Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 

13 


Əbdür-Rəhman  dedi:  “Məscidə  gedək.”  “Əssəlat”  nidası  ətrafa  yayıldı  və  xalq  məscidə  toplandı.  Əbdür-

Rəhman şuranın qərarını xalqa oxudu və dedi: “Bilin ki, mən Əlini (ə) xilafətə ən layiqli şəxs sayıram. Amma o 

mənim üç şərtimi qəbul etməlidir...” Avam xalq üzünü həzrətə tutub onu bu şərtləri qəbul etməyə çağırdı.  

Həzrət buyurdu: “Mən yalnız Allahın kitabı və peyğəmbər (s) sünnəsinə əməl edəcəyəm. Həmin iki nəfərin 

yolu ilə işim yoxdur. Kitab və sünnədən nə anlayıramsa, ona da əməl edəsiyəm.” Əbdür-Rəhman Osman dedi: 

“Səndə Əlinin ləyaqəti olmasa da, mən sənə beyət edirəm! “Bəni-Üməyyə şadlandı və irəli gedib Osmanın əlini 

öpdülər. Əmirəlmöminin buyurdu: “Bu birinci dəfə deyil ki, bizi haqqımızdan məhrum edirlər.”1  

Osman  Bəni-Üməyyədən  idi.  Onun  xəlifə  seçilməsi  Bəni-Üməyyənin  çoxdankı  planlarının  gerçəkləşməsi 

idi. Bəni-Üməyyə ikrahla İslamı qəbul etdiyi vaxtdan hakimiyyəti ələ keçirmək barədə düşünürdü. (Bu qurğuda 

Ömərin  də əli vardı.  Çünki  özündən  sonra  Əlinin (ə)  hakim  olmasını  istəmirdi.  Hətta  Ömərin oğlu  Əlinin  (ə) 

xəlifəliyə layiq olduğunu atasının nəzərinə çatdırdıqda, Ömər Əlinin (ə) gənc olduğunu bəhanə gətirmişdi.) 

 

Xalq Osmana beyət etdikdən sonra Əbu-Süfyan nə dedi? 



 

Bəni-Üməyyə  şad  və  xürrəm  halda  Osmanın  evində  toplanmışdı.  Bu  məclisdə  Əməvi  olmayan  yox  idi. 

Həmin vaxt gözü zəif görən Əbu-Süfyan dedi: “Burada Əməvi olmayan varmı? Cavab verdilər ki, xeyr, hamı 

Bəni-Üməyyə  övladıdır.  Əbu-Süfyan  dedi:  “Uzun  illər  pul,  qılınc  və  yalanla  əldə  etmək  istədiyimizi  bu  gün 

əldə etdik. Ayıq olun, hakimiyyət  topunu öz  aranızda fırladın və başqalarının əlinə düşməyə qoymayın.  And 

olsun  Əbu-Süfyanın  and  içdiyi  kəsə,  nə  behişt  var,  nə  də  cəhənnəm.”  Həmin  vaxt  Osman  dedi:  “Bu  axmağı 

rədd  edin.”  Qohumları  Əbu-Süfyanı  məclisdən  çıxardıqdan  sonra  o  öz  qulamına  dedi:  “Məni  Ühüdə  apar.” 

Əbu-Süfyan həzrət Həmzənin qəbrinə çatdıqda ayağı ilə qəbri döyəcləyib onun torpağını qatışdırdı və dedi: “Ey 

Əba-Əmarə,  uğrunda  savaşdığımız  və  yolunda  canını  verdiyin  şey  bu  gün  bizim  əlimizə  düşdü.  Onun  ikinci 

dəfə  Bəni-Haşimin  əlinə  düşməsinə  yol  verməyimiz  mümkünsüzdür!” 2    Bəni-Üməyyənin    peyğəmbər  (s) 

dövründə və onun vəfatından sonra hakimiyyəti ələ keçirmək istəməsi ilə bağlı iddiamızın aşkar tarixi dəlilləri 

var.  


Müsəlmanlar tərəfindən fəth olunmuş ən üstün və varlı yer Şamat (Suriya və Fələstin) idi. Məkkə və Mədinə 

qədim  vaxtdan  Şamdan  gətirilən  mallarla  dolanırdı.  Fəthin  başlanğıcında  bu  bərəkətli  məntəqə  bütünlüklə 

Yezid  ibn  Əbu-Süfyanın  hakimiyyəti  altında  idi.  Qısa  bir  müddətdən  sonra  Yezid  öldü  və  qardaşı  Müaviyə 

onun canişini oldu. Maraqlıdır ki,  Ömərin on illik xilafəti  dövründə  Bəni-Üməyyə Şam  sərvətlərinə  sahib  idi. 

Xəlifə bir dəfə olsun belə onlardan hesab istəməmişdi. Bəhreyn valisi olan Əbu-Hüreyrənin mülkünü xəzinədən 

sui-istifadə etdiyi üçün müsadirə edən Ömər nə üçün Şam hakimindən hesab istəmirdi? 

Digər  bir  tərəfdən  Ömər  özündən  sonra  üçün  xəlifə  seçimini  elə  şəkildə  proqramlaşdırdı  ki,  Osman  xəlifə 

seçilsin. Sünni yazıçısı Əbdül-Fəttah Əbdül-Məqsud “İmam Əli” kitabında yazır: “Ömər elə bir şura yaratdı ki, 

Əli  (ə)  bu  şurada  xəlifə  seçilməsin  və  Osman  hakim  olsun.  Əgər  hakimiyyət  Ömərdən  yaxşısının  əlinə 

düşsəydi,  Ömərin  adı  itib-batardı.  Bu  səbəbdən  də  Ömər  elə  bir  şəxs  üçün  şərait  yaratdı  ki,  onun  pis 

əməllərindən cana yığılmış xalq Ömərə Allahdan rəhmət diləsin!” 

Şəxsi mənafeyini düşünən insan belə əməl edir. Bu münasibətin həzrət Əlinin (ə) münasibəti ilə yerlə göy 

arası  fərqi  var.  Həzrət  buyurdu:  “Əgər  bütün  dünyanın  hakimiyyəti  mənə  verilsə  və  əvəzində  qarışqanın 

ağzından bir dən almaq tələb olunsa, heç vaxt bu hökuməti qəbul etmərəm.”3  Bir gün ibn-Abbas həzrət Əliyə 

(ə) dedi: “Sən bütün İslam məmləkətinin hakimisən, amma ayaqqabını özün yamayırsan? Həzrət buyurdu: “Ey 

Abbas oğlu! Bu nəleyinin (ayaqqabının) qiyməti nə qədərdir?” Abbas bildirdi ki, heç nə! Həzrət buyurdu: “And 

olsun  Allaha,  haqqında  danışdığın  hakimiyyət  mənim  üçün  bu  ayaqqabı  qədər  dəyərə  malik  deyil.  Məqsədim 

yalnız  haqqı  bərpa  edib  batili  aradan  qaldırmaqdır.”4   Həzrət  Əli  (ə)  hakimiyyəti  ədalət,  tövhid  və  insani 

kəramət prinsiplərini dirçəltmək üçün istəyirdi. Əlini (ə) bəşər tarixində misilsiz edən ondan sonra özü kimi bir 

şəxsin hakim olmamasıdır.  

                                                 

1

 “Füruği-vilayət”, s. 255-257 



2

 “Əl-istiab”, c. s. 290 

3

 “Nəhcül-bəlağə”, x. 224 



4

 “Nəhcül-bəlağənin şərhi”, ibn Əbül-Hədid, c. 2, s. 158 




 

14 


Həzrət Əlini (ə) 25 il hakimiyyətə yaxın buraxmadılar.  

Əlbəttə ki, Osmanın xilafət dövrünün Əbu-Bəkr və Ömərin xilafət dövrləri ilə fərqi vardı. Osmandan əvvəlki 

iki  xəlifə  həzrət  Əlinin  (ə)  tövsiyələrini  qəbul  edirdilər.  Amma  Osmanın  dövründə  Bəni-Üməyyə 

müsəlmanların müqəddəratını öz əlinə aldı, bir çox hallarda imamın məsləhətlərinə etinasızlıq göstərildi. Ömər 

adətən  qohumlarını  işə  götürmür,  hətta  oğluna  hökumət  işi  tapşırmırdı.  Amma  Osman  peyğəmbər  (s) 

səhabələrini işdən kənarlaşdırdı və onların yerinə Bəni-Üməyyədən olanları təyin etdi. Məsələn, Səd ibn Əbu-

Vəqqas Kufə valiliyindən uzaqlaşdırıldı və onun yerinə Osmanın süd qardaşı Vəlid ibn Üqbə təyin edildi. Vəlid 

ömrünü  şərabxorluq  və  zinakarlıqla  keçirmişdi.  Hakimiyyətin  imkanlarından  istifadə  edən  Vəlid  öz  tüğyanını 

daha  da  artırdı.  O  heç  nədən  çəkinmədən  öz  iqamətgahında  gecədən  sübhədək  eyş-işrətə  məşğul  olurdu. 

Sübhlər sərxoş halda məscidə gələr, bəzən sübh namazını dörd rəkət qılardı. Bir dəfə namazın son səcdəsində 

zikr əvəzinə “mənə şərab verin” demişdi. Sonra xalqa üz tutub “Əgər istəyirsinizsə, sizin üçün yenidən namaz 

qılım”  demişdi.  Bu  şəxs  sərxoş  olub  məscidin  mehrabında  qusmuşdu.  Xalq  ondan  xəlifəyə  şikayət  etdikdə 

Osman demişdi: “Əmr edərəm sizə şallaq vurarlar. Çünki siz mənim qardaşıma həsəd aparırsınız.” Şikayətçilər 

demişdilər: “Biz müsəlmanıq, ədalətli şahidik və öz gözlərimizlə görmüşük.” Nəhayət, həmin məqamda Əli (ə) 

Osmana  buyurmuşdu:  “Nə  üçün  Allahın  hədlərini  təxirə  salırsan?”  Osman  demişdi:  “Bəs  nə  edim?”  İmam 

buyurmuşdu: “Onu işdən kənarlaşdır, Mədinəyə çağır, qoy şahidlər gördüklərini desin.”1  

Nəhayət, hakimlərin zülm və cinayəti müsəlmanları boğaza  yığdı və Bəsrə, Kufə kimi şəhərlərdən, Yəmən 

və Misirdən Mədinəyə şikayətə gəldilər. Onlar Osmana dedilər: “Sənin xəlifəliyə ləyaqətin yoxdur. Sən Bəni-

Üməyyənin  rəzil  və  avara  adamlarını,  Mərvan  və  peyğəmbər  (s)  tərəfindən  rədd  olunmuş  kəsi  xalqa  hakim 

etmisən.  Kənara  çəkil,  qoy  xalq  özü  bir  şəxsiyyəti  xəlifə  seçsin.”  Osmanın  ətrafındakılar  dedilər:  “Əgər  belə 

etsən,  hörmətdən  düşərsən.”  Osman  onların  sözünü  qəbul  edib,  xalqa  dedi:  “Allahın  mənə  geyindirdiyi  libası 

çıxarmaram!” Müsəlmanlar qəzəblənib Osmanın evini mühasirəyə aldılar və evinə daxil olub onu öldürdülər. 

Bu şəxsə o qədər nifrət vardı ki, hətta onu müsəlman saymırdılar. Onu dəfn etməyə kimsə cürət etmirdi. Bəni-

Üməyyə  gecə  məxfi  şəkildə  Osmanın  cənazəsini  yəhudilərin  bağında  dəfn  etdilər.  Müaviyənin  hakimiyyəti 

dövründə  bağçanın  divarı  söküldü  və  bu  yer  Bəqi  qəbristanlığına  qatıldı.  Buna  görə  də  Osmanın  qəbri  Bəqi 

qəbristanlığının qurtaracağındadır.2  

 

İmam Əliyə beyət 

 

Əziyyət görmüş müsəlman xalq bilirdi ki, haqq iyirmi beş il sahibinin əlində olmamışdır. Gələnlərin önündə 

Təlhə  və  Zübeyr,  səhabələrdən  olan  böyük  şəxsiyyətlər,  Bəsrə,  Kufə  və  Misir  böyükləri  dayanmışdı.  Onlar 

həzrət  Əliyə  elə  beyət  etdilər  ki,  İslamda  belə  bir  beyət  olmamışdır.  Əvvəllər  Əbu-Bəkrin  namizədliyi  ortaya 

atılan  vaxt  xalq  Əbu-Bəkrə  beyət  etməmişdi.  Ömər  Ənsara  dedi:  “Sizin  xilafətdə  payınız  yoxdur.  Çünki 

Peyğəmbər (s) buyurmuşdur ki, mənim xəlifələrim qüreyşdəndir. Sizin isə heç biriniz qüreyşi deyilsiniz. Buna 

görə də Peyğəmbərin (s) canişini onun mağara yoldaşıdır və mən ona beyət edirəm. Ous qəbiləsi beyət etsə də, 

onlarla  rəqabətdə  olan  Xəzrəc  qəbiləsi  beyətdən  boyun  qaçırdı.  Ömərə  isə  Əbu-Bəkrin  Osmana  diktəsi  ilə 

yazılmış vəsiyyəti əsasında beyət edildi. Osmana beyət Əbdür-Rəhman ibn Ouf tərəfindən xalqa qəbul etdirildi.  

Yalnız  həzrət  Əliyə  (ə)  xalq  bütünlüklə  beyət  etdi.  Peyğəmbər  səhabələri,  kufəlilər,  bəsrəlilər,  misirlilər, 

mədinəlilər və məkkəlilər Əliyə (ə) beyət əli uzatdılar. Amma həzrət Əli (ə) onların bu istiqbalı qarşısında belə 

buyurdu:  “Məni  rahat  buraxın,  bir  başqasının  sorağınca  gedin.  Sizə  məşvərətçi  olmağım  əmir  olmağımdan 

yaxşıdır.”3   Çünki  Əli  (ə)  məmləkətin  vəziyyətindən  xəbərdar  idi.  O  bilirdi  ki,  bu  şəraitdə  Quran  və  ədaləti 

hakim etmək mümkünsüzdür. Amma gələnlər əl çəkməyib israr etdilər: “Bizim qarşımızda bir yol var. O budur 

ki, sən ədalət və İslamı hakim edəsən.” Həzrət nəhayət onların təklifini qəbul etdi. İmam Əli (ə) xalqa rəhbərliyi 

qəbul edərkən buyurdu: “Mənim üçün höccət tamamlandı. (Başqa çıxış yolu qalmadı). Xalq mənə yardım üçün 

hazırlığını bildirdi. Digər bir tərəfdən, Allah bizdən əhd alıb ki, zalımların zülmü, məzlumların aclığı qarşısında 

sakit dayanmayaq.”4  

                                                 

1

 “Mürucuz-zəhəb”, c. 2, s. 335, 336 



2

 “Əl-imamət vəs-siyasət”, s. 44-46 

3

 “Nəhcül-bəlağə”, x. 92 



4

 “Nəhcül-bəlağə”, x. 3 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə