Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 

29 


Bir  zalım  qabağa  gəlib  qılıncını  onun  nazənin  bədəninə  endirdi.  Kənarda  dayanıb  qardaşı  oğlundan  xəbər 

gözləyən  imam  qəfildən  onun  səsini  eşitdi.  Uşaq  deyirdi:  “Əmican!  Məni  götür!”  Nahiyə  ziyarətində  imam 

Mehdi  (ə)  Qasimə  salam  göndərərkən  deyir:  “Salam  olsun  sənə,  başına  gələn  böyük  bəladan  sonra  şəhid 

oldun.” Böyük bəla dedikdə nə nəzərdə tutulur? İmam Qasimə yaxınlaşan vaxt düşmən onun başını bədənindən 

ayırmaq  istəyirdi.  İmam  ona  hücum  etdi.  Meydanın  tozu  çəkildikdən  sonra  gördülər  ki,  imam  Hüseyn  (ə) 

qardaşı  oğlunun  başı  üzərində  əyləşib.  Onun  sözləri  insanın  iliklərini  sızladırdı:  “Qardaşoğlu!  Əmin  Hüseynə 

(ə) necə də ağırdır ki, sən çağırasan və o sənə kömək edə bilməyə.” Həmid ibn Müslim deyir: “İmam Hüseyn 

ayağa  qalxdı,  Qasimin  cənazəsini  götürüb,  sinəsini  sinəsinə  sıxdı.  Qasimin  ayaqları  yerlə  sürünə-sürünə  onu 

xeyməyə  apardı.1   Bəs  nə  üçün  Qasimin  ayaqları  yerlə  sürünürdü?  Axı  on  üç  yaşlı  uşağın  boyu  yaşlı  kişinin 

boyu  qədər  deyil.  İki  ehtimal  var.  Ehtimaldan  biri  budur  ki,  imam  Hüseyn  əyilmiş  vəziyyətdə  imiş.  İkinci 

ehtimala əsasən, Qasimin bədəni atların nalı altında... 

 

Yeddinci məclis 



 

İmam Həsənin (ə) şəhadətindən sonra İslam ümməti və imamət məsuliyyəti və dinin hifzi imam Hüseynin 

(ə) üzərinə düşdü. Müaviyənin 10 illik diktator hakimiyyəti həzrət Hüseynin (ə) imaməti ilə eyni vaxta təsadüf 

edirdi.  Müaviyənin  ölümündən  sonra  imamın  qarşısında  yüngül  ağıllı,  şərabxor,  qumarbaz,  iffətsiz,  xalqın 

canına, malına, namusuna hakim olan bir gənc dayanmışdı. İmam Hüseynin (ə) vəzifəsi Allah dinini qorumaq 

idi. Yəzid hətta zahirən də dinə sayğı göstərmirdi. Atası Müaviyə böyük siyasətçi, münafiq bir hiyləgər idi. O 

zahirən  özünü  etiqadlı  göstərirdi.  İmam  Müaviyənin  dövründə  beyət  etmədi.  Yəzidə  beyət  etmək  istəmədiyi 

üçün  Məkkəyə  yola  düşdü.  Mərvan  Hüseynin  (ə)  qəlbini  ələ  ala  biləcəyinə  ümid  edərək  dedi:  “Mən  sənin 

xeyirxahın  olduğum  üçün  deyirəm  ki,  Yəzidlə  müxalifətdən  fayda  götürməyəcəksən.  Əksinə,  özünü  və  ailəni 

təhlükəyə atırsan. Mən xahiş edirəm ki, Yəzidə beyət et. Söz verirəm ki, Yəzid sənin hörmətini saxlayacaq. Çox 

olsun ki, o hakim kimi tanınsa da əsl hakim sən olacaqsan!” (Müaviyə Abdullah ibn Zübeyrə, imam Hüseynə 

və  Abdullah  ibn  Ömərə  demişdi  ki,  Yəzid  zahirdə  hakimdir,  əsl  hakim  sizsiniz.  Göstəriş  verin,  o  icra  etsin.) 

Mərhum  Seyyid  ibn  Tavus  yazır  ki,  imam  Hüseyn  Mərvana  belə  cavab  verdi:  “Əgər  müsəlmanların  rəhbəri 

Yəzid kimisi olacaqsa, İslamla xudahafizləşmək lazımdır.”2  Bu prinsipial bir məsələdir və müsəlmanlar Yəzid 

kimi bir şəxsin İslam məmləkətinə rəhbər olmasına imkan verməməlidir. Bu gün də bir çox müsəlmanlar yalnız 

maddiyyat haqqında düşünmüşlər. Onlar kimin hakim olmasına əhəmiyyət vermirlər. Bizim də ölkəmiz əsrlər 

boyu yəzidlərin hakimiyyəti altında olmuşdur. Nəhayət, Allah-təala Hüseyn övladlarından biri ilə Özünə qarşı 

çıxanlara cavab verdi, fəsad nöqtəsi olan şahənşah rejimini hədəfə aldı. Bu şəxs buyurdu: “Nə qədər ki, şah bu 

məmləkətdədir,  bədbəxtliklər  yerində  qalasıdır.  Fəsadın  kökü  qazılmalıdır  ki,  ölkə  islah  olsun.”  Xalq  imamın 

sözlərini anlayıb şüar səsləndirdi: “Şahın yeri kəfən olsun, vətən əsl vətən olsun.” 

 

Nə üçün imam Hüseyn (ə) Mədinədə qalmayıb Məkkəyə getdi? 

 

Mədinə  imam  Hüseynin  dövründə  məhdud  bir  şəhər  idi.  Xalq  peyğəmbər  (s)  məscidinin  fəzilətini  dərk 

etmək və onun qəbrini ziyarət etmək üçün bu şəhərə gələrdi.  Bu şəhər  Məkkə qədər siyasi deyildi. Bir zümrə 

müqəddəs  peyğəmbər  məscidinin  guşəsində  ibadətə  məşğul  olurdu  və  siyasətə  qarışmırdı.  Əgər  imam  bu 

məhdud fəzada qalsaydı, haqqı dirçəldib, batili aradan götürə bilməzdi. Burada onun terror ehtimalı da vardı.  

İmam  ona  görə  Məkkəni  seçdi  ki,  bu  şəhər  həcc  aylarından  əlavə,  rəcəb,  şəban  və  ramazan  aylarında  da 

bütün İslam ölkələrindən ziyarətçiləri qəbul edirdi. İmam yaxşılığın əmri və pisliyə qadağa  üçün bu fürsətdən 

bəhrələnmək  fikrində  idi.  Həzrət  şəbanın  3-də  Məkkəyə  daxil  oldu.  İmam  Məkkəyə  daxil  olanda,  Məkkənin 

                                                 

1

 “Məqtəli-müqərrəm”, s. 264-266 



2

 

“Məqtəli-müqərrəm”, s. 132, 133 



 

 



 

30 


tanınmış  adamları  onun  ətrafında  cəmləşdi.  Bildilər  ki,  imam  beyət  etməyib  və  etməyəcək.  İmam  Məscidül-

Həramda,  Səfa və  Mərvədə  idi.  İnsanlar  onun ətrafında  toplaşmışdı.  İmam  Bəni-Üməyyənin  həzrət  Əlinin  (ə) 

şəhadəti  vaxtında  davam  edən  fitnə-fəsadından,  zülm-sitəmindən  danışırdı.  Şübhəsiz  ki,  söhbətlər  Bəni-

Üməyyənin  ölkənin  idarəçiliyində  səlahiyyətli  olmadığını  bildirirdi.  Həzrət  müsəlmanları  müqəddəs  qiyama 

çağırırdı. Məkkə cəmiyyəti məhdud idi. Təkcə onların hesabına qiyam qaldırmaq olmazdı. Şam isə bütünlüklə 

Bəni-Üməyyənin  ixtiyarında  idi.  Şam  əhli  imam  Hüseynə  (ə)  tabe  deyildi.  Əmr  As  Misiri  sıxıntıya  salmaqla 

yerində  oturtmuşdu. Şiələrdə  qiyam  qaldırmaq  üçün  güc  yox  idi.  Yalnız  həzrət  Əlinin (ə)  hakimiyyəti  altında 

olan İraqda əksəriyyəti şiələr təşkil edirdi və qiyam üçün zəmin vardı.  

 

Kufə şiələrinin imamı dəvət etməsi 

 

Kufə  şiələri  Müaviyənin  ölümündən  və  imam  Hüseynin  ona  beyət  etməyib  etiraz  olaraq  Məkkəyə 

getməsindən  xəbər  tutduqları  vaxt  şiə  şeyxlərindən  olan  Süleyman  ibn  Sərt  Xəzainin  evində  toplaşdılar. 

Süleyman ayağa qalxıb xütbə oxudu. Allaha həmd-sənadan sonra dedi: “Biz xəbər tutduq ki, Müaviyə ölüb və 

Hüseyn ibn Əli Yəzidə beyət etməyib, etməyəcək. İmam Hüseynə (ə) o qədər məktub  yazılmışdı ki, Şəbs ibn 

Rəbi, Həcar ibn Bəcr, Yəzid ibn Haris, Ürvə ibn Qeys, Əmr ibn Həccac kimi dünyapərəstlər də başqalarından 

geri  qalmamaq  üçün  imama  gözəl  və  ədəbi  məktublarla  xitab  edir,  yazırdılar:  “Ey  imam  Hüseyn!  Bağça-

bağlarımız  yaşıl  və  xürrəm  olub,  meyvələrimiz  yetişib.  Yalnız  imamımız  yoxdur.  Əgər  istəsən,  yubanmadan 

bizə doğru gəl. Hazır və fədakar bir qoşun görəcəksən!” İmam bütün məktubları mütaliə edirdi. Bu məktublar 

xüsusi bir xurcunda saxlanılırdı. Bəziləri deyirlər ki, imama on min məktub yazılmışdı. Dəqiq budur ki, imamın 

yanında  bir  kisə  məktub  yığılmışdı.  Həzrət  məktubları  gətirib  Hürrün  qabağına  tökdü  və  buyurdu:  “Bu 

məktubları Kufə əhli yazıb və məni Kufəyə dəvət edib.”  

Səid  ibn  Abdullah  Hənəfi,  Abdullah  ibn  Val,  Abəs  ibn  Şəbib  kimi  elçilər,  imama  deyirdilər:  “Xalq  səni 

istəyir və Yəzidin xilafəti ilə razılaşmır.” 

Bu insanlar səhvə yol verirdimi? Əlbəttə ki, yox! Bilin ki, Kufə əhlinin əksəri imamət dostu idi və Hüseyn 

ibn Əlinin hakimliyini istəyirdi. Amma hansı qiymətə? Onlar imam Hüseyni (ə) Kufəyə gəlib hakimiyyəti ələ 

almasını arzulayırdılar. İmam Kufədə beytül-mal sandıqlarını açmalı və kufəlilər öz haqlarını götürməli idilər. 

Bu  işin    qarşısını  almaq  istəyənləri  əsgərlər  və  mücahidlər  yerində  oturtmalı  idi.  Amma  bütün  bunları  qan 

bahasına istəyənlər az idi. Necə ki, həzrət Əli (ə) Əmr ibn Həməqə buyurdu: “Ey kaş, sənin kimi yüz adamım 

olaydı!”Adətən, əksər insanlar hazır yağlı tikə sorağındadır. Zəhmət çəkmək lazım gəldikdə isə şikayətlənməyə 

başlayırlar.  (Bəzən  imam  Rahil  buyurdu:  “Bizdə  tarixdə  görünməmiş  bir  möcüzə  baş  vermişdir.  İlahi 

hökumətin  qurulması  üçün  şəhadət  hazırlığı  bu  ölkədə  mədəniyyətə  çevrilmişdir.  Xalqımızın  əksəri  belə 

düşünür ki, ya şərafətlə yaşamalıyıq, ya da ölüm rəzil həyatdan üstündür. Bu imam Hüseynin  (ə) şüarı idi!) 

Görəsən  imam  Hüseyn  (ə)  bu  məktubların  arxasında  uyğun  həqiqətlərin  dayandığını  bilirdimi?  Şübhə 

etməməliyik ki, imam bütün bunları çox gözəl bilirdi. Əgər belə idisə, nə üçün Müslimi Kufəyə göndərirdi? Nə 

üçün  Müslimin  şəhadətindən  sonra  özü  Kufəyə  doğru  hərəkət  edirdi?  Bu  sualları  bir  çox  tədqiqatçılar 

araşdırmışlar. Bəziləri qəti şəkildə bildirirlər ki, imam Hüseyn (ə) Kufə xalqının yalanına aldandı. Amma biz bu 

sayaq fikirləri küfr sayırıq. Bizim fikrimizcə Hüseyn (ə) imamdır, zülmə düşmüş xalq ondan yardım istədikdə 

imam həqiqəti bildiyi halda onlara müsbət cavab verməsə, qiyamət məhkəməsində onun qarşısını kəsib, Allaha 

şikayət  edərlər.  Deyərlər  ki,  Müaviyə  öldü,  bu  imamdan  bizə  rəhbər  olmasını  istədik,  bu  yolda  canımızdan 

keçməyə  hazır  idik,  amma  o  gəlmədi  və  bizə  dedi  ki,  siz  yalan  danışırsınız!  Bizim  yalan  danışmağımıza  nə 

ehtiyac vardı?! Bəli, imam vəzifəsinə əməl edərək Kufə əhlinə müsbət cavab verdi. Necə ola bilərdi ki, imam 

Hüseyn  (ə)  ibn  Abbas,  Məhəmməd  ibn  Hənəfiyyə,  Abdullah  ibn  Ömər  qədər  məsələnin  mahiyyətini 

anlamaya?! Bu üç şəxs imamı Kufə əhlinin vəfasızlığından həzər qılmağa çağırmışdılar. Amma həzrət onların 

cavabında belə buyurmuşdu: “Mən getməliyəm və Allah nə istəyirsə, o da olacaq!” 

 

İmam Hüseynin səfiri Müslim 

 



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə