Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 

27 


Hüseyn  (ə)  şəhadət  verir  ki,  Allahın  müqəddəs  zatından  başqa  məbud  yoxdur.  O,  şəriksizdir.  Şəhadət 

verirəm ki, Məhəmməd Allahın bəndəsi və peyğəmbəridir. O haqq dini haqq (Allah) tərəfindən gətirdi. Behişt 

və  cəhənnəm  haqdır.  Qiyamət  qətidir  və  Allah-təala  bütün  insanları  qəbirdən  qaldırar.  Qardaşcan!  Mənim 

qiyamımın məqsədi şər, açıq-saçıqlıq, təkəbbür və qürur, fitnə-fəsad yaymaq, zülmə rəvac vermək deyil. Yalnız 

ona görə qiyam qaldırmışam ki, cəddimin ümmətini islah edəm. Cəddimin ümməti arasında fəsad çoxalmışdır. 

Mən  bu  fəsadları  islah  etmək  istəyirəm.  Yaxşılığa  əmr  etməklə  cəmiyyətdə  diqqəti  xeyir  və  saleh  əmələ 

yönəltmək əsas məramımdır. Cəmiyyətdə pis iş rəvac tapdığından xalqı pis işdən çəkindirmək fikrindəyəm...” 

İmam Hüseyn Kərbəla yaxınlığında olarkən xalqa buyurdu: “Məgər görmürsünüzmü ki, haqqa əməl olunmur 

və  batildən  əl  çəkmirlər?!  Belə  bir  şəraitdə  müvəhhid  mömin  Allah  görüşünün  iştiyaqında  olmalıdır.  Bu 

səbəbdən  də  mən  şəhadəti  səadət  görürəm  və  zalımlarla  yaşamağı  xəcalət  sayıram.”  Aşura  günü  də  yaxşılığa 

əmri və pisliyin qadağası imam Hüseynin (ə) məramı idi. Təkcə o  yox,  yoldaşları və qardaşları da  yaxşılığın 

əmri və pisliyin qadağası ünvanında xütbə və rəcəz oxuyurdu. Bizim dinimizdə yaxşılığa əmr və pisliyə qadağa 

(əmr  be  məruf  və  nəhy  əz  münkər)  cihaddan  əfzəldir.  Çünki  cihad  bünövrə  məsələsidir.  İmam  buyurur: 

“Cəddimin  və  atam  Əli  ibn  Əbi-Talibin  yolunu  gedirəm.  Mənim  dəvətimi  qəbul  edən  kəs  Allah-təalanın 

həqiqətən  ən  ləyaqətlisidir.  Qəbul  etməyənlər  olsa  səbr  edərəm.  (Səbr,  yəni  çətinliklərə  qarşı  müqavimət.  )  O 

vaxta qədər ki, Allah-təala mənimlə onlar arasında hökm etsin. O hökm edənlərin ən üstünüdür. Ey qardaşım, 

bu  mənim  sənə  vəsiyyətimdir.  Allahın  müqəddəs  səbəbi  olmasa,  tövfiqim  yoxdur.  Ona  təvəkkül  edirəm,  ona 

yalvarıram.”1  

İmam  (ə)  buyurur:  “Cəddim  və  atamın,  yolunda  zəhmət  çəkdiyi  ayini  görürəm.  Yaxşılıq  aradan  çıxmış, 

pislik  rəvac  tapmışdır.  Mən  yaxşılığı  dirçəltmək,  pisliyi  aradan  götürmək  istəyirəm.  Yolum  babam  və  atamın 

getdiyi yoldur.  

 

Şəhadətdən xəbərdarlıq 



 

Bəzən  soruşulur  ki,  imam  Hüseyn  (ə)  öldürüləcəyini  öncədən  bilirdimi?  Qətiyyətlə  deyə  bilərik  ki,  bəli, 

imam öz qətlgahına doğru getdiyini  yaxşı bilirdi. Dünyaya  gəldiyi  gün, mövludundan öncə  İslam  peyğəmbəri 

(s) və əvvəlki peyğəmbərlər onun şəhid olacağını bildirmişdilər.  

Bunu  Hüseyn  ibn  Əli  özü  də  bilirdi.  Əlbəttə  ki,  imam  şəhadətə  çatmaq  üçün  qiyam  qaldırmamışdı.  Onun 

məqsədi Allah dininin  yaşaması, Quranın hifzi, cəddinin və atasının  yolunun davamı idi. Ölüm bahasına başa 

gəlsə də, imam bu yolu gedirdi.  

Bir  şəxs  imam  Sadiqdən  (ə)  soruşdu:  “İmam  Hüseynin  (ə)  Mədinədən  çıxması,  bəzilərinin  ona  qoşulması, 

bəzilərinin  ona  qoşulmaması  necə  izah  olunur?”  Həzrət  buyurdu:  “Bütün  dediklərinə  cavab  olacaq  bir  cümlə 

deyirəm.  İmam  Hüseyn  (ə)  ona  qoşulmayan  Bəni-Haşim  dəstəsinə  belə  yazdı:  “Sizdən  kim  mənə  qoşulsa, 

şəhadət onun yolunu gözləyir. Hər kəs mənə qoşulmasa fəth və qurtuluşa yetişməz.” İmam Hüseyndən (ə) sonra 

Bəni-Haşimin vəziyyəti çox çətin oldu. 

Yüklər  bağlandı,  gecə  yarıdan  keçən  vaxt  imam  azsaylı  karvan  əhli  ilə  hərəkətə  başladı.  Bu  karvanı  Bəni-

Haşimdən  kiçik  bir  qrup  (17,  18  kişi  və  qadın-uşaq)  təşkil  edirdi.  Hərəkətə  hazır  olan  vaxt  imamın  mübarək 

dodaqlarından Allahın Musa haqqında buyurduğu ayə eşidildi: “Musa Misir torpağından bir halda xaric oldu ki, 

qorxurdu və deyirdi: “Pərvərdigara, məni sitəmkarların şərindən xilas et.”2  

Karvandakı Bəni-Haşimilər arasında Əbül-Fəzl Abbas, Əqilin övladları, imamın qardaşları, Osman, Cəfər və 

Abdullah  vardı.  Həcc  üçün  Məkkəyə  gedən  bir  qrup  Kufə  əhli  də  bu  karvana  qatılmışdı.  İmama  yolda 

qoşulanlar  da  oldu.  Kiçik  bir  qrup  Kufədən  hərəkət  edib  özünü  imama  çatdıra  bildi.  Bu  karvandakılar  böyük 

insanlardı. Onlara tay tapmaq mümkünsüzdür. Kərbəla hadisəsinədək  Bədr və Ühüd əshabı ən böyük şəhidlər 

sayılırdı.  Bədrdə  313  müsəlman  mindən  çox  müşrikin  qarşısında  dayanmışdı.  Yəni  düşmən  müsəlman 

qüvvələrindən  üç  qat  artıq  idi.  Həmin  vaxt  peyğəmbər  (s)  öz  dəstəsinə  vəd  etmişdi  ki,  Allah-təala  mələklər 

vasitəsi  ilə onlara  yardım edəsidir.  Bəs Kərbəlada neçə nəfər  vardı? Əksər şiə  alimləri  yazır ki, Kərbəlada 72 

nəfər  olmuşdur.  Ən  məşhur  rəvayətdə  düşmən  qoşununun  30  min  döyüşçüdən  ibarət  olduğu  bildirilir.  Əgər 

Bədrdə düşmən müsəlmanlardan üç qat artıq idisə, bu nisbət Kərbəlada neçə idi? Otuz dəfəmi, yüz dəfəmi, üç 

yüz dəfəmi?! Bədrdə mələklər köməyə gəldi və öz yardımını göstərdi. Kərbəlada isə imam Hüseyn (ə) yardıma 

                                                 

1

 “Bihar”, c. 44, s. 329, 330 



2

 “Bihar”, c. 44, s. 332 




 

28 


gəlmiş  mələklərə  “sizin  köməyinizə  ehtiyac  yoxdur”  buyurdu.  Bədrdə  su  problemi  yox  idi.  Amma  burada 

şəhidlər  təşnə  halda  can  verdilər.  Kərbəlada  əslində  bir  nəfər  30  minə  qarşı  dayanmışdı.  Çünki  imamın 

yoldaşları meydana tək-tək çıxırdılar. Düşmən isə həmin bir nəfərə toplum halda hücum edirdi.  

Şuzəb və Abəs iki dost, iki şiə, Əli məktəbinin iki şagirdi, iki Quran qarisi istər Aşuradan öncə, istər Aşurada 

ilahi sınaqdan alnıaçıq çıxdılar. Müslim ibn Əqil beyət almaq istədiyi vaxt Abəs ayağa qalxdı və dedi: “Mənim 

Kufə  əhli  ilə  işim  yoxdur,  öz  tərəfimdən  danışıram.  Canım,  malım,  varlığım  mövlam  Hüseynin  (ə)  hədəfinə 

fəda olsun!  Nə  qədər  gücüm var,  vuruşacağam və sizi  tərk  etməyəcəyəm.  Təki  Hüseynin  (ə)  cəddi  qarşısında 

üzüm  ağ  olsun!”  O  doğru  deyirdi.  Aşura  günü  öz  dostuna  dedi:  “Nə  etmək  istəyirsən?  Görürsənmi  Müslim, 

Həbib,  Büreyr  kimi  dostlarımız  getdilər.”  Dostu  dedi:  “Canımızı  fəda  etməkdən  başqa  yol  nədir?!”  Şuzəb 

imamdan  meydan  icazəsi  istədi.  Meydana  çıxdı,  bir  dəstəni  öldürüb,  nəhayət  yerə  yıxıldı.  Dostu  Abəs  imam 

Hüseynlə  (ə)  birlikdə  onun  cənazəsini  meydandan  çıxardı.  Sonra  Abəs  imamdan  meydan  icazəsi  istədi.  O 

meydana  çıxdı,  Əşəs  ibn  Sədin  sərkərdələrindən  biri  onu  tanıyıb  haray  çəkdi:  “Ey  qoşun!  Sizə  doğru  gələn 

şirlər  şiridir.  Məbada  kimsə  onunla  döyüşə  çıxa!”  Abəs  meydanda  rəcəz  oxudu,  təkbir  dedi  və  fəryad  çəkdi: 

“Aranızda  kişi  yoxdurmu?”  Hamı  sakit  dayanmışdı,  cavab  gəlmirdi.  Ömər  Səd  dedi:  “Əgər  onunla  meydana 

çıxmağa  cürətiniz  yoxdursa,  onu  daşqalaq  edin,  oxlayın.  Qoşun  onun  üstünə  daş  və  ox  yağdırdı.  Abəs  dedi: 

“Məni  ölümləmi  qorxudursunuz?”  O  dəbilqəsini  və  zirehini  çıxarıb  atdı,  qılıncını  çəkib,  zirehsiz  bədənlə 

hücuma  keçdi.  Bir  şəxs  Kərbəlada  gördüklərini  belə  nəql  edir:  “And  olsun  Allaha,  gözümlə  gördüm  ki,  iki 

yüzdən  çox  döyüşçünü  keçi  sürüsü  tək  pərən-pərən  saldı.  Qılıncının  qarşısından  başlar  və  qollar  tökülürdü. 

Ömər Sədin qoşunu sızıldayaraq onun qarşısından qaçırdı. Nəhayət, onu mühasirəyə ala bildilər. bəziləri qılınc, 

bəziləri  nizə  ilə  ona  hücum  etdi.  Axır  ki,  taqətdən  düşüb  yerə  yıxıldı.  Onun  başını  bədənindən  ayırdılar.  Hər 

tərəfdən “Onu mən öldürdüm” sədaları ucalırdı. Ömər Səd dedi: “Sakit olun, onu bütün qoşun öldürdü.”1  

Bu  böyük  insan  kim  idi?  O  hədisçi,  Quran  qarisi,  Əli  məktəbinin  şagirdi  idi.  Belə  bir  əzəmətlə  Kərbəla 

meydanına çıxmışdı.  

 

Müsibət zikri 



 

Nə qədər ki, imamın yoldaşları sağ idi, Əli övladlarına meydana çıxmaq üçün imkan vermədilər. Səhabələr 

canlarını fəda etdikdən sonra növbə Əli, Həsən və Əqil övladlarına çatdı. Kərbəlada imam Həsənin (ə) üç oğlu 

vardı.  Onlardan  biri  imam  Hüseynin  (ə)  yeznəsi  olmuşdu.  (Həsən  ibn  Həsən)  Bu  fədakar  gənc  Mədinədə 

olarkən izdivac etmişdi. İmam Hüseyn (ə) ona buyurmuşdu: “Mənim iki qızım var və onlardan birini sənə ərə 

vermək  istəyirəm.  Hansını  seçirsən?”  Həsən  başını  aşağı  salmışdı.  İmam  buyurmuşdu:  “Mən  anam  Fatiməyə 

oxşayan qızım Fatiməni sənə ərə verirəm.” Həsən (ə) aşura günü meydana çıxdı, vuruşdu və nəhayət, yaralandı. 

Ömər Sədin qoşunundakı sərkərdələrdən biri onun anasının dayısı idi. Bu şəxs “bacım oğlunu götürün” əmrini 

verdi. Yaralı Həsəni meydandan çıxarıb Kufəyə apardılar. O, Kufədə 6 ay müalicə olundu. Bu məsələdən xəbər 

tutan  İbn-Ziyad  dedi:  “Əsma  ibn  Xarəcənin  bizim  yanımızda  hörməti  var,  bacısı  oğluna  görə  onu  narahat 

etmərik.”2   İkinci  Həsən  (imam  Həsənin  (ə)  oğlu)  Kərbəla  hadisəsinin  rəvayətçilərindən  olmuşdur.  İmam 

Həsənin  (ə)  digər  bir  oğlu  Abdullah  idi.  Onun  10-11  yaşı  olardı.  İmamın  qətlgahda  olduğu  son  saatlarda  bir 

zalımın  imamı  vurmaq  istədiyini  görən  Abdullah  hadisə  yerinə  yaxınlaşıb,  həmin  zalıma  dedi:  “Əmimi 

öldürmək  istəyirsən?”  Həmin  zalım  qılıncını  imamdan  çevirib  bu  uşağın  qoluna  endirdi.  Uşaq  əmisinin 

qucağına  düşdü.  İmam  buyurdu:  “Qardaşoğlu,  səbr  et,  tezliklə  baban  və  atana  qovuşarsan.  İmam  Həsənin  (ə) 

üçüncü  oğlu  Qasim  idi.  İmam  Hüseyn  (ə)  aşura  gecəsi  sabah  hamının  şəhid  olacağını  bildirdikdə  bu  azyaşlı 

uşaq öz şəhadəti haqqında soruşur. Uşaq ayağa qalxıb dedi: “Əmican! Mən də şəhid olacam?” Həzrət buyurur: 

“Ölüm sənin üçün necədir?” Uşaq deyir: “Əmican! Ölüm mənim üçün baldan şirindir!” Həzrət buyurur: “Bəli, 

sən də şəhid olacaqsan.” Aşura günü Hüseyn oğlu Əlinin şəhid olduğunu görən Qasim irəli gəlib dedi: “İcazə 

ver mən də meydana  gedim.” Həzrət onu ağuşuna alıb üzündən öpdü. Qasim elə düşündü ki, əmisi ona  icazə 

vermək istəmir. Tarixçilər yazır: “O əmisinin əllərini öpür və yalvarırdı. İmam ona meydan icazəsi verdi. Onun 

əynində döyüş paltarı yox idi. Qılınc götürüb meydana çıxdı. Kərbəla tarixçilərindən olan Həmid ibn Müslim 

deyir:  “And  olsun  Allaha,  Qasim  yadımdan  çıxmır.  Nəleyininin  (ayaqqabısının)  bağları  açıq  halda  meydana 

gəldi. O bir parça ay kimi işıq saçırdı. Hücum etdi, rəcəz oxudu. Düşmən onun qılıncının qarşısından qaçırdı. 

                                                 

1

 “Bihar”, c. 45, s. 28 



2

 “Məqtəli-müqərrəm”, s. 306 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə