Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   28

 

11 


ələykə  ya  Əba  Əbdillah”  deyirdi.  İmam  Hüseyn  (ə)  sürətlə  özünü  ona  çatdırıb  üzünü  qulamın  üzünə  qoydu. 

Qulam  yarıcan  halda  gözünü  açdı  və  imama  baxıb  gülümsündü.  Onun  bu  təbəssümü  sanki  “ağa,  bu  mənəm, 

axır anda başını sənin dizin üstünə qoymaq şərəfinə çatmış qulamam” deyirdi. İmam qulamın “Mənim qoxum 

pisdir, çöhrəm qaradır” sözlərini xatırlayıb əllərini göyə qaldırdı və dedi: “Pərvərdigara! Onu ətirləndir, üzünü 

ağ və nurani et.” Bir qrup hədisçi yazır ki, imam Səccad (ə) şəhidləri dəfn etmək üçün Kərbəlaya gəldiyi vaxt 

qulamın  cəsədi  orada  tapılmadı.  On  gün  ötmüş  Fərat  kənarında  xoş  bir  ətir  duyuldu.  Həmin  yerə  yaxınlaşıb 

qulamın cənazəsini tapdılar. Onun  çöhrəsi on dörd gecəlik ay tək parlayırdı, bədənindən qalxan müşk qoxusu 

fəzanı ətirləndirirdi.1  

 

Üçüncü məclis 

 

Batil cəbhəsi öz nəfsani istəklərini həyata keçirmək üçün yalandan, hiylədən, fəsad və cinayətdən çəkinmir.  

Amma haqq cəbhəsi tərəfdarlarının həyat proqramı ədalət və insaniyyət, məqsədləri təkamül və kamillikdir. 

Əslində  bu hədəf insanın  yaranış hədəfidir. Onların qiyamı haqq sözün ucalığı və insanı kəramətə çatdırmaq 

üçündür.  (İnqilabın  böyük  rəhbəri  həssas  məqamlarda  buyururdu:  “Bizim  qiyamımız  qələbə  üçün  deyil.  Biz 

vəzifəmizə  əməl  edirik.  Əgər  qalib  gəlsək,  çox  xoşhal  olarıq  ki,  həddini  aşanların  qəddini  qırmışıq,  zahirən 

məğlub olsaq, qəm yemərik. Çünki vəzifəmizə əməl etmişik.”) 

Peyğəmbər  və  haqpərəstlər  məktəbi  Adəmin  dövründən  başlamış  indiyədək  bu  bünövrə  üzərində 

möhkəmlənmişdir.  

Əgər bir şəxs və ya bir qrup haqpərəstlik iddiası ilə qüdrət və hakimiyyətə çatmaq istəsə, getdiyi yol batildir 

və xalqı aldatmaq üçün haqq libası geymişdir. (İmamın (r) rəhbərliyi ilə İslam inqilabından əvvəl də qiyamlar 

olmuşdur.  Mən  bu  qiyamlardan  bəzilərində  fəal  iştirak  etmişəm.  Həmin  qiyamlardan  birində  qiyam  edənlər 

hakimiyyəti ələ keçirdikdən sonra müsəlman xalq spirtli içkilərə qadağa  qoyulmasını istədi. Bu istək mərhum 

Ayətullah Sədrin vasitəsi ilə məktub şəklində milli şura məclisinə təqdim olundu. Amma spirtli içkilər dövlətə 

böyük  gəlir  gətirdiyindən,  hökumət  müsəlman  xalqın  bu  istəyinə  cavab    vermədi!  Çünki  hakimiyyəti  ələ 

gətirənlər haqq libası geymiş batil ardıcılları idi...)  

Peyğəmbərin  (s)  vəfatından  sonra  tanınmış,  ağsaqqal,  zahirən  böyük  və  möhtərəm  şəxslər  iş  başına  gəldi. 

Görən  onlar  müqəddəs  şəriət  əsasındamı  hərəkət  edirdi?  Təəssüf  ki,  yox!  Onların  əməllərində  qatqılı  işlər 

müşahidə  olunurdu.  Ən  əsası,  onlar  bilirdilər  ki,  vilayət  və  rəhbərlik  onların  haqqı  deyil.  Sadəcə,  şəxsi 

mənafelərini təmin etmək üçün  haqqı ayaq altına aldılar.  

Əmirəlmöminin iki işdən birini görə bilərdi: O ya möhkəm dayanıb rəhbərliyə layiq olduğunu təkid etməli 

və  mübarizəyə  qalxmalı  idi,  ya  da  daxili  qarşıdurmanın  qarşısını  almaqla  İslam  və  Quranın  aradan 

götürülməməsi  üçün  aşkar  haqqına  göz  yummalı  idi.  Həzrət  ikinci  yolu  seçsə  də,  imkan  daxilində 

hakimiyyətdəki  büdrəmələrin  qarşısını  almağa  çalışırdı.  Bəziləri  iddia  edirlər  ki,  şeyxlər  zahirən  İslam 

qanunlarına  riayət  edirdilər. Əslində  isə həzrət Əli  (ə) onların  bütün  addımlarını izləyir,  Quran və  peyğəmbər 

buyuruğuna  qarşı  hökm  vermək  istədikdə  onlara  qarşı  çıxırdı.  Həzrət  Quran  və  peyğəmbər  yoluna  istinad 

etməklə  onları  susdururdu.  Hətta  bəzən  şeyxlər  öz  cəhalətlərini  etiraf  edib  imamdan  məsləhət  istəyirdilər. 

Məşhur  “Əli  olmasaydı,  Ömər  həlak  olardı”  etirafı  Peyğəmbərdən  (s)  sonrakı  İslam  əsrinin  ən  böyük  siyasi 

öndərinə aiddir. Birinci xəlifəni də hakimiyyətə gətirən o olmuşdur. Təbəri və İbn-Əsir onun dilindən belə nəql 

edir:  “Əbu-Bəkrin  beyəti  qəfil  bir  iş  oldu.  Bundan  sonra  kim  belə  beyət  almaq  istəsə  öldürün.”2   Bu  siyasi 

şəxsiyyət  peyğəmbərdən  sonra  həmin  sözləri  söyləmişdi.  Əgər  onun  dedikləri  doğru  olsa,  Əbu-Bəkrə  beyət 

batil  sayılmalıdır. Ona  beyətin  batilliyi  Ömərə beyətin batilliyinə  gətirir.  Çünki  Əbu-Bəkri  xilafətə o  çatdırdı. 

(Əbu-Bəkr can verən zaman Ömərə dedi: “Mən səni müsəlmanlara rəhbərlik üçün seçirəm.”3   Həzrət Əli (ə) 

əvvəlki  üç  xəlifənin  dövründə  öz  şəri  vəzifəsini  yerinə  yetirdi.  O  səbr  edirdi  və  öz  səbri  haqqında  belə 

buyururdu: “Mən boğazında sümük qalmış, onu nə uda, nə də çıxara bilməyən, eləcə də, gözünə tikan batmış, 

bu tikanı çıxara bilməyən kəs kimi səbir etdim.”4  

 

                                                 



1

 “Uyunul-İbri”, s. 124, 125 

2

 “Əl ğədir”, c. 4, s. 64; c. 8, s. 189; c. 5, s. 370 



3

 “Əl-ğədir”, c. 6, s. 357 

4

 “Nəhcül-bəlağə”, x. 2 




 

12 


Ömərin aqibəti 

 

Ömərin Əbu-Lölö vasitəsi ilə qətlə yetirilməsinin həzrət Əli (ə) ilə heç bir əlaqəsi yox idi. İranlı qulam Əbu-



Lölö  (Firuz)  Müğeyrə  ibn  Şöbənin  xidmətçisi  idi.  Ağası  ona  demişdi  ki,  özün  üçün  işlə  və  ayda  müəyyən 

məbləğ  mənə  ver. Yaşı  artan Firuz  xəlifəyə  Müğeyrədən  şikayət  etmişdi. Amma  Ömər  onun  şikayətini  yersiz 

saymışdı. Qulam xəlifənin bu münasibətinə görə ona qarşı kin saxlamış və intiqam almaq qərarına gəlmişdi. O, 

xəlifəyə hücum edib ikibaşlı bıçaqla onu ağır yaralamışdı. Ömər bu zərbənin təsirindən zil-hiccənin son günləri 

dünyasını dəyişdi və məhərrəmin əvvəlində dəfn olundu.  

 

Ömərin özünə canişin təyin etmək üçün planı 



 

Ömər  ömrünün  son  günlərində  yatağa  düşmüşdü.  Onun  özündən  sonrakı  canişinlə  bağlı  tapşırıqları  tarix 

kitablarında  qeyd  olunmuşdur.  Həmin  vaxt  o  dedi:  “Şura”  surəsinin  38-ci  ayəsinə  əsasən  altı  nəfərdən  ibarət 

məşvərət  məclisi  qurulsun.  Peyğəmbərin  behişt  əhli  saydığı  bu  altı  nəfər  öz  arasından  bir  nəfəri  rəhbər  seçib 

xalqa tanıtdırsın.” Ömərin nəzərdə tutduğu şura Təlhə, Zübeyr, Osman ibn Əfvan, Əbdür-Rəhman ibn Ovf, Səd  

ibn  Əbu-Vəqqas  və  Əli  ibn  Əbi-Talibdən  ibarət  idi.  Bu  şura  üç  gün  müddətində  bir  evdə  toplanıb  oradan 

çıxmamalı və müəyyən qərara gəlməli idi. Sonra şura üzvləri məscidə gəlib öz qərarlarını xalqa elan edəsi idi. 

Ömər  onlara  dedi:  “Siz  hamınız  xilafət  tamahındasınız.”  Oradakılardan  biri  Ömərə  etiraz  etdi:  “Tutaq  ki,  sən 

deyən  kimidir.  Bəs  haradan  bilək  ki,  sən  bizdən  üstünsən?  Axı  biz  də  sənin  kimi  peyğəmbər  səhabəsiyik.” 

Ömər  bu  şəxsin  cavabında  dedi:  “Əgər  belə  oldusa,  hər  birinizin  eybini  təkbətək  deyirəm.”  Ömər  hərənin 

haqqında  bir  söz  dedi.  O  cümlədən,  Osmanın  haqqında  belə  dedi:  “Əgər  sən  müsəlmanlara  hakim  olsan 

qohumlarını başına  yığacaq, rəzil və avara adamları xalqa hakim edəcəksən!” Maraqlıdır ki, şura üçün elə bir 

plan cızıldı ki, çox güman, xəlifənin nəzərdə tutduğu şəxs – Osman xəlifə seçildi.1  

 

Ömərdən sonra xəlifə təyinatı 



 

Ömərin  ölümündən  sonra  Əbu-Əyyub  Ənsari  Ənsardan  bir  qrup  şəxslə  şura  məhəllini  mühasirəyə  aldı. 

Məclis  başladı. Şuranın başlanğıcında  Təlhə,  Zübeyr  və  Səd ibn  Vəqqas  xəlifə  ola bilməyəcəklərini  anladılar. 

Ömər  tapşırmışdı  ki,  əgər  dörd  nəfər  bir  nəfərə  beyət  etsə,  beyət  etməyən  altıncı  şəxs  müxalifət  etdiyi  üçün 

öldürülsün!  Yox  əgər  dörd  nəfər  bir  tərəfə,  iki  nəfər  bir  tərəfə  çəkilsə,  həmin  iki  nəfər  qətlə  yetirilsin.  Üç 

nəfərin beyət etdiyi şəxs xəlifə kimi qəbul olunsun. Əgər şura yarıya bölünsə Əbdür-Rəhman ibn Ovfun olduğu 

tərəf qəbul edilsin. (Əbdür-Rəhman Osmanın bacısının əri idi). Zübeyr öz səsini Əliyə, Təlhə öz səsini Əbdür-

Rəhmana, Səd öz səsini Osmana verdi. Əbdür-Rəhman dedi: “Ey Əli (ə), mən öz payımın yarısını sənə, yarısını 

Osmana verirəm. Amma şərtim budur ki, ikinizdən birini seçmək hüququm olsun! Siz üç nəfərdən hər birinin 

öz  payını  digər  iki  nəfərə  verib,  bunun  müqabilində  xəlifə  seçə  bilər.”  Həzrət  Əli  (ə)  bu  təklifə  etinasızlıq 

göstərdi. Amma Osman dedi: “Mən qəbul edirəm, sən seç.” Əbdür-Rəhman dedi: “Ey Əli (ə)! Xilafət üçün ən 

layiqli  şəxs  sənsən.  Mən  sənə  beyət  edirəm.  Amma  üç  şərtim  var:  Allahın  kitabına  əməl  edəcəksən, 

peyğəmbərin (s) sünnəsinə əməl edəcəksən, əvvəlki iki xəlifənin yoluna əməl edəcəksən.”  

Əbdür-Rəhman bilirdi ki, Əli birinci və ikinci xəlifəni elə ilk əvvəldən rəhbərliyə layiq bilmir. Həzrət Əli (ə) 

buyurdu:  “Mənim  yolum Allahın kitabı və peyğəmbər (s) sünnəsinə  əsaslanır.” Əbdür-Rəhman Osmana  dedi: 

“Həmin üç şərtlə sənə beyət edirəm.” Osman cavab verdi: “Hər üç şərti qəbul edirəm!” Əbdür-Rəhman həmin 

təkliflə  yenidən  həzrət  Əliyə  (ə)  müraciət  etdi.  Həzrət  buyurdu:  “Mən  yalnız  Allahın  kitabı  və  peyğəmbər 

sünnəsinə əməl edəcəyəm.” Üçüncü dəfə də imam eyni cür cavab verdi.  

                                                 

1

 “İnsabul-Əşraf”, c. 5, s. 17, 18 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə