradla rastlaşırıq. 



2

 “Bəqərə”, 249 

3

 “Bəqərə”, 249 



4

 “Bəqərə”, 249 

5

 “Bəqərə”, 249 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə