Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 

31 


İmam Hüseyn (ə) Kufə əhlinə birinci məktubu yazıb alim və şücaətli əmisi oğlu Müslim ibn Əqilə təhlükəli 

bir tapşırıq verdi. 

Məktubda  deyilirdi:  “Həmd  və  Peyğəmbərə  (s)  salavatdan  sonra  bilin  ki,  Hani  ibn  Ürvə  və  Səid  ibn 

Abdullah  Hənəfi  sizin  məktubunuzla  yanıma  gəldilər.  Onlar  siz  tərəfdən  göndərilənlərin  sonuncusu  idi.  Sizin 

bəyan etdiklərinizi anladım. Deyirsiniz ki, imamınız yoxdur və mən Kufəyə gəlim. Amma mən əhli-beytimdən 

olan  qardaşım və  əmim oğlu  Müslim ibn  Əqili oraya  göndərdim. Ona  əmr  etdim ki,  sizin  halınızı və rəyinizi 

mənə bildirsin. Əgər yazsa ki, xalqın aqil və fəzilət sahiblərinin rəyi məktublarınızda yazdıqlarınız kimidir, mən 

də  inşaəllah  tezliklə  sizə  doğru  hərəkət  edəcəyəm.”  İmamın  bu  məktubdakı  son  cümləsi  İslam  cəmiyyətinin 

rəhbərinin  sifətlərini  bəyan  edir:  “And  olsun  canıma,  yalnız  o  şəxs  imamdır  ki,  hökmü  Allah  kitabı  əsasında 

olsun, ədalət uğrunda qiyam etsin, dini, yolu və həyat proqramı haqq din olsun, nəfsini Allahın zatı üçün həbs 

etsin.” 

İmam Hüseynin  (ə) öz dövrü üçün irəli sürdüyü  bu meyarlar  gələcək üçün də işləkdir. Əgər müsəlmanlar 

bütün  İslam tarixi boyu  imam  Hüseynin (ə) bu  göstərişlərinə  diqqətli  olsalar,  İslam  hakimində  deyilən  şərtlər 

olmadıqda onu kənarlaşdırarlar. Bəzən dünyamızdakı dövlət rəhbərləri yolunu azaraq xilaf işlər görürlər. Məxfi 

şəkildə  görülən  bu  işlər  pərdə  götürüldükdə  ölkə  mətbuatında  səs-küy  yaradır.  Mən  təəssüf  edirəm  ki, 

müsəlmanlar öz hakimlərini səlahiyyətsiz gördükdə onu hakimiyyətdən endirmirlər! 

Məhərrəm ayının yeddinci gecəsidir. Sabah Kərbəlada vəziyyət pisləşəsidir. Çünki, İbn Ziyad xəbər tutur ki, 

Ömər  Səd  ardıcıl  olaraq  imam  Hüseynin  (ə)  yanına  nümayəndə  göndərir  və  işi  sülhlə  başa  vurmaq  istəyir. 

Amma ibn Ziyad Yəzid və Bəni-Üməyyənin qarşısında gücünü göstərmək fikrində idi. Bu səbəbdən də Ömər 

Sədə  yazdı:  “Biz  səni  göndərməmişik  ki,  Hüseyn  ibn  Əli  ilə  oturub,  ona  salamatlıq  vəd  edəsən.  Məktubum 

çatan kimi suyun yolunu bağla, necə ki, onlar Osmanı susuz qoymuşdular!” (Bütün sünni tarixçiləri yazırlar ki, 

Osmanın evi mühasirəyə alınan vaxt imam Həsən (ə) və imam Hüseyn (ə) həzrət Əlinin (ə) göstərişi ilə ona su 

aparırdılar.)  

Ömər Səd  göstəriş  verdi  ki,  Fərat  çayına  keçən  yollar bağlansın  və  imam Hüseynin dəstəsinə  su  götürmək 

icazəsi verilməsin. Tarixin bu hissəsi ilə bağlı daim qeyd etdiyim nöqtə budur ki, sonrakı günlər sayı dörd minə 

çatan  beş  yüz  nəfərlik  dəstə  çaya  aparan  yolları  bağlamışdılar.  Bu  nöqtəni  hər  bir  şiə  və  Kərbəla  tarixini 

araşdıran hər bir şəxs bilməlidir.  

Amma  xeymələrdə  su  olmaması  fikri  düzgün  deyil.  Xeymələrdə  məhdud  şəkildə  su  vardı.  Hüseynin 

səhabələri  aram  dayanmayıb  özləri  və  əhli-beyt  üçün  su  gətirirdilər.  Mən  isti  aylarda  Kərbəlada  olmuşam. 

Gündə iki dəfə Fərat çayında yuyunardıq, amma isti o qədər şiddətli olardı ki, iki saat susuz dayana bilməzdik. 

Kərbəla hadisəsi payıza yaxın vaxtlarda baş vermişdir. İmamın səhabələri uzun-uzadı yollar keçərək düşərgəyə 

su gətirirdilər. Səkkizinci və doqquzuncu günlərdə su ehtiyatı azaldı.  

İmam Hüseyn (ə) xeyməsinin arxasından on doqquz addım irəli gedib göstəriş verdi ki, həmin yeri qazsınlar. 

Bir  qədər  qazdıqdan  sonra  həmin  yerdən  su  çıxdı.  Məşkləri  su  ilə  doldurdular.  İbn  Ziyad  Ömər  Sədə 

məktublarından  birində  deyir  ki,  eşitmişəm  Hüseyn  ibn  Əli  quyu  qazır.  Bu  işin  qarşısı  alınmalıdır!”  Bəzi 

mənbələrdə  bildirilir  ki,  imam  Hüseyn    aşura  günündən  öncə  möcüzə  yolu  ilə  su  əldə  etmişdir.  O  şəhadət 

barmağını ovcuna qoymuş və bir işarə ilə mübarək əlindən su axmışdır. Mərhum şeyx Bəhaüddin Amili deyir: 

“Bu iş başqa barmaqla görülsəydi, onun sehr olduğu ehtimal edilə bilərdi. Amma şəhadət barmağından istifadə 

olunması hadisənin möcüzə olduğunu göstərir.  

 

Müsibət zikri 



 

Aşura  gecəsi imamın  hərəminə 20  böyük məşk su  gətirildi.  Su  o  qədər  çox  idi ki,  imam  yuyunmağa  icazə 

vermişdi. Bu  da  məlumdur  ki, aşura  günü sübh azanından sonra xeymələrdə  su qalmamışdı.  Allah və  Cəbrail 

tərəfindən peyğəmbərlərə bəyan olunmuş  rəvayətlərə əsasən Kərbəlada ən mühüm məsələlərdən biri susuzluq 

olmuşdur. Şiddətli isti, susuz torpaq, hərəkət savaş meydanındakı teşnəliyi şiddətləndirmişdi. Axı körpə uşağın 

susuzluğa nə qədər davamı ola bilər?! 

Allah-təala imam Hüseynin aşura günündəki teşnəliyini həzrət Adəmə belə vəsf edir: “Teşnəlik onun gözləri 

ilə səma arasında hail olar!” Cəbraildən nəql olunmuş bir rəvayətdə isə belə deyilir: “Teşnəlik onun övladlarını 

öldürər!”1  

                                                 

1

 “Bihar”, c. 44, s. 245 




 

32 


Bütün səhabələr teşnə halda şəhid olasıdır. Amma zahirən belə görünür ki, ruhları cəsədlərindən çıxmazdan 

öncə  misal  aləmində  həzrət  Peyğəmbər  (s)  onlara  su  içirər.  Əli  ibn  Hüseyn  (ə)  deyir:  “Atacan!  Babam 

rəsulullah  buradadır,  məni  sirab  etdi.  O,  əlində  digər  bir  cam  sənin  intizarındadır.” 1Amma  zahir  aləmində 

teşnəlik şiddətli idi, hətta candan keçməklə su gətirmək mümkün deyildi.  

Sünni  tarixçilərindən  biri  yazır  ki,  Hüseyn  ibn  Əli  Quranı  başına  tutub  buyurdu:  “Ey  xalq!  Mənimlə  sizin 

aranızda  Allahın  kitabı  və  cəddim  peyğəmbər  hakim  olsun.  İmam  xütbə  oxuduğu  vaxt  gördü    ki,  nazənin 

körpəsi susuzluğun şiddətindən üzülüb qalıb. Bacısı körpəni imama verdi.  

İmam buyurdu: “Əgər məni mərhəmətə layiq bilmirsinizsə, bu südəmər körpənin günahı nədir?” İmamın öz 

sözünü tamamlayıb, tamamlamadığını bilmirəm. Rəvayətçi deyir ki, imam körpəni öpmək üçün əyilib mübarək 

dodaqlarını  onun  çöhrəsinə  yaxınlaşdırdı.  Qəfildən  gördü  ki,  körpənin  boğazı  yırtılıb  və  qan  axır.  Bəzi 

rəvayətlərdə  bildirilir  ki,  körpənin  boğazını  ox  dəlmişdi.  İmam  qanı  səmaya  səpdi.  İmam  Baqirdən  (ə)  nəql 

olunur  ki,  bu  qandan  bar  damlası  qayıdıb  yerə  düşmədi.2   Yəni  hazır  dayanmış  mələklər  qan  damlalarını 

hədiyyə olaraq ərşə qaldırdı! Körpə imamın qucağında gülümsünüb gözünü əbədi yumdu. İmamın meydandan 

qayıtdığını gördülər. O nə etmək istəyirdi? Xeymələrin arxasına keçib qılıncın qılafı ilə torpağı qazdı və körpə 

üçün kiçik bir qəbir hazırladı. Körpə qana bulanmış bələyində qəbirə qoyuldu... 

 

Səkkizinci məclis 



Müslim ibn Əqilin Kufəyə gəlişi 

 

Müslim ibn Əqil hicri 60-cı il, ramazan ayının ortalarında Hicaz torpağından Kufəyə doğru hərəkət etdi. O 

şəvval ayının beşində Kufəyə çatdı.  

Müslim öncə Muxtar ibn Əbu Übeydə Səqəfinin evinə getdi. (Muxtarın həyat tarixçəsində qaranlıq nöqtələr 

olsa  da,  o  tanınmış  bir  şiə  olmuşdur.  Müslimin  onun  evinə  getməsi  Muxtarın  şiələr  arasındakı  nüfuzundan 

danışır...) Müslim Kufəyə daxil olan  gün Kufə böyükləri onun  görüşünə  gəldilər. Müslim imam Hüseynin (ə) 

məktubunu  onlara  oxudu.  Məktub  başa  çatdıqdan  sonra  hamıdan  qabaq  Abəs  ibn  Əbu-Şəbib  ayağa  qalxıb 

danışdı.  Bu  şəxsiyyətli,  şücaətli,  mühəddis,  abid  şəxs  öz  sözləri  ilə  Kufənin  və  Kufə  əhlinin  həmin  dövrdəki 

durumunu  aydınlaşdırdı.  O  həmd,  peyğəmbər,  Əli  və  Hüseynə  salamdan  sonra  dedi:  “Ey  Müslim!  Mən  sənə 

xalqın fikirlərindən danışmaq istəmirəm və onların qəlblərindəkindən xəbərsizəm. Mən öz fikrimi bildirirəm və 

xalqın adından danışıb sizi aldatmaq istəmirəm. And olsun Allaha! Özümü dediklərim üçün hazırlamışam. And 

olsun  Allaha!  Nə  vaxt  dəvət  etsəniz  qəbul  edərəm.  Sizinlə  birlikdə  düşmənlərinizlə  vuruşaram,  xidmətinizdə 

qılınc çalaram, nəhayət, Allahın görüşünə nail olaram. Allahın vəd etdiyindən başqa heç nə istəmirəm.” Abəsin 

sözü başa çatdıqdan sonra Həbib ibn Məzahir ayağa qalxdı və Abəsin dediklərini təsdiqləyib söylədi: “Mən də 

canım, malım və varlığımla bu yolun yardımçısıyam.”  

Həmin  məclisdə  başqaları  da  danışdı.  İmam  Hüseynə  beyət  ünvanında  Müslimə  beyət  etdilər.  Beyət 

edənlərin sayı günbəgün artırdı. Sünni və şiə mənbələrində məşhur xəbərlərdən biri budur ki, Kufədə on səkkiz 

min müsəlman Müslimə beyət etdi. Onlar Müslimlə peyman bağladılar ki, imamət və ilahi hökumətin bərqərar 

olunması yolunda canları və malları ilə cihad edəcəklər.3  Bütün Kufəyə xəbər yayıldı. Kufə hakimi Neman ibn 

Bəşir Ənsardan olsa da, Əhli-beytdən üz döndərmişdi. Onun atası Səqifədə Əbu-Bəkrə birinci beyət edənlərdən 

idi.  O,  əməvilərdən  deyildi.  Amma  onların  mənafeyinə  xidmət  edirdi.  Bəni-Üməyyə  hökumətinin  tərəfdarları 

Neman  ibn  Bəşirə  dedilər:  “Kufənin  vəziyyəti  çox təhlükəlidir.  Müslim  beyət  alır  və  xalq  silahlanır.”  Neman 

dedi:  “Nə  qədər  ki,  bir  şəxs  bizə  qarşı  qiyam  qaldırmayıb,  onunla  işimiz  yoxdur.”  O  minbərə  qalxıb  dedi: 

“Mənim Müslimin gəlişindən xəbərim var və sizə xəbərdarlıq edirəm ki, təfriqə yaratmayasınız.”4  

Bəni-Üməyyənin Əbdüllah ibn Müslim ibn Rəbiət, Ömər ibn Səd, Sənan ibn Ənəs, Məhəmməd ibn  Təlhə 

kimi tərəfdarları Neman ibn Bəşiri mühafizəkar adam sayırdılar. Bu səbəbdən də onlar Yezidə məktub yazdılar 

və şiələrin qiyamı, Hüseynə məktub yazıb, onu dəvət etməsi barədə xəbər verdilər. Yezidin  nəzərinə çatdırıldı 

                                                 

1

 “Məqtəli-müqərrəm”, s. 241 



2

 “Məqtəli-müqərrəm”, s. 272 

3

 “Bihar”, c. 44, s. 335, 336 



4

 “Bihar”, c. 44, s. 336 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə