Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Bəni-Üməyyənin  öz  məqsədinə  çata  bilməməsi  o  qədər  aşkar  idi  ki,  Əbdül-Məlik  ibn  Mərvan  Həccac  ibn 



Yusifə  demişdi:  “Mənim  hökumətimi  Əbdül-Müttəlib  övladlarının  qanına  bulaşmaqdan  qoru.  Əbu-Süfyan 

ailəsinin hökuməti Əbdül-Müttəlib övladlarının qanını tökdükdən sonra uzun çəkmədi!”1  

Həmin  dövrün  böyük  alimlərindən  olmuş  Zəhrinin  imam  Səccadla  (ə)  da  əlaqəsi  vardı.  Əbdül-Məlik 

Əməvilərin  ən  iqtidarlı  sultanı  idi.  Onun  dövründə  İslamın  hüdudları  İspaniya,  Çin  divarları  və  Hindistanın 

mərkəzinədək genişlənmişdi. Bir gün Əbdül-Məlik yanında oturmuş Zəhridən soruşur: “Hüseyn ibn Əli və Əli 

ibn  Əbi-Talibin  öldürülməsindən  sonra  yer  üzündə  hansı  qeyri-adi  hadisələr  baş  verdi?”  Zəhri  deyir:  “Ya 

Əmirəlmöminin!  Kufədə,  Beytül-müqəddəsdə,  Mədinə  və  Məkkədə  elə  bir  daş  yox  idi  ki,  onu  qaldıranda 

altında təzə qan olmasın!” 

Əbdül-Məlik deyir: “Mən də başqa bir sənədlə bu rəvayətə sahibəm. Demək, birlikdə bu rəvayətə şərikik!”2 

Yəni Əbdül-Məlik ibn Mərvan qəbul edirdi ki, Əli (ə) və Hüseyn (ə) şəhadətindən sonra deyilən yerlərdə hansı 

daş qaldırılmışsa, altında qan olmuşdur.  

Allah-təalanın bu hadisəni əhatəli şəkildə hamıya aşkarlaması, hətta iqtidarlı Əməvi xəlifəsinin bu həqiqəti 

etiraf etməsi bir sirdir.  

 

Şiələrin imam Hüseyn (ə) inqilabını tanımaqla bağlı vəzifələri 

 

Həzrət Hüseynin (ə) imamətinə etiqadlı hər bir fərd aşura və Hüseyn mövzularının Allah, Onun rəsulu (s) və 



məsum  imamların  nəzərində  mühüm  bir  məsələ  olduğunu  bildikdən  sonra  bu  cərəyanı  tanımalı  deyilmi?! 

Məgər  öyrənməli  deyilikmi  ki,  aşura  qəziyyəsi  nədir?  Aşuranı  yalnız  qətl-qarət  və  xeymələrin  yandırılmasına 

görəmi böyük bilməliyik? Əlbəttə ki, yox! Tarixdə bu sayaq qətl-qarətlər və qırğınlar çox olmuşdur. 

İmam  Hüseyn  (ə)  dünyaya  gəldiyi  gündən  həzrət  Peyğəmbərin  (s)  insanların  diqqətini  bu  məsələyə 

yönəltməsinin səbəbi nədir?! 

Hər bir şiə bilməlidir ki, Hüseyn ibn Əlinin (ə) qiyamı nəyi aradan götürdü və nəyi bərqərar etdi.  

 

Əzadarlıq 

 

Ölkəmizdə  düz  şiə  hökuməti  qurulduğu  zaman,  təəssüf  ki,  xalqın  hissini  oyatmaq  üçün  ikinci  dərəcəli 



məsələlər önə çəkildi və qiyamın mahiyyəti arxa plana keçdi.  

Xalqın hisslərini çaşdıra biləcək şerlər qoşuldu, kitablar yazıldı. İmam Hüseynə (ə) ağlayan kəsin Behişt və 

ilahi rəhmətlə mükafatlandırılacağını bəyan edən səhih hədislərə o qədər  yer verildi ki, qiyamın  əsas məqsədi 

yaddan çıxdı.  

Əfsus  ki,  altmış-yetmiş  il  əvvəl  rövzə  yaratmaq  adlı  bir  peşə  vardı.  Həmin  vaxtlar  hətta  Kərbəlada  baş 

verməmiş  bir  əhvalatı  nəql  etməklə  xalqı  həyəcana  gətirə  bilmək  hünər  sayılırdı.  Yeddi  yaşımız  olanda 

deyirdilər: “Filankəs heç bir kitabda olmayan rövzələr oxuyur.”  

Demək,  heç  bir  kitabda  olmayan  əhvalatı  danışmaq  fəzilət  və  kamal  sayılırdı.  Görün,  həqiqətən  nə  qədər 

uzaq düşüblərmiş! 

Əbi-Əbdillahın qiyamı Allah dininin hifzi və haqq sözün bəyanı üçün baş vermişdi. Necə ola bilər ki, özünü 

imam tərəfdarı sayan şəxs aşura əyyamında xalqın başını yalanla qatsın?! 

Böyük  alim  Əllamə  Hacı  Mirza  Hüseyn  Nuri  –  Ustad  Mühəddis  Qummi  (“Məfatihul-cinanın”  müəllifi) 

“Lölöi-mərcan”  kitabında  yalan  xəbərlərə  görə  minbər  əhlindən  bəzilərini  məzəmmət  etmişdir.  Ustad  şəhid 

Mütəhhəri  də  aşuranın  təhrifi  ilə  bağlı  söhbətlərində  bu  məsələni  araşdırmışdır.  Kərbəla  hadisəsi mövzusunda 

yazılmış bir çox şerlərdə həqiqətdən əsər-əlamət yoxdur.  

Xatırlayıram ki, təziyələrdə Şimrin rolunda pəhləvan cüssəli biri, Əbül-Fəzl Abbasın rolunda isə cansız bir 

adam çıxış edərdi. Onlar meydana gəldikdə Əbül-Fəzl ah-nalə çəkər, Şimr isə fəryad qoparardı. Hansı ki, həzrət 

Əbül-Fəzl  Kərbəla  səhrasında  təkbir  dediyi  vaxt  şimrlərin  ayaqları  əsərdi.  Səhih  rəvayətlərdə  nəql  olunur  ki, 

Şimr  ibn-Ziyada  demişdir:  “Əgər  Əbül-Fəzl  Abbası  Hüseyn  ibn  Əlidən  ayıra  bilsək,  işimizi  çox  tez  başa 

çatdırarıq. Mənə icazə ver, ona bizim tərəfə keçməyi təklif edim.” 

 

                                                 



1

 “Kəşful-ğəmmə”, c. 2, s. 324 

2

 “Kəşful-ğəmmə”, c. 2, s. 56 




 



İslam inqilabı və əzadarlıqların mahiyyətinin dəyişməsi 

 

Həmd olsun Allaha ki, Allahın lütfü nazil oldu və böyük alimlər qərara gəldilər ki, imam Hüseyn (ə) qiyamı 



haqqında xalqa həqiqəti bildirsinlər. Şəhid Mütəhhəri, şəhid Behişti kimi alimlər təhriflərin aradan qaldırılması 

ilə məşğul oldular.  

İnqilab əyyamında İmam (r) buyurdu ki, əzadarlıqlar ənənəvi, amma mənalı olsun. İnqilabın ilk iki ilində bu 

göstərişlərə  riayət  edildi.  Amma  müharibə  başladıqdan  sonra  saysız  şəhadətlər  nəticəsində  köhnə  hisslər 

yenidən qızışdı, meydan yenidən həqiqətdən uzaq söhbətlər edən insanların əlinə düşdü. 

Kərbəlada  olduğum  vaxt  Əbi-Əbdillahın  pak  vücudu  ilə  əhd  edərkən  dedim:  “Ağa!  Aşura  əyyamında 

müqəddəs qiyamın haqqında şiələrə danışmaqda  mənə köməkçi ol.” Həmd olsun Allaha ki, bu günədək hər il 

məhərrəmin on iki gecəsini bu qiyamı araşdırmaqla məşğul olmuşam. Bu il də imamın müqəddəs ruhundan və 

Kərbəla şəhidlərindən kömək istəyirəm ki, həmin tövfiqi əldə edim və gələn gecələrdə siz əzizlərə bu məsələləri 

açıqlaya bilim. 

Məhərrəmin  ilk  gecəsidir.  Birinci  əza  gecəsi!  Peyğəmbərdən  (s)  nəql  olunan  budur  ki,  sabah,  məhərrəmin 

başlanğıcı  bu  duanı  oxuyun:  “Əllahummə  hazihi  sənətun  cədidə...”  –  “Pərvərdigara!  Mən  yeni  bir  ilə  daxil 

olmuşam  və  Səndən  tövfiq  (yardım)  diləyirəm”  (“Məfatihul-cinan”,  Məhərrəmin  birinci  gününün  əməlləri) 

Amma  bəni-üməyyə  aşuranı  əzadarlıq  rəngindən  məhrum  etmək  üçün  onu  bayram  adlandırdı.Saray 

hədisçilərinin yardımı ilə hədislər uyduruldu. Məsələn: “Aşura günü ilin bütün günlərindən fəzilətlidir.”1  Hətta 

sünnə  əhlindən  olan  arif  və  dərvişlər  öz  kitablarında  yazır:  “Allah-təala  Hüseynin  şəhadətini  ilin  ən  üstün 

gününə salmaqla Hüseyn ibn Əliyə (ə) fəzilət verdi.” Amma bizim rəvayətlərə əsasən, aşura şadlıq yox, müsibət 

günüdür.2  

 

Əzadarlıq, yoxsa özününümayiş?! 

 

İmam Hüseynə əzadarlıq əyyamıdır. Dua edin ki, Allah-təala cəhalət, nadanlıq, özününümayiş səbəbindən 



bu əzadarlığı xoşagəlməz əməllərlə bulaşdıranları hidayət etsin.  

Əziz rəhbərimiz öz buyruqlarında bu sayaq rəftarları məzəmmət etdi. Mövcud cəhalət mərifətlə əvəz olsa, 

kimsə əzadarlıqda özünü göstərmək üçün əzadarlıq və dinə layiq olmayan işlər görməz.  

 

Məsum imamların dövründə əzadarlıq 

 

İmamların  dövründə  əzadarlıq  üçün  məclislər  qurulur,  növhələr  deyilər  və  qəmlənərdilər.  İmamların 



hüzurunda  Əbu-Harun  Məksuf,  Dəbəl,  Kumeyt  kimiləri  növhə  oxumuşlar.  Onlar  dəyərli  şerlər  oxuyar, 

məsumlar qəmlənərdilər... 

Bu əzadarlıqlarda əsas məsələ o idi ki, Kərbəla hadisəsi nəzmlə ən gözəl formada bəyan olunsun. Məsumlar 

buyurmuşlar: “Hər kəs Əbi-Əbdillahın əzasında şer oxusa, Allah- behişti ona vacib edər.”3   

 

Müsibət zikri 

 

Rəvayətlərin  birində  bəyan  olunur  ki,  imam  Hüseyn  (ə)  İraqa  yola  düşdüyü  vaxt  (Mədinədən    çıxıb 



Məkkəyə, sonra  İraqa üz tutanda) Ümmü-Sələmə ərz etdi:  “Oğlum! Mən  baban peyğəmbərdən  İraq haqqında 

bəzi  şeylər  eşitmişəm.”  Həzrət  buyurdu:  “Bilirəm,  mən  də  xəbərdaram.”  Ümmü-Sələmə  dedi:  “Cəddin  mənə 

işarələr  də verib. Həzrət buyurdu:  “İstəyirsənmi əlavə  edim?” Həzrət Ümmü-Sələməyə bir ovuc torpaq verib 

buyurdu: “Bunu da o torpağa əlavə et. Nə vaxt onun qana döndüyünü görsən, bil ki, mən şəhid olmuşam!”4  

                                                 

1

 “Səhihi-Muslim”, aşura günü babı, s. 146-151 



2

 “Bihar”, c. 45, s. 94-95 

3

 “Məqatilul-Hüseyni-müqərrəm”, s. 113; “Ricali-Kəşşidən nəql”, s. 187)  



4

 “Bihar”, c. 45, s. 227 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə